Luqanskda Rusiyanın hərbi bazası dağıdılıbUkraynanın işğal altında olan Luqansk vilayətində Rusiyanın hərbi bazası dağıdılıb.

“Report”un xəbərinə görə, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday teleqramda yazıb.

O bildirib ki, nəticədə Rusiyanın xeyli texnikası və canlı qüvvəsi məhv edilib.

Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Luqanskda separatçı bölgə Donbas müharibəsinin nəticəsində yaranıb.

Xatırladaq ki, daha əvvəl Rusiya qoşunlarının Luqanskın Kremennaya şəhərini tərk etməsinə dair məlumat yayılmışdı.
Krana çıxan 23 yaşlı oğlan 7 saat sonra İNTİHAR EDİBXəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində gənc krana çıxaraq intihar edəcəyini bildirib, bu fikrindən daşındırmaq üçün xilasedicilər onunla saatlarla söhbət aparıblar.

Avrasiya.net Qafqazinfo-ya istinadən xəbər verir ki, bu cəhdlərin faydası olmayıb. Belə ki, həmin şəxs 7 saat sonra özünü atıb və hadisə yerində vəfat edib. Araşdırmalar nəticəsində intihar edən gəncin, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Yusifov Mikayıl Mehman oğlu olması məlum olub. Onun intiharı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mikayıl Yusifov sentyabrın 17-də səhər saat 08 radələrində Masazırda yeni tikilən binanın kənarındakı yük kranının üstünə çıxıb. Onun intiharının qarşısını almaq üçün əraziyə xilasedicilər, psixoloqlar və Mikayılı tanıyan şəxslər dəvət edilsə də, 6-7 saat ərzində aparılmış söhbətlər nəticə verməyib. Yekunda 23 yaşlı oğlan saat 14 radələrində özünü ataraq həyatına son qoyub.

M.Yusifovin sevdiyi xanıma görə bu addımı atdığı bildirilir.
Mətbuat və sosial media ilə işi necə qurmalı?Bir məsələyə dörd baxış

I I məqalə

“QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində növbəti həmsöhbətimiz olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, media eksperti Müşfiq Ələsgərli də mövzu ilə bağlı mövqeyini bildirdi.

O qeyd etdi ki, özü də daxil olmaqla, təşkilatın rəhbər heyətində təmsil olunan şəxslər sosial media platformalarında aktiv fəaliyyət göstərirlər.

Ortada olan problem daha çox QHT-lərin özlərinə bağlıdır

Onun sözlərinə görə, JuHİ-nin sosial şəbəkələrdə hesabları var: “Fikirlərimizi, hesabatlarımızı, bəyanatlarımızı ənənəvi media ilə yanaşı sosial şəbəkə hesablarından da paylaşırıq. Həmçinin, sosial şəbəkələri monitorinq üçün istifadə edirik. İşimizə, təyinatımıza uyğun olan informasiyaları həm də buradan izləyirik. Bu baxımdan, sosial şəbəkələr çox faydalıdır. Əlbəttə, sosial şəbəkə platformalarının sayı çoxdur. Biz daha çox ciddi platformalardan, xüsusən Facebook və Tvitter-dən istifadə edirik”.

M.Ələsgərli bildirdi ki, bəzən yazılı və elekton media orqanlarının QHT sahəsinə lazımi diqqət yetirməməsi, informasiyalarını yetərincə yayımlanmaması ilə bağlı iradlar səslənir: “Yəni, bir çox QHT-lər medianın münasibətindən narazıdırlar. Amma mənim şəxsi fikrim budur ki, ortada olan problem daha çox QHT-lərin özlərinə bağlıdır. Yəni, onların media orqanlarına göndərdikləri informasiyalar adətən növbətçi informasiyalar olur, daha çox təşkilatların fəaliyyətinin reklamını əks etdirir. Məsələn, QHT-lər çox zaman “filan tədbiri keçirdik” formatında məlumatlar ötürürlər ki, bu da adətən diqqətdən kənarda qalır. Fikrimcə, bu yanaşmanı dəyişmək lazımdır. KİV-lərə göndərilən informasiyalar ictimai maraq doğuran, mediaya da oxucu qazandıran mövzularda olmalıdır. Əslində QHT-lər media ilə eyni sektorda təmsil olunurlar. Hər ikisi 3-cü sektorun üzvləridir. Onları ictimai nəzarət institutu olmaq missiyası birləşdirir”.

Media və QHT əməkdaşlığının bir tərəfi də peşəkarlığa bağlıdır

JuHİ sədri vurğuladı ki, QHT-lər ictimai nəzarət predimeti olan mövzular, problemlər və bu problemlərə onların öz yanaşmaları barədə informasiyalar hazırlayıb göndərsələr, daha maraqlı qarşılanarlar, media da bu mövzulara yer ayırar, həmin QHT ilə əməkdaşlıq edərlər. Bu cür davransalar, onlar yazılı və elektron media üçün araşdırma mövzusu vermiş olarlar. Oxucu, dinləyici də diqqət ayırmış olar.

Onun sözlərinə görə, QHT-lər fəaliyyət təyinatları üzrə informasiya bankına sahibdirlər: “Daha doğrusu, fəaliyyət təyinatları üzrə informasiya bankına sahib olmalıdırlar. Təmsil olunduqları sahə üzrə ən müfəssəl bilgiyə malik olmalıdırlar. Əgər peşəkar, institutlaşmış QHT-dirlərsə, belə informasiya bankına malikdirlər. Həmin informasiyaları media üçün açanda KİV-lər də diqqət ayırırlar. Deməli, media və QHT əməkdaşlığının bir tərəfi də peşəkarlığa bağlıdır. QHT-lər çalışmalıdırlar ki, təmsil olunduqları sahə üzrə peşəkarlaşsınlar, institutlaşsınlar və diqqət çəksinlər”.

M.Ələsgərli onu da bildirdi ki, rəhbərlik etdiyi təşkilat beynəlxalq təşkilatların üzvü və ya tərəfdaşıdır. Bu baxımdan, beynəlxlq trendləri daha tez öyrənir və fəaliyyətlərində tətbiq edirlər. Onlar informasiya işini də bu prinsiplə qurublar. Təşkilatın nəzdində “Kommunikasiya məmuru” bölməsi var. Bütün platfomalarda, eyni zamanda sosial şəbəkələrdə informasiya işi onların öhdəliyindədir.

Növbəti həmsöhbətimiz Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) sədri Məhluqə Rəhimova isə öncə onu qeyd etdi ki, QHT-lərin fəaliyyətinin istər mediada, istərsə də sosial şəbəkələrdə işıqlandırılması onların PR kampaniyasına xidmət edir. ƏQC-nın 1998-ci ildən fəaliyyət göstərdiyini deyən M.Rəhimova onların əsas iş istiqamətinin Azərbaycanda yaşayan yaşından, irqindən, dini mənsubiyyətindən asılı olmayaraq əlil insanların problemlərinin həllində, hüquqlarının müdafiəsində yaxından iştirak etmək, psixoloji sahələrdə xidmət göstərməklə həyat dəyərini yüksəltmək və cəmiyyətə inteqirasya etmək olduğunu qeyd etdi. Əsasən də Cəmiyyətin fəaliyyət istiqaməti əlil qiz və qadinlarin sosial və məişət problemlərini yaxşilaşdirmaq, onların ictimai həyatında yaxindan iştirak etmək, əlillərin səmərəli iş fəaliyyətini dünyaya çatdırmaq, həyat səviyyəsini yüksəltmək, dünyagörüşlərini zənginləşdirmək, beynəlxalq səmərəli ideya və təkliflərini, mütərəqqi iş formalarını Azərbaycana gətirmək olub.

M/Rəhimova ilə söhbətimizdə o da məlum oldu ki, ƏQC-nin 15 minə yaxın üzvü, 39 rayonda şöbəsi var: “Azərbaycanda hazırda 220 mindən çox əlilliyi olan qadın var, amma bu rəqəmlərdə hələ dəqiqləşdirilmə aparılır. Bundan başqa, biz beynəlxalq təşkilatlar qarşısında Ermənistan-Azərbaycan müharibəsi dövründə əlil olan qız və qadınların haqlarının müdafiəsi ilə də məşğuluq. Cəmiyyət şəhid ailələri, Qarabağ qazilərinin problemlərinə də çox diqqət ayırır. Cəmiyyət BMT-nin “Qadınlara qarşı zorakılığa son!” layihəsi çərçivəsində əlilliyi olan qadınlara qarşı, məişət zorakılığına məruz qalan, məcburi köçkün, imkansız ailələrlə iş aparır”.

Təbii ki, bütün bu işlərin mətbuatda və sosial mediada necə işıqlandırıldığı, ictimaiyyətə necə çatdırıldığı maraq doğrurur. Bununla bağlı sualı cavablandıran M.Rəhimova dedi ki, mətbuat və sosial media ilə əlaqələri olsa da, bu, arzu etdikləri səviyyədə deyil. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Həmin səbəblərə keçməzdən öncə məlumat üçün bildirək ki, Cəmiyyətin böyük və zəngin saytı (dwsa.az) fəliayyət göstərir. Sosial şəbəkəkələrdən Facebook, Tvitter, İnstagram-da səhifələri var. Bundan başqa, Youtube kanalında (https://www.youtube.com/channel/UCHjwQKMtWlJ2qeJHYViXWkg) Cəmiyyətin kanalı fəaliyyət göstərir.

QHT sədrinin bildirdiyinə görə, mətbuatla və sosial şəbəkələrlər işləyən ayrıca ştatlı işçi var: “ƏQC tərəfindən keçirilən bütün tədbirlər, proqram və layihələr haqqında məlumatlar, press-relizlər media orqanlarına göndərilir. Həmçinin jurnalistlər tədbirlərimizi, fəaliyyətlərimizi işıqlandırmaq üçün tədbirlərə dəvət edilir. Bundan başqa, hazırlanan xəbərlər sosial şəbəkələrdə geniş yayımlanır”.

Lakin QHT rəhbəri bunu yetərli saymır. M.Rəhimova bununla bərabər, jurnalistlərin özlərinin onların təşkilatı ilə daha sıx maraqlanmalarını arzulayır: “Mən jurnalistləri əlil təşkilatları ilə daha sıx işləməyə dəvət edirəm. Çünki, əlil təşkilatlarında fəaliyyət dayanmır. Biz əlil təşkilatları ilə jurnalistlərin mobil işinin qurulmasını çox istəyirik. Arzu edirik ki, jurnalistlər mütəmadi olaraq tədbirləimizdə iştirak etsinlər”.

M.Rəhimova bununla bağlı başqa bir məqama da toxundu: “Bizim üçün ən böyük problem telekanalları tədbirlərimizə gətirməkdir. Məsələn, BMT-nin böyük bir layihəsini həyata keçirdik, BMT-nin rəsmiləri Azərbaycana gəldilər, yazılı məktubla telekanalları dəvət edirik, press-reliz göndəririk, tədbirin 1-ci günü gəlib 5-10 dəqiqə çəkiliş edib gedirlər, sonrakı günlərdə ümumiyyətlə tədbirimizə gəlmirlər”. Əlbəttə ki, QHT sədrinin bəzi iradlarını haqlı saysaq da, jurnalistlərlə iş sahəsində gələcək əməkdaşlıqla bağlı fikirlərimizi də bildirməyi özümüzə borc bilirik. Bu da onunla bağlıdır ki, QHT-lərin mətbuatla iş mexanizminin qurulmasında ən böyük təşəbüskarlıq məhz QHT-lərin özündən gəlməlidir. Yəni, QHT media ilə əlaqlərin dərinləşməsi üçün müəyyən təbdirlər təşkil edilə, birgə görüşlər keçirilə bilər.

Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb
Azərbaycandan Rusiyaya keçmək istəyən 5 pakistanlı saxlanıldıSentyabr ayının 18-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən 5 nəfər Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Ali Sajjad, 1992-ci il təvəllüdlü Munawar Waseem, 1998-ci il təvəllüdlü Yousaf Subtain, 2002-ci il təvəllüdlü Usman Muhammad və 2005-ci il təvəllüdlü Hassan Ali saxlanılıblar.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Saxlanılan şəxslərdən üçünün avqust ayının sonlarında rəsmi qaydada Pakistandan Lahor-Bakı reysi ilə, ikisinin isə sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyənləşdirilib.

Araşdırma zamanı Pakistan vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları məlum olub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daha bir ukraynalı müğənni ermənilərə dəstək olduUkraynalı müğənni Tina Karol ermənilərə dəstək olub.

Kult.az xəbər verir ki, bu barədə müğənni İnstaqram hesabında paylaşım edib.

Paylaşımdan bir neçə saat sonra İticket.az şirkəti müğənninin 15 noyabrda baş tutacaq Bakı konsertini ləğv etdiyini açıqlayıb.

Qeyd edək ki, bundan öncə eyni səbəblə daha bir ukraynalı müğənni – Maks Barskixin Bakıdakı konserti ləğv edilmişdi.
Kreml İrəvanı cəzalandıracaq - MixaylovErmənistanın Baş naziri Nikol Paşinyan və onun amerikapərəst ətrafı Rusiyaya xəyanət etməyə hazırlaşır.

Bu sözləri Axar.az-a açıqlamasnda rusiyalı politoloq Yevgeni Mixaylov söyləyib.

“Rusiyadakı ermənipərəst lobbi Rusiya Federasiyası ilə Ermənistan arasında mövcud münasibətləri bəyənmir və Ermənistanın indiki rəhbərliyi Rusiyaya xəyanət etməyə hazırlaşır. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfəri üçün Ermənistanda Rusiya bayraqlarının necə götürüldüyünü və Amerika bayraqlarının necə asıldığını müşahidə etmək çox maraqlı idi. İndi Rusiyanın əsas mediası belə bir sual verir: “Ermənistan doğrudanmı Rusiyadan üz döndərir?”

Ekspert vurğulayıb ki, Pelosinin Ermənistana səfəri ilə bağlı Rusiya İrəvanın xeyrinə olmayan müəyyən nəticələr çıxaracaq:

“Beləliklə, Rusiya, Azərbaycan və Türkiyə bir-birinə daha da yaxınlaşacaq”, - ekspert qeyd edib.
Türkiyə qisas aldı: 17 terrorçu məhv edildiTürkiyə ordusu Şanlıurfanın Suruç rayonunda 17 terrorçunu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Suruçda bir əsgərin şəhid olduğu hücumdan sonra aparılan cəza əməliyyatı nəticəsində terror təşkilatına aid 80-nə yaxın hədəf məhv edilib, 17 terrorçu zərərsizləşdirilib.
"Pelosinin məqsədi əsl həqiqəti üzə çıxarmaq deyil"ABŞ Nümayəndələr Palatasının qalmaqallı spikeri Nensi Pelosi onsuz da bütün dünyada qızışdırıcı (katalizator) siyasətçi kimi tanınırdı. Bu mənada, onun Ermənistana səfəri çərçivəsində Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi və bölgədəki gərgin vəziyyətin əsl səbəblərini təhrif edən açıqlamalar verməsi gözlənilən idi.

Bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri qeyd edib ki, daha doğrusu, N.Pelosi İrəvana 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatın gerçək səbəblərini və səbəbkarını axtarmağa gəlməyib. Onun məqsədi əsl həqiqəti üzə çıxarmaq deyil. Pelosi düşmən ölkənin paytaxtına məhz Azərbaycanı hədəfə almaq və Ermənistanı Rusiya ilə, o cümlədən KTMT ilə üz-üzə qoymağa gəlib: "Bunu Pelosinin səsləndirdiyi "Əgər Ermənistan KTMT-nı tərk edərsə, ABŞ onu silahlandırmağa və təhlükəsizliyini təmin etməyə hazırdır", ifadəsindən də görmək mümkündür.

Ermənilərin bu gün İrəvanda Amerika bayraqları ilə Rusiya əleyhinə aksiya keçirməsi və Ermənistanın KTMT-dən çıxmasını tələb etmələri də N.Pelosinin səfərinin əsl məqsədini üzə çıxarmış olur. Əslində Cənubi Qafqazdakı hazırkı kritik durumda C.Bayden administrasiyası İrəvana Nensi Pelosi kimi qatı ermənipərəsti və müharibə "qırğı"sını yox, bölgədə qalıcı sülhün bərqərar olmasına töhfə verə biləcək sülhsevər diplomatları göndərməliydi. Çünki Baronessa Kerolayn Koks kimi və Nensi Pelosi kimi türk düşmənlərinin İrəvana səfərləri Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqdan başqa heç nəyə xidmət eləmir".

Ə.Hüseynovun sözlərinə görə, ABŞ Nensi Pelosini Ermənistana əsl təcavüzkarı deyil, 30 il erməni işğalından əziyyət çəkmiş Azərbaycanı təcavüzkar elan etmək üçün göndəribsə, bu faktın özü ABŞ-ın özünün ədalətsiz ölkə olduğunu bir daha təsdiqləyir. Ermənistan kimi təcavüzkar və terrorçu ölkənin yanında dayanmaq, ona dəstək vermək ABŞ kimi supergüc üçün rüsvayçılıqdır. Pelosinin saxta "soyqırımı" abidəsinin üzərində axıtdığı gözyaşları isə uğursuz siyasi "şou"dan başqa bir şey deyil.
Pelosinin qərəzli çıxışı ABŞ-ın Cənubi Qafqaz siyasətinə və strateji hədəflərinə ağır zərbə vurduABŞ Konqresinin Nümayəndələr Palatasının (NP) spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi qərəzli fikirlər cəmiyyətdə hiddətlə qarşılandı. Onun belə çıxışı öncə Amerikanın Cənubi Qafqaz siyasətinə ağır zərbə vurdu. Yaşının bu ahıl çağında N.Pelosin dünyada və regionumuzda gedən geopolitik prosesləri dərk etmək iqtidarında olmadığı hiss olunur. Görünür yaş öz işin görüb.

Bunu ekspert Əkrəm Bəydəmirli deyib.

Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyə obyektivlikdən, ədalətdən çox uzaq, ermənisayağı münasibət bildirmək, Azərbaycanın ünvanına əsasız ittihamlar səsləndirmək qəbuledilməz haldır:

"Heç şübhəsiz ki, N.Pelosin bu cəfəng fikirləri ABŞ-da erməni lobbisinin puluna və seçki dövründə həmin erməni seçicilərin dəstəyinə istiqamətlənib. Antitürk əhval-ruhiyyəsində olan bu erməni sevdalısı ABŞ papağını yerə soxmaqla bərabər öz dövlətinin strateji hədəflərini zədələdi. Mümkün variandır ki, N.Pelosin bundan sonra Azərbaycanın əleyhinə hər hansı sənədlərin qəbul edilməsinə cəhd göstərəcək. Amma bir vacib məqam ondan ibarətdir ki, Amerikanın xarici siyasətini prezident və onun komandası müəyyən edir".

Ə.Bəydəmirli deyib ki, şübhəsiz ki, həmin komanda da N.Pelosindən fərqli olaraq ağlını itirməyən və Azərbaycanın Cənubi Qafqazda güclü dövlət olduğunu görən, dərk edən şəxslər var. Prezident qoca Baydenin ətrafındakı prosesləri düzgün dəyərləndirməyi bacaran qüvvələr ehtimal etmək olar ki, N.Pelosinin AntiAzərbaycan siyasətini bloklayacaqlar: "Əks təqdirdə ABŞ regionda zədələnmiş mövqeyini daha da itirəcək.
Onu da qeyd etmək lazımdır ki, təşkilatçıların etirafına görə Pelosinin Ermənistana səfəri bir neçə ay qabaqdan planlaşdırılmışdır. Yəni erməni sevdalısı Pelosinin bu səfəri Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə əlaqələndirmək yanlış olar.

Nəhayət Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə, ümumilikdə ermənilərin sentyabrın 12-13-də törətdikləri təxribatlarla bağlı izahat işləri beynəlxalq səviyyədə, dünyanın nüfuzlu media qurumlarının vasitəsilə davamlı olaraq genişlənməlidir. Biz ermənilərdən fərqli olaraq həqiqəti ortalığa qoymalıyıq. Düşmənin təxribatları bitdi anlayışı yoxdur. Müşahidələr göstərir ki, bəzi ermənilər beşikdən qəbir evinəcən qara niyətlərindən əl çəkməyəcəklər. Onlardan hər zaman sabitliyə təhlükə yaradacaq addımlar atacağını gözləmək olar. Mövcud şəraitə uyğun olaraq Azərbaycan əsgəri öz işini yüksək səviyyədə görürür. Azərbaycan diplomatiyası, mediası və QHT sektoru belə proseslərə hazır olmalıdır. Təəssüf ki, ciddi səhvlər ortadadır".