Qarabağ işğalda idi, doğrunun tərəfində olmalıyıq - İran səfiriBu, mənim bu ərazilərə ikinci səfərimdir. Bu gün Şuşada digər ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə çox faydalı konfransda iştirak etdik. İki gün ərzində ərazilərdə görülən bərpa və tikinti işlərinin, minaların zərərsizləşdirilməsi əməliyyatlarının şahidi olduq. Burada olduğum üçün çox şadam.

Avrasiya.net xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Şuşadakı beynəlxalq konfransda iştirak edən İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi söyləyib.

“İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaranıb. Qarabağ əraziləri Ermənistan tərəfindən işğal olunmuşdu. Regiondakı ölkələr və beynəlxalq ictimaiyyət, eləcə də ABŞ və Fransa bu reallığı qəbul etməlidir. Biz hər zaman doğrunun yanında olmalıyıq”, - deyə diplomat qeyd edib.
"Hər iki xalqın dostluq və qardaşlığı daha da möhkəmlənəcəkdir"“Azərbaycanla Qazaxıstan arasında imzalanmış strateji münasibətlərin möhkəmləndirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır.

Ortaq köklərə və tarixi bağlılığa malik olan Azərbaycan və Qazax xalqları sevindirici haldır ki, bu münasibətləri rəsmi dövlət səviyyəsində də inkişaf etdirməyə nail olublar. Sovet İttifaqı dövründə sıx əlaqələrə malik olan Azərbaycan və Qazaxıstan SSRİ dağıldıqdan sonra da müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır. Məlumat üçün qeyd etməliyik ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılmış və bu əlaqələrin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Qazaxıstan Respublikasının sabiq rəhbəri Nursultan Nazarbayevin adı ilə bağlı olmuşdur. Sovet imperiyasının dağılmasından sonra öz müstəqilliklərini bərpa etmiş Azərbaycan və Qazaxıstan sovet dönəmində mövcud olmuş dostluq və qardaşlıq münasibətlərində yeni bir səhifə açılmışdır.
İkitərəfli münasibətlərin daha da dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir.

Son illər Qazaxıstan - Azərbaycan münasibətlərinin daha da inkişafı və yeni mərhələyə qədəm qoyması isə cənab Prezident İlham Əliyevin adı ilə bağlı olmuşdur. Bildiyimiz kimi Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən birini təşkil etməkdədir. Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə təsadüf edən Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin 24 avqust 2022-ci il tarixində ölkəmizə etdiyi rəsmi səfəri isə əməkdaşlıq əlaqələrinə yeni bir stimul vermişdir. Bu səfər zamanı iki ölkə arasında mövcud olan strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olunmuşdur. İmzalanmış sənədlər əsasında iki qardaş respublika arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da artırılması nəzərdə tutulmuşdur.

Xüsusilə səfər zamanı “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”nin imzalanması böyük əhəmiyyət kəsb edir və iki dövlət arasındakı münasibətlərdə tarixi mərhələnin başlandığını göstərir. Strateji münasibətlərin əsasını qoyan bu sənəd hər iki dövlət arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmışdır. Məhz Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın fonunda Azərbaycanla Qazaxıstan arasında əlaqələrin genişləndirilməsinə xüsusi ehtiyac vardır. Xüsusilə gələcəkdə Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında körpü rolunu oynamaqla yanaşı türk coğrafiyasını birləşdirən ən önəmli amil olacaqdır.

Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Qazaxıstan arasında mövcud olan və müxtəlif sahələri əhatə edən münasibətlər dərinləşəcək və hər iki xalqın dostluq və qardaşlığı daha da möhkəmlənəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
İran Zəngəzur dəhlizinin əleyhinə deyil - Səfirİran Azərbaycanla transport əlaqələrini daha da genişləndirməyə davam edir.

Bunu Şuşaya səfəri çərçivəsində Trend-in sualını cavablandıran İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

"Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən aslıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən, qonşularının milli maraqlarına təsir göstərə bilməz”, - deyə o bildirb.

Regionda əməkdaşlıq məsələsindən bəhs edən səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək.

“Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”, - deyə o əlavə edib.
"Ermənistan xarici ağalarına güvənirdi..."Şanlı ordumuzun dünən Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini nəzarətə götürməsi ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycanın tam nəzarəti təmin olundu. Dünəndən etibarən Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində dalğalanır. Bu, 44 günlük Vətən müharibəsində ön cəbhədə - döyüş meydanlarında düşmən üzərində əldə etdiyimiz böyük Zəfərin daha bir tarixi nəticəsidir.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları üçtərəfli bəyanatın müddəalarına əsasən, “Laçın dəhlizi”nə alternativ yolun çəkilməsi və bunun nəticəsində Laçın şəhərinin və digər yaşayış məntəqlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi prosesi üç il ərzində öz həllini tapmalıydı. Lakin Azərbaycan bu prosesi daha qısa zaman ərzində yekunlaşdırmağı bacardı, sözügedən ərazilərimizə nəzarətin təmin olunması vaxtından tez icra edildi. Hərçənd ki, rəsmi İrəvan və hazırda Xankəndidə cəmləşən terrorçu-separatçı erməni çətələri bu prosesə hər vasitə ilə mane olmağa çalışırdı.

Onlar bu məqsədlə zaman-zaman ən müxtəlif təxribatlara əl atırdılar və hətta bu ilin avqustun 3-də ermənilərin Laçın istiqamətində törətdikləri növbəti təxribat nəticəsində vəziyyətin kəskin gərginləşməsindən sonra Ermənistan rəhbərliyi Azərbaycanın Laçın dəhlizi ilə bağlı tələblərini qanunsuz adlandırıraraq işğal dönəmində Laçının mərkəzində və digər məntəqələrində qanunsuz məskunlaşmış ermənilərin ərazidən çıxarılmasını yubatmağa, süni şəkildə vaxtı uzatmağa cəhd göstərirdi. Əlbəttə, Ermənistanın özünün buna heç vaxt cəsarəti çatmazdı. Həmişə olduğu kimi Ermənistan budəfə də xarici ağalarına güvənirdi. Lakin Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi “Qisas” əməliyyatı Ermənistan rəhbərliyinin bütün ümidlərini və planlarını alt-üst etdi.

Rəsmi İrəvanın bütün səylərinə və vurnuxmalarına baxmayaraq avqustun 25-də Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin tam boşaldılması prosesi başa çatdı. Biz prosesin bu cür uğurla yekunlaşmasında Prezident və Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusilə qeyd etməliyik. Prezident İlham Əliyevin zaman və məkan şərtlərini düzgün hesablaya bilməsi və onun qəbul etdiyi doğru qərarlar prosesi daha tez həyata keçirməyə imkan verdi, Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını təmin etdi. Onun qətiyyətli mövqeyi bu məsələdə son nöqtəni qoydu.

Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçməsinə sıradan bir texniki məsələ kimi baxmaq olmaz. Bu hadisə tarixi əhəmiyyətli hadisə olmaqla yanaşı, həm də olduqca strateji önəm daşıyır. Məsələ burasındadır ki, bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ilə artıq “Laçın dəhlizi” ifadəsi də tarixə qovuşdu və bundan sonra alternativ yola dəhliz statusunun verilib-verilməyəcəyi ilə bağlı Azərbaycanın diktə imkanlarını artırdı.

Vaxtilə (44 günlük müharibədən əvvəlki dönəmlərdə) aparılan sülh danışıqlarında məhz “Laçın dəhlizi” məsələsində heç cürə güzəştə getmək istəməyən Ermənistan indi Qarabağ və Zəngəzur ərazilərinə nəzarət və diktə etmək imkanlarını tamamilə itirib. Başqa sözlə desək, “Laçın dəhlizi”nin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ermənilərin “bel”ini qırdı. Artıq əminliklə deyə bilərik ki, Laçın rayonu tam şəkildə öz tarixi sahiblərinə qaytarıldı, Böyük Azərbaycan ailəsinə qovuşdu, torpaqlarımız üzərində suverenliyimiz bərpa edildi. Beləliklə, biz Böyük Qayıdış gününə bir addım da yaxınlaşdıq. Həmişə azadlıqda, Laçın!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
İran səfiri Azərbaycanı təbrik edibİranın Azərbaycandakı səfiri Azərbaycanı təbrik edib.

Trend xəbər verir ki, bu barədə Şuşada jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

“Azərbaycan hökuməti və xalqını Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi münasibətilə təbrik edirik”, - deyə o bildirib.
Azərbaycanda bu telefon nömrələri fəaliyyətini dayandırırRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelekom”) 511 və 555 prefiksli indeksi ilə fəaliyyət göstərən CDMA (Code Divizion Multiple Access) texnologiyasının xidməti bu tarixdən fəaliyyətini tam dayandırır.

Avrasiya.net xəbər verir ki, CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsi 31 avqust 2022-ci il tarixindən dayandırılacaq.

"CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyini nəzərə alaraq, Aztelekom MMC bu xidməti 31 avqust 2022-ci il tarixindən dayandıracaq.

511 və 555 prefiksli indekslə fəaliyyət göstərən CDMA texnologiyası xidməti "Aztelekom”un abonentlərinin çox az hissəsi tərəfindən istifadə edilirdi. Xidmətin dayandırılması ilə əlaqədar abonentlərə digər texnologiyalar üzərindən alternativ xidmətlər təklif edilib. Məlumat üçün qeyd edək ki, xidmətin dayandırılması ilə bağlı xəbərdarlıq müxtəlif kanallar vasitəsilə paylaşılıb”.

Qeyd edək ki, CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsidir. CDMA texnologiyası adi şəhər nömrəsindən danışığın və səsin yüksək keyfiyyətlə ötürülməsini təmin edir. "Baktelecom” 2005-ci ilin oktyabr ayından əhaliyə CDMA xidməti göstərir. "Baktelecom”un CDMA şəbəkəsi Bakı şəhəri və Abşeron yarımadasını əhatə edir və bu xidmət abunəçilərə 511/555 indeksləri ilə təqdim edilir. "Baktelecom”un CDMA şəbəkəsi ilə AzTelekom MMC-nin CDMA şəbəkəsi arasında olan rouminq xidməti sayəsində "Baktelecom” öz abunəçilərinə respublikanın bütün ərazisində xidmət göstərə bilirdi.
Bakıda 18 yaşlı qız itkin düşübBakıda 18 yaşlı qız itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 25-də paytaxtın Yasamal rayonu, Ə.Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Səfərova Mənsumə Əhəd qızı həmin gün saat 17 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.
Rusiyanın daha 250 hərbçisi öldürülübUkraynada Rusiyanın daha 250 hərbçisi məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 500-ə çatıb.

Ukrayna Silahlı Qüvvələri indiyədək Rusiyanın 1939 (+3) tankını, 4254 (+3) ədəd zirehli texnikasını, 1045 (+5) ədəd artilleriya sistemini, 274 (+2) MLRS-i, 148 hava hücumundan müdafiə sistemini məhv edib.

Bundan əlavə, 234 təyyarə, 202 helikopter, 836 (+2) əməliyyat-taktiki PUA , 196 qanadlı raket vurulub.
Rusiya bu istiqamətlərdə qüvvələrini artırırRusiya qüvvələrini Volınsk və Polesye istiqamətlərində cəmləşdirməyə davam edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Seversk istiqamətində ruslar Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin hərəkətlərini məhdudlaşdırmaq məqsədilə Bryansk və Kursk vilayətlərinin sərhədyanı rayonlarında Qərb Hərbi Dairəsinin ayrı-ayrı bölmələrini saxlamaqda davam edir”, - məlumatda qeyd olunub.