Azərbaycandan Naxçıvana avtomobil yolu açılır – İrəvanAzərbaycanın qərb rayonlarından Naxçıvana mümkün avtomobil marşrutu tranziti inkişaf mərhələsindədir.

Bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

“Sputnik” Ermənistan Milli Təhlükəsizlik Xidmətindən Azərbaycanla sərhəddə 3 sərhəd-keçid məntəqəsi açılacağı barədə 18 avqustda yayılan məlumata aydınlıq gətirilməsini istəyib. Belə ki, bu sərhəd-buraxılış məntəqələrinin açılmasını Milli Təhlükəsizlik Xidməti təklif edib.

Ermənistan MTX-dən bildirilib ki, layihəyə əsasən, açılacaq 3 sərhəd-buraxılış məntəqəsinin köməyi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil nəqliyyatının hərəkətini təmin etmək olacaq:

“Hazırda mümkün avtomobil marşrutları və prosedurlar üzərində iş gedir. Müvafiq qərarlar qəbul edildikdən sonra daha müfəssəl bilgi veriləcək”.

Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində bu sərhəd-buraxılış məntəqələrinin açılması təklif edilir:

- “Sotk”-“Kəlbəcər”, Göyçə rayonu/Kəlbəcər rayonu;

- “Arazdəyən”-“Sədərək” – Vedi rayonu/Sədərək rayonu

- “Qaraunc”-“Eyvazlı” – Zəngəzur rayonu/Qubadlı rayonu.
Jurnalistlər Laçına getdiMüdafiə Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərinə jurnalistlərin səfəri baş tutub.

Avrasiya.net xəbər verir ki, jurnalistlər Azərbaycan hərbçilərinin Laçın şəhərindəki xidməti ilə tanış olublar.

Hərbçilərin xidməti barədə məlumat diqqətə çatdırılıb.

Qeyd edək ki, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib.

Həmin ərazilərdə yaşayan ermənilər keçmiş Laçın dəhlizinə alternativ yolun Azərbaycan hissəsində çəkilişi yekunlaşdıqdan sonra oranı tərk ediblər.

Bildirək ki, 10 Noyabr Bəyanatının 6-cı maddəsinə əsasən, Rusiya sülhməramlı kontingentinin müvəqqəti dislokasiya edildiyi ərazilərə Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil idi.

Alternativ marşrutun çəkilişindən sonra sülhməramlılar xidmət yerini dəyişiblər. Onlar hazırda alternativ yolda xidmət aparırlar.