Vüsal Quliyev: Agentliyin 2 xüsusi qrant müsabiqəsinin keçirilməsi nəzərdə tutulubÖlkəmizdə ilk dəfə olaraq 30 iyul – 1 avqust tarixlərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı keçirildi. Proqramda 100-dən çox QHT nümayəndəsi iştirak etdi. Burada onlar üçün təmsil etdikləri qurumların fəaliyyətinin gücləndirilməsi üçün zəruri təlimlər təşkil olundu. Bu günə qədər toxunulmayan bir çox mövzular iştirakçılar tərəfindən maraqla qarşılandı.

Avrasiya.net xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ifadə edib.

V.Quliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin gələcəkdə reallaşdıracağı qrant müsabiqələrində bir çox dəyişikliklər ediləcəyini və layihə tərtibatlarının yeni formaya keçəcəyini bildirərək deyib: “Gələcəkdə Agentliyin qrant layihələrinin forması daha da təkmilləşəcək, beynəlxalq standartlara uyğunlaşdırılacaq. Belə olan halda, QHT nümayəndələrinin zəruri təlim almalarına ehtiyac var. Təbii ki, bu cür təlimlər davamlı olacaq. Burada əsas məqsəd qeyri-hökumət təşkilatları nümayəndələrinin daha professional layihə yazılışı metodlarını öyrənmələri və müasir metodlarla tanış olmalarıdır”.

Bu baxımdan, keçirilən təlimlərin çox böyük əhəmiyyətinin olduğunu deyən Prezident Administrasiyasının rəsmisi bildirib ki, qeyri-hökumət təşkilatlarının xarici ölkələrdəki tərəfdaşları ilə rəqabətə girə bilmələri üçün bu proqramlar faydalı ola bilər.

“Bu təlimlərin ən əhəmiyyətli tərəflərindən biri də QHT nümayəndələrinin beynəlxalq təcrübə ilə tanış olmaq imkanlarının olmasıdır. İnanıram ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gələcəkdə də bu cür layihələri davam etdirəcək”, - deyə Vüsal Quliyev qeyd edib.

Agentliyin gələcək planlarından danışan V.Quliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaxın müddətdə regionlarda ictimai şuraların fəaliyyətinin daha da təkmilləşdirilməsi, ictimai nəzarətin həyata keçirilməsi üçün silsilə təlimlərə başlayacağını vurğulayaraq deyib: “Gələcəkdə nəzərdə tutulan təlimlərdə rayon icra hakimiyyətlərinin əməkdaşları ilə yanaşı, yerlərdəki ictimai şuraların bütün üzvləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edəcəklər. Bundan əlavə, QHT nümayəndələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində də müxtəlif proqramlar həyata keçiriləcək. Yaxın zamanlarda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin iki xüsusi qrant müsabiqəsinin keçirilməsi və qeyri-hökumət təşkilatlarının da bu proqramda iştirak etmələri nəzərdə tutulub. Bunlarla yanaşı, Agentliyin QHT–dövlət–özəl sektor əməkdaşlığının təşviqi istiqamətində də müəyyən planları var. Yaxın gələcəkdə biz bu istiqamətdə də bir sıra işlər görəcəyik”.
Almaniya öz ordusunda olmayan silahların Ukraynaya tədarükünə başlayıb“Ukraynaya verdiyimiz silahların bəziləri Almaniya Silahlı Qüvvələrinin (Bundesver) silah arsenalına daxil edilməyib”.

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Kanadanın “The Globe and Mail” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya bütün növ, o cümlədən yeni, hətta Bundesverə daxil olmayan silah və hərbi texnika tədarük edir.

Şolts qeyd edib ki, hazırda Almaniya Ukraynaya daha ağır və bahalı silahların tədarükünə başlayıb. Buraya özüyeriyən haubitsa, reaktiv yaylım atəş sistemi (RYAS), zenit raket kompleksi (ZRK), kontr-batareya radarları daxildir.

Kansler həmçinin bildirib ki, ukraynalılar Almaniyada yeni və daha mürəkkəb hərbi təlimlər keçir: “Biz Ukraynaya gələcəkdə də nə qədər lazımdırsa, o qədər yardım edəcəyik”.

O.Şolts sonda Almaniyanın Ukraynaya hərbi yardımı azaltması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Füzulidə 3 nəfər minaya düşdüFüzulidə minatəmizləmə şirkətinin əməkdaşı minaya düşüb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

İcra edilən Beynəlxalq Minatəmizləmə standartlarına əsasən yaxınlıqda olan bir neçə əməkdaş profilaktik müayinələr məqsədilə xəstəxanaya göndərilib.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
Dil millətin milli sərvəti, varlığını təmin edən əsas amillərdəndir 2001-ci il avqustun 9-da Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla ölkəmizdə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Təssüflər olsun ki, illər boyu Azərbaycan əlifbası ilə bağlı çətinliklər yaşanıb. Əvvəllər 52 hərfdən ibarət alban əlifbası, sonra ərəb istilasından sonra ərəb əlifbası. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. O səbəbədn də 1923-cü ildən latın əlifbasına keçid oldu. Lakin həmin ərəfədə Türkiyə də latın əlifbasına keçdi. Bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. 1940-cı ilin yanvar ayından isə kiril əlifbasına keçid başlandı.

Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.

Hər bir xalqın dili millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Sovetlər dönəmində 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar təqib edilir, Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

Onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.

Heydər Əliyev xalqı, ziyalıları ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır: “Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”.
Əlbəttə bu prosesdə əsas rol Azərbaycanın dilçi alimlərinin fəaliyyəti idi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Bildiyimiz kimi 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının - 2002-ci il 30 sentyabr tarili Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiq olan Prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı tərtib edildi. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdi.

Bu gün dilimizin qorunmasına xidmət edən bir sıra tədbirlər həyata keçirilir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Bu gün dünyada müasir elektron texnikadan istifadə edilir. Bu səbəbdən də Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin etmək Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ulu Öndər Heydər Əliyev ana dilimizə yüksək qiymər verir.
Eləcə də bildirir ki, “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

"Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir" söyləyən möhtərəm cənab Prezident İlham Əliyev dilimizə hörmət və qayğı ilə yanaşmağımızı tövsiyə edirərək "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir" deyir.

Cavadova Qəmər
138 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
160-cı gün: Rusiyanın itkiləri açıqlandıUkrayna müharibənin 160-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 41 170 hərbçi, 1 768 ədəd tank, 4014 ədəd zirehli döyüş maşını, 936 ədəd artilleriya sistemi, 259 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 914 ədəd avtomobil texnikası, 739 ədəd PUA, 174 qanadlı raket, 15 gəmi/qayıq, 82 xüsusi avadanlıq itirib.
I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün təxminən 100 milyon manat ayrılıb"Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə verildiyi diqqət və qayğının növbəti təzahürüdür".

Bunu "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Hökumət rəsmisi qeyd edib ki, bu məqsədlə 2022-ci ilin dövlət büdcəsində təxminən 100 milyon manat vəsait ayrılıb: "Məsələ ilə bağlı bu gün Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyində keçiriləcək mətbuat konfransında ictimaiyyətə geniş məlumat veriləcək".

“TikTok”da canlı yayım edən hərbçilər ordudan xaric olundular - RƏSMİMüdafiə Nazirliyi son günlər hərbi qulluqçuların sosial şəbəkələrdə canlı yayımda çıxışına münasibət bildirib.

Avrasiya.net "Qafqazinfo"ya istinadən məlumat verir ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib.

Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.

Bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.




Polis məhkəmədə hakimi söydü - Cəzası artırıldıBir neçə gün əvvəl Şəki rayon Məhkəməsində Ucar rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru işləmiş, rüşvət və sənədlərin saxtalaşdırılmasına görə barəsində cinayət işi açılaraq məhkum edilmiş 1985-ci il təvəllüdlü Şahin Əhmədovun həbs müddəti artırılıb.

Avrasiya.net Qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə hökm elan edildikdən sonra hakimləri söyərək təhqir edən Ş.Əhmədov barəsində Cinayət Məcəlləsinin 289.2-ci (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə açılmış işə baxılıb. Şəki rayon Məhkəməsinin hökmü ilə keçmiş polis zabitinin cəzası 4 ay artırılıb.

Qeyd edək ki, Zərdab rayon sakini olan Şahin Əhmədov baş inspektor işləyərkən bir qrup polis əməkdaşı və İran vətəndaşı ilə əlbir olaraq xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində təqsirli bilinib. Məlum olub ki, həmin vaxt o, külli miqdarda rüşvət müqabilində Dövlət Miqrasiya Xidmətindən müvafiq arayışları olmayan, üzünü belə görmədiyi bir neçə İran vətəndaşını Ucarın müxtəlif kəndlərinə qeydiyyata almaqla onlara Azərbaycan Respublikasının saxta şəxsiyyət vəsiqəsini verib.

2019-cu ildə bu əməllər üzə çıxdıqdan sonra Ş.Əhmədovla əlbir olan dəstə üzvləri həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay müddətinəazadlıqdan məhrumetmə cəzası verilib. Lakin Şəki Apelyasiya Məhkəməsi cəzanı daha da ağırlaşdıraraq həbs müddətini 9 il 6 aya çatdırıb. Bundan sonra məhkum hakim G.Abbasovun sədrlik etdiyi kollegiyanın ünvanına ağır ifadələr işlədib və bu görüntülər məhkəmə kamerası tərəfindən qeydə alınıb.
Tramp: Ukrayna bu ərazini Rusiyaya verməli idi!Ukrayna müharibənin qarşısını almaq üçün Rusiya Prezidenti Vladimir Putinlə razılaşma əldə etməli idi.

Bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

O bildirib ki, Ukrayna Krımı Rusiyaya verə və NATO-ya üzvlük kursundan imtina edə bilərdi:

“Krımdan və NATO-dan imtina edə bilərdiniz, onda sizin ölkəniz olardı. Hesab edirəm ki, Putin razılaşma əldə etmək istəyərdi”.