QMİ-nin sabiq sektor müdiri azadlığa buraxıldıTanınmış ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlu həbsdən azadlığa çıxıb.

Avrasiya.net xəbər verir ki, bununla bağlı onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, Elşən Mustafaoğlu 2014-cü ildə həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ələt-Astara yolunda ağır qəza: 20 nəfər yaralandıƏlət-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mersedes" və "Hunday" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hunday" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.

Cəlilabad rayon mərkəzi xəstəxanasına 6, Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib.

Yaralılara ilkin tibbi yardım göstərilir.

Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şuşada həmkarlarımla birgə olmaqdan qürur duyuram - Sadiq QurbanovBu gün Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin növbəti birgə iclası keçirilib.

Avrasiya.net təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun çıxışının tam mətnini təqdim edir:

Hörmətli yığıncaq iştirakçıları, hörmətli həmkarlar!

Sizləri tarixi Şuşa torpağında salamlamaqdan böyük fərəh hissi keçirirəm!

Şuşa torpağı Azərbaycan şəhidlərinin qanı ilə yoğurularaq bizim üçün müqəddəsləşmişdir! Şuşa Azərbaycan xalqının tarixi yaddaşı, bir çox dahi şəxsiyyətlərin, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin Vətəni, qədim, əvəzsiz memarlıq abidələrinin yerləşdiyi şəhərdir.

Bu gün Şuşada həmkarlarımla birgə olmaqdan qürur duyuram!

Milli Məclisin digər komitələri ilə birlikdə təşkil olun iclasın gündəliyinə daxil edilmiş İşğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpa olunması mövzusu həddindən artıq aktual bir məslədir.

Ekoloji obyektlərə vurulmuş ziyanlar və mineral-xammal yataqları sahəsində görülmüş işlər, meşəbərpa tədbirləri üzrə, bərk məişət tullantılarının idarə edilməsi üzrə, beynəlxalq əməkdaşlıq sahəsində görülmüş tədbirlər və görüləcək tədbirlər barədə Sizə məlumat vermək istəyirəm.

Məlumat üçün bildirm ki, işğal dövründə meşə fonduna aid olmayan yaşıllıq sahələrində 845 941 ədəd ağac və kolun, 54 328 hektar meşə ilə örtülü sahənin, ümumi sahəsi 43 000 hektar olan xüsusi mühafizə olunan təbiət ərazilərinin meşə ilə örtülü 6 800 hektarının, 131 təbiət abidəsi statuslu qədim ağacın məhv edildiyi, 32 hidrometeoroloji stansiya və məntəqənin tamamilə dağıdıldığı, 52 mineral-xammal yatağının istismar edildiyi müəyyən olunmuşdur. İşğaldan azad edilmiş rayonlarda mövcud olmuş 167 yatağın kadastr işləri icra edilmiş, işğal dövründə istismar edilmiş 52 yatağın təftişi və monitorinqi aparılmış, dəymiş ziyan ilkin olaraq qiymətləndirilmişdir.

Oxçuçayın ekoloji vəziyyətinə nəzarət edilməsi məqsədilə görülmüş işlər

İşğaldan azad edilmiş ərazilərdən axan çaylarda ekoloji vəziyyətin öyrənilməsi və onların çirklənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə yerli və beynəlxalq laboratoriyalar tərəfindən monitorinqlər keçirilmiş və su nümunələri üzərində fiziki-kimyəvi analizlər aparılmışdır. Ermənistan tərəfindən Oxçuçayın davamlı çirkləndirilməsi nəticəsində çay və onun ekosisteminin ekoloji böhranı və kritik vəziyyəti barədə məlumatlandırma, çirklənmənin qarşısının alınması çağırışları ilə beynəlxalq təşkilatlara müraciətlər edilmişdir. Bununla yanaşı ictimai məlumatlandırma aktiv şəkildə həyata keçirilir)

Meşəbərpa tədbirləri üzrə görülmüş işlər

Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd (Hadrut qəsəbəsi) rayonlarının ərazisində ümumilikdə 54 hektara yaxın sahədə 38 mindən çox ağac tingi əkilmiş (çinar, sərv, şam, xurma, göyrüş, dağdağan, qarağac, meliya və akasiya) və 3000 kq palıd və şərq çinarı toxumu səpilmişdir. Həmçinin Ağdam rayonu ərazisində salınmış 13 ha yeni yaşıllıq sahəsinin suvarılması üçün damcılı suvarma sistemi qurulmuş və hazırda Zəngilan şəhərinin girişində 55 ha sahədə salınan yeni yaşıllıq sahəsində damcılı suvarma şəbəkəsinin qurulması işləri həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə meşələrin inventarlarlaşması və meşəbərpa sahəsində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əməkdaşlıq edilir. Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərinin yaxınlığında “Qapalı Kök Sistemli Tinglik Sahəsi”nin, “Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Mərkəzi”nin yaradılması, həmçinin “Dostluq meşəsi”nin salınması nəzərdə tutulur. Bu məqsədlə 40 ha torpaq sahəsi ayrılmış və layihələndirmə işlərinə başlanmışdır. Tinglik sahəsinin yaradılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcəkdir

Bərk məişət tullantılarının idarə edilməsi


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılmış “İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsi sahəsində Komissiya” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə olunmasının təşkili ilə bağlı əlaqələndirilmiş şəkildə tədbirlər görülür.

İşğaldan azad edilmiş ərazilərdə yaranan tullantılarının yerləşdirilməsi məqsədilə poliqon əraziləri müəyyən edilmişdir. 1-ci mərhələdə Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, 2-ci mərhələdə isə Qubadlı və Cəbrayıl rayonlarında 7 poliqon ərazisinin inşası planlaşdırılır. Müəyyən edilmiş poliqon ərazilərinin layihələndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılmışdır.

Şuşa şəhərinin turistik görünüşü və ekoloji təhlükəsizliyi nəzərə alınmaqla “Təmiz Şəhər” ASC tərəfindən şəhərin bərk məişət tullantılarının müasir standartlara uyğun olaraq (yeraltı konteynerlərin quraşdırılması və s.) idarə olunmasının təmin edilməsi məqsədilə aidiyyəti üzrə tədbirlər görülür.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş tədbirlər

İşğal dövründə regionun təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə ziyan vurulması, qiymətli meşələrimizin məhv edilməsi ilə bağlı 15-dən çox beynəlxalq təşkilata (UNEP, FAO, UNDP, UNECE və s.) və 30-dan çox ölkənin ətraf mühit, ekologiya və iqlim dəyişmələri sahəsində səlahiyyətli nazirliklərinə müraciət edilmişdir. Eyni zamanda Azərbaycanın qoşulduğu 20-dək çoxtərəfli ekoloji sazişlərin və konvensiyaların katibliklərinə müraciət edilmiş, Ermənistanın qanunazidd fəaliyyətinin ölkəmizin konvensiyalar qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə ciddi maneələr törətməsi diqqətə çatdırılmışdır. Ölkəmizin ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaqla milli siyasətin formalaşdırılması və beynəlxalq ekoloji öhdəliklərin yerinə yetirməsində əldə etdiyi tərəqqinin qiymətləndirməsi istiqamətində “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı”nın (Environmental Performance Review) hazırlanması məqsədilə 2021-ci ilin 12-25 noyabr tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyasının beynəlxalq ekspertlərinin ölkəmizə səfəri çərçivəsində ekspertlərin Qarabağa səfəri təşkil edilmişdir.

Bununla yanaşı, işğaldan azad edilmiş və münaqişənin təsirinə məruz qalmış ərazilərdə ətraf mühitə dəymiş zərərin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi üçün post-münaqişə zonalarında ekoloji zərərin bərpası üzrə təcrübəyə malik BMT-nin Ətraf Mühit Proqramının (UNEP) müvafiq missiyasının Xarici İşlər Nazirliyinin koordinasiyası ilə 2022-ci il 8-18 mart tarixlərində ölkəmizə səfəri təmin edilmişdir. UNEP Missiyasının həmin ərazilərin yerində qiymətləndirilməsi və ehtiyaclara uyğun olaraq ekoloji bərpası prosesinə dəstək məqsədilə Bakı şəhərində işçi görüşləri ilə yanaşı, 11-14 mart tarixlərində işğaldan azad edilmiş ərazilərə sahə səfərləri də təşkil edilmişdir
Missiya tərəfindən həmin ərazilərin meşə ehtiyatları, su resursları, sənaye və kimyəvi çirklənməsi, tullantılar və onların idarəolunması, bioloji müxtəliflik və digər ekoloji bərpa ehtiyaclarının müəyyən edilməsi üçün hesabat və növbəti mərhələdə bərpa üçün Fəaliyyət Planı hazırlanacaqdır.

İşğal dövründə biotik və abiotik amillərin təsirindən itirilmiş meşə ilə örtülü əraziləri bərpa etmək və müəyyən edilmiş strateji hədəflərə çatmaq üçün yerli meşəbitmə şəraitinə uyğun ağac və kol cinslərindən istifadə edilməklə Şərqi Zəngəzur və Qarabağ iqtisadi regionunda minatəmizləmə işlərinin aparılması dinamikasına uyğun olaraq Nazirlik tərəfindən meşəbərpa tədbirləri davam etdiriləcəkdir.

Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarının hazırlanması məsələsi təhlil edilərkən yeni yaşıllıq sahələrinin salınması üçün Ağdam rayonu üzrə 31,3 ha, Cəbrayıl rayonu üzrə 89,8 ha, Füzuli rayonu üzrə 251,1 ha və Zəngilan rayonu üzrə 63,5 ha torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab edildiyi və sözügedən rayonların ümumi və baş plan layihələri hazırlanarkən həmin torpaq sahələrinin nəzərə alınacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bildirilmişdir. Məsələnin zəruriliyi nəzərə alınaraq, Nazirlik tərəfindən həmin torpaq sahələrinin 2022-ci ildə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə müraciət edilmişdir.

Görüləcək tədbirlər

Hidrometeorologiya sahəsində görülmüş işlərin davamı olaraq Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji, Füzuli şəhərində 1 avtomat aqrometeoroloji və 1 arxeoloji, Xocavənd rayonu ərazisindən axan Köndələnçay çayı üzərində hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur.
“Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Qoruğun sərhədlərinin müəyyənləşdirilməsi, inventarizasiyası və zəruri infrastrukturun yaradılması üzrə işlərə başlanılmışdır. Hazırda Qoruq üçün inzibati binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb, eləcə də “Qoruğun sanitar-mühafizə zonasının xəritəsi”nin təsdiq edilməsi yekunlaşmaq üzrədir.

İşğaldan azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı növbəti mərhələdə
Qaragöl Dövlət Təbiət Qoruğunun və Arazboyu, Daşaltı, Qubadlı və Laçın Dövlət Təbiət Yasaqlıqlarının fəaliyyətinin bərpası, bioloji müxtəlifliyinin, ekoloji vəziyyətinin qiymətləndirilməsi və ekosistemin bərpası həyata keçiriləcəkdir.

Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal tematik xəritələrin, “Qarabağın təbii ehtiyatlar atlası”nın və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri göstərilməklə onların xəritələrinin hazırlanması, eləcə də yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının, elektron su xəritəsinin hazırlanması və fauna növlərinin reintroduksiyası layihələrinin həyata keçirilməsi planlaşdırılır

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan dövləti güclü dövlətdir. Məlumat verdiyim kimi dövlətimiz işğaldan azad olunmuş ərazilərdə həm monitorinqlər, həm marifləndirici tədbirlər həm də bərpa işləri aparır. Şübhəsiz ki, biz bütün gücümüzlə ekoloji tarazlığın bərpa olunmasına çalışacayıq və buna nail olacayıq! Lakin bir məsələni qeyd etməliyəm ki erməni vandalları tərəfindən bizim təbiətimizə elə zərərlər vurublub ki, onları aradan qaldırmaq mümkün deyil. İşğaldan azad olunmuş ərazilərimizdə vaxtı ilə minillərlə yaşı olan qədim ağaclar və s. təbiət abidələri var idiki onlar məhv edilib onları təəssüf ki, bərpa etmək mükün deyil! Çünki onlar təbiət abidləri olmaqla bərabər həm də tariximizin bir parçası idi!

Yeri gəlmişkən, S.Qurbanov iclasdan sonra Cıdır düzünə gedərək oradan canlı yayım edərək ictimaiyyətə rəşadətli ordumuzun qəhrəman əsgərlərinin sıldırımlı qayalara çıxaraq erməni işğalçılarını necə diz çökdürdükləri yerləri göstərib. Millət vəkili daha sonra deyib ki, yaxın zamanda bu yerlər dünyanın ən gözəl turizm guşələrindən birinə çevriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu və müdrik siyasəti, əsgərlərimizin cəsurluğu nəticəsində Azərbaycan regionun qüdrətli ölkəsi olmaqla, dünyanın aparıcı dövlətləri sırasında yer alıb.
Şəmkir, Qazax və Tovuz rayonlarının Ağsaqqallar Şuralarının  hesabat konfransları keçirilibŞəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.

Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 21-də və 22-də Şəmkir, Qazax və Tovuz rayonlarında təşkil olunub. Bu konfranslarda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Balaşov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq toplantının əhəmiyyətindən söz açıblar.

Milli-mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və gənclərə aşılanmasında ağsaqqal sözünün daşıdığı önəmi vurğulayan natiqlər yaşlı nəslin nümayəndələrinin rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildiriblər. Rəhbər vəzifəyə təyin olunduqları ilk günlərdən etibarən mütəmadi olaraq ağsaqqallarla görüşdüklərini, onların məsləhət və tövsiyələrinə əməl etdiklərini söyləyən icra başçıları gənclərin vətənpərvərlik ruhunda, sağlam təməllər üzərində tərbiyəsi işində ağsaqqallara həmişə böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahovun yerli təşkilatlar tərəfindən son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıya qoyulan vəzifələr barəsində məruzələri dinlənilib. Natiqlər Rayon Ağsaqqallar Şurasının üzvlərinin təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvləri, xüsusilə də gənclərimizlə maarifləndirici, o cümlədən ordumuzun qəhrəmanlıq tarixi mövzusunda söhbətlər aparıldığını, onların milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunda tərbiyəsi işinə böyük önəm verildiyini qeyd ediblər. Vurğulayıblar ki, həm pandemiya dövründə, həm də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi zamanı rayon ağsaqqalları öz fəaliyyətlərini davam etdirərək xalqımızın həmrəy olmasında, daxili və xarici düşmənlərimizə, o cümlədən xəstəliklərə qarşı mübarizə aparılmasında yaxından iştirak ediblər. Çıxışçılar gələcəkdə öz fəaliyyətlərini daha səmərəli və əhatəli qurmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Lakin ağsaqqallarımızın daha yüksək potensiala malik olduqlarını bildirərək koronovirus pandemiyasının, demək olar ki, aradan qalxdığı bu dövrdə onların fəaliyyətində daha böyük canlanmanın olacağına əminliyini ifadə edib.

Öz çıxışında ağsaqqallıq institutunun qədim tarixə malik olduğunu söyləyən Bayram Yusifov xüsusilə türk tayfalarında və bu gün onların davamçıları olan türk dövlətlərində böyük nüfuz sahibi olan ağsaqqallara yüksək dəyər verildiyini qeyd edib. Hazırda Türk Dövlətləri Təşkilatında (TDT) üzv ölkələrin ağsaqqallarının təmsil olunduğu Ağsaqqallar Şurasının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası da Eldar Quliyevin rəhbərliyi ilə TDT-nin Ağsaqqallar Şurasının işində yaxından iştirak edir, təşkilata üzv olan türk dövlətlərinə işgüzar və səmərəli səfərlər həyata keçirilir, bir sıra sahələr üzrə əməkdaşlıqlar genişləndirilir. Bayram müəllim, həmçinin, ulu öndər Heydər Əliyevin ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıraraq onlara verdiyi yüksək dəyərdən və bu gün həmin qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən də bəhs edib.

O, öz çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olmadığı, sözün əsl mənasında ağsaqqalsız qaldığımız dövrlərdə Azərbaycanın yaşadığı böyük problemləri tədbir iştirakçılarına xatırladaraq Ümummilli Liderin xilaskarlıq missiyasından, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesindən, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən və işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açıb, ölkə əhalisinə, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb.

Hazırda Azərbaycan Ağsaqqallar Şurasında, onun yerli təşkilatlarında canlanmanın müşahidə edildiyini vurğulayan natiq bildirib ki, biz ağsaqqallar daha da fəal olmalıyıq, dövlətimizin, ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizi sevməyən daxili və xarici qüvvələrə, cəmiyyətimizdəki neqativ hallara qarşı ciddi mübarizə aparmalıyıq, gənclərlə maarifləndirici işlərimizi daha da artırmalıyıq.

Konfranslarda rayonların Ağsaqqallar Şuralarının üzvləri, həmçinin yerli təşkilatların nümayəndələri, ziyalılar və digər natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Vurğulayıblar ki, xalqımizi daha da qüvvətləndirən ağsaqqal sözüdür və ağsaqqallara hörmət millətə, dövlətə hörmətdir. Azərbaycanın hər bir bölgəsində belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Tovuzda keçirilən konfransda Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Zeynalova yeni vəsiqə təqdim edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Səfər çərçivəsində ənənəvi olaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov yerli təşkilatların iş otaqları, onlara yaradılan şəraitlə və göstərdikləri fəaliyyətlə yaxından tanış olub, öz tövsiyələrini verib, həmçinin mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlarla məsləhətləşmələr aparılıb.


Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı"Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın həbsdə olan sədri Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə T.Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə məlumat verib.

O bildirib ki, T.Bağırzadə Qobustan həbsxanasında qida qəbul etməyə başlayıb.

T. Bağırzadə aclıq aksiyasına iyunun 3-də başlamışdı.

Xatırladaq ki, T.Bağırzadə 2015-ci il noyabrın 16-da Nardaran hadisələri zamanı törədilən iğtişaşların təşkilatçılığında təqsirləndirilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il azadlıqdan məhrum edilib.
Azərbaycan-Özbəkistan: Qardaşlıq münasibətləri dərinləşməkdə davam edir Son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər, bir sıra beynəlxalq layihələrdə iştirakı, xüsusən də rəşadətli Azərbaycan Ordusu tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması və ədalətin bərpa edilməsi ölkəmizin nüfuzunu beynəlxalq aləmdə daha da yüksəltdi. Bu səbəbdən də ölkəmizə, eləcə də ölkə rəhbəri, Ali Baş Komandan, möhtərəm prezident İlham Əliyevə etiram və maraq daha da artmaqdadır. Bunu cənab Prezidentin bu günlərdə Özbəkistana səfəri zamanı təntənəli qarşılanma mərasimlərində bir daha gördük.

Səfər zamanı Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində iştirak etdi. Tədbirdə çıxışı zamanı cənab Prezident Özbəkistanın dövlət başçısına minnətdarlıq etdi: Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm.

Dünya şöhrətli lider Ulu Öndər Heydər Əliyevin xatirəsinə böyük hörmət və etiramın təzahürü olaraq Daşkəntdə yaradılmış Heydər Əliyev meydanın yaradılması əlbəttə ki, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.

Heç kimə sirr deyil ki, Ulu Öndər Heydər Əliyev Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Cənab İlham Əliyev qeyd etdi ki, ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda Heydər Əliyev , həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdir. Ən çətin dövrdə xalqının yanında olmuşdur. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib. !993-cü ildə vətəndaş müharibəsinin qarşısını aldı.

Cənab Preziden Ümummilli liderin siyasi vəsiyyətini və onun özbək xalqına sevgisini də xatırladı: “Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər”. Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik.

Sovet dönəmində, 70-ci illərdə Heydər Əliyevin Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi.

Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir.

Səfər zamanı geniş tərkibli görüş zamanı Prezident İlham Əliyev qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsindən söz aşaraq bildirdi ki, Qarşılıqlı əlaqələr intensivləşməlidir. Hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik.

İki xalqın qardaşlıq münasibətindən danışan xatırladı ki, son 44 günlük müharibə zamanı Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.
Çıxışı zamanı cənab İlham Əliyev hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacağını. ölkələrimiz və xalqlarımız kənar təhdidlərlə üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq.

Kənd təsərrüfatı, texnoparkın inkişafı və digər istiqamətlərdə də əməkdaşlıq inkişaf etdirilməlidir. perspektiv əməkdaşlıq istiqamətləridir. Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllində Özbəkistan yaxından iştirak edib. Özbəkistanın təcrübəsi və dəstəyi ipəkçilik sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağa imkan verdi.
Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşasına artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq.

Bu səfər bir daha göstərdi ki, Azərbaycan sülhsevər dövlətdir və regionda, qonşu ölkələr arasında dostluq münasibətlərinin inkişafında, xalqların mədəni, siyasi və təhlükəsiz yaşamasında maraqlıdır.

Nəzakət Əsgərova
Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru

Hökumət baş redaktora təzminat ödəyəcəkAvropa İnsan Haqları Məhkəməsi Jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlu ilə bağlı işə dair qərar çıxarıb.

Avrasiya.net xəbər verir ki, Avropa Məhkəməsi Fikrət Fərəməzoğlunun qanunsuz həbs olunduğu barədə iddiasını tanıyaraq, Azərbaycan hökumətindən ona 3500 avro təzminat ödənilməsinə dair qərar çıxarıb.

Bu barədə jurnalist özü bildirib.

“Qarşıda daha iki işimiz var. Mənim üçün işgəncə və qanunsuz hökmlə bağlı çıxarılacaq qərarlar daha mühümdür. Vəkillərim Elçin Sadıqov və Zibeydə xanıma təşəkkürümü bildirirəm”, - F.Rəməzoğlu deyib.

Fikrət Fərəməzoğlu 2017-ci il Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum olunmuşdu.

O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinib.

Jurnalist ittihamı qəbul etməyib, bildirib ki, sifarişlə həbs olunub. Onun sözlərinə görə, həmin obyektləri vəzifəli şəxslər himayə edir.

2019-cu il martın 18-də prezident İlham Əliyevin əfv sərəncamı ilə Fikrət Fərəməzoğlu azadlığa buraxılıb.
Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə qadağa qoyulub.

 Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi “Tərəqqi Sosialist” partiyasının fəaliyyətini qadağan edib.

Qərara əsasən siyasi partiyanın bütün əmlakı dövlətin mülkiyyətinə keçəcək. Məhkəmə Ukrayna Ədliyyə Nazirliyinin iddiaları əsasında qərar çıxarıb.

Bundan öncə Səkkizinci İnzibati Məhkəməsi 10 siyasi partiyanın fəaliyyətini qadağan edib.

Qeyd edək ki, məhkəmənin müvafiq qərarları ilə “Sol Müxalifət”, “Şariynin Partiyası”, “Müxalifət Bloku”, “Sosialist”, “Naşi”, “Sosialistlər”, “Vladimir Saldo” bloku, “Derjava”, “Ədalət və İnkişaf” və “Müxalifət platforması - Həyat uğrunda” partiyalarının fəaliyyəti qadağan olunub.Ukraynada 11 partiyanın fəaliyyəti qadağan edilib
Bu rayonlarda su kəsildiMagistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə "Azərsu" ASC-dən verilən məlumatda bildirilib.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Yevlaxda DƏHŞƏT - Qohumunu öldürüb, sonra yandırdıGöygöl rayon polis şöbəsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14 aprel 2021-ci ildə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova  Səidə İmran qızını da qəsdən öldürməsi müəyyən edilib.

Bu barədə Yevlax rayon prokurorluğundan  verilən məlumatda bildirilib.

Belə ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb hadisənin izini itirmək qərarına gəlib. O, bu məqsədlə 2021-ci ilin aprel ayının 14-də Səidə Hüseynovanın yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək öldürüb. Daha sonra mərhumun 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinyət əşyalarını ələ keçirib, özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb.

Toplanmış sübutlar əsasında Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə),  120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və digər maddələri ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.