Ermənistanda güllələnən gənc hərbi qulluqçudur – İnsidentin təfərrüatıErmənistanın Araqatsotn bölgəsində baş vermiş silahlı insidentin təfərrüatı açıqlanıb.

Ermənistan KİV xəbər verir ki, silahlı insident zamanı 7 nəfər yaralanıb. Onlardan biri xəstəxanada ölüb.

Polis əməkdaşları hadisənin Niqavan kənd inzibati ərazisində baş verdiyini bildiriblər.

Son məlumata görə, insident zamanı ölən şəxs - Hmayak Mikaelyan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi qulluqçusu olub.

Xatırladaq ki, ötən gün saat 20:30 radələrində Aparan tibb məntəqəsindən yerli polis şöbəsinə 7 vətəndaşın onlara güllə yarası ilə daxil olması barədə məlumat verilib. Həkimlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildiriblər ki, yaralılardan biri özünə gəlmədən dünyasını dəyişib.
 Bir sıra Ermənistan KİV-lərinin məlumatına görə, hakim “Mülki müqavilə” partiyasından olan deputat Matevos Asatryanın qohumları və Araqatsotn vilayətinin hökumətyönlü qubernator müavininin əmisi oğlu Edqar Pırvanyanın qohumları bir qrup gənclə əlbəyaxa dava ediblər.

Nəticədə yuxarıda adı çəkilən şəxslər (Matevos və Edqarın qohumları və dostları) Kalaşnikov avtomatından gənclərə atəş açmağa başlayıblar. Dava iştirakçılarından biri yerindəcə ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə rayonun Niqavan kəndi yaxınlığında baş verib.

Mətbuatın yazdığına görə, hakim partiya üzvlərinin yaxınları gəncləri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı söydüyünə görə güllələyiblər.
Pensiyalar ARTIRILIR"Pensiyaların ödənilməsi üçün ayrılan vəsait 306 milyon manat artırılır".

Avrasiya.net xəbər verir ki bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Kərimov deyib.

O qeyd edib ki, cari ildə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması prioritet məsələ sırasındadır. Məşğulluq sahəsində yaradılacaq elektron sistem bu proseslərin tamamilə elektronlaşdırılmasına şərait yaradılacaq.
İtkin düşən hindistanlı turistin meyiti tapılıb? - DİNZaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması və yaxud onun vəhşi heyvan tərəfindən parçalanması isə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Avrasiya.net xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat yayıb.

O bildirib ki, turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir.

"Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb", - deyə M.Məsimov bildirib.

Qeyd edək ki, Zaqatala rayonunda itkin düşən hindistanlı turistin axtarışlarına Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturlarının əməkdaşlarından ibarət ümumilikdə 11 qrup, eləcə də dronlar cəlb olunub. Həmçinin, ərazini tanıyan yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər.

Mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı oteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
Ruslar Kiyev limanlarını ələ keçirə bilmədi“Julyan” və “Borispol” hava limanları quru və hava qüvvələri tərəfindən ciddi mühafizə edilirdi. Məhz buna görə rus qoşunları bu limanları tuta bilmədilər.

Bunu ekspert Oleq Jdanov deyib.

“Julyan” şəhərin daxilində yerləşdiyi üçün rus desantları ora girə bilmədilər. Oranı Kiyev hava hücumundan müdafiə sistemi qoruyurdu. Yeri gəlmişkən, “Borispol” hava limanı da hava hücumundan müdafiə sistemi ilə çox yaxşı qorunur. Ruslar hətta raket zərbəsi endirib, “Borispol”da hava hücumundan müdafiə sistemini zəiflətməyə çalışıblar, lakin heç nə alınmadı”, - Jdanov bildirib.
50 zabiti məhv etdik: Londonu vurarıq - SolovyovRusiya silahlı birləşmələri 19 iyunda Ukrayna ərazisində yerləşən hərbi qərarverici mərkəzə zərbə endirilib. Bu, rəsmi Kiyevə və bütün kollektiv Qərbə Moskvanın cavabıdır.

Axar.az xəbər verir ki, bu fikirləri Rusiyanın qalmaqallı teleaparıcısı Vladimir Solovyov “Bazar axşamı” proqramının efiri zamanı səsləndirib.

“Biz göstərdik ki, lazım olanda möhkəm də vura bilirik. İndi artıq bir çox ölkələr düşünməli olacaq. Londona, Varşavaya zərbələr endirilə bilər. Görək onda nə deyəcəklər... Bizim necə cavab verəcəyimizi onlar yaxşı bilir...” - deyə o qeyd edib.

Qeyd edək ki, dünən Rusiya Ukrayna ordusunun Dnepropetrovskdakı idarəetmə məntəqəsinə “Kalibr” raketi ilə zərbə endirib. Məlumata görə, zərbə nəticəsində aralarında generalların da olduğu 50-dən çox zabit öldüb.
117-ci gün: Rusiyanın itkiləri açıqlandıUkrayna müharibənin 117-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, bugünədək düşmən 33 800 hərbçi, 1477 tank, 3588 zirehli döyüş maşını, 749 artilleriya sistemi, 238 MLRS, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 181 helikopter, 2527 ədəd avtomobil texnikası 601 ədəd PUA, 130 qanadlı raket itirib.
Bakıda qalmaqal: Gəncəlilər yarışdan qovulduMilli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinin 1/8 finalında qarşıdurma yaşanıb.

Dünən keçirilən qarşılaşmada Gəncəni təmsil edən məşqçilər hakimə etirazlarını bildiriblər. Etiraza səbəb isə hakimin Gəncədən olan boksçu üçün hesab açması (nokdauna düşən boksçu üçün sayım – red.) olub. Məşqçilər bildiriblər ki, guya hakimlər düzgün qərar verə bilmirlər.

Onların etirazından dərhal sonra 10-12 naməlum şəxs yarışın keçirildiyi zala daxil olaraq hakimlərə təzyiq göstərməyə başlayıb. Uzun mübahisədən sonra yarış bərpa olunub və Gəncədən olan idmançı yarışı məğlub başa vurub.

Buna baxmayaraq, zalda olan digər məşqçi və idmançılar baş verən hadisəyə və naməlum şəxslərin zala daxil olaraq gərginlik yaratmalarına etirazlarını bildiriblər. Onların tələbi ilə Gəncədən olan idmançıların yarışdan uzaqlaşdırıldığı bildirilir.

Qeyd edək ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılıb. Yarışın qaliblərinin adları isə iyunun 22-də bəlli olacaq.
Azərbaycanı dünyaya tanıtdıran dahi şəxsiyyətAzərbaycanın artıq dünyada öz çəkisi və sözü olan bir ölkədir. Bu nailiyyətlərin təməli isə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Xüsusən də 90-cı illərin əvvəllərində Sovetlər Birliyinin dağılması, müttəfiq adlanan ölkələrin öz müstəqilliyini yenidən bərpa etməsi dünyanın düzənini dəyişməyə başlamışdı. Azərbaycan da öz müstəqilliyini bərpa etdi. Lakin tez bir zamanda ölkə xaosa büründü. İqtisadi-siyasi böhran, digər tərəfdən 80-ci illərin sonundan baçlanmış erməni təcavüzü. Bütün bunlar yenicə əldə olunmuş müstəqillik üçün ciddi təhlükə idi.

1993-cü ilin may.-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”

İlk gündən parlamentarizm ənənələrinə sadiq qalan Ulu Öndər aşkarlıq prinsipinə üstünlük verdi. Belə ki, Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.
24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bununla da bütün hadisələr dövlətin nəzarətinə götürüldü, bu isə xalqın iradəsinə tabe edilməsi demək idi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Eləcə də Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi.

Ən təhlükəli vəziyyət yaranmış separatçı cəhtlər və vətəndaş qarşıdurması idi. Avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar (https://e-qanun.az/framework/8527) qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.
Ulu Öndərin yüksək peşəkarlığı və vətəninə dövlətinə və xalqına sadiqliyi sayəsində parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Bu böyük şəxsiyyət dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur.

“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu.

Çox nadir hallarda dövlət şəxsiyyətə görə tanınır. Məhz Heydər Əliyevin böyüklüyü, uğurlu siyasəti sayəsində Azərbaycan qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, xarici siyasətdə böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi.

Bir sözlə bu gün Heydər Əliyev ideologiyasının, başlatdığı uzaqgörən siyasətinin və layiqli davamçısı mnöhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində regionun lider, dünyanın aparıcı dövlətinə çevrilib.

Qarat Qaratov
35 saylı Xətai üçüncü DSK-nın sədri
Azərbaycanda ata oğlunu öldürdüİyunun 19-u saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.