"Qisas"a görə Azərbaycanda 4 redaktor istefa verdi“Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları dünən tam tərkibdə istefa veriblər.

Avrasiya.net xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”ın redaktorları sosial şəbəkədə məlumat yayıblar.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina, Gülzar Mustafayeva Feysbukda paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa verəmək məcburiyyətində qaldıqlarını yazıblar.

“Beləliklə, nəzərinizə çatdırıram ki, bu gündən “Sputnik Azərbaycan” ilə yollarım ayrılıb. Mən və bəzi həmkarlarım Azərbaycanın mövqeyini müdafiə edərək mümkün olan və olmayan hər şeyi etdik. Mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi buradakı işimdən utanmıram, vicdanım hər şeydə təmizdir. Bizi əymək istəyəndə biz də buna son qoyub getdik. Gözəl ov idi”, - “Sputnik Azərbaycan”ın redaktoru Gülzar Mustafayeva qeyd edib.

“Bu qədər! Bu gündən mənim “Sputnik Azərbaycan”la heç bir əlaqəm yoxdur. Orada qalanlara (hamısına deyil) uğurlar!”, - “Sputnik Azərbaycan”ın redaktoru Zülfiyyə Qurbanova yazıb.

Qeyd edək ki, həmkarlarımızın "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina etdikləri üçün insident yarandığı bildirilir.
"Ordumuz bu dəfə də düşmənə yerini göstərdi" - Xaliq MəmmədovAzərbaycan yenə də oturuşmuş, stabil, güclü və müdrik dövlət olduğunu və özünəməxsus strateji xətti olan lider tərəfindən idarə olunduğunu sərgiləməkdədir.

Bunu iqtisad elmləri fəlsəfə doktoru Xaliq Məmmədov deyib.

Onun fikrincə, öz dayanıqlı və dinamik sosial iqtisadi siyasəti, həsas regionumuza münasibətdə öz mövqeyi, uğurlu siyasəti ilə cənab İlham Əliyev bir çox siyasət mərkəzlərinə master klass göstərir: "44 günlük vətən müharibəsi ilə düşmənə və onun havadarlarına şok yaşadan, onları maskalarını çıxartmağa vadar edən, dərin bir qorxuya salaraq sözün həqiqi mənasında yalvarmağa məcbur edən də bu reallıqlardır.
Lakin düşmən məkrli, hiyləgərdir və bəlkə də qaytardılar ampulasından əl çəkmir, dirəniş göstərir, öz ağlı miqyasında guya plan quraraq nəticə əldə etmə arzusu ilə yaşayır. İstənilən halda düşmənin unutduğu bir şey var - "Dəmir Yumruq". Bu iki kəlmədə bütün mesajlar vardır. Yerini bil, gələcəyini doğru müəyyən et, başqalarının halalına göz dikmə".

X.Məmmədov onu da qeyd edib ki, əlbəttə son günlər həyata keçirilən və düşmənə vurulan ağır zərbə ilə yadda qalan antiterror əməliyyatı da bu baxımdan gözlənilən, düşmənin son niyyətinin puça çıxarılmasına qədər işləyəcək, heç zaman asğıya alınmayacaq bir mexanizmdir. Əslində bu davam etməli və zəruri mesajları verməlidir.
"Anti-Azərbaycan qüvvələrin məkrli niyyətlərinə qarşı vahid mövqedən çıxış etməliyik"Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması və bayrağımızın endirilərək yerinə dini bayrağın qaldırılması ölkəmizə və suverenliyimizə qarşı açıq-aşkar təxribatdır. Vyana konvensiyasına görə səfirliklər təmsilçisi olduğu ölkələrin suveren ərazisi hesab edilir. Bu baxımdan, baş vermiş hadisə əslində birbaşa Azərbaycana qarşı edilmiş hücumdur.

Biz Milli Həmrəylik Partiyası olaraq bu mənfur hərəkəti qətiyyətlə pisləyir, dost və müttəfiq Böyük Britaniya hökumətindən isə baş vermiş bu xoşagəlməz hadisənin detallı şəkildə araşdırılmasını, təxribatı törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsini gözləyirik.

Görünən budur ki, Azərbaycanın öz ərazisində - Qarabağda suverenliyini möhkəmləndirmək və Zəngəzur dəhlizinin açılmasına nail olmaq əzmkarlığı, 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsi istiqamətində prinsipial mövqe sərgiləməsi və "Qisas" kod adlı antiterror əməliyyatı keçirməsi yaxın-uzaq düşmənlərimizi yavaş-yavaş hərəkətə gətirir. Londondakı səfirliyimizə qarşı baş vermiş vandalizm aktı da məhz sözügedən hərəkətlənmənin uzantısıdır.

Odur ki, biz bundan sonra həm dövlət, həm də millət olaraq daha da ayıq-sayıq olmalı, dövlətçiliyimizə qarşı yönələn bütün hərəkətlərə qarşı barışmaz mövqe tutmalı, hamımız milli birlik və həmrəylik əhval-ruhiyyəsinə köklənməliyik. İstər xaricdəki, istərsə də daxildəki anti-Azərbaycan qüvvələrin məkrli niyyətlərinə qarşı vahid mövqedən çıxış etməliyik.

Uğrunda minlərlə insanımızın canını fəda etdiyi, şəhid olduğu üçrəngli bayrağımızı heç bir düşmən endirə bilməz! Biz bayrağımıza sahib çıxmağı bacaran dövlət və millətik!

Milli Həmrəylik Partiyası olaraq hesab edirik ki, siyasi mövqeyindən asılı olmayaraq hamımız bir yumruq kimi dövlətin ətrafında birləşməliyik. 44 günlük Vətən müharibəsi zamanı göstərdiyimiz həmrəylik ruhumuzu bu gün də diri saxlamalıyıq. Zaman birlik zamanıdır!

Yaşasın Azərbaycan! Daima zirvədə ol, dalğalan, ey şanlı Bayrağım!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
UEFA: "Neftçi" Azərbaycanın xal ehtiyatını artırdıAzərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Avrasiya.net xəbər verir ki, bu, "Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" (Vyana) klubu üzərində 2:1 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,625-ə, son 5 mövsümdə isə 14,250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,375 xalla Polşa qərarlaşıb.

Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ" III təsnifat mərhələsinin cavab oyununda avqustun 9-da Macaırstanda "Ferentsvaroş"un qonağı olacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında III təsnifat mərhələsinin ilk matçlarından sonra reytinq siyahısında müəyyən dəyişikliklər də baş verib. İrlandiya 9,125 xalla 38-ci, Lixtenşteyn 6,500 xalla 48-ci pilləyə yüksəlib. Bundan başqa, Litva (8,750) 39-cu, Lüksemburq (8750) 40-cı, Albaniya (6,250) 49-cu, Uels isə (6,166) 50-ci sıraya geriləyib.
Rusiya müharibənin yeni mərhələsinə başladıRusiya Ukraynaya qarşı xüsusi informasiya əməliyyatlarının yeni mərhələsinə başlayıb, məqsədi əhali arasında panika yaratmaqdır.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın informasiya məkanında saxta məlumatlar kütləvi şəkildə yayılır. Onun vəzifəsi Ukrayna cəmiyyətində sabitliyi pozmaq və ruhdan salmaqdır:

“Təcavüzkar etibarsız məlumatlar yayır və cəmiyyəti manipulyasiya etməyə, müharibə zamanı ölkədə sabitliyi poza biləcək hərəkətlərə sövq etməyə çalışır”.
Səfirliyə hücuma görə 8 nəfər SAXLANILDIAzərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.