Son günlər icra başçıları ilə bağlı məsələlər yenə də gündəmi zəbt etməkdə davam edir. Prezident İlham Əliyevin növbəti dəfə bir neçə icra başçısını vəzifədən uzaqlaşdırması və onların yerinə yeni simaları təyin etməsi geniş müzakirələrə səbəb olub. Daha doğrusu, dövlət başçısının Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən söylədiyi bir sıra aktual fikirlər cəmiyyət tərəfindən müsbət qarşılanıb. Prezident rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarına öz göstərişlərini, tövsiyələrini verdi və vurğuladı ki, “mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm”.

Dövlət başçısı yeni təyin olunan icra başçılarına açıq mətnlə bildirdi ki, “siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz”. Beləliklə, bu şəxslərə ən yüksək səviyyədə izah edildi ki, yerlərdəki məmurlar (xüsusən də icra başçıları) sözün həqiqi mənasında xalqın xidmətçisi olmalıdır. Onlar kabinetlərdə oturub özlərini “rayonun ağası” kimi aparmamalıdırlar. Əksinə, icra başçıları Prezidentin birbaşa təmsilçiləri kimi hər gün xalqın içində olmalı və qarşıya çıxan cari problemləri yerindəcə həll etməyə çalışmalıdırlar.

Həmçinin, 44 günlük Vətən müharibəsində bizim hər birimizə Qələbə sevincini yaşadaan şəhidlərimiz və onların ailələri, qazilərimiz də daim icra başçılarının diqqət mərkəzində olmalıdır. Prezident yeni icra başçıları ilə söhbəti zamanı bu məsələni də məxsusi olaraq onların diqqətinə çatdırdı və bildirdi ki, bu kateqoriyadan olan insanlarımız daim dövlətin qayğısını hiss etməlidirlər. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət başçısı özü tez-tez şəhid ailələri, müharibə əlilləri ilə, qazilərlə çoxsaylı görüşlər keçirirsə, icra başçıları da bilavasitə dövlət başçısından nümunə götürməli, şəhid ailələrinə, əlillərə, qazilərə isti münasibət göstərməlidirlər. İcra başçıları şəhid ailələrini, qaziləri qapılarda gözlətməməli, get-gələ salmamalı, saymazyanalığa yol verməməlidirlər.

Unutmamalıyıq ki, məhz bəzi icra başçılarının yerlərdə bu cür mənfi hərəkətlərinin nəticəsində bir neçə qazi özünə qəsd edib, intihar halları baş verib. Odur ki, yeni icra başçıları bütün bunlardan özləri üçün ciddi nəticələr çıxarmalıdırlar. Onlar bir ali həqiqəti dərk etməlidirlər ki, icra başçısı institutu xalqla dövlət arasında narazılıq, uçurum yaratmaq üçün yox, körpü yaratmaq üçün, dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün nəzərdə tutulub. Hər bir başçı bilməlidir ki, Prezidentin yürütdüyü daxili siyasəti yerlərdə uğurla həyata keçirmək məhz başçıların fəaliyyətindən asılıdır. Ona görə də başçılar məşhur ifadə ilə desək, özlərini yox, qanunu şah bilməli və ədaləti unutmamalıdırlar. Bunun əksinə düşünənlərin icra başçısı olmağa, Prezidenti təmsil etməyə haqqı yoxdur.

Masallının sabiq icra başçısı Şahin Məmmədovun guya, “şəhid ailələri və digər sakinlər” tərəfindən təntənə ilə yola salınması olayı da bu fikrimizi təsdiqləyir. Onun məlum hərəkəti qurama oyundur, əsl şoudur. Bu da onu göstərir ki, dövlət başçısının belə bir azğın və intriqan adamı işdən almağı, vəzifəsiz qoymağı tamamilə düzgün addımdır. Bu cür xırda avantüristlər icra başçısı kimi məsul vəzifələrə yiyələnməməlidirlər. Hər kəsin icra başçısı olmağa mənəvi haqqı çatmır. Yalnız milləti sevən, vətəndaşlara gerçəkdən xidmət etmək istəyən, ölkə üçün faydalı işlər görmək istəyən şəxslər icra başçısı missiyasını daşımağa layiqdirlər. Bəli, söhbət məhz missiyadan gedir. Ümid edək ki, yeni təyin olunan icra başçıları bu missiyanın önəmini dərk edəcək və öz yaxşı əməlləri, uğurlu fəaliyyətləri ilə nümunəvi icra başçısı obrazını yarada biləcəklər. Çünki xalq həqiqətən də icra başçılarından çox şey gözləyir. Prezidentin də onlardan gözləntiləri çoxdur. Baxaq görək yeni icra başçıları Prezidentin etimadını və xalqın ümidlərini doğrulda biləcəklərmi. Təki doğrultsunlar!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Vüqar Tofiqli ilə görüş keçirilib - FotoBu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə xidmətin inzibati binasında Belediyye.info saytının təsisçisi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, Qarabağla bağlı çoxsaylı monoqrafiya və məqalələrin müəllifi Vüqar Tofiqli ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov və Mədəni irsin qorunması şöbəsinin abidələrin qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov iştirak edib.

İki saat yaxın davam edən görüşdə maddi-mədəni irsimizin qorunmasıyla bağlı vətəndaş cəmiyyətinin təmsilçilərinin üzərinə düşən vəzifələr, habelə Sultanbud kurqanı ətrafında yaranmış vəziyyət, o cümlədən Fatmayı kəndinin tarixi abidələrinin bu günkü durumu geniş müzakirə edilmişdir. Bununla yanaşı Zirə qəsəbsindəki “El hamamı”nın müzeyə çevrilməsiylə bağlı təklifə müsbət yanaşılmışdır.

Görüş iştirakçıları birmənalı olaraq Sultanbud kurqanı üzərində hər hansı tikintinin aparılmasının yolverilməz olmasıyla bağlı xidmətin müvafiq orqanlar qarşısında vaxtında məsələ qaldırması və aparılan işlərin dayandırıldığı xüsusi olaraq vurğulanmışdır.

Qaldırılan mövzular ətrafında təkrar görüşlərin keçirilməsi məqsəduyğun hesab edilmişdir.
Belediyye.info
Elmlər Akademiyasını dağıtmaq yox, onu yenidən qurmaq lazımdırBu gün bəzi şəxslər, o cümlədən telekanallar Azərbaycan Milli Elmlər Akademiyasını qoparağını götürüblər. Mənşəyi və mahiyyəti bilinməyən bu kampaniyaçılığın əsas səsləndirdiyi fikir odur ki, Akademiya işçiləri qocalıb, onların intellektual müstəvidə heç bir faydası yoxdur və bu məkan bağlanmalıdır.

Cənablar, bu nəticədir. Akademiyanın bu günə düşməsinə kifayət qədər səbəblər var. Həmin səbəbləri araşdırıb aradan qaldırmaq lazımdır. Azərbaycanın tarixində, taleyində çox ağlı-qaralı iz buraxan Azərbaycan Milli Elmlər Akademiyasının üstündən xətt çəkib dağıtmaq olmaz. Həmin məkanda milləti, dövləti sevən və fayda vermək istəyən insanlar çalışıb, bu gündə çalışanlar var.

Qaldı Azərbaycan Milli Elmlər Akademiyası niyə bu günə düşüb? Bu sualın təbii ki, cavabları var. Onlardan bir neçəsini qeyd etmək istərdim. Bu möhtəşəm məkan zaman-zaman bilərəkdən və yaxud bilməyərəkdən qocalmağa başladı. Bu məkanda çalışmaq istəyən cavanların müxtəlif səbəblərdən yolu bağlandı.

Alim olmaq istəyən gənc bu məkanda heç bir perspektiv görmədi. Yalnız cüzi əmək haqları ilə cavan intellektli gənci burada necə saxlamaq olardı? Digər bir səbəb regionçuluqdur. Bu gün ən böyük fəlakətlərdən biri yerlibazlıq, dostbazlıq və s. faktorlardır. Hansı quruma üz tutursan məmur öz yaxınlarını, yerlilərini ətrafına yığıb. Bu Azərbaycan cəmiyyətinə, dövlətinə zərbədir. Bundan qurtulmaq gərəkdir.

Nəhayət Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları başlanmalıdır. Elmli, imanlı, dövlət tərbiyəsi olan, regionçuluq düşüncəsindən uzaq insanlar Akademiyada, həm də digər dövlət strukturlarında vəzifəyə gətirilməlidir. Bu gün elə təmiz, vicdanlı insanlar var ortada qalıblar.Həmin şəxslərin sabaha ümidləri yoxdur. Onlar öz intellektlərini özləri ilə qəbirə daşımamalıdırlar. Belə insanlara həssas münasibət olmalıdır.

Bir vacib məqamı da qeyd etmək istərdim. Bəzən atalarının gül balaları yağ-bal içində böyüyüb, gedib Avropada təhsil alan gənclərin də qayıdandan sonra Azərbaycanda idarəetmə strukturlarında hansı mənfilikləri etdiyini görürük. Harada təhsil almasından asılı olmayaraq, bu gün elmli, imanlı, dövlət tərbiyəsi olan kadrlara üstünlük verilməlidir.

Digər tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasında maliyyə şəffaflığı məsələləri, bu strukturda çalışanların ixtiralarının, elmi nailiyyətlərinin normal qazanc gətirməməsi və başqa gizli məqamlar araşdırılmalı və ictimaiyyətə dürüst məlumatlar təqdim olunmalıdır.

Sonda onu bir daha qeyd etmək istərdim ki, Milli Elmlər Akademiyasını dağıtmaq yox, onu yenidən qurub fayda verən quruma çevirmək lazımdır.

Əkrəm Bəydəmirli
Ukrayna ordusu türk meydanında Putinə qalib gəldi“Fənərbaxça” azarkeşləri qalibin yanında olsunlar.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Oleq Nikolenko “Dinamo Kiyev”lə oyun zamanı “Vladimir Putin” şüarı səsləndirən “Fənərbaxça” klubunun azarkeşləri ilə bağlı açıqlamasında deyib.

“Çempionlar Liqasının oyunu zamanı “Fənərbaxça” azarkeşləri Rusiya Prezidenti Vladimir Putinin, “Dinamo” azarleşləri isə Ukrayna Silahlı Qüvvələrinin adını səsləndirirdilər. Ukrayna ordusu türk meydanında Putinə 2:1 hesabı ilə qalib gəldi. Türkiyəli azarkeşlərə məsləhətim odur ki, qalibin yanında olmaq lazımdır”, - Nikolenko bildirib.
Rusiya Kiyevdə hərbi bazanı vurduRusiya ordusu Qara dəniz və Belarus istiqamətindən Ukraynanı, xüsusən də Kiyev vilayətindəki hərbi hissəni raketlərlə vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov məlumat evrib.

“Düşmən Qara dəniz ərazisindən “Kalibr” qanadlı raketləri ilə Kiyev vilayətinin Lyutij qəsəbəsindəki hərbi hissəyə raket zərbəsi endirib. Hazırda bir binanın dağıldığı, iki binaya ziyan dəydiyi barədə məlumat var", - deyə Qramov bildirib.
Hər kəs vətəndaşının, dövlətinin inkişafı naminə çalışmalıdırBu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanın daha 3 rayonunə yeni icra başçıları təyin edildi. Bununla əlaqədar yeni təyin olunan başçıları qəbul edən dövlət başçısı onlara tapşırıq və göstərişlərini verdi. Çıxışı zamanı cənab Prezident bir sıra önəmli məsələləri önə çəkdi. Bildirdi ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi həl edilib, aradan qaldırılıb.

İnsanlarımızın rifahı naminə rayonlarin sosial-iqtisadi inkişafını yüksək səviyyədə təmin etmək üçün elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib.

Davamlı olaraq infrastruktur layihələrin icrası həyata keçirilir. Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. İndi İmkan daxilində bütün bu işləri görməklə insanların rifah halı yaxşılaşdırılıb. Bu infrastruktur layihələri çərçivəsində iş yerlərinin yaradılmasına da şərait yaradır. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.

Cənab Prezident ölkədə əhali artımından da söz açaraq bildirdi ki, Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.

Təssüflər olsun ki, insanlarımızın xoş həyatı üçün həyata keçirilən bu inkişaf fonunda neqativ hallar da mövcuddur.
Məlum olduğu kimi son bir neçə ildə bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz.

Çıxışda vurğulanmışdır ki, rəhbər işçi daim insanların arasında olmalıdır. Onların problemləri ilə maraqlanmalıdır, həll etməlidir. İcra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Fəaliyyətləri zamanı icra başçıları sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür.

Görülən bu işləri əlbəttə ki, vətəndaşlarımız dəstəkləyir. Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri xarici və daxili siyasəti dəstəkləyir. Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.

Dövlət başçısı şəhid ailələrinə qayğını da diqqət mərkəzinə çəkdi. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır.

Şəhidlərimiz, qazilərimiz öz canlarını fəda edib, sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.

Sahibkarlarla bağlı. Bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. İcra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.

Azərbaycanda davamlı islahatlar və sosial – iqtisadi inkişaf nəticəsində Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonaları, otel kompleksləri inşa edilib. Bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir. Nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.

Əvvəllər Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Həmin yol indi əsaslı şəkildə təmir olunub, yenidən qurulub. Bu səbəbdən də Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin.

Kənd təsərrüfatının inkişafı üçün hər üç rayonda çox gözəl imkanların olmasını nəzərə alaraq müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir.

Cənab Prezident icra başçılarının fəaliyyəti ilə bağlı bir neçə məsələyə də toxundu. Torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var.
İdarəetmədə çox ciddi islahatlar, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər.

Bildirildi ki, bundan sonra da qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır.

Cənab İlham Əliyevin bir sıra tapşırıq və göstərişləri də ekologiya, müasir idarətmə, sahibkarlığın inkişafı və s. ilə əlaqədar idi. Görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq.

Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir.
Sahibkarlıq inkişafında da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, həm də turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundurmu. İctimai nəzarət. Rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır. İcra başçıları ictimai nəzarətdən çəkinməməlidir. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi fəaliyyəti daha effektiv edəcəkdir.

Dövlət başçısı bir daha Azərbbaycan xalqının ən yaxşılara layiq olmasını önə çəkərək bildirdi ki, biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri.

Ulu Öndər Heydər Əliyev siyasətinə sədaqət rəmzi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tək məqsədi ölkəmizin daimi inkişafı, xalqımızın rifahı və müstəqil dövlətimizin qdrətlənməsidir.

Anar Tağızadə
Xətai RİH Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri
Əməkdar jurnalist: “Orduya, dövlətə böhtan atan şəxs xalqa böhtan atır”“Məlumdur ki, sosial şəbəkələr heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərir. Amma istər sosial şəbəkələrdə, istərsə də elektron mediada yalan və saxta məlumatlar, dezinformasiyaların yayılması yolverilməzdir”.

Avrasiya.net-in xəbərinə görə, bunu Mətbuat Şurasında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.

O bildirib ki, Azərbaycan Ordusunun mənafeyinə xələl gətirən saxta və həqiqəti əks etdirməyən məlumatların yayılması yolverilməzdir: “Əgər kimsə bilərəkdən bu cür addımlar atırsa, yalan və saxta məlumatlar yayırsa, eyni zamanda orduya xələl gətirən, böhtan atan məlumatlar yayırsa, bununla bağlı qərar verilməlidir. Düşünürəm ki, bununla bağlı birmənalı olaraq hüquqi çərçivədə tədbirlər görülməlidir”.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan Ordusuna, dövlətinə böhtan atan şəxs Azərbaycan xalqına böhtan atır: “Hesab edirəm ki, bu məsələdə prinsipal mövqe nümayiş etdirməliyik. Orduya qarşı böhtan atmaq yolverilməzdir. Orduya ünvanlanmış böhtan hər bir vətəndaşa ünvanlanmş böhtandır. Ona görə də biz bu məsələdə prinsipal olmalıyıq və bu cür halların qarşısı birmənalı şəkildə alınmalıdır”.
İrəvanda Türkiyə vətəndaşının meyiti tapıldıİrəvanda Türkiyə vətəndaşının meyiti tapılıb.

Axar.az xəbər verir ki, Şenqavit Polis Şöbəsinə Araratyan küçəsi 62/23 ünvanında fəaliyyət göstərən “Urban Logistics Services” şirkətinin həyətində kişi meyiti olması barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən yerdə Türkiyə dövlət nömrə nişanlı “İveco” markalı yük maşınının yanında kişi meyiti aşkarlayıblar.

Məhkəmə-tibb həkiminin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

Ölən şəxsin kimliyi araşdırılır.
Daha 500 şəhid ailəsi və qaziyə ev veriləcəkYaxın iki ay ərzində 500 şəhid ailəsi və qazi fərdi evlə, eyni zamanda mənzillə təmin olunacaq.

Avrasiya.net xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov bildirib.

Onun sözlərinə görə, bu il ümumilikdə 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlə təmin olunması nəzərdə tutulub.

"Artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Yaxın iki ayda növbəti 500 nəfər də mənzillə təmin olunacaq. Bu il 160 müharibə əlilinin avtomobillə təmiantı nəzərə tutulub. Artıq 100 nəfərə avtomobillər təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobillər veriləcək", - deyə qurum rəhbəri vurğulayıb.
Həbs edilən gömrük generalı ilə bağlı yeni xəbərDövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Avrasiya.net APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, rəsmi məlumat görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə "Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında "Azerbaijan Legal Consulting İnternational Services” MMC, "Nanoc” MMC, "Veqa-Servis” MMC, "Meqan Group” MMC, "Omega Servis IKO” MMC, "Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq "Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.