"Şuşa hamımızı bir araya gətirən milli həmrəylik məkanına çevrilib"Milli Həmrəylik Partiyasının (MHP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Şuşada Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

MHP mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbirə iki ölkənin dövlət rəsmiləri, millət vəkilləri ilə bərabər, siyasi partiyaların sədrləri də qatılıb.

İki qardaş ölkənin ən böyük strateji anlaşması hesab edilən Şuşa bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) təmsilçiləri – sabiq Baş nazir Binəli İldırım, Numan Kurtulmuş, Efkan Ala, Milliyyətçi Hərakat Partiyasının (MHP) təmsilçisi, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və digərləri iştirak edirdi.

Həmçinin hər iki ölkənin kənd təsərüfatı nazirlərinin, xarici işlər nazirlərinin müavinlərinin, müdafiə nazirlərinin müavinlərinin və digər rəsmilərin də təmsil olunduğu bu konfransın əsas hissəsində və panel müzakirələrində Şuşa Bəyannaməsinin çətiri altında Azərbaycanla Türkiyənin ötən bir il ərzində birlikdə gördüyü işlər və iki ölkə arasında əlaqələrin perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Konfransın işi barədə açıqlama verən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, ötən bir il ərzində Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni, hərbi müstəvidə çox işlər görülüb, münasibətlər daha da inkişaf edib.

“Bir il bundan əvvəl Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinin əsasında bölgədə yeni müttəfiqlik sisteminin formalaşdığını bütün dünyaya bəyan etdilər. İki ölkənin dostluq və qardaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxması bütövlükdə Cənubi Qafqazda sülh və sabitlik üçün, əməkdaşlıq və inkişafı üçün etibarlı zəmin yaradır. Ötən bir il ərzində Azərbaycanla Türkiyə arasında çox işlər görülüb. Siyasi, iqtisadi, hərbi sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə son bir ildə Azərbaycan Türkiyə dövlət başçılarının, xarici işlər və müdafiə nazirlərinin, digər rəsmi şəxslərin tez-tez bir araya gəldiyini müşahidə etmişik. Həmçinin Şuşa Bəyannaməsinin imzalanmasından sonra birgə hərbi təlimlərin sayı da artıb. Azərbaycanla Türkiyə beynəlxalq məsələlərdə də bütün addımlarını bir-birilə koordinasiya edir, vahid mövqedən çıxış edirlər. Bir sözlə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında bütün sahələr üzrə sıx işbirliyinin formalaşması üçün olduqca böyük imkanlar açır. Azərbaycan-Türkiyə müttəfiqliyi əbədi və sarsılmaz olacaq”, deyə Əlisahib Hüseynov qeyd edib.

Partiya sədri onu da vurğulayıb ki, iki ölkənin hakim partiyalarının – Yeni Azərbaycan Partiyasının (YAP) və Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşəbbüsü ilə təşkil edilən bu cür mötəbər beynəlxalq tədbirə Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyaların rəhbər şəxslərinin də dəvət edilməsi yeni siyasi münasibətlər sisteminin formalaşması baxımından olduqca əhəmiyyətlidir: “Bu həm yeni siyasi konfiqurasiyanın formalaşmasının real təzahürlərindən biridir, həm də milli həmrəylik və siyasi konsensus baxımından çox önəmlidir. Şəhidlərimizin və qazilərimizin şücaəti ilə işğaldan azad edilən Şuşa şəhəri bizim hamımızı bir araya gətirən milli həmrəylik məkanına çevrilib. Azərbaycan və Türkiyənin siyasi qüvvələri də bundan sonra ortaq hədəflər, birgə milli maraqlar əsasında fəaliyyət göstərəcək, Türk dünyasının ümumi maraqları naminə səylərini birləşdirəcəklər”.

MHP sədrinin sözlərinə görə, Şuşa Bəyannaməsi həm güclərimizin birləşdirilməsi üçün yeni “yol xəritəsi”dir, həm də tarixi ədalətin bərpası üçün zamanın yaratdığı əvəzolunmaz fürsətdir.

Sonda konfrans iştirakçıları xatirə şəkilləri çəkdiriblər.
İlham Əliyev: “Ərzaq böhranı qaçılmazdır”Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Eyni zamanda, gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır. Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ukrayna bu ölkələrdən ağır silahlar alacaq - SİYAHIUkraynanın müdafiəsi ilə bağlı keçirilən “Ramştayn-3” formatlı görüşdən sonra rəsmi Kiyev Rusiyanın təcavüzünə qarşı mübarizə üçün Qərb tərəfdaşlarından əlavə silahlar alacaq.

Bu, artilleriya, reaktiv yaylım atəşi sistemləri, toplar və helikopterlər olacaq.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ABŞ-dan 155 mm-lik toplar, HIMARS mobil artilleriya sistemləri və Harpoons gəmi əleyhinə raketlər alacaq.

Slovakiya helikopter, Kanada, Polşa və Niderland artilleriya, Almaniya isə reaktiv yaylım atəşi sistemləri verəcək.

"Ukrayna mübarizəni davam etdirəcək. Tərəfdaşlarımız bizi dəstəkləməyə davam edəcək. NATO tarixində ən böyük birliyə malikdir. Ukrayna qalib gələcək", - Reznikov vurğulayıb.

Xatırladaq ki, dünən - iyunun 15-də Brüsseldə “Ramştayn-3” formatının yeni iclası keçirilib.

İclas ABŞ-ın müdafiə naziri Lloyd Ostinin təşəbbüsü və ABŞ-ın birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri, general Mark Milli, eləcə də dünyanın 50-yə yaxın dövlətinin müdafiə nazirlərinin iştirakı ilə baş tutub.

Ukraynanı müdafiə naziri Aleksiy Reznikov və Ukrayna Silahlı Qüvvələri Ali Baş Komandanının müavini, general-leytenant Yevgeni Moysyuk təmsil ediblər.
Şabranda 25 yaşlı gənc qətlə yetirildiİyun 15-i saat 23 radələrində 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə Şabran rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə rayon prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Zaporojyedə rus diversantlar məhv edildiUkraynalı hərbçilər Zaporojye vilayətinin Yeqorovka-Şevçenko istiqamətində düşmən diversantlarını məhv ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ordumuz Liman, Avdeyev, Novopavlov və Zaporojye istiqamətlərində düşmənin təxribat-kəşfiyyat qrupunu aşkar edərək məhv edib. Yujnobuq və Tavrida istiqamətlərində isə düşmən qüvvələrini işğal olunmuş xətləri saxlamağa və qoşunlarımızın hücumunun qarşısını almağa cəmləşdirir. Onlar Bezvodnoye və İşçenko ərazilərində mövqelərdə mühəndis işlərinin təkmilləşdirilməsini davam etdirir”, - məlumatda deyilib.
İranla təkbaşına savaşa hazırıq - Diplomatİsrail, hətta müttəfiqləri kömək etməsə belə, İranın nüvə silahı əldə etməsinə imkan verməməkdə qərarlıdır.

Axar.az xəbər verir ki, bunu İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) keçmiş səfiri Denni Danon İran və İsrail arasında mümkün müharibə ehtimalı ilə bağlı danışarkən deyib.

D.Danon 2018-ci ildə Amerikanın nüvə anlaşmasından çıxmasını yanlış adlandırıb:

“Eyni zamanda Amerikanın nüvə anlaşmasına qayıtması da ciddi səhv olacaq, çünki İran hər bir halda nüvə məqsədlərini həyata keçirməyə çalışacaq və buna nail olmaq üçün mümkün razılaşmada demokratik ölkələrin etibarından sui-istifadə edəcək”.
Prezident IX Qlobal Bakı Forumunda iştirak edir - CanlıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.
Putin ölsə, müharibə bitəcəkmi? - KovalenkoPutin ölərsə, Ukraynada genişmiqyaslı müharibə müxtəlif ssenarilər üzrə davam edə bilər. Vəziyyət qanlı diktatorun yerini kimin tutacağından asılı olacaq.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Kovalenko hesab edir ki, Putinin əvəzinə Rusiyanın güc strukturlarının nümayəndələrindən biri prezident ola bilər:

“Rusiya Müdafiə Nazirliyi, FSB və işğalçı ölkənin quru qoşunlarından birinin diktatoru əvəzləyəcəyinə tam şansı var. Bununla belə, hər bir qurumun qondarma “xüsusi əməliyyat”dan öz məqsədləri və gözləntiləri mövcuddur. Məsələn, Sergey Şoyqunun tanınmamış Dnestryanıya birbaşa marşrut əldə etmək arzusu da var. Bununla belə, məmurlar arasında Rusiyanın büdcəsini mənimsəmək istəyənlər də az deyil”.

Kovalenko hesab edir ki, Putin öləcəyi təqdirdə onun yerinə kim gəlsə, yenə də rusların genetik kodu olan “imperiya revanşizmi” nümayiş etdirəcək. Rusiyanın prezidenti olan istənilən şəxs Ukrayna əraziləri ilə bağlı “bazarlıq” edəcək.

“Ukrayna Putinin öləcəyi təqdirdə genişmiqyaslı müharibənin tez bitəcəyini gözləməməlidir. Ukrayna ərazisinə soxulmaq istəyən hərbi cinayətkar yenə hakimiyyətdə olacaq”, - ekspert vurğulayıb.
Şok iddia: ölülərlə danışmaq mümkün olacaq2077-ci ildə ölülərlə danışmaq mümkün olacaq.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, belə iddia ilə Nyu York Şəhər Kollecində işləyən fizik-həkim Miçio Kaku çıxış edib.

O, 2077-ci ildə həyata keçiriləcək yeni tətbiq sayəsində insanların simulyasiya vasitəsilə ölən yaxınları və tarixdəki insanlarla söhbət edə biləcəklərini söyləyib.

Miçio Kaku bildirib ki, alimlər tərəfindən ruhlar kitabxanası yaradılacaq və bu kitabxanaya gedənlər seçdikləri kitab vasitəsilə ölü insanların əksi ilə ünsiyyət qura biləcəklər.

Kaku ölü insanların simulyasiya olaraq canlı insanın qarşısına çıxacağını və qarşısındakı şəxslə danışacaqlarını bildirib.