Lukaşenko bu halda müharibəyə qatılacaqRusiya ordusu Ukraynanın şimal sərhədlərinə qayıtsa, Belarus müharibəyə girə bilər.

 Bu barədə “RBC-Ukrayna”nın hazırladığı məlumatda deyilir.

“Məncə, Belarusun müharibəyə qatılması yalnız Rusiya qoşunlarının Kiyevi ələ keçirmək üçün yenidən hərbi əməliyyatlara başlayacağı və ya Ukrayna ordusunun cənubda ciddi məğlub olacağı təqdirdə mümkündür. Bu zaman şimalda ciddi qüvvələr qalmayacaq və Ukraynanı tez bir zamanda məğlub etmək üçün burada ikinci cəbhə açıla bilər”, - belaruslu hərbi ekspert Yaqor Lebyadok deyib.

Hərbi analitik, polkovnik Sergey Qrabski isə bildirib ki, Rusiya silahlılarının kiçik bir hissəsi hələ də respublika ərazisindədir:

“Amma indi şimal sərhədlərini yarmaq üçün onların sayı kifayət qədər deyil. Donbasda “uğurlar” olarsa, Kreml qüvvələrinin bir hissəsini Belarusdakı qruplaşmasını gücləndirmək üçün göndərə bilər. Lakin Ukraynanın bütün şimal vilayətlərinin müdafiəsi fevralın 24-nə qədər olan səviyyədə deyil. Bundan əlavə, Ukrayna və Belarus arasında sərhədin bütün hissəsi hər hansı quru əməliyyatı keçirmək baxımından çox çətindir. Bunun üçün çoxlu sayda qoşun və texnika lazımdır. Hələlik biz qurudan hücumun həyata keçirilə biləcəyinə işarə edəcək o qədər qüvvə və vasitələrin cəmləşməsini görmürük. Yeri gəlmişkən, Rusiya qoşunlarının Kiyev və Çerniqov əməliyyatının nəticələri sübut etdi ki, onlar quru istiqamətdən bu cür hücum həyata keçirə bilməzlər”.

O, Belarusdan gələn başqa bir potensial riskə də diqqət çəkib:

“Rusiya təyyarəsinin gəlişi “Baranoviçi” aerodromunda qeydə alınıb. Bu o deməkdir ki, Rusiya Ukraynaya qarşı hava zərbələrinin intensivliyini artıra bilər”.
Əsir düşən Xerson polis məmuru intihar etdiRusiya hərbçiləri tərəfindən əsir götürüldükdən sonra 51 yaşlı Xerson Milli Polisinin Baş İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin keçmiş rəisi Oleq Xudyakov intihar edib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Xudyakov bir həftə əsirlikdə olub. Ruslar onu əməkdaşlığa məcbur etməyə çalışıb, ailə üzvlərini təhdid ediblər. Buna görə də Xudyakov intihar etmək qərarına gəlib”, - məlumatda deyilir.
Tibb işçiləri Maradonanın ölümündə ittiham olunurArgentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündə qızları tərəfindən səhlənkarlıqda ittiham olunan səkkiz tibb işçisi məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə BBC məlumat yayıb.

İttiham olunanlar arasında Maradonanın neyrocərrahı və şəxsi həkimi, psixiatr və psixoloq Leopoldo Luke, iki həkim, iki tibb bacısı və onların müdiri də var. Onların hamısı onun ölümünə görə məsuliyyəti inkar ediblər.

Argentinanın Cinayət Məcəlləsinə görə, cinayətdə əli olanlar 8 ildən 25 ilə qədər həbs cəzası ala bilər. Məhkəmənin vaxtı hələ müəyyən edilməyib.

Qeyd edək ki, dünya şöhrətli futbolçu Maradona 2020-ci ilin noyabrında 60 yaşında Buenos-Ayresdə vəfat edib.
Türkiyə ordusuna cavab verəcəyik – PKKTürkiyənin Suriyanın şimalını terrordan təmizləmək üçün həyata keçirəcəyi mümkün əməliyyata cavab verəcəyik.

Bunu terror təşkilatı PKK-nın qolu sayılan PYD lideri Fərhad Abdi Şahin İsveç dövlət televiziyası SVT-yə açıqlamasında deyib.

O, Türkiyənin ehtimal əməliyyat üçün NATO ölkələrinə təzyiq göstərdiyini iddia edib:

“İsveç bizə dəstəyini davam etdirməli və bu dəstəyin siyasi və mənəvi olduğunu izah etməlidir”.
Komitə sədri iranlı deputatlarla görüşübİyunun 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova İran İslam Respublikası İslam Şurası Məclisinin deputatları Sumayyə Rəfii və Zöhrə Sadər Lacevərdi ilə görüşüb.

Komitə sədri qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edərək, bildirib ki, ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Parlamentlər, müvafiq dövlət qurumları arasında yaxşı əməkdaşlıq mövcuddur.

Hicran Hüseynova Azərbaycanın dünyəvi, demokratik dövlət olduğunu, ölkəmizdə qadınların hələ 1918-ci ildə seçmək və seçilmək hüququ qazandıqlarını söyləyib. Bu gün qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini deyən komitə sədri Milli Məclisin, onun komitələrinin rəhbərliyində qadınların təmsil olunduğunu bildirib. O, Milli Məclisdə gender bərabərliyi, ailə, uşaq məsələlərinə aid qəbul edilən qanunlardan bəhs edib.

Komitə sədri torpaqlarımızın uzun müddət erməni işğalı altında olduğunu deyərək, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda azad edilmiş torpaqlarda geniş quruculuq işləri həyata keçirilir. Qaçqınların öz doğma yurdlarına tezliklə qayıtması üçün lazımi şərait yaradılır. O, ölkəmizdə şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edib. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verib.

İran İslam Şurası Məclisinin deputatları Sumayyə Rəfii və Zöhrə Sadər Lacevərdi səmimi görüşə görə təşəkkürlərini bildiriblər. Qonaqlar İran parlamentinin strukturu, qadınların parlamentdə təmsilçiliyi barədə məlumat veriblər. İranlı deputatlar İran İslam Şurası Məclisinin komitələri, o cümlədən Ailə, qadın və uşaq, Mədəniyyət və Ətraf mühit komitələrinin fəaliyyətindən bəhs ediblər. Onlar bu sahələrdə ölkələrində həyata keçirilən layihələr, qəbul edilən qanunlar, cəmiyyətin maarifləndirilməsi istiqamətində görülən işlər barədə danışıblar.

Söhbətdə tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Sevil Mikayılova, Ramin Məmmədov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Sayed Ali Mousavi və digər rəsmi şəxslər iştirak ediblər.
Rus ordusunun qarşısında 3 məqsəd var - MusienkoRusiya ordusunun Donbasdakı hərəkətləri sübut edir ki, indi onların qarşısında üç məqsəd var.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.

Ekspert düşmənin məqsədlərini belə sıralayıb:

“Severodonetskin tam ələ keçirilməsi;

Lisiçanska yaxınlaşmaq, ehtimal ki, cənubdan;

Popasnayadan hərəkət və Lisiçansk-Baxmut magistral yoluna nəzarət etmək cəhdi. Həmçinin, düşmən şərqdə daha bir qoşun qrupu ilə birləşmək niyyətindədir.

İndi təxminən belə bir vəziyyət var. Çox çətindir, çünki qüvvələrimiz düşmənin şiddətli təzyiqi altındadır. Amma mübarizə davam edir və döyüşlər gedir”.
Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1 500 nəfərə çatıbƏfqanıstanın Paktika və Xost əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 500 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı "Taliban" hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən 2 000-dən çox insan zərər çəkib.

Bundan əvvəl “Boxtar” agentliyi 1 000 ölü və 1 500 yaralı olduğunu qeyd edib. Yerli hakimiyyət orqanları daha çox ölü və yaralı ola biləcəyindən ehtiyat edir.

Əfqanıstanın Paktika, Xost, Laqman, Qəzni, Lohar və Kabil əyalətlərində zəlzələ çərşənbə günü gecə 6,1 bal gücündə baş verib. “Taliban” rəhbərliyi zəlzələdən zərər çəkənlərə yardım üçün 1,1 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.
Conson: "Ukrayna sülh müqabilində öz ərazilərindən imtina etməyəcək""Ukrayna sülh müqabilində öz ərazilərindən imtina etməməlidir".

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Baş nazir hesab edir ki, Ukrayna ərazisi azı fevralın 24-dək nəzarətdə olan sərhədlərə qədər bərpa edilməlidir. Ölkənin suverenliyi və təhlükəsizliyi qorunmalıdır.

"Biz əminik ki, ukraynalılara strateji müqavimət göstərməyə kömək etməliyik. Amma biz ukraynalı ola bilmərik. Bu, onların böhranıdır və onlar nə edəcəklərinə qərar verməlidirlər", - Conson bildirib.

Xatırladaq ki, Boris Conson Rusiya Prezidenti Vladimir Putinə Ukrayna məsələsində güzəştlərin yalnız fəlakətlə nəticələnəcəyini bildirib.
AŞPA Ukrayna ilə bağlı üç qətnamə qəbul edibAvropa Şurası Parlament Assambleyası (AŞPA) Ukrayna ilə bağlı üç qətnamə qəbul edib.

Bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri (hakim “Xalqın xidmətçisi” fraksiyası) Mariya Mezentseva deyib.

“Bu, heç vaxt olmayıb! Ukrayna ilə bağlı 3 qətnamə. Biz üç mühüm qətnaməni səsə qoyduq və qəbul etdik”, - Mezentseva feysbuk hesabında yazıb.

Deputat bildirib ki, Ukrayna nümayəndə heyətinin düzəlişləri nəzərə alınıb və “Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə əlaqədar humanitar nəticələr və insanların (ölkə-red) daxili və xaricə köçürülməsi” qətnaməsi təkmilləşdirilib.

“Biz köçkün ukraynalılar üçün mənzillərin maliyyələşdirilməsi probleminin həllinə, hərbi əsirlərin mübadiləsini aktivləşdirməyə çağırırıq. Avropa İttifaqı Aİ ölkələrində müvəqqəti müdafiə almış və orada 90 gündən çox qalan və Ukraynaya gedən şəxslərin qurumun ərazisinə qayıtmaq haqqına aydın hüquqi izahat verməlidir”, - Mezentseva bildirib.