111-ci gün: Rusiyanın itkiləri açıqlandıUkrayna müharibənin 111-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 32 500 hərbçi, 1434 ədəd tank, 3503 ədəd zirehli döyüş maşını, 721 ədəd artilleriya sistemi, 229 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 213 ədəd hərbi təyyarə, 179 ədəd helikopter, 2473 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 588 ədəd PUA, 54 ədəd xüsusi texnika, 125 qanadlı raket itirib.
Şuşa Bəyannaməsi- strateji hədəflər, regionun sabitliyiBir il öncə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi regiona yönəlmiş görünən və görünməyən təhdidlərin aradan qaldırılmasında mühüm əhəmiyyəti olan tarixi sənəddir. Dünyada belə tendensiya olub ki, imzalanmış sənədlər məkanın adı ilə tarixdə qalır. Bu baxımdan Şuşa Bəyannaməsi həm imzalanma məkanına, həm də strateji hədəflərinə görə, bizim üçün çox qiymətlidir.

Azərbaycanın II Qarabağ savaşında qazandığı tarixi qələbəsinə kölgə salmaq, erməni separatizmindən məqamı gələndə yararlanmaq istəyən məkrli qüvvələrə və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünə xor baxanlara, bu məlum bəyannamə ciddi mesaj idi. Bir daha çox dəqiq bildirilmişdi ki, regiona təhdidlə yanaşan qüvvələr qarşılarında Türkiyə-Azərbaycan əmədaşlığının yaratdığı möhkəm gücü, hərbi əməkdaşlığı görəcəklər. Gerçəkdən həm əvvəl, həm də son bir ildə iki qardaş ölkənin silahlı qüvvələinin birgə möhtəşəm təlimləri davam edib. Bütün bu addımlar hər hansı dövlətə qarşı deyil, yalnız regionda sabitliyin təmin olunmasına hədəflənmişdi.

Şuşa Bəyannaməsinin digər bir əhəmiyyəti ondan ibarətdir ki, nəhəng iqtisadi layihələrin gerçəkləşməsi üçün zəruri təminat yaratmaq, bir sıra dövlətləri nəhəng tranzit layihələrin icrasına cəlb etməkdir. Çünki Azərbaycanın təqdim etdiyi iqtisadi əməkdaşlıq modeli regionda sülhün bərqərar olmasında çox effektli mexanizmdir. Təəssüf ki. Rusiyanın dirijorluğu ilə Ermənistanda baş qaldıran revanşist qüvvələr öz ağalarından aldıqları təlimata uyğun hərəkət edirlər. Onların hədəfi Ermənistanı bu layihələrdən uzaq salmaq, gərginliyi daha da artırmaqdır. Lakin düşmən tərəfinin təxribatları effekt verməyəcək. Cənubi Qafqaz regionunda sabitliyə, Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı təxribatlar olcaqsa, əvəzində çox kəskin cavab tədbirlərinin tətbiq olunacağı şübhəsizdir.

Onu da qeyd edək ki, bir çox nəhəng layihələrin, o cümlədən Zəngəzur dəhlizinin reallaşması isə bütün türk dünyası arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Belə əlaqələrdən hər bir ölkə faydalanacaq. Əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi statusunda olan Şuşa Bəyannaməsi və digər işlər inanırıq ki, zaman keçdikcə effektiv nəticələrini verəcək.

Nəhayət Rusiya –Ukrayna müharibəsinin yaratdığı fəlakətlər sindromunda, dünyada at izinin it izinə qarışdığı məqamda Türkiyə və Azərbaycanın ortaya qoyduğu əməkdaşlıq modeli, Şuşa Bəyannaməsi çox ideal variantdır. Biz Vətəndaş Cəmiyyətinin nümayəndəsi olaraq bu prosesdə öz töhfəmizi verməyə hazırıq.

Əkrəm Bəydəmirli
Metin Genç: "Bütün sahələrdə əlaqələrimizi inkişaf etdirməliyik"Avrasiya.net-in Qara dəniz bölgəsi üzrə təmsilçisi Elnur Bağırov Trabzon Ortahisar Bələdiyyə başqanı Ahmet Metin Genç ilə görüşüb.

Bələdiyyə başqanı Türkiyə - Azərbaycan əlaqələrindən, dostluq və qardaşlığına danışıb. Qeyd edib ki, iki qardaş ölkənin güclənməsi, əlaqələrinin genişlənməsi bütün türk dünyası üçün önəmlidir. Eyni zamanda dünyada güc, qüvvət deməkdir ki, bu da dünya birliyinin onlarla hesablaşması deməkdir.

M.Genç Azərbaycanın işğalçı Ermənistan üzərində qələbə qazanması və 30 ilə yaxın Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tarixi hadisə olduğunu deyib. Bələdiyyə başqanı deyib ki, 44 günlük qazanılan qələbə Azərbaycanın dünyaya gücünü, yenilməz olduğunu göstərib.

Bələdiyyə başqanı Bakı ilə Trabzon əlaqələrinə də toxunub. Deyib ki, bütün sahələrdə əlaqələri genişləndirmək vacibdir. Əlavə edib ki, bu sahədə cəmiyyətin dəstəyindən yararlanmaq lazımdır.

M.Genç onu da deyib ki, Trabzonun turizm infrastrukturunu Azərbaycanda tanıtmaq, bölgəyə daha çox turist cəlb etmək məqsədilə Azərbaycanda təbliğatın aparılması vacibdir. Bunun üçün Azərbaycandan bir qrup media təmsilçisinin Trabzona səfərinin təşkil olunması barədə düşünülür.

Bələdiyyə başqanı Trabzonda təhsil alan azərbaycanlı tələbələrin sosial problemlərindən də bəhs edib. Deyib ki, bütün tələbələrin yaranan problemlərinə köməklik etməyə çalışırıq və daim tələbələrə qayğı, diqqət göstəririk.

Daha sonra bildirib ki, azərbaycanlı iş adamlarının da Trabzona gəlməsi, turizm sahəsinə cəlb olunması əməkdaşlığımızı gücləndirə, genişləndirə bilər.
İşdən çıxarılan 43 nəfər geri qaytarıldı2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 43 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Bu barədə Avrasiya.net-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər işəgötürənlər tərəfindən yenidən əvvəlki işlərinə bərpa olunublar. Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Həmçinin işəgötürənlər tərəfindən 420 min manatdan çox məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

Görülən tədbirlər nəticəsində həmin vəsait də işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Həmin vəsaitin 99%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar olub.
Ruslar Slavyanska hücuma hazırlaşırSlavyansk istiqamətində ruslar Boqorodiça üzərində nəzarətin qurulmasına və Slavyanska hücum üçün şərait yaradılmasına çalışırlar.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ruslar Dubrovnoye, Karnauxovka, Novaya Dmitrovka və Vernopolye yaxınlığında artilleriyadan istifadə edir. Xarkov istiqamətində düşmən qüvvələrini müdafiəyə yönəldir və qoşunlarımızın sərhədə doğru irəliləməsinin qarşısını alır. İşğalçılar Rubejnoye, Ruska Lozovaya, Bayrak və Dementyevka yaşayış məntəqələrinin ərazilərində ordu aviasiyasından istifadə etdilər. Liman istiqamətində işğalçılar Liman-Rayqorodok və Yampol-Seversk istiqamətlərində hücuma keçmək üçün qoşunları yenidən toplayacaqlar”, - məlumatda deyilib.
Rusiya Ukraynada yeni silah növlərini sınaqdan keçirirRusiya Ukraynada yeni silah növlərini sınaqdan keçirməklə bütün müharibə qaydalarını pozur.

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, ruslar Ukraynada beynəlxalq standartlarla qadağan edilmiş geniş çeşiddə silahlardan istifadə edirlər:

"Təəssüf ki, Rusiya bütün qanunları pozur. Onlar Ukraynada yeni növ silahları sınaqdan keçirirlər”.

O, qeyd edib ki, Rusiya ordusu şəxsi heyətin və silahların sayına görə bir neçə dəfə Ukrayna ordusunu üstələyir:

“Onlara cavab vermək üçün bizə silah lazımdır”.
Kəlbəcərdə hərbçimiz vəfat etdi - RəsmiHərbi Prokurorluq Kəlbəcərdə əsgər ölümü ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Riyad Məmməd oğlu Əliyarovun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.

"Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq"
Ağ Ev ABŞ lideri Cozef Baydenin 2024-cü ilin prezident seçkilərində ikinci dəfə namizəd olub-olmayacağı barədə xəbərlərə aydınlıq gətirib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib.

"Bayden seçki yarışına girəcək. O, əvvəllər özü də bu barədə bildirib", - Ağ Ev rəsmisi deyib.

“Aydın olmaq üçün; Prezidentin dəfələrlə dediyi kimi, 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırır”, - Karin Jan-Pyer daha sonra tviter hesabında yazıb.

Qeyd edək ki, ABŞ-ın sabiq lideri Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
Bayden xəstədir, tez-tez səhv edir – KarsonYaş və sağlamlıq problemləri ABŞ-ın hazırkı prezidenti Co Baydenin ikinci müddətə seçilməsinə mane ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “American conservative” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 2024-cü ilin noyabrında keçiriləcək əsas seçkilər üçün Demokratlar Partiyası çox güman ki, daha gənc və sağlam namizəd irəli sürməyə qərar verəcək.

Neyrocərrah və Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Ben Karson bildirib ki, ABŞ lideri Co Bayden öz vəzifələrini tam yerinə yetirmək iqtidarında deyil. Ekspertin fikrincə, tez-tez səhv addımlar prezidentin ruhi xəstə olmasının sübutudur. O əlavə edib ki, administrasiya Baydenin bəyanatlarına görə daim nəyi isə izah etməyə məcbur qalır.
İranın davranışı ürəkaçan deyil - Blinkenİran Vyanada nüvə sazişinin bərpası üzrə danışıqlarda kənar məsələləri gündəmə gətirməyə çalışır, davranışı ürəkaçan deyil.

Bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Gördüyümüz odur ki, İran hələ də sadəcə olaraq aidiyyəti olmayan məsələləri gündəmə gətirməyə çalışır”, - Blinken vurğulayıb.

Blinken deyib ki, Tehran təcili şəkildə qərar verməlidir.