Xızı rayonu ərazisində avtomobildə asılmış kişi meyiti aşkarlanıb.

Dünən Bakı-Quba yolunun Sitalçaydan keçən hissəsində “Shacman” markalı, 21-BG-404 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsində asılmış kişi meyiti tapılıb.

Qafqazinfo-nun məlumatına görə, ilkin araşdırmalardan sonra meyitin Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Tural Əziz oğlu Abdullayevə məxsus olması məlum olub.

Belə ki, yük maşınının sürücüsü olan 42 yaşlı şəxsin özünü kabinədən asaraq həyatına son qoyması müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdıAzərbaycanda şəkər tozunun topdansatış qiymətində artım qeydə alınıb.

Avrasiya.net Unikal-a istinadən Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı.

Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.
Rusiya ehtiyatda olan zabitləri döyüşə göndərirCiddi itkilər səbəbindən Rusiya üç aylıq müqavilə əsasında ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hava-desant qoşunları komandanlığında xeyli itki verilməsi səbəbindən Rusiya üç ay müddətinə qısamüddətli müqavilələr bağlamaq şərti ilə ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb etməyə məcbur olub”, - məlumatda deyilib.
Rusiya Xarkova hücum edə bilərXarkov sakinlərinə şəhəri tərk etməyi və uşaqlarını aparmağı tövsiyə edirik, çünki Xarkovun atəşə tutulması uzunmüddətlidir.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində ruslar əməliyyat hazırlığı mərhələsini tamamlayıb. Xarkova hücum güclənə bilər", - Arestoviç vurğulayıb.

O qeyd edib ki, Xarkov hücuma məruz qalan “klassik cəbhə şəhəri”dir.
Ermənilər Laçın və Kəlbəcəri atəşə tutduErmənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bir öldü, min dirildi, büdrədi, amma yıxılmadı. Əmanəti qanı ilə qorudu. Ayrılmadı könül candan, unutmadı, unutdurmadı. Böyüdü, gücləndi və haqqını aldı Azərbaycan əsgəri.

Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid oğullarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik.Yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsil vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə və fəaliyyətində nümayiş etdirir. Elə buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətindən doğma Vətənin siyasi - iqtisadi və tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir.Vətən məhəbbət, Vətənə sevgi ən ülvi hisdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Koroğlu cəngisini, Xətai qılıncını, Babək cəsarətini, Nəsimi qətiyyətini sevmək deməkdir.

Vətənə sevgi ana laylası ilə başlayır və körpə böyüdükcə onu torpağa, el-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyini, haqqında düşüncələrini daha da dolğunlaşdırır. Vətənpərvərlik tərbiyəsi hər şeydən əvvəl Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Neçə-neçə qəhrəmanlarımız torpaqları uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti uğrunda canlarını qurban verən qəhrəmanlar heç vaxt unudulmur. Torpaq uğrunda ölən varsa Vətəndir!

Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq gənclərin əsas vəzifəsidir. Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycan uşaq və gəncinin simasında özünün ifadəsini tapdı. Cəmiyyət həyatında vətənpərvərlik hissi və duyğularının rolunu xüsusi ilə təhsil sistemində, təhsilin məzmununda, Vətənə sevginin önəminin daha da yüksəldilməsində aktuallaşdırır, çünki Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib. Hər şeydən pay olar, torpaqdan pay olmaz!

"Biz qalib gələcəyik. Bizim işimiz haqq işidir" - deyə Ali Baş Komandan İlham Əliyev qeyd edirdi. Bu sadə sözlər deyildir, bu həqiqi Vətənpərvərlik deməkdir.

Pərvanə Səfərova
Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin Uşaq Birliyi Rəhbəri
Peskovdan etiraf: Şimal Axını tam iflic olduAntirusiya sanksiyaları Şimal Axını kəmərinin işini tamamilə iflic vəziyyətinə salıb.

Axar.az xəbər verir ki, bu barədə danışan Kreml sözçüsü Dmitri Peskov Qərbi günahlandırıb.

Peskov qeyd edib ki, Rusiya Şimal axını-1 ilə qazı tam həcmdə tədarük etməyə hazırdır, lakin bunun üçün Avropa təmir edilmiş turbinləri geri qaytarmalıdır:

“Texnoloji nöqteyi-nəzərdən bu kəmərin mexaniki infrastrukturu Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara görə əziyyət çəkir. Nasos gücü, yəni turbinlər əsaslı təmirdən keçməlidir. Bəzi turbinləri geri qaytarmaq mümkün deyil. Avropalılar onları öz yerinə qaytarmır. Bu, insan tərəfindən yaradılmış böhrandır və AB-nin əli ilə yaradılmışdır”.

Qeyd edək ki, Rusiya Şimal Axını-1 ilə qaz nəqlini 40% azaldıb.
Pentaqon Rusiyanın güclü və zəif tərəflərini öyrənirABŞ Müdafiə Nazirliyi gələn ilin büdcəsinin icrası çərçivəsində Rusiyanın Ukrayna ilə bağlı strategiyasının qiymətləndirilməsini hazırlayacaq.

Bu barədə Nümayəndələr Palatasının müvafiq komitəsinin hazırladığı sənəddə bildirilib.

Sənədə əsasən, ABŞ-ın müdafiə naziri Lloyd Ostindən qanunun qüvvəyə minməsindən sonra 180 gündən gec olmayaraq Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyanın strateji, əməliyyat və təşkilati gücü və zəif tərəflərinin qiymətləndirilməsi tələb olunacaq.
Saakaşvilidən siyasi partiyalara çağırışGürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili siyasi partiyalara müraciət edib.

Avrasiya.net xəbər verir ki, onun müraciəti sosial media hesabı vasitəsilə yayılıb.

"Bütün silahdaşlarıma, Vahid Milli Hərəkatın tərəfdarlarına, həmçinin bütün partiyalara müraciət edirəm ki, bugünkü (ötən gün keçirilən aksiya - red.) mitinq ilə kifayətlənməsinlər. Bizi kimlərsə nəyisə gözləməyə səsləyirsə, praktiki olaraq bizdən növbəti dəfə aldanmağı xahiş edir.

Bizim avropalı gələcəyimiz öz əlimizdədir. Deoliqarxizasiya üçün oliqarxın hakimiyyəti kimi başlıca institut dəyişməlidir. Texniki hökumət yaradılmalı və Avropa İttifaqının nəzarəti altında gürcü xalqının maraqlarına xidmət edən seçkilər baş tutmalıdır", - deyə Saakaşvili bildirib.
Ukrayna daha 106 rus əsgərini məhv etdiUkrayna ordusu gün ərzində daha 106 rus əsgərini məhv edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukraynanın “Şərq” operativ-taktiki komandanlığı məlumat yayıb.

Bundan əlavə, Rusiya SQ-yə məxsus bir sıra hərbi texnikalar da məhv edilərək sıradan çıxarılıb.