Samur-Abşeron kanalına düşən gəncin meyiti tapıldıİyunun 27-də yol-nəqliyyat qəzası nəticəsində Samur-Abşeron kanalına (Quba rayonunun Hacıhüseynli kəndi) düşən 1995-ci il təvəllüdlü Rəvan Zakir oğlu Əmirovun axtarışları yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün səhər saatlarında “Şimal” dalğıc-axtarış qrupu R.Əmirovun meyitini batdığı yerdən təqribən 8 km məsafədə Samur-Abşeron kanalının Quba rayonu, Barlı qəsəbəsi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırmışdı. Nəticədə sürücü sudan çıxarılmış, onun sərnişini Rəvan Əmirov isə suda boğulmuşdu.
Bağçada azyaşlı xəsarət aldı: müdir cəzalandırıldıBiləsuvar rayonunda külək nəticəsində uşaq bağçasında bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq ağır xəsarət alıb.

Bu barədə Report Şirvan-Salyan Regional Təhsil İdarəsinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, hadisə iyunun 29-da Biləsuvar rayon Əliabad kənd uşaq bağçasında baş verib:

"Hadisə ilə əlaqəli bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı 4 yaşlı Mircihad Samir oğlu İbrahimlinin başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim Reyhan Əzizağa qızı Quliyeva işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Şəfəq Adil qızı Əhmədovadan icazə alıb.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb.

Əliabad kənd uşaq bağçasının müdiri Ş.Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib".
Putin buna görə Ukrayna şəhərlərini vurur - GeneralSon zamanlar Rusiya Ukrayna şəhərlərinə raket bombardmanlarını gücləndirib.

Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

O, bunun bir neçə səbəbinin olduğunu deyib:

“Ukraynanı raketlə vurmaqla Rusiya Ukraynanın müttəfiqlərinə təzyiqləri artırır. İkinci səbəb isə Ukrayna vətəndaşlarının ruhunu sındırmaq, cəmiyyəti hakimiyyətə təzyiq göstərməyə və danışıqlara məcbur etmək üçün mənəvi-psixoloji təsirdir”.
Yunanıstan ABŞ-dan F-35 qırıcıları istəyibYunanıstan Birləşmiş Ştatlara Amerika F-35 qırıcı-bombardmançılarından bir eskadrilyasının alınması üçün rəsmi müraciətlə məktub göndərib.

“Report”un məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis jurnalistlərə bildirib sonradan Yunanıstanın belə təyyarələrin əlavə partiyası sifariş edəcəyini istisna etməyib.

"Bu prosesin bir hissəsi sorğu məktubunun göndərilməsidir. Biz də bu yaxınlarda məktubu göndərdik", - o bildirib.

O, müraciətə baxılmasının uzun proses olduğunu və Afinanın hesablamalarına görə, razılaşmadan sonra qırıcıların Yunanıstana 2027-2028-ci illərdən tez çatmayacağını izah edib.
Bayden növbəti dəfə ABŞ-ın Türkiyəyə F-16 qırıcılarını satmasını dəstəkləyibABŞ Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir. Sazişin tezliklə Konqres tərəfindən təsdiqlənəcəyi gözlənilir.

“Report” Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

"Xatırladığınız kimi, hələ dekabr ayında mən Türkiyəyə F-16 təyyarələrini satmalı və modernləşdirməli olduğumuzu söylədim. Belə bir istəyi dəstəkləmək bizim maraqlarımıza uyğundur", - Bayden deyib.

ABŞ rəhbərinin sözlərinə görə, qırıcıların satışında qarşılıqlı üstünlüklər yoxdur. Oktyabr ayında Türkiyə Vaşinqtondan mövcud döyüş təyyarələrini təkmilləşdirmək üçün 40 ədəd “Lockheed Martin” F-16 qırıcı təyyarəsi və 80-ə yaxın dəst satmağı xahiş edib.
Afşin Zaura bu mahnı ilə cavab verdi - VideoGüney Azərbaycandan olan məşhur müğənni Afşin Azəri aparıcı Zaur Kamal tərəfindən canlı yayımdan qovulması ətrafında yaranan müzakirələrə özünəməxsus tərzdə cavab verib.

Kult.az xəbər verir ki, müğənni “Azərbaycan” mahnısı ilə sevənlərinə müraciət edib.

Qeyd edək ki, bu mahnının musiqisi Emin Sabitoğlu, sözləri ilə Bəxtiyar Vahabzadəyə məxsusdur.
BMT-dən ABŞ-a çağırış: İrana sanksiyaları ləğv et!ABŞ-a İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində sanksiyaları ləğv etməyə və ya dayandırmağa və İranla neft ticarətinə istisnaların genişləndirilməsinə çağırışımızı təkrar edirik.

Bu açıqlama ilə BMT Baş katibinin müavini Rozmari Di Karlo çıxış edib.

"Biz İranı atılan addımlardan imtinaya və öhdəliklərinə əməl etməyə çağırırıq", - Karlo qeyd edib.