Azərbaycan və İran birgə kino və cizgi filmləri çəkə bilərAzərbaycan və İran birgə kino və cizgi filmləri çəkə bilər.

Avrasiya.net xəbər verir ki, bu, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin nəzdində fəaliyyət göstərən İran Kino və Audiovizual İşləri Təşkilatının rəhbərliyi ilə görüşündə qeyd olunub.

Görüşdə həmçinin İranın kino sahəsində geniş təcrübəyə malik olduğu, bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağını bildirilib. Bu kontekstdə müştərək kino festivallarının, qarşılıqlı kino həftələrinin təşkilinin əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

Eyni zamanda kino sahəsində mütəxəssislərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub.

A.Kərimov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sənədli filmlərin çəkilməsinin əhəmiyyətinə İran tərəfinin diqqətini çəkib.

Görüşdə həmçinin birgə bədii, sənədli filmlərin, qısametrajlı, eləcə də cizgi filmlərinin çəkilməsi üçün mövcud imkanların istifadə edilməsinin vacibliyi qeyd olunub.

Sonda kino muzeyi ilə tanışlıq baş tutub.
Ersin Tatar: "Rum tərəfinin terrora dəstək verməsi böyük rəzillikdir"Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, CNN Türk telekanalının canlı yayımında terrorçubaşı Abdullah Öcalanın həbs edilməzdən əvvəl istifadə etdiyi pasportda adı olan Lazaras Mavrosun rum tərəfinin keçirdiyi hərbi hərbi təlimlərdə iştirakı ilə bağlı açıqlamalar verib.

Avrasiya.net bildirir ki, Ersin Tatar EOKA qatilinin Kıbrıs türklərini qətlə yetirdiklərini etiraf etməsi ilə bağlı sualları da cavablandırıb.

PKK-nın qanlı terror təşkilatı olduğunu və Türkiyə Cümhuriyyətinə qarşı hər cür terroru qınadıqlarını ifadə edən prezident Tatar, Rum tərəfinin PKK təşkilatına şöbə açmasına icazə verməsinin narahatlıq doğurduğunu vurğulayıb.

"Kıbrıs kimi sülh və əmin-amanlığın axtarıldığı bir coğrafiyada Rum tərəfinin terrora dəstək verməsi böyük qalmaqal və rəzillikdir", -deyə o bildirib.

Yunanıstanın Egey adalarında törətdiyi qanun pozuntularının qəbuledilməz olduğunu və bu pozuntuları Şərqi Aralıq dənizinə yayma səylərindən narahat olduqlarını ifadə edən Ersin Tatar, Kıbrıs türklərinin suverenlik uğrunda mübarizə apardığını vurğulayıb.

“Ədalətli və bərabər bir razılaşma əldə olunması üçün irəli sürdüyümüz iradəyə cavab tapa bilmirik” deyən KKTC lideri yunan-rum ikilisinin məqsədinin Kıbrısı yunan adası etmək olduğuna diqqət çəkib.
“Xoş gəlişlər ola, Mustafa Kamal Paşa” əsərinin yaradıcısı, azərbaycanlı Tağı Özenyüzən kim olub?“Xoş gəlişlər ola, Mustafa Kamal Paşa” əsərinin yaradıcısı, azərbaycanlı Tağı Özenyüzən haqda kitabın müəllifi danışıb.

“Əslində, bütün türk xalqının çox yaxşı tanıdığı və oxuduğu bu əsərin bəstəkarını ictimaiyyətin tanıması vacibdir”
Qardaş Türkiyədə musiqi və incəsənətin inkişafında Azərbaycan türklərinin böyük töhfələri olub. Bu istiqamətdə kifayət qədər təqdiqatlar aparılıb. Belə şəxslərdən biri də Tağı Oşenyüzen olub. İngiltərədə yaşayan tədqiqatçı, şair və sosioloq Semra Eren-Nijhar bu yaxınlarda Tağı Oşenyüzen haqqında kitab yazıb.

Qeyd edək ki, Semra Eren-Nijhar 2001-ci ildə Oksford Universitetini tərk edərək SUNCUT Consulting and Production Company-ni təsis edib və 2001-ci ildən bu şirkətin direktorudur.

Xüsusilə qadın, miqrasiya, gənclik, mədəni irs, mənsubiyyət, kimlik, Avropa Birliyi və onun siyasətləri, Avropada yaşayan türklərin problemləri üzərində çalışıb, Lordlar Kamerasının qurulması üçün lazımi təşkilatların yaradılmasına fəal dəstək və məsləhət verib.
Eren-Nijhar işinə görə beynəlxalq mükafatlar alıb və sosioloji araşdırmalarını sənətlə eyniləşdirərək müxtəlif texnikalar çərçivəsində təqdim edərək, araşdırmalarının nəticələrini daha geniş auditoriyaya çatdırıb. Xüsusilə şəxsi portretlər və tərcümeyi-hallar üçün fotoşəkillər çəkən Semra Eren-Nijhar İngiltərə, Belçika və Türkiyədə sərgilər açaraq bir çox sərgilərin kuratoru da olub.
Eren-Nijharın 11 kitabı var.

Emra Eren-Nijhar Azərbaycan oxucusuna Tağı Özenyüzənı yaxından tanıtdırmaq üçün “Hürriyyət”ə müsahibəsində maraqlı fikirlər səsləndirib.

- Semra xanım, Tağı bəylə bağlı araşdırmalara başlamanızın səbəbi nə idi?

- İlk öncə qeyd edim ki, şair dayım Kubilay Günay haqqında qısa araşdırma aparmağa başlayanda Tağı bəy - Takı Oşenyüzen - adına rast gəldim. Sonradan öyrəndim ki, Tağı bəy böyük bibim Sülhiyə Günayın atası olub və bu mövzuda bir az məlumat toplamaq istədim.

- “Xoş gəlişlər ola, Mustafa Kamal Paşa” əsərinin bəstəkarının Tağı bəyin olduğunu öyrənəndə nə düşündünüz?

- Açığı, çox təəccübləndim. Anam tərəfi azərbaycanlı olduğu üçün biz Azərbaycan musiqisi ilə böyümüşük və “Xoş gəlişləri şen olar, Mustafa Kamal Paşa xoş gəlmisiniz” əsəri bütün Türkiyədə olduğu kimi, bizim üçün də tanınmış bir parça idi. Bu əsərin bəstəkarının Tağı bəy olması mənim üçün çox maraqlı olsa da, niyə bu günə qədər bu mövzuda araşdırma aparılmaması maraqlı idi. Qarsa incəsənəti və teatrı ilk gətirənlərdən biri də azərbaycan əsilli Tağı bəy olub.

- Və sonra mövzu ilə bağlı araşdırma aparmaq qərarına gəldiniz?

- Açığı, əvvəlcə belə bir fikrim yox idi, amma nə vaxt internetdən oxuduqlarımla Sülhiyə xalamın dediklərini müqayisə etsəm, sonra bu mövzunun araşdırılmalı olduğunu düşünərək qollarımı çırmalayırdım. Bu iş düz beş ildən sonra tamamlandı.

- Niyə bu qədər uzun çəkdi?

- Əvvəla mövzu ilə bağlı mənbə tapmaq çox çətin idi. Sülhiyə xalam internetdəki məlumatların düzgün olmadığını deyəndə ondan müsahibə götürərək bu məsələyə işıq salmaq istədim. Əslində, o dövrün şahidi olan və mövzunu ən gözəl şəkildə çatdıra bilənin Sülhiyə xalam olduğuna inanırdım.
Üç ildən artıq bir müddət ərzində İstanbulda olduğum vaxtlarda, bəzən də telefonla danışarkən, araşdırmada “Şifahi tarix” üsulundan istifadə edərək Sülhiyyə xalamdan müsahibə almışam. Onun dediklərinə əsaslanaraq mənbə araşdırması apardım və kitabı tamamladım.

- İndi kitabın ilk təqdimatını Ərdahanda edəcəksiniz.

- Bəli, Ərdahan şəhər bələdiyyə başçısı Faruk Dəmirin dəvəti ilə Ərdahana gedirik və 23 iyun axşamı Ərdahan bələdiyyəsində ilk kitabın təqdimatı olacaq. Bu tarixdən sonra kitabın digər bölgələrdə də təbliğatını davam etdirəcəyik. Əslində, bütün türk xalqının çox yaxşı tanıdığı və oxuduğu bu əsərin bəstəkarını ictimaiyyətin tanıması vacibdir. Bu, həm də mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.

- Tağı bəy haqqında əlavə nə demək istərdiniz?

- Bildiyimiz kimi, bu parça Atatürk Qarsa ilk getdiyi zamanlar üçün bəstələnib və o vaxtdan bəri hər yerdə oxunur.
Eyni zamanda, Tağı bəy Azərbaycan musiqi və incəsənətini Qarsa gətirib, teatr qrupu yaradıb, bədii işlər görüb. O, bu qrupla qastrol səfərinə çıxıb, başqa ölkələrə gedib. Bu səbəbdən Atatürk Tağı bəyi təkcə “Xoş gəlişləri şən ola, Mustafa Kamal Paşa” əsərinin bəstəkarı və musiqiçisi kimi deyil, həm də Qarsın teatr öncüllərindən biri, ilk teatr aktyorlarından və rəssamlarından biri kimi qəbul etmişdir. Cümhuriyyət tarixində özünəməxsus yeri var. Buna layiqincə qiymət verilməlidir.
Qısaca deyə biləcəyim bu kitab Azərbaycan türklərindən olan bəstəkar, musiqiçi və teatr aktyoru Tağı bəyin - Oşenyüzenin unudulmuş, yarımçıq və yanlış yazılmış tarixində yeni bir səhifə açmaq məqsədi daşıyır.

- Kitabı oxucular necə əldə edə bilər?

- Kitab “Ozan” nəşriyyatında çap olunub və istənilən kitab mağazasından və ya onlayn kitab mağazasından sifariş etmək olar.

Elnur Eltürk
Füzulidə şirkət rəsmisini İLAN SANCDIİyunun 22-də Agentliklə əməkdaşlıq edən RPS Energy LTD şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Nəticədə, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib. Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub.

Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Böyük Britaniyanın RPS Energy LTD şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar azad olunan ərazilərdə mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub.
Tağı Əhmədovun vəziyyəti pisləşdiBakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti pisləşib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tağı Əhmədovun yenidən ayaqları tutulub, yeriyə bilmir.

Hazırda o, əlil arabasında gəzir.

Xatırladaq ki, Tağı Əhmədov 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.
Rusiyada neftayırma zavodu dronla vuruldu - VideoRusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki neftayırma zavodunda partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, partlayış zavoda kamikadze-dronun hücumu nəticəsində baş verib.

“Əldə olunan məlumata görə, zavoda kamikadze-dron tərəfindən zərbə endirilib. Xəsarət alan yoxdur. Hazırda yanğının söndürülməsi işləri aparılır”, - məlumatda qeyd olunub.


Əfqanıstanda dəhşətli zəlzələ: ölənlərin sayı 1000-ə çatırƏfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "Vaşinqton Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

***

Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.

Bu barədə ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini bildirib.

Məlumata görə, təbii fəlakət nəticəsində 620-yə yaxın insan yaralanıb.
Prezidentlər İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyində...Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

Avrasiya.net xəbər verir ki, İçan-Qala barədə dövlət başçısına məlumat verilib.

Bildirilib ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir.

Qeyd edilib ki, ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixi, etnoqrafiyası, sənət nümunələri, müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.

Muzeydə, həmçinin Xivə xanlığının tarixi barədə nəşrlər nümayiş etdirilir.

Muzeyin əsas işi eksponatların toplanması, onların öyrənilməsi, nümayişi və abidələrin mühafizəsindən ibarətdir.
Elçin Mirzəbəyli GÜCLÜ OlMANIN düsturundan yazıbAzərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri, hər iki ölkənin liderinin qeyd etdiyi kimi qarşılıqlı münasibətlərdə sıçrayış effekti yaradacaq səfərdir. Həm də gözlənilən, arzulanan və hər iki qardaş xalqın sonsuz sevgisi, sevinci ilə müşaiyət olunan tarixi bir səfər...

Azərbaycanda Özbəkistanı çox sevirlər. Bəlkə də qardaş ölkədə təsəvvür edildiyindən daha çox... Hətta regional və qlobal proseslərə tamamilə əks baxış bucağından yanaşan, ölkənin, bölgənin və dünyanın gələcəyini fərqli görən insanlar da, Özbəkistana və qardaş özbək xalqına az qala eyni sevgi, eyni hörmətlə yanaşırlar. Şübhə etmirəm ki, bu, Özbəkistanda da belədir. Bütün bunlar, dostluq, qardaşlıq bağlarımızın, ortaq dəyərlərimizin, mədəniyyətimizin, tariximizin köklərinin nə qədər dərində olduğunun sübutudur. Biz azərbaycanlılar pisliyi bağışlaya bilirik, amma yaxşılığı, gerçək dostluğu, qardaşlığı, səmimi, təmənnasız sevgidən doğan dəstəyi heç vaxt unutmuruq. Azərbaycan torpaqlarının işğal altında olduğu və işğaldan azad edildiyi dönəmdə özbək xalqının mərd, ləyaqətli, ağayana duruşu, kədərimizə də, sevincimizə də eyni dərəcədə şərik olması heç vaxt unudulmayacaq.

Azərbaycan və Özbəkistan, hətta SSRİ dövründə də, mərkəzi hakimiyyətin bütün təqib və təzyiqlərinə baxmayaraq, dostluq, qardaşlıq münasibətlərini qoruyub saxlamağı, haqsızlığa, ədalətsizliyə qarşı birgə mübarizə aparmağı bacarıblar. Azərbaycana, Ümummilli lider Heydər Əliyevə, eləcə də özbək xalqının böyük oğlu Şərəf Rəşidova qarşı erməni millətçilərinin və onlarla eyni düşüncəni paylaşan Mixail Qorbaçovun atdığı saysız-hesabsız cinayət xarakterli addımlar, qdlyanların, ivanovların SSRİ-nin türk və müsəlman respublikalarının gerçək liderlərini nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxmaları və bütün bunların Azərbaycan və Özbəkistanın müstəqil inkişaf etmək perspektivinə qarşı, eləcə də hər iki xalqın bu perspektivi gerçəkliyə çevirə biləcək liderlərə sahib olduqları üçün həyata keçirildiyi heç vaxt yaddan çıxarılmayacaq. Heydər Əliyevi Özbəkistanda, həm də qardaş respublikanın ən çətin günlərində nümayiş etdirdiyi ədalətli, qətiyyətli mövqeyə görə sevirlər. Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasiminin keçirilməsi də bu sevginin bariz nümunəsi hesab oluna bilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də öz nitqində qeyd etdi ki, Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışı ondan ötrü böyük şərəfdir və bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiramın əlamətidir.

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində iki dövlət arasında imzalanan sənədlərin əhatə etdiyi istiqamətlər də sübuta yetitir ki, ortaqlıda qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə, potensial və yol xəritəsi var.

Azərbaycan və Özbəkistan qarşıdakı illərdə, müasir dövrdə mühüm əhəmiyyət kəsb edən bir sıra strateji layihələri gerçəkləşdirməyi planlaşdırırlar və hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin imkanlarından maksimum dərəcədə yararlanmağa çalışacaqlar. Həm İlham Əliyevin, həm də Şavkat Mirziyoyevin mətbuata bəyanatlarında yer alan fikirlərdən də bəlli oldu ki, nəqliyyat kommunikasiyalarının inkişafı qarşıslıqlı münasibətlərdə əsas strateji istiqamətlərdən biridir. Qeyd edim ki, həm Azərbaycan, həm də Özbəkistan ərazisindən çoxsaylı beynəlxalq və regional nəqliyyat dəhlizləri keçir. 2018-ci ildən etibarən, Özbəkistan nəqliyyat infrastrukturunun yenilənməsinə, ölkənin logistik mimkanlarının genişlənməsinə böyük önəm verir. Azərbaycan isə bu istiqamətdə, artıq uzun illərdir ki, mühüm layihələr həyata keçirir və bu proses davam etməkdədir. Dünyada baş verən dəyişikliklər və yaranan yeni reallıqlar nəticəsində nəqliyyat dəhlizlərinin diversifikasiyası və təhlükəsilziyinin mühüm faktora çevrildiyini nəzərə alsaq, həm Azərbaycan, həm də Özbəkistanın olduqca mühüm və strateji əhəmiyyət kəsb edən geostrateji mövqelərə sahib olduqlarını müəyyənləşdirə bilərik. Bu xüsusda TranXəzər beynəlxalq nəqliyyat dəhlizinin yaxın perspektivdə subregion üçün həyati əhəmiyyət kəsb edən istiqamətə çevrilə biləcəyi perspektivinin də yüksək olduğunu söyləmək mümkündür. Özbəkistanın TransXəzər nəqliyyat dəhlizinə marağının artması və sözügedən istiqamətdə yeni layihələrin həyata keçirilməsində maraqlı görünməsi də mövcud reallıqlardan qaynaqlanmaqla yanaşı gələcəyə yönəlmiş strateji addımlardır. Ortaq layihələr və nəqliyyat dəhlizlərinin inteqrasiyası, şübhəsiz ki, Azərbaycanla Özbəkistanı bir-birinə daha sıx şəkildə bağlayacaq.

Azərbaycanın uzun illərdən bəri yürütdüyü, ölkənin güclü bir dövlətə çevrilməsi istiqamətində həyata keçirilən siyasətin real nəticələrə gətirib çıxarması və nəhayət, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, Türk xalqlarının dövlətçilik tarixində mühüm yerə malik olan qardaş Özbəkistanda da rəğbətlə qarşılanıb və eyni zamanda qarşılıqlı münasibətlərin inkişafına, ortaq və təhlükəsiz gələcəyin perspektivinə olan inamı daha da artırıb. Prezident Şavkat Mirziyoyevin öz çıxışında “biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun” sözlərini dilə gətirməsi də, şübhə etmirəm ki, İlham Əliyevin “güclü olmaq” düsturunun və ortaqlıda olan real nəticələrin qardaş ölkə tərəfindən yüksək dəyərləndirildiyinin və qarşılıqlı münasibətlərdə əsas götürüldüyünün sübutudur.

İlham Əliyevin “bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var” deməsi isə Azərbaycan Prezidentinin subregionun gələcəyinə yönəlik strateji baxış bucağından xəbər verir və bu baxış bucağının güclülərin ittifaqı üçün əsas siyasi-ideoloji amilə çevriləcəyinə şübhə etmirəm. Çağdaş dünyanın reallıqları belədir: Güclü olmasan sənə hörmət bəsləməyəcəklər. Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində yaşadıqlarımızdan çıxardığımız nəticəni xalqımız və dövlətimiz üçün əsas hədəf kimi müəyyənləşdirməyimiz bizə qalib gəlməyin yeganə yolunu öyrətdi. Çox xoşdur ki, qardaş dövlətin başçısı da məhz bu amili nəzərə alaraq, güclü olmağın zərurətindən söz açır və müasir dünyada bunun alternativinin olmadığını bildirir.

Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində əldə olunan razılaşmaların, atılan addımların, deyilən sözlərin hər biri, qarşılıqlı əməkdaşlığın təməl faktorlarına və gələcəyinə işarə etməklə yanaşı, bütövlükdə Türk Dünyasının ortaq hədəfləri üçün də mühüm əhəmiyyətə malikdir.
Son olaraq, Prezident İlham Əliyevin nitqindən iki iqtibas gətirməklə, səfərin və imzalanan sənədlərin nə qədər mühüm əhəmiyyət daşıdığına diqqət çəkmək istəyirəm. Sitat:

“Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib”.

“...Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur”.

...Düşünürəm ki, təqdim etdiyim iqtibaslarda Azərbaycan-Özbəkistan münasibətlərinin perspektivini və bu perspektiv üçün möhkəm təməl formalaşdıran məqamları aydın şəkildə görmək mümkündür. Hədəf GÜCLÜLƏRİN İTTİFAQIDIR. Ədalətin qılıncı güclülərin əlində olanda daha kəsərli olur!

Elçin Mirzəbəyli