Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötübDünyada koronavirus qurbanlarının sayı 6 340 234 nəfərə çatıb.

Bu barədə “Report” ayrı-ayrı ölkələrin koronavirusa yoluxma ilə bağlı statistikasına istinadən xəbər verir. Məlumata görə, son sutkada dünyada daha 126 nəfər koronavirusdan ölüb.

Eyni zamanda dünyada COVID-19-a yoluxanların sayı 544 111 945 nəfərə çatıb. Bununla yanaşı, pandemiya ərzində koronavirusdan sağalanların sayı 519 350 180 nəfər təşkil edir.

Pandemiya ərzində COVID-19-dan ən çox ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 1 milyon 38 289 nəfər koronavirusdan ölüb. ABŞ dünyada koronavirusa ümumi yoluxma sayına görə də birincidir: 87 981 568 nəfər.

Braziliya pandemiya ərzində koronavirusdan ölüm sayına görə ikinci yerdədir. Bu ölkədə 669 062 nəfər COVID-19-un qurbanı olub. Siyahida Hindistan 524 855 nəfər insan itkisi ilə üçüncüdür.

Dünyada koronavirusdan son sutka ərzində ən çox ölüm Tayvanda qeydə alınıb. Ada ölkədə 172 nəfər COVID-19-dan ölüb. Tayvan həm də COVID-19-a gündəlik yoluxma ilə bağlı birinci yerdədir. Son gün ərzində daha 50 636 nəfərdə koronavirus aşkarlanıb.

Rusiya koronavirusdan gündəlik ölüm sayında ikinci yerdədir. Ötən gün bu ölkədə 62 nəfər virusdan ölüb.

Son sutkada dünyada koronavirusa ümumilikdə 177 17 yoluxma qeydə alınıb, eyni zamanda daha 412 nəfər COVID-19-dan ölüb.

Gündəlik yoluxma sayı üzrə siyahıda ikinci yerdə Rusiya (30 526), üçüncü yerdə Avstraliya (22 123 yoluxma), dördüncü yerdə KXDR (19 320) qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
IX Qlobal Bakı Forumu beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün mükəmməl platformadır Bu gün Azərbaycanda müxtəlif formatlarda beynəlxalq tədbirlərin keçirilməsi bir növ ənənəvi hala çevrilmişdir. Növbəti belə tədbirlərdən biri olan 16 iyun 2022-ci il tarixdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilmiş IX Qlobal Bakı Forumudur. Bu Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. Forumda çıxış edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bildirdi ki, təhlükəsizlik məsələləri Beynəlxalq arenada bu gün əsas məsələlərdən birinə çevrilib. Bu səbəbdən də Beynəlxalq Bakı Formu bunun üçün mükəmməl bir platformadır.

Ona görə də qarşıdan gələn böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar.

Cənab Prezident bildirdi ki, Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Ermənistan isə beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir.

Minsk qrupunun fəaliyyətinə gəldikdə isə ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etmədi. Münaqişə həll olunub. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu funksiyasını itirib.
Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdü.

Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Kommunikasiyaların açılması təmin edilməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır.

Bir sözlə regional sülhün fundamental elementlərindəndən biri Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli məsələsidir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

Cənab Prezident onu da diqqətə çatdırdı ki, Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər.
Dağlıq Qarabağ adlı yer yoxdur. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib (https://ə qanun.az/framework/6783; https://e-qanun.az/framework/6785).

Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi.

Güntəkin Sabir qşzı
147 saylı Texniki – Humanitar təmayüllü liseyin tarix müəllimi
Qazaxıstan Moskvaya cavab olaraq Rusiya kömürünün tranzitini dayandırıbQazaxıstanın Rusiya kömürünün tranzitini dayandırıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstan hakimiyyəti öz ərazisində kömür daşıyan 1 700 vaqonun qarşısını kəsib.

Xatırladaq ki, Prezident Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. “Kommersant” nəşri vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verib ki, Qazaxıstanın Qərb alıcılarının onu sanksiyaya məruz qoyan Rusiya markalı “Urals” ilə qarışdırmamaq üçün adını dəyişməyi qərara aldığı neftin ixracı Novorossiysk limanında dayandırılıb.

“Kommersant”ın həmsöhbətlərinin sözlərinə görə, buna səbəb liman sularında İkinci Dünya Müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılmasıdır. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb.

Növbəti minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və bu, ayın sonuna qədər davam edə bilər.

İyunun 17-də Vladimir Putinlə görüş zamanı Tokayev qondarma DXR və LXR-in ölkəsi tərəfindən tanınmasının yolverilməz olduğunu açıq şəkildə bəyan edib. Tokayev Rusiyanın Aleksandr Nevski ordenindən də imtina edib. Bildirilir ki, Qazaxıstan liderinin mükafatlandırılması Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində planlaşdırılıb.
Ermənistanda silahlı atışma: 2 ölü, 5 yaralıErmənistanın Araqatsotn vilayətində silahlı atışma baş verib.

Axar.az shamshyan.com-a istinadən xəbər verir ki, xəstəxanaya güllə yarası almış 7 nəfər yerləşdirilib ki, onlardan biri sonradan ölüb.

Polis və istintaqçılar araşdırmasından sonra məlum olub, silahlı insident Niqavan kəndində baş verib.

Faktla bağlı istintaq qrupu yaradılıb, araşdırma aparılır.

***

Atışma zamanı yaralananlardan daha biri ölüb.
Ukrayna ordusu daha 14 rus döyüşçünü məhv etdiUkrayna hərbçiləri sutka ərzində daha 14 rusiyalı hərbçini məhv edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukraynanın “Şərq” operativ-taktiki komandanlığı məlumat yayıb.

“Bu gün hərbçilərimiz 14 nəfər şəxsi heyəti məhv edib”, - deyə bildirilib.

Bundan əlavə, ukraynalılar rusların artilleriya qurğularını məhv edib.