
Avrasiya.net xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.
Onun sözlərinə görə, Xarkovun Kiyevski, Şevçenkovski, Saltovski və Sənaye rayonlarına aviazərbələr endirilib. Hücumlar zamanı azı 3 nəfər dünyasını dəyişib, 2 sakin yaralanıb.
Raket zərbələrinə baxmayaraq, yerli sakinlər şəhəri tərk etmək niyyətində olmadıqlarını bildiriblər.