Tofiq Musayev "Karapapak Fight club & Promotion"-un vitse-prezidenti seçilib3 avqust 2022-ci il tarixində "Karapapak Fight club & Promotion"-un növbəti iclası keçirilib. Klub rəhbərliyinin qərarına əsasən MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olmuş Tofiq Teymur oğlu Musayev "Karapapak Fight club & Promotion"-un vitse-prezidenti vəzifəsinə təyin edilib.

T. Musayev 15 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 12 yaşında karate ilə məşğul olmağa başlayan idmançı 23 yaşında peşəkar döyüş sənətində debüt edib.

2011-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Tofiq, Kunq-fu və Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olub. O, 2019-cu ildə MDB ölkələri arasında qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına daxil olub. Bundan başqa 2019-cu ildə dünyanın ən nüfuzlu təşkilatlarından olan “Rizin Fighting Federation”-un təşkil etdiyi Rizin Qran-prisinin qalibi olub.

Bir neçə gün öncə dünyanın iki ən məşhur turnirindən biri olan "Bellator 283" turniri çərçivəsində amerikalı rəqibi Sidney Outlavı döyüşün 27-ci saniyəsində nokaut edərək qələbə qazanıb.

Qeyd edək ki, Tofiq Musayev 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə yollanıb və ön xətdə fəal iştirak edib.

Prezident İlham Əliyevin sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
Rusiya nüvə silahına əl ata bilər, ABŞ çalışır...ABŞ bütün risklərdən xəbərdardır, ona görə də Ukraynaya dəstəyini artırıb.

Bu sözləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, indi Rusiya Ukraynada taktiki nüvə silahından istifadənin üç variantını nəzərdən keçirir:

“ABŞ və müttəfiqləri belə ssenarinin baş tutmaması üçün çalışır. Son vaxtlar Ukraynaya dəstəyin artırılmasının səbəbi də budur. Əgər həm Kreml Ukraynada məğlub olarsa, həm də Putinin həyatıyla bağlı təhlükə yaranarsa, bu artıq Rusiyanın özü üçün böyük təhlükə deməkdir. Buna görə də ABŞ müharibəni yaza qədər təxirə salmaq istəyir. Rusların nüvə silahına əl atmasına imkan verməmək üçün gərginləşmədən, sakit mübarizə aparmaq lazımdır”.

Romanenko həmçinin bildirib ki, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini öz torpağı kimi tanıması vəziyyəti gərginləşdirəcək nüanslardan biridir:

"Ukrayna bu vəziyyətlə razılaşmayacaq. Bu da Rusiyanı nüvə silahından istifadə etməyə təhrik edə bilər. Elə məhz bu hadisələrin baş verməməsi üçün ABŞ Ukraynaya son bir neçə həftədə daha fəal şəkildə kömək etmək qərarına gəlib. Amma bunu daha öncədən də edə bilərdi. ABŞ-ın Ukraynaya gec dəstək olması mülki şəxslərin və hərbçilərin ölümüylə nəticələnir”.
Ruslar itki verərək geri çəkildiRuslar Baxmut istiqamətindəki yaşayış məntəqələrinə uğursuz hücum ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, rus ordusu Donetsk vilayətində əsas səylərini Baxmut istiqamətində cəmləşdirir:

“Seversk istiqamətində düşmən top və raket artilleriyasından, həmçinin Seversk, Serebryanka və Qriqorovka yaxınlığında tanklardan atəş açıb. Nikiforovka və Tatyanovka yaxınlığında PUA-ların havadan kəşfiyyatı aparılıb. Ruslar Baxmut istiqamətində bölmələrimizi işğal olunmuş xətlərdən sıxışdırıb çıxarmaq üçün Kodema, Semiqorye, Travneve, Vımka, Berestovoye, Baxmutskoye yaşayış məntəqələri ərazilərini artilleriya atəşinə tutub. Semiqorye və Beloqorovka yaxınlığına hava zərbələri endirib. Düşmən Berestovoyenin qərb kənarında irəliləyirdi, lakin uğur qazana bilmədi, geri çəkildi. Eyni vəziyyət Vladimirovka, Yakovlevka və Semiqorye, Kodema istiqamətlərində də müşahidə olunub. Avdeyevka istiqamətində düşmən taktiki mövqeyini yaxşılaşdırmağa çalışıb, lakin uğursuz olub və itkilərlə geri çəkilib”, - məlumatda deyilib.
İran PUA-larını Rusiyaya buna görə verirEhtimal ki, İran hakimiyyəti Su-35 qırıcıları müqabilində Rusiyaya pilotsuz təyyarələrin ilk partiyasını göndərib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Bildirilib ki, Tehran PUA-nın ilk partiyası ilə birlikdə onlardan istifadənin öyrədilməsi üçün mütəxəssislərini də göndərə bilər:

“Rusiya mətbuatında sanksiyalardan yayınmaq üçün ölkələr arasında aviasiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı məlumatlar yayılıb. Əgər doğrudursa, bu, İranın PUA müqabilində Su-35 təyyarələrini ala biləcəyini deməyə əsas verir”.
Azərbaycan Gənc Könüllülər akademiyasının bir illik fəaliyyətiAzərbaycan Gənc Könüllülər akademiyası artıq bir ildir ki, fəaliyyət göstərir.

Bəs bu bir il ərzində fəaliyətimiz nədən ibarət olub?

Doğma Vətən torpağını qoruyan, canından, qanından keçməyə hazır olub, Vətənin azadlığı uğrunda Şəhid olan qəhrəmanlarımızın əziz xatirələrini yad etmək, onları gələcək nəsillərə tanıtmaq, gənclərimizin Vətənpərvər ruhda böyüməsi məqsədi ilə davamlı olaraq onlayn görüşlər həyata keçirirdik.

Görüşlərimiz sadəcə onlayn platforma üzərindən deyil, Şəhidlərimizin ailəsini ziyarət edərək canlı formada da baş tutmuşdur.

Akademiya Şəhid ailələrini yad etmək məqsədi ilə təşkil olunan görüşlərlə fəaliyyətə başladı və getdikcə müxtəlif mövzularda vebinarları əhatə etmişdir.
Bir il ərzində 100-ə yaxın layihə irəli sürülmüş, 300-ə yaxın görüşümüz baş tutmuşdur.

Bu günə qədər 100-lərlə gəncin iştirak etdiyi 300-ə yaxın müxtəlif mövzularda görüşlərimiz baş tutmuşdur.
1 avqust 2022-ci ildə platfomamızın 1 yaşını qeyd etmək məqsədi ilə Azərbaycan Gənc Könüllülər akademiyasının könüllüləri ilə birlikdə Quba-Qusar rayonuna ekskursiya təşkil olundu.

Ekskursiya zamanı ilk ziyarətimiz Quba Şəhidlər Xiyabanını ziyarət etdik. Ekskursiya zamanı Azərbaycan Gənc Könüllülər akademiyasının rəhbəri Sövdum Cahangirzadə bir il müddətində Könüllülərin fəaliyyətindən bəhs edərək, fəaliyyət zamanı göstərdikləri fəallığı dəyərləndirərək, rəhbərlik tərəfindən təltif olundular. Gənc Könüllülərimizin asudə vaxtının səmərəli keçirilməsi üçün Quba - Qusar rayonuna ekskursiya təşkil olunaraq, Hərbi Vətənpərvərlik mövzusunda bir sıra yarışlar keçirildi.
Ekskursiyanın sonunda, iştirakdan məmnun qalan, Könüllülərimiz rəhbərliyə öz səmimi diləklərini və təşəkkürlərini bildirdilər.

Sonda isə ekskursiyamız Xudayar təsnifi ilə yekunlaşdı.

İspaniya Ukraynaya tank verməməsinin səbəbini açıqlayıbİspaniya hökuməti Saraqosa şəhərindəki hərbi bazada saxlanılan “Leopard” seriyalı tankları Ukraynaya verməyəcək.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles “El Mundo” qəzetinin jurnalistləri ilə söhbəti zamanı bildirib.

“Uzun illər Saraqosada istifadə edilməyən “Leopard”ları göndərə bilmərik. Sadəcə ona görə ki, onlar tamamilə acınacaqlı vəziyyətdədirlər”, - nazir deyib.

Bundan əlavə, o vurğulayıb ki, İspaniya dinc əhali arasında itkilərin artmasına səbəb ola biləcəyindən bu tankları Ukraynaya vermir.
ABŞ-dan Ermənistandakı vətəndaşlarına xəbərdarlıqABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmaqla bağlı xəbərdarlıq edib.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, söhbət dünən axşam Fövqəladə Hallar Nazirliyinə partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olan yerlərdən gedir. Bunlar “Zvartnots” hava limanı, İrəvan metrosunun bütün stansiyaları, habelə paytaxt meriyası və Milli Məsclisin binalarıdır.

ABŞ səfirliyi Amerika vətəndaşlarını məlumatlandırıb ki, fövqəladə xidmətlər “Zvartnots” hava limanında, bütün metro stansiyalarında, meriya və Milli Məclisdə bomba təhlükəsi ilə bağlı yoxlama aparır.

Qeyd edək ki, “Zvartnots” hava limanında və meriyada heç bir partlayıcı qurğu aşkarlanmayıb, metroda axtarış davam edir.
Ermənistan itkin düşən əsgərimizi geri qaytardıErmənistan 2 avqustda Azərbaycana əsgər K.İbayevi təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat katibi Aram Torosyan məlumat yayıb.

Bildirilib ki, 23 iyul saat 13:30-da Göyçə mahalında, sərhəddə (Kəlbəcərlə sərhəd) erməni hərbçilər azərbaycanlı əsgərə rast gəliblər. Məlum olub ki, K.İbayev yolu azıb.

İbayev Azərbaycana Rusiya sülhməramlı kontingentin vasitəçiliyi ilə qaytarılıb.

Qeyd edək ki, 23 iyulda Azərbaycan MN əsgər Kamiz Mübariz oğlu İbayevin Kəlbəcər rayonu ərazisində itkin düşdüyünü açıqlamışdı.