Ukrayna ordusu hərbi texnikasının yarısını itiribUkrayna ordusunun müharibə dövründə itirdiyi hərbi texnikaların sayı açıqlanıb.

Bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığının maddi-texniki təminat komandiri Vladimir Karpenko bildirib.

Onun sözlərinə görə, fevralın 24-dən bəri davam edən döyüşlərdə Ukrayna ordu hərbi texnikasının yarısını itirib.

"Biz texnikamızın təxminən 50%-i itirmişik. Bundan əlavə, 1300-ə yaxın piyada döyüş maşını, 400 tank və 700 artilleriya sistemi məhv edilib", - Vladimir Karpenko vurğulayıb.

Xatırladaq ki, Ukrayna Baş Qərargahının açıqladığı son statistikaya əsasən, bu günə qədər Rusiya ordusunun 1456 tankı, 3563 zirehli döyüş maşını, 734 artilleriya sistemi, 233 reaktiv yaylım atəş sistemi, 97 hava hücumundan müdafiə sistemi, 215 hərbi təyyarəsi, 180 helikopteri, 2496 nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 593 ədəd dronu, 129 qanadlı raketi və 55 ədəd xüsusi texnikası sıradan çıxarılıb.
Mişa dünyanın gözü qarşısında ölür - QoşievskaBir oliqarxın (Bidzina İvanişvili nəzərdə tutulur - red.) istəyi əsasında sabiq prezident Mixail Saakaşvili bütün dünyanın gözü qarşısında ölür.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan Polşa Seyiminin vitse-spikeri Malqorzat Qoşievska bildirib.

Polşa rəsmisinin sözlərinə görə, həbsdə saxlanılan sabiq prezidenti ziyarət etmək istəsə də, ona icazə verilməyib.

O əlavə edib ki, Avropa Parlamentinin Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsi barədə çağırışlarını sonunadək dəstəkləyir:

"Dünən müxalifət partiyalarının nümayəndələri ilə görüşdüm. Onların hər biri Gürcüstana namizəd statusunun verilməsini tam şəkildə dəstəkləyir. Bəyan etmək istəyirəm ki, bir oliqarxın təvazökarlığı, nifrət dili və Rusiya yönümlü əhval-ruhiyyəsinə görə bütün xalqı cəzalandırmaq olmaz. Buna görə də Avropa Parlamentinin Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsinə çağırış barəsindəki qətnaməsini tam şəkildə dəstəkləyirəm. Beynəlxalq həkimlərdən ibarət qrupun Mixail Saakaşvilinin yanına buraxılmaması, onun müalicə üçün aparılmaması tamamilə barbar bir davranışdır. Polşa beynəlxalq platformalarda bir neçə dəfə Saakaşvilini qəbul etməyə hazır olduğunu bildirib".

O deyib ki, hakimiyyət Saakaşvilinin müalicə olunmasına icazə vermir, bunun arxasında isə Rusiya ilə əlaqələri yaxşı bilinən oliqarx Bidzina İvanişvili dayanır.

Qeyd edək ki, Avropa Komissiyası Gürcüstana AB-yə namizəd statusu üçün müsbət rəy verməyib.
Putin ölümü haqda xəbərlərdən danışdıBir neçə dəfə ölüm xəbəri yayılan Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı buna münasibət bildirib.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, Putin amerikalı məşhur yazıçı Mark Tvendən sitat gətirib.

“Mənim ölümümlə bağlı şayiələr çox şişirdilib”, - Putin deyib.
Bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdırXalqın ictimai siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır.
XXI əsrin astanasında Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial - iqtisadi təkamülündə dönüş nöqtəsi oldu. Bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlməsi üçün zəmin yaratdı.Tarixi təcrübə göstərir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir..

Müstəqilliyimiz düşmən dövlətlər tərəfindən hərbi təcavüz və siyasi təzyiqlərə məruz qalmışdı.Xalq iqtisadi sarsıntılar girdabına düşmüşdü. Ölkəni bu vəziyyətdən 1993 cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Belə çətin bir anda, çətin bir dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi ilə tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı ,,xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişafı başladı. Sabitlik ,ictimai asayiş bərqərar olundu,qeyri qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə Azərbaycan inkişaf yoluna qədəm qoydu.".

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi ,iqtisadi ,sosial və psixoloji böhran sarsıntılarından çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı.

Daxili çəkişmələrə son qoyulması ,siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, "Əsrin müqaviləsi"nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmiş vulkana bənzəyən daxili sosial - qtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar. Ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit ,büdcə ,vergi, gömrük siyasətinin aparılması , qiymətlərin ,xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə görkəmli yer tutur ,beynəlxalq təşkilatların üzvüdür,onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınırıq. Artıq regionda Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layıhə keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilmişdir. Bizim nüfuzumuz artır,gücümüz artır. Biz qalib ,böyük Zəfərin əldə olunduğu dövlətik.Biz torpaqlarımızı öz gücümüzlə, birlik və vəhdətimizlə əldə edən bir xalqıq. Bütün bunlar Heydər Əliyevin xidmətlərinin nəticəsidir.
Yaradılmış möhkəm iqtisadi təməl siyasi və sosial - mədəni proseslərə də dinamizm verir, Azərbaycan "mənliyinin dünya miqyasında təsdiq edilməsinə imkan yaradır".

Rəşad Rəhmanov
Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin direktoru