İran müharibəyə hazırlaşır - Baş Qərargah rəisi əmr verdiGələcək müharibə və xüsusi hərbi missiyaları həyata keçirmək üçün İran ordusu yüksək səviyyədə hazır olmalıdır.

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqeri deyib.

Onun sözlərinə görə, bugünkü müharibələr əvvəlki kimi adi müharibələr deyil və buna görə İran ordusu təmilləşdirilməli və döyüş hazırlığı vəziyyətində olmalıdır.

General bildirib ki, bu gün ölkəsinin təhlükəsizliyin təmin edilməsi İran ordusunun qüdrətinin nəticəsidir: “İranın qüdrəti artdıqca daha böyük düşmənlə qarşılaşmaq məcburiyyətində qalır. Ordu buna hazır olmalıdır. Biz hazırda dünyanın müxtəlif regionlarında gedən müharibələri diqqətlə izləməli və təcrübə qazanaraq dərs götürməliyik”.
NATO USQ-nin qərb silahlarına keçid planını hazırlayır – StoltenberqStoltenberq gözləyir ki, NATO sammitində Ukraynanı kompleks dəstək paketi razılaşdırılacaq.

NATO Ukrayna ordusunun postvosovet silahlarından Şimali Atlantika İttifaqı silahlarına tam keçidi planını hazırlayır.

Xəbər verildiyi kimi, bu barədə Yens Stoltenberq Brüsseldə brifinqdə Alyans müdafiə nazirlərinin iki günlük iclasından əvvəl və «Ramştayn-3» formatı üzrə görüş ərəfəsində deyib («UNİAN»).

Onun sözlərinə görə, Alyansın sammitində güman ki, Ukraynanı kompleks dəstək paketi razılaşdırılılacaq.
Rusiya limanında iki gəmi toqquşubRusiyanın Novorossiysk şəhərinin limanında iki gəmi toqquşub.

Bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 15-nə keçən gecə “Sun Unicorn” gəmisi sərt şəkildə “Abanoz” gəmisinə çırpılıb, bundan sonra konteyner terminalının yanalma dayanacağını bağlayıb. Gəmilərin ekipaj üzvləri arasında xəsarət alan olmayıb
ABŞ-dan Ukrayna 5,6 milyardlıq yardım...Rusiya müdaxiləsi başlayandan bəri ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləği 5,6 milyard dollara çatıb.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Qeyd edək ki, bundan öncə ABŞ səfirliyi yardımının həcminin 4,6 milyarda çatdığını bildirmişdi.
Türkiyə 10 ölkədən torpaq icarəyə götürür - MəqsədTürkiyə Kənd Təsərrüfatı Nazirliyi Afrika və Latın Amerikası ölkələri başda olmaqla 10 ölkədə torpaq və fermer təsərrüfatını icarəyə götürəcək.

Ölkə.Az-ın məlumatına görə, hökumət məsələ ilə bağlı danışıqlara başlayıb.

Məsələ ilə bağlı Ukrayna ilə də əlaqə saxlanılıb. Xaricə, xüsusən Türkiyəyə icarəyə veriləcək torpaqlarda iqlim baxımından çətin olan məhsullar əkiləcək.

Ötən illərdə Sudanda 850 min hektar ərazi icarəyə götürülsə də, sonradan bu layihə yarımçıq qalıb. İndi bu layihə yenidən bərpa olunacaq. İcarəyə götürülən digər torpaqlarda isə əsasən yem bitkiləri, Türkiyədə emal olunduqdan sonra ixrac olunacaq taxıl məhsulları istehsal ediləcək. Bu yaxınlarda Venesuela nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı 400 min hektar kənd təsərrüfatı sahəsinin Türkiyəyə icarəyə verilməsi məsələsi gündəmdə idi.

Türkiyənin Kənd təsərrüfatı naziri Vahid Kirişçi xaricdə torpaq icarəsi layihəsi ilə bağlı məlumat verib: “Türkiyənin istehsalı öz miqyasında türk xalqı üçün kifayətdir, ancaq ixrac etməyi seçsəniz, xaricdə icarəyə götürmək də lazımdır. Biz ora müasir kənd təsərrüfatını gətirmək istəyirik. Çox ciddi bir ərazidə, xüsusən də Afrikanın cənubunda toxunulmamış ərazilər var. Biz bu sahələrdə məhsul istehsal etmək iqtidarındayıq”.
Gürcüstana AB-yə namizəd ölkə statusu veriləcəkHökumətin buna sevinib-sevinməyəcəyini bilmirəm, ancaq hesab edirəm ki, Gürcüstan Ukraynanın sayəsində və geosiyası mühitdən qaynaqlı olaraq namizəd ölkə statusu alacaq.

Bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstana namizəd ölkə statusu şərtlər və öhdəliklər əsasında veriləcək:

"Məhkəmə sistemi, prokurorluq, polis, seçki sistemi, deoliqarxizasiya, media azadlığı, insan hüquqlarının praktiki təminatları və bir sıra digər institusional dəyişikliklər tələb ediləcək. Ukrayna və Moldova üçün də qeyd-şərtlər olacaq, lakin bizimkindən daha az".
ABŞ-ın baş infeksionisti koronavirusa yoluxubABŞ Prezidentinin koronavirus pandemiyası ilə mübarizə üzrə müşaviri, baş infeksionist Entoni Fauçinin verdiyi testin cavabı müsbət çıxıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Allergiya və Yoluxucu Xəstəlikləri İnstitutu məlumat yayıb.

Qeyd olunur ki, o, son günlər ABŞ Prezidenti Cozef Bayden və administrasiyanın digər yüksək vəzifəli şəxsləri ilə yaxından əlaqə saxlamayıb.

81 yaşlı Fauçidə orta dərəcədə simptomlar özünü göstərir. Hazırda o, məsafədən işləməyə davam edir.
Almaniya Ukraynaya raket sistemləri göndərirAlmaniya Ukraynaya 3 ədəd "Mars II" adlı yaylış atəşli reaktiv sistemlər təhvil verəcək.

Bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrext məlumat verib.

O qeyd edib ki, Almaniya ABŞ və Böyük Britaniya ilə birlikdə Ukrayna hərbçiləri üçün yaxın həftələrdə təlimlərə başlayacaq.

"Mars II" Amerika istehsalı M270 raket sistemlərinin alman versiyasıdır. Sistem 80 km-dən çox məsafədəki hədəfləri vura bilir.

Silahların Almaniya ordusunun ehtiyatlarından veriləcəyi qeyd olunub. Almaniya Ukraynaya sistemlər üçün yüzlərlə raket də göndərəcək.