BDU-nun tələbəsi dənizdə BOĞULDUBDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BDU-dan verilən məlumata görə, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib. 

O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.
Əfqanıstanda dəhşətli zəlzələ: 255 nəfər öldüƏfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "Vaşinqton Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.
Tokayev "dxr" və "lxr"in müstəqilliyini niyə tanımadı?Dövlətlərin ərazi bütövlüyü BMT Nizamnaməsində yazıldığı kimi toxunulmaz olmalıdır.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “dxr” və “lxr”nin müstəqilliyini tanımaması ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Dövlətlərin ərazi bütövlüyünə öz qiymətimizi bildirərkən, təbii ki, mən BMT Nizamnaməsinin əsas prinsipini nəzərdə tuturdum. Ona görə də mənim nöqteyi-nəzərimdən ərazi bütövlüyünə üstünlük verilməlidir”, - Tokayev bildirib.

Qeyd edək ki, Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda, Putinin yanındaca Luqansk və Donetskdəki qondarma qurumları "kvazidövlət" adlandırması və onların müstəqilliklərini heç vaxt tanımayacaqlarını bəyan etməsi, ölkələrin ərazi bütövlüyünə dəstəyi geniş müzakirələrə səbəb olub.
Azərbaycanda 45 yaşlı kişi qatarın altında qaldıİyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini, 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Bu barədə Ucar Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı-Tiflis dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.
Rus ordusu Lisiçanska yaxınlaşırRusiya hərbçiləri Lisiçansk şəhərini ciddi atəşə tutur. Onlar şəhərə yaxınlaşır.

Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

"Ruslar Lisiçanska yaxınlaşır, yaxınlıqdakı yaşayış məntəqələrində möhkəmlənir. Şəhər artilleriyadan, tanklardan, aviasiyadan atəşə tutulur. Ən azı üç yaralı mülki vətəndaşımız var, bir neçə polis yaralanıb", - o bildirib.
Tanışını evinin qarşısında öldürdüİyunun 22-si gecə saatlarında Samux rayonunun Füzuli kəndi ərazisində 1989-cu il təvəllüdlü Cavid Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1990-cı il təvəllüdlü Mədət Tağıyevin yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Mədət Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Putinə hər hansı güzəşt etsək... - ConsonBöyük Britaniya Ukraynanı möhkəm şəkildə dəstəkləyəcək.

Bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.

Conson bildirib ki, tərəfdaşların Moskvaya hər hansı güzəşti fəlakətə gətirib çıxaracaq:

“Heç kəsə imkan verməməliyik ki, Putinə güzəştin fəlakətdən başqa nəyəsə gətirib çıxardığına inansın”.

Qeyd edək ki, Fransa başda olmaqla, AB-nin əsas dövlətlərinin Ukraynanın bəzi ərazilərini Rusiyaya güzəştə getməklə bağlı mövqe sərgilədikləri haqda qeyri-rəsmi məlumatlar yayılıb.
"Bu Forumun Azərbaycanda keçirilməsi ölkəmizin uğurudur"Məhz cənab İlham Əliyev tərəfindən Qlobal təhlükəsizliyin qorunmasına hesablanmış mövzuya istinad edilməsi Azərbaycanın mövcud dünya nizamında xüsusi rolundan xəbər verir..

Bunu mətbuata açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib.

M. Məmmədov bildirib ki‚ IX Qlobal Bakı Forumunun Azərbaycanda keçirilməsi və dünyanın təhlükəsizliyi üçün mühüm mövzuya toxunulması bir daha Azərbaycanın dünya birliyində önəmli yerə sahib olmasının göstəricisidir. Xüsusilə məhz ölkəmizin təşəbbüsilə "Qlobal Dünya Nizamına Təhdidlər" adlı dünya üçün çox önəmli və ciddi bir mövzunun müzakirə edilməsi də dövlətimizin başçısının dünya ictimaiyyətinə bir töhfəsidir.

Cənab İlham Əliyevin IX Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlər və verdiyi mesajlar dünya ictimaiyyəti üçün önəmli və diqqətə alınmalı çıxış idi. Bu Forumun Azərbaycanda keçirilməsi də ölkəmizin uğurudur.

Cənab İlham Əliyevin bütün çıxışları hər zaman dünya ictimaiyyəti üçün yeniliklərə səbəb olub və istiqamət mexanizmasına çevrilib. Hazırda dünya üçün bir çox təhdidlər mövcuddur. Bu‚ ilk öncə Koronavirus pandemiyası‚ digər xəstəliklər‚ təbii resursların tükənmə ehtimalları‚ ekologiyanın çirklənməsi‚ narkomaniya‚ terrorizm‚ etnik separatizm halları‚ milli‚ irqi və dini zəmində münaqişələr və bir çox ciddi problemlər planetimizi ağır təhdid altında saxlayır. Qlobal Dünya Nizamına olan açıq təhdidlərin IX Qlobal Bakı Forumunda müzakirə edilməsi mövcud dünya üçün təhdid və təhlükələrin qarşısının alınmasında müəyyən bir rol oynamasına zəmin yaradacaq. IX Qlobal Bakı Forumu özlüyündə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi deməkdir‚ deyə M. Məmmədov qeyd edib.
İsrail Qvardiyası yaradıldıİsrail sərhəd polisinin tərkibində qvardiya yaradılıb.

Bu barədə İsrail hökumətinin məlumatında deyilir.

Bildirilib ki, İsrail Qvardiyasının yaradılması ilə bağlı Baş nazir Naftali Bennett və daxili təhlükəsizlik naziri müvafiq qərar veriblər.

İsrail Qvardiyası dövlətin daxili təhlükəsizliyini və İsrail vətəndaşlarının şəxsi təhlükəsizliyini gücləndirmək məqsədi ilə yaradılıb.