NATO Rusiya ilə sərhədi gücləndirirAlyansın Madriddə keçiriləcək sammitindən əvvəl onun üzvləri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində yaranan vəziyyətlə bağlı şərq cinahının müdafiəsi üçün yeni model üzərində razılığa gəlməlidirlər.

Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, NATO-nun şərq cinahda yeni müdafiə modelinin əsasını üç sütun təşkil edəcək:

“Birincisi, ön cəbhədə döyüş əməliyyatlarına hazırlığın artırılmasıdır. Biz artıq bunu etmişik. Son bir neçə ay ərzində şərqdəki döyüş qruplarının sayını 4-dən 8-ə qaldırmışıq.

Modelin ikinci sütunu səfərbərlik tələb olunduqda vaxta qənaət etmək üçün hərbi texnikanın əvvəlcədən yerləşdirilməsidir. Üçüncü element isə ora yerləşdiriləcək bölmələrlə bağlıdır. Bu, müəyyən bir ərazidə təlim keçəcək, müəyyən vəzifələri olacaq qüvvələrdir. Ön cəbhəyə bütün qüvvələr yerləşdirilməyəcək. Lakin lazım gələrsə, onlar da köçməyə hazır olmalıdırlar”.
“Coca-Cola” Rusiyada satışı DAYANDIRDI"Coca-Cola" şirkətinin Rusiyadakı distribyutoru - "Coca-Cola Hellenic Bottle Company" (Coca-Cola HBC) ölkədə içkilərin istehsalını və satışını dayandırdığını elan edib.

Bu barədə "Reuters" agentliyi şirkətə istinadla məlumat yayıb.

Bildirilib ki, distribyutorun rusiyalı müştərilərinə tədarük olunmuş məhsullar artıq tükənmək üzrədir. Bundan sonra yeni tədarük və ya istehsal partiyası olmayacaq.

"Coca-Cola HBC" Rusiyada və digər ölkələrdə şirkətin brendlərinə məxsus içki fabriklərinin sahibidir.

Xatırladaq ki, martın əvvəlində "Coca-Cola" Rusiyadakı fəaliyyətinin dayandırılması barədə məlumat yaymışdı. Bununla belə, ölkədə məhsulun istehsalı və satışı davam etdirilirdi.
Ukraynaya Rusiyanı vuracaq silahlar vermirik - MakronQərb ölkələri Ukraynaya müəyyən silahların verilməməsi ilə bağlı razılıq əldə edib.

Bu sözləri Fransa Prezidenti Emmanuel Makron ukraynalı jurnalistlərə açıqlamasında deyib.

“Siz qeyri-rəsmi razılaşmadan danışırsınız, lakin bu, demək olar ki, rəsmi mövqedir. Bu, ondan ibarətdir ki, NATO müttəfiqləri Ukraynaya müdafiə olunmağa yardım edir, lakin Rusiyanı vurmağa qarşı çıxır. Ona görə də biz razılığa gəldik ki, Ukraynaya hücum təyyarələri və tanklar verməyəcək”, - deyə o bildirib.
Şolts: "Ukraynanın ələ keçirilməsi illüziyadır və mən bunu Putinə dedim""Ukraynanın bir hissəsinin ələ keçirilməsi illüziyadır və mən bunu Putinə dedim. Məsələn, Rusiyaya qarşı sanksiyalar ölkə Ukrayna ilə ədalətli razılığa gələnə qədər qüvvədə qalacaq. Bu sülh şərtlərini xalq, parlament, Ukrayna Prezidenti həll edəcək".

“Report”un ARD telekanalına istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Olaf Şolts Ukraynanın paytaxtı Kiyevə səfərindən sonra deyib.

O, Kremlin Rusiyanın Ukrayna ərazisinin bir hissəsini ələ keçirə biləcəyi və daha sonra zamanla dəyişiklik gözləyəcəyi ilə bağlı gözləntilərini “Putinin illüziyası” adlandırıb.

Kansler qeyd edib ki, Almaniya rəsmi Moskvanın birtərəfli qaydada qoyduğu şərtlərlə "diktə altında sülh"ü rədd edir.

“Putinin şərtləri ilə sülh mümkün deyil”, - hökumət başçısı vurğulayıb.

“Rusiyanın Ukraynanın bir hissəsini amansız zorakılıqla ələ keçirmək" planından və "ölkələrin sərhədlərinin dəyişdirilməsinə dair imperialist konsepsiyasından" imtina etməsini təmin etmək lazımdır", - Şolts deyib.

Teleaparıcı diqqətə çatdırıb ki, Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfəri zamanı çıxışında Ukraynanın qələbəsinə qədər bu ölkəni dəstəkləməkdən danışıb, Şolts isə “Rusiya tərəfindən qoyulan sülhün mümkünsüzlüyünü” bəyan edib. Kansler cavabında belə bir dünyanın mümkünlüyünü “Putinin illüziyası” adlandırıb, o, “torpaqları ələ keçirə və zamanın dəyişməsini gözləyə biləcəyinə” inanır.
Püşk atıldı: Zəngilana qayıdış başladıYaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq insanların ilk köçürülməsi olacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Amerikanın səsi"nə müsahibəsində bildirib.

“Artıq ilk köçürülmə ilə bağlı püşkatma tədbiri də olub. Bu yaxın günlərdə ilk məcburi köçkün ailələri daimi məskunlamaq üçün Zəngilan rayonunda yeni salınmış Ağalı kəndinə köçürüləcək. İlkin olaraq 41 ailə Ağalı kəndinə köçəcək", - o qeyd edib.

Məcburi köçkünlərin qayıdışı üçün ilk olaraq Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur. Burada ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “ağıllı kənd” layihəsi icra olunur. Rəsmi məlumatlara görə, hazırda 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.

Rəsmi statistikaya görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hazırda Azərbaycanda 1,138,450 nəfər qaçqın və məcburi köçkün var.

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, onlardan 350,000 nəfəri Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlardır.

Münaqişə zamanı 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfər təşkil edir.

2020-ci il sentyabr-noyabr aylarındakı 44 günlük müharibə nəticəsində bir çox yaşayış məntəqəsində Azərbaycan hökumətinin nəzarəti bərpa edilib. Hazırda keçmiş silahlı münaqişə ərazisinin minalardan təmizlənməsi işləri ilə yanaşı, əhalinin yenidən doğma yurdlarına qaytarılması üçün işlər aparılır.

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Eyni zamanda, elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur.

Hazırda ərazilərdə insanların daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır.

SOCAR-a işə düzəltmək adı ilə... - Diqqətli olun!Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Sirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir.

SOCAR-dan verilən məlumata görə, müraciətlər əsasən sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsi ilə həyata kecirilir.

"Bununla əlaqədar olaraq mənbəyi məlum olmayan və SOCAR-ın rəsmi mənbələrində əks olunmayan heç bir məlumata etibar etməməyinizi, bu kimi hallarla rastlaşarkən dərhal hüquq mühafizə orqanlarına müraciət etməyinizi, habelə həmin məlumatı SOCAR-ın [email protected] ünvanına göndərməyinizi təkidlə xahiş edirik!", - qurumdan bildirilib.

Həmçinin qeyd olunub ki, SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olanların şirkətə heç bir aidiyyəti yoxdur.

SOCAR onun adından istifadə edərək verilən vədlər üzrə heç bir məsuliyyət daşımır. SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata kecirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) yalnız şirkətin veb-saytının www.socar.az "karyera" bölməsinin "İşə qəbul" hissəsində elan olunur. Eyni zamanda SOCAR- ın vakansiyaları ilə bağlı məlumatlar "Linkedin" sosial şəbəkəsində mövcud olan "SOCAR Karyera" səhifəsində mütəmadi olaraq paylaşılır", - şirkətdən bildirilib.
Ruslar hücuma keçdi, 26 hərbçisi öldürüldüİyunun 16-da ukraynalı müdafiəçilər ölkənin şərqində 26 işğalçını məhv ediblər.

Vu barədə Ukraynanın “Şərq” əməliyyat-taktiki qrupu məlumat yayıb.

Qeyd olunub ki, ruslar ötən gün şərqdə bir hücum əməliyyatı həyata keçirib. Hücumun qarşısı alınıb və 26 şəxsi heyətlə yanaşı, 1 zirehli transportyor və 1 PUA məhv edilib.
Rusiyanın daha iki tankı məhv edildiUkrayna hərbçiləri Stuqna-P ATGM ilə rus ordusunun iki tankını məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Zərbə nəticəsində rusların sursatları da partlayıb. Sursatların partlaması ilə rusların döyüş maşınları ekipajları ilə birlikdə tam məhv edilib.
Ermənilər Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdiErmənilər Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum ediblər.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Təxribatçılar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Onlar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV" kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.