Sallivan Ukraynaya davamlı dəstək vəd edibABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan İstanbulda Ukrayna prezident ofisinin rəhbəri Andriy Yermak ilə görüşüb.

Bu barədə Ağ Ev rəsmisi məlumat yayıb.

Sallivan Vaşinqtonun Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstək göstərəcəyini bildirib.

"Tərəflər Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyəti və Ukraynanın dünyaya taxıl ixracı üçün BMT ilə davam etdirdiyi işi müzakirə edib”, - məlumatda bildirilir.
Rusiyadan hərbi xidmətdən yayınanların sayı maksimuma çatıbRusiyada hərbi xidmətdən yayınma maddəsi ilə başlanan cinayət işlərinin sayı son 10 ildə maksimum həddə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə RBC agentliyi məlumat yayıb.

Bu il mayın 1-dən sentyabrın 20-dək Rusiya məhkəmələrinə silahlı qüvvələrdə xidmətdən yayınma maddəsi ilə 410 cinayət işi təqdim edilib. Bu say 2013-cü ildən bu yana maksimum hesab olunur.

Bildirilir ki, səfərbərlik elan edildikdən sonra bir çox cinayət işləri dayandırılıb.
İrəvan Bakıya bir trilyon dollar ödəməlidir - KuzioErmənistan Azərbaycana 1.103 trilyon dollar kompensasiya ödəməlidir.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı professor Taras Kuzio "eurasiareview.com" saytında "Azerbaijan and Ukraine Are Demanding Compensation from Armenia and Russia" (Azərbaycan və Ukrayna müvafiq olaraq Ermənistan və Rusiyadan kompensasiya tələb edir) adlı məqaləsində qeyd edib.

Yazıda qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində tikili və infrastrukturlara və ətraf mühitə dəymiş ziyanın hesablamaları zaman keçdikcə artıb. Hələ də bu proses yekunlaşmayıb. 2000-ci ildə - Azərbaycan işğal olunmuş ərazilərə çıxış əldə etməmişdən xeyli əvvəl, BMT-nin İnsan İnkişafı Hesabatında dəymiş ziyan 53,5 milyard dollara bərabər olub. Azərbaycan isə o vaxt real rəqəmin 100 milyard dollara yaxın olduğunu iddia edirdi. Yeddi rayonun Azərbaycanın nəzarətinə qayıtmasından sonra dəymiş ziyanın hesablamaları tikili və infrastruktur üçün 818 milyard dollar, ətraf mühitə dəymiş ziyan üçün isə 285 milyard dollar təşkil edir. Bu, 1.103 trilyon dollar edir