Rus alayları əsgər toplaya bilmir – KəşfiyyatRusiyanın Donbasdakı qoşunlarını təchiz etməkdə problemlər var. Adətən sayı 600 ilə 800 arasında olan bəzi rus alaylarının taktiki qrupları 30-a qədər əsgər toplaya bilib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna qüvvələri və Rusiya ordusunun cəbhənin ən qaynar nöqtələrindəki bölmələri getdikcə daha çox kiçik qoşun qruplarına bölünəcəklər:

“Rusiyanın bəzi güclü tərəfləri, məsələn, tankların sayındakı üstünlük belə şəraitdə əhəmiyyətini itirir. Bu, yəqin ki, yavaş irəliləyiş tempini saxlamağa kömək edir. Severodonetsk şəhərini Ukraynanın nəzarətində olan ərazilərlə birləşdirən bütün əsas körpülər isə dağıdılıb. Çayın şərqində qalan Ukrayna qoşunları və mülki əhali üçün vəziyyət son dərəcə çətin olaraq qalır”.
Rafael onu nokauta salmış karateçi ilə döyüşəcəkAzərbaycanın beşqat dünya və on bir dəfə Avropa çempionu Rafael Ağayev “Karate Combat” turnirində üçüncü döyüşünü keçirəcək.

Onun rəqibi Fransa karateçisi Deyvi Dona olacaq. Döyüş iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutacaq və ilk dəfə canlı yayımlanacaq.

Azərbaycanın digər karateçisi, ötən mövsüm (üçüncü mövsüm) bu turnirdə kəmərə sahib çıxmış Şahin Atamov isə çempionluq titulunu qorumaq üçün mübarizə aparacaq. O, yerli idmançı Ross Levinlə münasibətlərinə aydınlıq gətirməyə çalışacaq. Rafaelin döyüşü gecənin səkkizinci, Şahininki isə onuncu döyüşü olacaq.

Qeyd edək ki, Deyvi Dona Rafael Ağayevə yaxşı tanışdır. O, 2016-cı ilin yanvarında Fransanın paytaxtı Parisdə keçirilmiş Açıq turnirdə Rafaeli qaydadan kənar zərbə ilə nokauta salmış və bununla da yarışdan uzaqlaşdırılmışdı. Dona illər sonra Rafaeldən qisasını almaq üçün “Karate Combat”a müraciət edib. Təşkilatçılar bu döyüşün maraqlı olacağını nəzərə alaraq buna razılıq veriblər.
Bələdiyyənin sabiq sədri və bacısının MƏHKƏMƏSİDİRBakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin baxış iclası iyunun 21-ə təyin olunub.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbsqətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə ittiham olunur.
“Zəngəzur dəhlizi açılmalıdır” - Binəli Yıldırım“26 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib, nəhayət, Azərbaycan torpaqlarını özü işğaldan azad edib”.

Bunu IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən AKP sədrinin müavini, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.

O bildirib ki, Zəngəzur dəhlizi artıq açılmalıdır: “Bu dəhliz Avrpopa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir”.
Əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış “Milli Qurtuluş Günü”ndə Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyənnaməsinin 1 ili tamam olur. Tarixi qardaşlıq telləri ilə bir-birinə sıx bağlı olan iki dövlət arasında imzalanmış bu Bəyənnamə olduqca böyük tarixi əhəmiyyətə malikdir. Vətən müharibəsi başladığı gündən etibarən qardaş Türkiyə Respublikasının Azərbaycanın haqq davasında hər zaman yanında olduğunu bəyan etməsi əslində düşmənlə yanaşı, bütün dünyaya açıq mesaj idi. Məhz Vətən müharibəsində əldə edilən şanlı qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi ordumuzun rəşadəti və xalqımızın birliyi ilə yanaşı, dost və qardaş Türkiyənin hərtərəfli dəstəyinin də çox böyük rolu olmuşdur.

Postmüharibə dövründə də Azərbaycan və Türkiyə dövlətləri arasında mövcud əlaqələr daha da inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur. İki dövlət arasında imzalanmış Şuşa Bəyənnaməsi qarşılıqlı münasibətlərin strateji müttəfiqlik və qardaşlıq səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynadı. Şuşa Bəyənnaməsi iki dövlət arasında hərbi, iqtisadi-ticari və digər istiqamətlərdə əməkdaşlığını daha da inkişaf etməsinə təkan verəcəkdir.

Hazırda qardaş Türkiyə Respublikası ilə mövcud olan münasibətlər bütün sahələri əhatə etməkdədir. Xüsusilə Qarabağ torpaqlarının işğaldan azad edilməsində öz mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövləti işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında da yaxından iştirak etməkdədir. “Böyük Qayıdış”ın reallığa çevrilməsi istiqamətində Azərbaycan dövləti hazırda çox böyük miqyaslı layihələr həyata keçirməkdədir. Sevindirici haldır ki, bu layihələrin icra edilməsində Türkiyə Respublikasının şirkətləri də yaxından iştirak edir. Hazırda işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulmasında, hava limanlarının və yeni tunellərin tikilməsində, həmçinin “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icasında türk şirkətləri aparıcı rol oynamaqdadır. Bu əməkdaşlıq nəticəsində sürətlə həyata keçirilən layihələr bizə deməyə əsas verir ki, tezliklə Azərbaycan xalqının ən böyük arzusu olan əzəli torpaqlarımıza “Böyük Qayıdış” reallığa çevriləcəkdir.

Qeyd etməliyik ki, Şuşa Bəyənnaməsində xüsusilə qədim türk torpağı olan Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanmışdır ki, bu da öz növbəsində tarixi gerçəkliyin və gələcək hədəflərin müəyyən edilməsində olduqca əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması iki dövlət arasında tranzit nəqliyyat potensialının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır. Bununla yanaşı Bəyənnamədə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da artırılması məqsədilə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili məsələləri də öz əksini tapmışdır.

Beləliklə 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış və bölgənin geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişə bilmiş Şuşa Bəyənnaməsi Azərbaycan və Türkiyə dövlətlərinin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyənnamə Azərbaycan və Türkiyə Respublikaları arasında dostluq və qardaşlıqla yanaşı bütün sahələrdə inteqrasının nümunəsi və ən əsası isə region üçün yeni bir tarixi gerçəklik deməkdir. İnanırıq ki, ölkələrimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri dönməz və əbədi olacaqdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Milli: Ukraynalılar effektiv döyüşür, ruslar isə xaotikUkrayna artilleriya bölmələrinin bacarıqları çox, çox yaxşıdır. Onlar ABŞ-ın verdiyi M777 haubitsaları ilə döyüş meydanında ciddi effekt əldə ediblər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mark Milli deyib.

“Biz ukraynalıların HIMARS sisteminə də yiyələnmələrini gözləyirik. Rusiya ordusu artilleriya sistemlərinin sayında əhəmiyyətli üstünlüyə malik olsa da, sadəcə olaraq dinc şəhərlərə kütləvi zərbələr endirir. Ruslar xaotik atəşə əl atırlar, bu da heç də həmişə hərbi effekt vermir”, - o bildirib.
Ermənistanın bu spekulyasiyası qıcıq doğurur - ƏliyevATƏT-dən mandat alan Minsk Qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk Qrupuna ehtiyac qalmayıb.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk Qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. Biz artıq bu mesajları almışıq ki, Minsk Qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır.

“Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk Qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Ukrayna ordusu Donbasda böyük itkilər verirDonbasdakı döyüşlərdə hər gün minə qədər ukraynalı müdafiəçi ölür və ya yaralanır. Orta hesabla bu rəqəm 200-500 aralığında dəyişir.

Bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.

O bildirib ki, son iki həftə ərzində bu rəqəm xeyli artıb:

“Ukrayna ordusunda bir milyona yaxın insan xidmət edir, daha iki milyon nəfəri isə orduya cəlb etmək imkanı var. Ukrayna Silahlı Qüvvələri xüsusilə Donbasda döyüşü davam etdirmək gücünə malikdir. Sadəcə Rusiya ilə qarşılaşmaq üçün Ukraynada indi silah və sursat yoxdur. Bizə əks-hücum üçün silah lazımdır”.

Araxamiya qeyd edib ki, Rusiya ilə rəsmi danışıqların dondurulmasına baxmayaraq, telefon dialoqu davam edir. Ruslarla həftədə bir və ya iki dəfə əlaqə saxlayırlar.
Gürcüstan lideri Azərbaycana təşəkkür edib“Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır. Bu, Ukrayna vətəndaşlarının tam iştirakı ilə baş verməlidir. Ukrayna vətəndaşları gələcək sülhün kontorlarını müəyyən etməlidirlər”.

Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

“Sabah Gürcüstanda qadınların beynəlxalq konfransı da baş tutacaq. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik. Mən bu foruma ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edirəm və forumun fəaliyyətinə uğurlar arzulayıram”, - o vurğulayıb.
Şuşa Bəyannaməsi.  Türkiyə - Azərbaycan münasibətlərinin yeni tarixi mərhələsiTürkiyə-Azərbaycan münasibətləri günü-gündən daha da inkişaf edərək daha da dərinləşir. Bu münasibətlər digər dövlətlərə də bir nümunə kimi göstərilir. Hər sahədə iqtisadi – siyasi, təhsil, səhiyyə, mədəni, təhlükəsizlik və s. sahələrdə bu münasibətlər ən yüksək nöqtəyə əsil qardaşlıq səviyyəsinə gəlib çatmışdır. Bu qardaşlığın yeni tarixi mərhələsi - Şuşa Bəyannaməsi oldu. Bir il öncə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Şuşada qürurla dalğalanan Azərbaycan və Türkiyə bayraqları altında imzalanan Şuşa Bəyannaməsi bu müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Bu Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.
Çoxşaxəli olan Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Eləcə də bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün də əlavə imkanlar yaradır.

Əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq, Şuşa və Şuşa ətrafının gözəl turizm məkanını çevirilməsinə təkan verəcəkdir.

Digər tərəfdən Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları öz əksini tapıb.

Bu gün işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində bu iki qardaş ölkənin sıx əməkdaşlığı mövcuddur. Və bu əməkdaşlıq sayəsində yeni iqtisadi prespektivlər açılır. Hansı ki, Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.

Hərbi əməkdaşlıq isə bu Bəyannamənin strateji əhəmiyyətini artıran əsas amildir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Bundan sonra da ölkələr bir-birinin təhlükəsizliyini təmin edəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.

Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ikinci Qarabağ müharibəsinin ilk gündən, ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan əsil qardaşlıq nümunəsi sərgiləyərək birmənalı, dəqiq və açıq dəstək ifadə edərək bildirdi ki, Azərbaycan tək deyil. Hərtərəfli önəmli əhəmiyyət kəsb edən Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

Bu Bəyənnamənin imzalanması Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir. Bu isə əlbəttə Müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi yolunda bir həmrəylik nümunəsidir.

Pənah İmanov
Politoloq, siyasi icmalçı