Ukrayna cəbhə xəttini yardı – BritaniyaUkrayna qoşunları cənubda Rusiyanın zəif müdafiəsindən istifadə edərək bəzi yerlərdə cəbhə xəttini yara biliblər.

Bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.

“Buna cavab olaraq, Rusiya Donbasdan bu ərazilərə bölmələr göndərməklə yaranmış böhranı aradan qaldırmağa çalışacaq. Rusiya komandanlığı həmçinin Ukrayna ordusunun hücumlarından zərər çəkmiş qüvvələri gücləndirmək üçün əlavə birləşmələr yaradır”, - məlumatda bildirilib.

Kəşfiyyat Zaporojye istiqamətinə göndərilmiş Rusiyanın 3-cü ordu korpusunun da zəif olduğunu qeyd edib:

“3-cü ordu korpusunda şəxsi heyət çatışmazlığı var və onun təlim səviyyəsi də aşağıdır”.
Ənvər Həsənov koronya yoluxdu, vəziyyəti ağırdırXalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.

"Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir", - A.Həsənova əlavə edib.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
Rusiyaya növbəti zərbə - Daha 117 hərbçi öldürüldüUkrayna hərbçiləri son sutka ərzində ölkənin cənub sərhədlərində Rusiyanın 117 hərbçisini və 30-dan çox texnikasını məhv edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna “Cənub” əməliyyat komandanlığı məlumat yayıb. Bildirilib ki, Rusiya ordusu döyüşlər zamanı ağır itkilər verib.

Rusiyanın son sutkada cənub istiqamətində verdiyi itkilərin siyahısı:


● 117 işğalçı;

● 9 ədəd T-72 tankı;

● 3 ədəd "Qrad" raket sistemi;

● özüyeriyən top "Hyacinth-S";

● özüyeriyən haubitsa "Msta";

● 18 zirehli texnika;

● Baştanski, Berislavski, Kaxovski və Xerson vilayətlərində 4 sursat anbarı.
Rusiya Ukraynanın geniş əks-hücumuna hazırlaşırRusiya Ukrayna ordusunun daha böyük əks-hücumuna hazırlaşır, hərbi və texnikanın yerləşdirilməsini nizamlayır.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya Melitopolu müdafiə etməyə hazırlaşır. Çünki bu, Rostov vilayəti ilə Ukraynanın cənubu arasında mühüm logistik marşrutdur. Eyni zamanda, Rusiya Donetsk istiqamətində Mərkəzi Hərbi Dairənin hərbçiləri ilə qruplaşmanı gücləndirir”, - məlumatda deyilib.
Brüssel görüşü Paşinyanın manevr siyasətinə təsir edəcəkmi?Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş geniş auditoriya tərəfindən diqqətlə izlənilir. Belə ikitərəfli görüşlərin çox zəruri olmasına baxmayaraq, regionda sabitliyin möhkəm təminatına zəmin yaradacaq sülh sazişinin imzalanması real görünmür.

Böyük ehtimalla görüşlər zamanı N, Paşinyana bir daha anladılacaq ki, sənin Azərbaycanla normal əməkdaşlıqdan, sülh danışıqlarını davam etdirib yekunlaşdırmaqdan başqa yolun yoxdur. Çox nala-mıxa vurmasına baxmayaraq zavallı Paşınyanın da bu reallığı anladığı, erməni xəstəliyinin nə qədər təhlükəli olduğu hiss olunur. Amma Ermənistanın baş nazirinin özbaşına olmadığı və Rusiyanınn təsir dairəsindən çıxıb hər hansı müstəqil addım atacağı inandırıcı deyil.

Həm də reallıq ondan ibarətdir ki, Qərbin Cənubi Qafqazda geosiyasi maraqları və strateji mahiyyət daşıyan iqtisadi hədəfləri var. Ona görə də regionda sülhün bərqərar olması Azərbaycanla bərabər həmin dairələrin də marağındadır. Artıq imitasiya xarakterli sülh danışıqlarının perspektivi olmadığı aydındır.

Belə təmasların müsbət tərəfi ondan ibarətdir ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında həm də təkbətək görüş keçiriləcək. Həmin platformalarda müzakirələr çox zəruri mətləblərin izahı və zavallı Paşınyana danışıqlar limitinin bir gün bitəcəyi fikri çatdırılacaq. O baxımdan Brüssel görüşünün Paşinyanın manevr siyasətinə təsir edəcəyini düşünmək olar.

Əkrəm Bəydəmirli
ABŞ nüvə sazişinin bərpası ilə bağlı İranın cavabını gözləyirABŞ və İran hələ də nüvə sazişinin bərpası ilə bağlı razılığa gəlməyib, Vaşinqton bu məsələdə Tehranın cavabını gözləyir.

“Report” xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin birinci müavini Vedant Patel bildirib.

“Vəziyyət dünən dediyim kimi qalır: biz Avropa İttifaqının təklif etdiyi yekun mətnlə bağlı Aİ vasitəsilə İranın şərhlərini almışıq. Və biz 24 avqustda Aİ-yə cavab verdik. İndi İran cavab verməlidir”-deyə, o bildirib.
İraqın Baş naziri istefaya gedirİraqın Baş naziri Mustafa Əl-Kazimi istefa verə bilər.

"Reuters" agentliyi xəbər verir ki, bu barədə o, özü mediaya açıqlamasında bildirib.

Kazımi qeyd edib ki, ölkədə mürəkkəb siyasi vəziyyət davam edərsə, vəzifəsindən istefa verəcək.

Baş nazir, həmçinin ölkədə baş verən iğtişaşlardan sonra kabinet iclaslarını növbəti xəbərdarlığa qədər dayandırıb.

Qeyd edək ki, bir neçə gündür İraqda müxtəlif siyasi qruplar arasında qarşıdurma yaşanır. Polislə iğtişaşçılar arasında baş verən toqquşmalarda və siyasi qruplar arasındakı siyasi qarşıdurmada 20-dən artıq insan həlak olub.
Putin hakimiyyətdən getsə, Krım qayıdacaq - JdanovBu gün Ukrayna Silahlı Qüvvələrinin Krımı azad etməsi üçün iki yolu var.

Bunu hərbi ekspert Oleq Jdanov deyib.

Jdanov bildirib ki, birinci variant Krıma quru qoşunlarının çıxarılması və işğal olunmuş yarımadada müdafiənin gücləndirilməsidir:

"İkinci variant isə rus qoşunlarının sakitcə Krımdan çıxmasıdır. Bu zaman Ukrayna Silahlı Qüvvələri bölmələrini ora gətirə bilər. Hər şey Rusiya Federasiyası daxilində siyasi və praktiki uzlaşmanın necə olacağından asılıdır".

Ekspert həmçinin deyib ki, o, Putin dövründə Rusiyanın yarımadadan imtina edəcəyinə inanmır:

"Diktator Krımın ələ keçirilməsini özünün ən yüksək siyasi nailiyyəti hesab edir. Bu gün qan tökmədən Krımı geri qaytarmağın yolu yoxdur. Rusiya siyasətində hakimiyyət dəyişsə, onda Ukrayna üçün fürsət yarana bilər. O zaman Moskva bəlkə xoş niyyətini göstərərək jest edib Krımı müharibəsiz siyasi yolla geri qaytarar”.
ABŞ təsdiqlədi: Rusiya İrandan PUA aldıAğ Evin sözçüsü Karin Jan-Piyer Rusiyanın İrandan döyüş pilotsuz uçuş aparatları alması ilə bağlı daha əvvəl mediada yayılan məlumatı təsdiqləyib.

Bu barədə o, keçirdiyi brifinqdə bildirib.

"Bizdə olan məlumata görə, Rusiya avqust ayında bir neçə gün ərzində İrandan “Mühacir-6” və “Şahid” seriyalı pilotsuz təyyarələr alıb. Rusiya nəqliyyat təyyarələri İrandakı aerodromda PUA avadanlıqları ilə yüklənib, daha sonra İrandan Rusiyaya uçub. Biz bunu görürük”, - o bildirib.

Mixail Qorbaçov öldüSSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov 92 yaşında ölüb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Mərkəzi Klinika Xəstəxanası bildirib ki, Mixail Qorbaçov uzun sürən xəstəlikdən sonra ölüb.

SSRİ-nin keçmiş rəhbri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.