“AzerGold” QSC-nin “Təqaüd proqramı” müsabiqəsi  çərçivəsində test imtahanı keçiriləcək“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün elan edilmiş ikinci “Təqaüd proqramı” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.

Qeyd edək ki, müsabiqədə iştirak üçün daxil olmuş bütün müraciətlərə aidiyyəti üzrə baxılaraq, əvvəlcədən elan edilmiş şərtlərə cavab verən bütün namizədlər test imtahanı mərhələsində iştirak hüququ əldə ediblər.
İmtahan 13 avqust 2022-ci il tarixində saat 10:00-da “AzerGold” QSC-nin baş ofisində keçiriləcək.. İmtahanda iştiraka dair rəsmi bildiriş alan namizədlərdən 13 avqust tarixində, saat 09:40-dan gec olmayaraq Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H ünvanına gəlmələri xahiş olunur. İmtahanın müddəti 1 saatdır. Müsabiqəyə dair əlavə məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
"Şəhid, Qazi adına layiq münasibət göstərməliyik"Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Bunlardan biri də Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərardır ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə verildiyi diqqət və qayğının növbəti təzahürüdür.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu məqsədlə 2022-ci ilin dövlət büdcəsində təxminən 100 milyon manat vəsait ayrılıb. Müharibə əlillərinə dövlət qayğısı ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır.

Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun rəhbəri Mübariz Göyüşlü Avrasiya.net-ə bildirilib ki,
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Azərbaycan dövlətinin, prezident İlham Əliyevin Qazilərə olan diqqətinin göstəricisidir. 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə, bir sıra şəxslərdə belə bir düşüncə yaranmışdı ki, dövlət bütün diqqəti II Qarabağ müharibəsi iştirakçılarına yönəldib. Amma bu yanlış fikir idi. Birdəfəlik ödəmələrin verilməsi göstərdi ki, Azərbaycan dövləti I Qarabağ müharibəsinin iştirakçılarını da unutmayıb, onlara da qayğı göstərilir: "Bundan əvvəl də I Qarabağ müharibəsi əlillələrinə bir sıra sosial ödənişlər, dəstək proqramları həyata keçirilmişdi. Bu ödənişlərin verilməsi ilə bağlı qəbul edilmiş qərarı da həmin prosesin davamı saymaq olar.
Nəzərə alsaq ki, I Qarabağ müharibəsi bir neçə il çəkmişdi, onun daha çox iştirakçısı olmuşdur o zaman bu proqramın böyük bir sayda insan qrupunu əhatə edəcəyini, cəmiyyətdə sosial təminat baxımından ciddi nəticələr verəcəyini söyləyə bilərik.

I Qarabağ müharibəsinin iştirakçıları bu dəstəyi, yardımı tam olaraq qazanıblar. Öz canları ilə, qanları ilə, çəkdikləri əziyyətlərlə bu yardımı haqq ediblər. Onlar dövlətimizin ağır dövrünə düşdülər. Xaos, iqtisadi çətinlik, ictimai-siyasi gərinlik dövründə, ordunun hələ yeni-yeni qurulmağa başladığı zamanda könüllü şəkildə vuruşmağa gedənlər, o cümlədən orduda qulluq edənlər böyük qəhrəmanlıqlar göstərdilər. Onların əməyini unutmaq, haqqını yemək olmaz. Dövlətimiz də onların haqqını verir. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Dövlət onları da unutmayıb. Onların pulu da varislərinə veriləcək. Bu o deməkdir ki, heç kim unudulmur, heç kim yaddan çıxmır".

I və II Qarabağ müharibəsinin iştirakçılarına, əlillərinə, şəhidlərinin ailələrinə daim qayğı göstərmək lazımdır. Dövlət də, millət də hər zaman onlara xüsusi münasibət göstərməli, dəstək verməlidir. Bizim onlar qarşısında borcumuz bir ömürlükdür: "Bundan sonra nə qədər çalışsaq da onların borcundan çıxa bilmərik. Dövlətin, onun başçısının atdığı bu addım digərlərinə, xüsusən də məmurlara nümunə olmalıdır. Şəhid haqqı, Qazi haqqı müqəddəsdir. Məmurlar bunu anlamalıdırlar. Biz bütövlükdə cəmiyyət olaraq bu şəxslərə Şəhid, Qazi adına layiq münasibət göstərməliyik".
"Ərdoğan dünyanı aclıqdan xilas edən siyasi lider statusu qazanıb"Elçin Xalidbəyli: "Kreml sahibi Soçi görüşündə Türkiyə liderinə bir çox məsələlər ilə bağlı ciddi güzəştlərə hazırdır"

Avqustun 5-də Türkiyə Prezidenti Ərdoğanın Rusiya Prezidenti Putinlə Soçidə görüşü olacaq.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Kanal 7"nin efirində bildirib ki, danışıqlarda taxıl daşınması müqaviləsi, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti məsələləri müzakirə olunacaq.
Bu kimi görüşlərin region üçün əhəmiyyəti və Ukrayna-Rusiya müharibəsinin səngiməsində nə kimi təsirləri ola bilər?

Politoloq Elçin Xalidbəyli "Xalq Cəbhəsi"nə verdiyi açıqlamasında deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri olduqca böyük əhəmiyyət daşıyır. Türkiyə lideri bir müddət öncə Rusiya prezidenti Vladimir Putin ilə İranda görüşmüşdü. Ancaq həmin görüşdə Türkiyə və Rusiya arasında müəyyən ziddiyyətlərin və maraq toqquşmalarının olduğu diqqətdən yayınmamışdı: "Xüsusilə də, Prezident Ərdoğanın Türkiyənin Suriyada PKK/PYD terror təşkilatına qarşı antiterror əməliyyatına hazırlaşması barədə bəyanatına Kreml sahibi iranlı həmkarı ilə birlikdə eriraz etmişdi.

Buna baxmayaraq, Prezident Ərdoğan hazırda beynəlxalq məkanda Türkiyənin mövqelərinin möhkəmləndirilməsinə nail olub. Rusiya prezidenti də istər-istəməz bu reallıqla barışmaq məcburiyyətindədir. Hazırda Türkiyə Rusiya üçün sivil dünyaya açılan yeganə “siyasi-iqtisadi pəncərə” rolunu oynayır. Yəqin ki, Kreml sahibi Rusiya üçün bu “pəncərə”nin də qapanmasını istəməz.

Ona görə də, hazırda “taxıl dəhlizi” ilə bağlı İstanbul anlaşması prezident Ərdoğanın beynəlxalq səviyyədə siyasi qələbəsi hesab olunur. İndi Türkiyə prezidenti dünyanı aclıqdan xilas edən siyasi lider statusu qazanıb. Hətta bəzi Qərb politoloqları prezident Ərdoğana Nobel mükafatı verilməsinin mümkünlüyünü də qətiyyən istisna etmirlər".

E.Xalidbəylinin fikrincə, məsələ ondadır ki, Türkiyə lideri hazırda Ukrayna prezidenti Volodimir Zelenskiyə və Kreml sahibi V.Putinə təsir göstərmək imkanı olan yeganə dövlət başçısıdır. Çünki, həm Ukrayna, həm də Rusiya prezidentinin Türkiyə lideri R.T.Ərdoğanı dinlədikləri inkaredilməz reallıqıdır. Qərb siyasi dairələrində Türkiyə üçün bu önəmli faktor ciddi qısqanclıqla qarşılansa da, prezident R.T.Ərdoğan bu nüfuzu hər iki tərəfə münasibətdə prinsipial və ədalətli mövqe tutması ilə qazanıb:

"Rusiya siyasi dairələrinə yaxın bəzi mənbələrə görə, Kreml sahibi qarşıdakı Soçi görüşündə Türkiyə liderinə bir çox məsələlər ilə bağlı ciddi güzəştlərə hazırdır. Ancaq Türkiyə üçün indi ən ciddi problem İraq və Suriya ərazisində olan PKK/PYD terror qruplaşmasıdır. Rəsmi Ankara bu problemdən ölkəni qorumaq üçün Türkiyə-Suriya sərhədləri boyunca 30 kilometrlik tampon bölgənin yaradılmasında israrlıdır. Bu məqsədlə Türkiyə Suriyanın sərhəd bölgəsində qısamüddətli antiterror əməliyyatı keçirtməyə hazırlaşır. Və bu barədə niyyətini də rəsmən bəyan edib.

Ancaq Türkiyənin NATO üzrə hərbi müttəfiqi ABŞ və dünyada təklənsə də rəsmi Ankaranın tərəfdaşlıq münasibətlərini qoruduğu Rusiya buna qəti şəkildə qarşı çıxır. Ona görə də, hazırda rəsmi Ankara bu iki dövlətin mövqeyindən ciddi şəkildə narazıdır. Və bu narazılığını da ən yüksək səviyyədə hər iki ölkənin diqqətinə çatdırır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında ABŞ və Rusiyanı verilən vədləri yerinə yetirməməkdə suçlayıb. Onun sözlərinə görə, ABŞ və Rusiya PKK/PYD terror qruplaşmasının Türkiyə sərhədlərindən uzaqlaşdırılacağını bildirsələr də, bu məsələ hələ də həll olunmayıb. Ona görə də, rəsmi Ankara bu problemi Türkiyə ordusunun keçirəcəyi antiterror əməliyyatı ilə nizamlamaq niyyətindədir".
Maraqlıdır ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun sərhəd boyu antiterror əməliyyatına hazırlıq prosesini artıq yekunlaşdırmaq üzrə olduğunu da vurğulayıb. NATO-nun da terrorizmə qarşı mübarizədə Türkiyəyə dəstək verməli olduğunu bildirən xarici işlər naziri antiterror əməliyyatlarına hər an başlaya biləcəklərini deyib: "Türkiyəyə əngəl olmağa çalışırlar, ancaq bir gecə ayılıb, görəcəklər ki, antiterror əməliyyatları başlayıb".

Bütün bunlara baxmayaraq, rəsmi Ankara antiterror əməliyyatları ilə bağlı prosesləri siyasi-diplomatik vasitələrlə nizamlamaq fikrindən hələ tam vaz keçməyib. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni Kreml sahibi Vladimir Putinlə növbəti dəfə müzakirə etmək niyyətindədir. Və Türkiyə liderinin bir neçə gün sonra reallaşacaq Rusiya səfərində bu məsələnin əsas mövzu olacağı ehtimal edilir:
"Bəzi iddialara görə, Türkiyənin Rusiyanı antiterror əməliyyatlarına neytral qalmağa inandıra biləcəyi də qətiyyən istisna deyil. Belə ki, "taxıl dəhlizi" ilə bağlı İstanbul anlaşmasına nail olan prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya əlini ciddi şəkildə gücləndirərək gedir. İndi Türkiyə ilə münasibətlərin qorunması, rəsmi Ankaranın narazı salınmaması Kreml üçün olduqca böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində reallaşan "taxıl dəhlizi" Kremlə əlavə manevr imkanları açıb. Bir tərəfdən Rusiya beynəlxalq rəqibləri ilə səhnəarxası "siyasi bazarlıq" faktoru qazanıb. Digər tərəfdən isə idxal-ixrac embarqoları ilə çətin duruma düşən Kreml Rusiya taxıl məhsullarının dünya bazarlarına çıxarılması şansı əldə edib. Və Kreml sahibi bütün bunlara görə borclu olduğu Türkiyə liderini indiki taleyüklü mərhələdə özündən narazı salmaqda maraqlı deyil".

Politoloqun fikrincə, Kreml sahibi indi Türkiyə liderinə önəmli geopolitik güzəştlərə hazır olsa da, bunun əvəzində Rusiya prezidenti Türkiyənin daha effektiv strateji tərəfdaşlığına da ümid bəsləyir. Xüsusilə də, Kreml sahibi Türkiyə liderindən Ukrayna savaşının Rusiyanın maraqlarına yaxın şərtlər çərçivəsində yekunlaşdırılması istiqamətində prinsipial dəstək gözləyir. Və prezident Vladimir Putinin Türk həmkarının bunu bacara biləcək imkanlara və təsir gücünə sahib olduğuna inandığı da bildirilir:

"Təbii ki, Kreml sahibi Türkiyə prezidentini narazı salacağı təqdirdə, rəsmi Ankaranın Rusiya siyasətində müəyyən dəyişikliklərin ola biləcəyini də mütləq nəzərə almaq məcburiyyətindədir. Hər halda, Türkiyə üçün prinsipial xarakter daşıyan məsələyə Rusiyanın müqavimət göstərməsi rəsmi Ankaranın sonrakı davranışlarına təsirsiz ötüşə bilməz. Və bu, Rusiya üçün o qədər də məmnunedici nəticələr doğurmaz.
Bütün bunları nəzərə aldıqda, hazırda Türkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyini düşünmək olar. Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil. Və bu, o deməkdir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan öz əsas hədəfinə çataraq, dönəcəyini ehtimal etmək mümkündür".

Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan döndükdən qısa müddət sonra Türkiyənin Suriyada antiterror əməliyyatlarına başlaya biləcəyini düşünmək olar. Hətta Kreml buna qarşı çıxmış olsa belə, Türkiyə bu addımı atacaq. Ancaq Kreml sahibi ilə anlaşma bir tərəfdən Rusiyanın neytral qalmasını, digər tərəfdən isə Suriyadakı Əsəd rejiminin baş verənləri indiki kimi etirazla deyil, məhz sükutla müşahidə etməsini təmin edəcək.

Ona görə də hesab etmək olar ki, Soçidə keçiriləcək Ərdoğan-Putin görüşündə “taxıl dəhlizi”, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti ilə bağlı mövzular ikinci dərəcəli xarakter daşıya bilər. Çünki, rəsmi Ankara bu məsələləri İstanbul anlaşmasının imzalanmasına nail olmaqla, böyük ölçüdə reallaşdırıb:

"İndi rəsmi Ankara üçün Türkiyənin milli təhlükəsizlik maraqları daha ön planda yer alır. Əks halda, prezident R.T.Ərdoğan sadəcə, “taxıl dəhlizi” üzrə İstanbul anlaşmasının icrasını müzakirə etmək üçün Rusiyaya səfər etməzdi. Yəni, bu mövzu digər siyasi-diplomatik təmas variantları üzrə də nizamlana bilərdi. Halbuki, Ukrayna taxılı ilə yüklənmiş gəmilər hərəkətə başladığından artıq bu məsələ ətrafında elə bir ciddi problemin olduğunu iddia etmək də çətindir.
Belə anlaşılır ki, Türkiyə liderinin Kreml sahibi ilə birbaşa görüşüb, müzakirəsinə ehtiyac duyduğu daha fərqli və ciddi mövzular var. Həmin mövzuların sırasında Türkiyə ordusunun Suriyada keçirəcəyi anterror əməliyyatına Rusiyanın neytral qalması ilə bağlı məsələnin ön planda olduğu qətiyyən şübhə doğurmur. Eyni zamanda, Türkiyə prezidentinin Kreml sahibi ilə Cənubi Qafqazda baş verənləri və bu bölgədəki geopolitik prosesləri də müzakirə edəı biləcəyi qətiyyən istisna deyil.

Eyni zamanda, Kreml sahibinin də təşəbbüsü ilə Ukrayna savaşı ətrafında Türkiyənin vasitəçiliyi üzərindən sülh prosesinin intensivləşdirilməsi ilə bağlı mövzunun da müzakirəsi qaçılmaz görünür. Çünki, Kremlin Rusiyanın tamamilə çökə biləcəyini nəzərə alaraq, ən yaxın vaxtlarda Ukrayna savaşının öz şərtlərinə uyğun şəkildə dayandırılmasında maraqlı olduğu qətiyyən şübhə doğurmur. Və bu məsələdə Türkiyə həm Rusiyanın, həm də Ukraynanın güvənə biləcəyi yeganə dövlət statusuna da sahibdir".
Ali məktəblərə keçid balları AÇIQLANDIDövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

DİM-dən Avrasiya.net-ə verilən məlumaat görə, "Abituriyent" jurnalının 3-cü nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.

“Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib.

Nəzərinizə çatdırırıq ki, ötən illərdə formalaşmış keçid balları ixtisas seçimi zamanı müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində seçən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən fərq yaranır. Bununla belə oxşar meyillər, tendensiyalar da müşahidə edilir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində seçən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən fərq yaranır. Bununla belə oxşar meyillər, tendensiyalar da müşahidə edilir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı ötən illərdə formalaşmış keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdə saxlamalıdırlar.

Jurnalları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
"Azərpoçt"un əməkdaşı lotereya pullarını oğurladıq“Azərpoçt” MMC-nin Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Yevlax rayon prokurorluğunun məlumatından Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Aparılmış araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.
ABŞ-dan Bakının "Qisas" əməliyyatına - ReaksiyaABŞ Qarabağdakı vəziyyətdən narahatdır və gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırır.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Birləşmiş Ştatlar Qarabağda toqquşmalar barədə məlumatlardan dərin narahatdır və Qarabağ bölgəsində intensiv döyüşlər, eləcə də insan itkiləri barədə xəbərləri diqqətlə izləyir”, - o bildirib.

Praysın sözlərinə görə, vəziyyətin gərginləşməsi regiondakı bütün həll edilməmiş məsələlərin razılaşdırılmış, hərtərəfli və davamlı həllinə ehtiyac olduğunu göstərir.
“Qisas” əməliyyatı davam edəcəkmi?“Qisas” əməliyyatı erməni terrorçuların məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsi ilə nəticələnib. Müdafiə Nazirliyinin rəsmi məlumatında nəzarətə götürülən ərazilərdə mühəndislik işlərinin aparılmasına dair qeyd isə əməliyyatın dayandırıldığını deməyə əsas verir.

Lakin əməliyyatın davam edəcəyi də istisna deyil. Rəsmi məlumatda qeyd olunan “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür” sözləri bu gözləntini artırır və bəlli olur ki, Bakı təkcə 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni qoşunların çıxarılmasını yox, həm də separatçı-terrorçuların tərkisilah edilməsini də tələb edir.

Əməliyyatın dayandırılması və Müdafiə Nazirliyinin açıqlaması Rusiya sülhməramlılarının iki məsələnin cari dövrdə icrası ilə bağlı öhdəlik götürdüyü ehtimalını önə çıxarır:

- 4-cü bəndin icrası – erməni qoşunların çıxarılması;

- Laçın dəhlizinin yeni marşruta köçürülməsi;

Hər iki məsələnin avqustun sonuna qədər icrasına dair razılaşmanın olması mümkündür. Erməni mediasının “sülhməramlılarla aparılan danışıqlarda sentyabrın 1-nə qədər Laçın dəhlizinin yeni marşruta köçürülməsi razılaşdırılıb” məlumatı da bu kontekstdə diqqət çəkir.

Bu iki məsələyə nail olan kimi separatçıların tərkisilah edilməsi də aktuallaşacaq.

Əməliyyatın başa çatmadığı, müvvəqəti dayandırıldığı və hadisələrin tələblərin icrası prosesinə uyğun cərəyan edəcəyi bəllidir..

Asif Nərimanlı