İran polisi günahsız gənci güllələdiİyunun 19-da İranın Yasuc-Səmirom avtomobil yolunda, Qara körpüsündə Fuad Peykəri adlı gənc heç bir qanun pozuntusu törətmədiyi halda polislər tərəfindən güllələnərək öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bu dəhşətli cinayətin ardından qəzəbli əhali polis avtomobilinə hücum edərək onu yandırıb.
Ermənilər Laçını talayır – PolkovnikRus sülhməramlılar müvəqqəti məsuliyyət zonalarında olan ərazilərdə separatçı ünsürlərin qanunsuz, vəhşi əməllərinə göz yumublar və yumurlar. Orada biabırçı bir vəziyyət var. Separatçı tör-töküntüləri, orada yaşayanlar alternativ yol açıldıqdan sonra Laçını tərk etməli olacaqlarını bilirlər. Ona görə əllərinə keçən hər şeyi talayırlar və əgər imkanları olsa, torpağı da maşınlara yükləyib apararlar.

Bu sözləri Axar.az-a Laçında separatçıların və orada yaşayan ermənilərin talançılıq etməsindən danışan hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik bu talançılığın, vəhşiliyin qarşısının alınmalı olduğunu bildirib:

“Müdafiə Nazirliyimiz, Daxili İşlər Nazirliyi, Hərbi Prokurorluq, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi həm sülhməramlılara, həm də Ermənistan tərəfinə konkret və qəti xəbərdarlıq etməlidir. Törədilən cinayətlərə görə Ermənistan rəhbərliyinin və separatçıların beynəlxalq səviyyədə mühakimə edilməsinə nail olmalıyıq. Ukraynanın da sözügedən istiqamətdə fəaliyyətləri var və artıq nəticəsini verir – o təcrübədən istifadə edə bilərik. Əgər torpaqlarımızda talançılıqla məşğul olan və milyonlar yığan separatçıların bir neçəsi Bakıda cinayət məsuliyyətinə cəlb olunsa, digərləri bu əməlləri davam etdirməyə cəsarət etməz. Bir daha vurğulamaq istəyirəm ki, sülhməramlılar və Ermənistanın qarşısında məsələni elə qoymaq lazımdır ki, onlar öz məsuliyyətlərini hiss etsinlər”.
Rüşvət iddiası: BDU bu müəllimi işdən qovduBDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Sədaqət Əhmədova ilə əmək müqaviləsinə xitam verilib.

 Bu barədə BDU-dan məlumat yayılıb.

Qeyd edək ki, bundan öncə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri müəllim Sədaqət Əhmədovanın onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsdiyini iddia etmiş və müəllimin səs yazısını yaymışdılar.
MEDİA müsabiqə elan etdiMedianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.

Müsabiqəyə təqdim edilən materiallar:

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı köşə yazısı;

– ən yaxşı jurnalist araşdırması;

– ən yaxşı oçerk.

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı ictimai-siyasi reportaj;

– ən yaxşı iqtisadi reportaj;

– ən yaxşı sosial reportaj;

– ən yaxşı mədəniyyət reportajı;

– ən yaxşı idman reportajı.

Qiymətləndirmə:

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.

Mükafatlandırma:

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.

Müsabiqəyə müraciət qəbulu 01 iyul 2022-ci il saat 18:00-dək davam edəcəkdir.
Nüvə ölkələri: kimin nə qədər nüvə başlığı var?2022-ci il üçün dünyanın nüvə gücləri siyahısına 9 dövlət daxildir.

Bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmasına əsaslanır.

Beləliklə, dünyanın nüvə gücünə malik ölkələrin siyahısını və malik olduqları nüvə başlıqlarının sayını açıqlayırıq:

1. Rusiya – 7000 ədəd

2. ABŞ – 6800 ədəd

3. Fransa – 300 ədəd

4. Çin – 270 ədəd

5. Böyük Britaniya – 215 ədəd

6. Pakistan – 140 ədəd

7. Hindistan – 130 ədəd

8. İsrail – 90 ədəd

9. Şimali Koreya - 30 ədəd

Bundan başqa, nüvə başlıqlarına sahib olub, lakin sonradan ondan imtina edən dövlətlər də var.

1979-cu ildə nüvə başlıqlarına sahib olan Cənubi Afrika Respublikası (CAR) cəmi 10 il sonra ondan imtina etdi. Bununla da CAR dünyada nüvə silahından imtina edən ilk dövlət kimi tarixə düşdü.

SSRİ dağıldıqdan sonra 3 ölkə - Qazaxıstan, Ukrayna və Belarus da öz nüvə başlıqlarından imtina edərək onu Rusiyaya verdilər.

Uzun illər öncə Əlcəzair, Argentina, Braziliya, Cənubi Koreya, Liviya, Suriya, Misir, İspaniya, Meksika, Rumıniya, Tayvan, İsveç və Səudiyyə Ərəbistanı kimi ölkələrdə nüvə başlıqlarının olması barədə söz-söhbətlər gəzib. Lakin bunlar elə söz-söhbət olaraq da qalıb, bu ölkələrin heç birində nüvə başlıqlarının olması sübuta yetirilməyib.

Son illər isə yalnız iki dövlət – Myanma və İran nüvə silahının yaradılması ilə bağlı fəaliyyətlər aparırlar.
Rusiya ordusu qadınları hərbi xidmətə çağırırRusiyada qadınlara müqavilə əsasında hərbi xidmətə yollanmağı təklif ediblər. Müvafiq elan Severodvinsk administrasiyasının rəsmi saytında peyda olub.

Belə ki, yerli hərbi komisarlıq kişilərlə yanaşı, qadınların da hərbi xidmətə dəvət edildiyini bildirib.

Namizədlərə 18-40 arası olmaqla yaş tələbi qoyulub.

Həmçinin, orduda xidmət etmək arzusunda olanlara yüksək maaş vəd edilib. (Mənbə: rbc.ua)
Azərbaycan müdafiə xərclərini artırırBu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib.

Bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 % çoxdur.

Məlumata görə, ümumi xərclərin 2 milyard 164,705 milyon manatı (əvvəlki proqnozla müqayisədə 3 milyon manat çox) müdafiə qüvvələri, 295 milyon manatı (10 milyon manat və ya 3,5 % çox) milli təhlükəsizlik, 433 milyon manatı (dəyişməyib) sərhəd xidməti, 4 milyon manatı (cüzi artıb) müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 milyard 187,161 milyon manatı (581,6 milyon manat və ya 36,2 % çox) müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər, 2 milyard 180,442 milyon manatı (580 milyon manat və ya 36,2 % çox) xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulub.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da, təsdiq edilmiş proqnoz ilə müqayisədə 49,6 milyon manat və ya 2 % çoxdur.

Bunun 133,7 milyon manatı (əvvəlki proqnozla müqayisədə 18,9 milyon manat və ya 16,5 % çox) məhkəmə hakimiyyəti, 1 milyard 840,748 milyon manatı (84 milyon manat və ya 4,8 % çox) hüquq mühafizə, 108,6 milyon manatı (5,9 milyon manatı və ya 5,7 % çox) prokurorluq, 10 milyon manatı (dəyişməyib) məhkəmə qərarının icrası, 4 milyon manatı (cüzi artıb) hüquqi yardım, 384,9 milyon manatı (59,5 milyon manat və ya 13,4 % az) məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətləri üzrə nəzərdə tutulub.
Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirib"Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirərkən deyib.

O söyləyib ki, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəlib: "Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi, onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri qazilərin bir çoxunun evlərini ziyarət edərək, imkanlarını qiymətləndirib, onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərilib. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazimizi xəstxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndiriblər".

S.Babayev bildirib ki, ötən ilyarımlıq dövrdə 103 min müharibə iştirakçısına, müharibə əlilinə, şəhid ailəsinə 190 min xidmət göstərilib: "Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Onların sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onlardan 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam edəcək".
"İyuldan bağçalara elektron qaydada uşaq qəbulu başlayır"İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq: "Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir".

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
"Ukrayna İlan adasında Rusiyanın hərbi bazasını raket atəşinə tutub"“Ukraynanın Rusiyanın nəzarəti altında olan İlan (Zmeynıy) adasında çox saylı partlayış baş verib”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın adadakı hərbi bazasına raket zərbələri endirib.

Şahidlər Ukrayna ərazisindən adaya doğru çoxsaylı raket atəşinin açıldığını söyləyiblər.

Məlumata görə, adada Rusiya qoşunlarının çoxsaylı Hərbi Hava Qüvvələri, benzindaşıyan avtomobilləri, radiolokasiya sistemi, habelə idarəetmə mərkəzi yerləşrir.

Rəsmi qurumlar məsələyə münasibət bildirməyiblər.