Rusiya 64 hərbçinin meyitini Ukraynaya geri qaytardıBu gün Zaporojye vilayətində ölən hərbçilərin cəsədlərinin növbəti dəyişdirilməsi prosesi baş tutub.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, razılıq xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenkonun iştirakı ilə aparılan danışıqlar nəticəsində əldə olunub. Razılaşmaya görə, “Azovstal”da həlak olmuş 64 ukrayna hərbçisinin meyiti Ukrayna tərəfinə təhvil verilib.
Baş prokuror İran səfiri ilə görüşübİyunun 14-də Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüş keçirib.

Baş Prokurorluqdan verilən məlumata görə, Kamran Əliyev ölkədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, müasir normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Həmçinin qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bugün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini bildirib.

Səfir ölkələrimizin hüquq mühafizə orqanları arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı tərəflər arasında cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması, habelə mövcud münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə ikitərəfli səfərlərin təşkil edilməsi ətrafında səmərəli müzakirələr keçirilib.

Cinayətkarlıqla mübarizə sahəsində Azərbaycan və İran hüquq mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
17 yaşlı oğlan kanalda batdıFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Rasim Balayevi tənqid edənlər məhkəməyə VERİLƏCƏKAzərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.

AKİ-dən verilən məlumata görə, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq.

"Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlinir. Bir tərəfdən aydındır və başa düşüləndir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında legitim olaraq, Xalq artisti Rasim Balayevin sədr seçilməsi illərdir ki, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanıb. Başqa tərəfdən isə bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızn inkişafına heç bir xeyir gətirməyəcək".

"Gələn il yaradılmasının 60 illiyini qeyd edəcək Azərbaycan Kinematoqrafçılar İttifaqı, ittifaqın üzvü olub-olmamasından asılı olmayaraq bütün həmkarlarımıza hörmətlə yanaşır. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir və həmkarlarımıza üz tutaraq bu istiqamətdə həmrəyliyə, yoldaşlığa dəvət edirik.
Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının, və ittifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun və 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq", rəsmi məlumatda bildirilib.
Ukrayna ordusu Xersonda irəliləyir: 20 km qaldı...Artıq ikinci həftədir ki, Ukrayna ordusu Xerson istiqamətində uğurlu əks-hücum əməliyyatlarını davam etdirirlər. Ordu qüvvələri Tavriyskidən daha 5 km irəliləyiblər.

Bunu Xerson vilayət administrasiyasının rəhbəri Sergey Xlanya deyib.

“Biz Tomina Balkaya yaxınlaşırıq, bu da işğalçıların olduğu Xersondan 20 km aralıdadır. Hazırda döyüşlər Tavriyski və Tomina Balka arasında gedir”, - Xlan bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusunun elə taktiki qələbələri var ki, onlar mütləq əks-hücuma çevrilməlidir:

“İşğalçılar nə qədər geri qayıtmağa, itirilmiş mövqeləri geri almağa çalışsalar da, buna nail ola bilmirlər, əksinə, daha da geriyə çəkilirlər”.
İki dayısı oğlu ilə birgə qızı qaçıran gənc: “Öz razılığı ilə maşına oturdu”Ötən ilin payızında dayısı oğlanları ilə əlbir olaraq qız qaçıran şəxsə hökm oxunub.

Avrasiya.net-in “Kriminalqafqaz”a istinadən verdiyi məlumata görə, hadisə 2021-ci il sentyabrın 27-də Mingəçevir şəhərində baş verib.

Belə ki, Tərtər rayon sakini Şahin Məmmədov (ad və soyad şərtidir) Bərdə rayonunda yaşayan dayısı oğlanları Hüseyn Əhmədov (ad və soyad şərtidir) və Zaur Qurbanov (ad və soyad şərtidir) ilə əlbir olaraq Mingəçevirdə yaşayan 19 yaşlı Aysel Əliyevanı oğurlayıblar.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Şahin Məmmədov bildirib ki, Ayseli öz istəyi ilə qaçırıb:

“Ayselin şəklini mənə dayım qızı göstərmişdi. Daha sonra özüm də onu toyda görüb bəyənmişdim. Danışdıq və ona dedim ki, xoşuma gəlir və evlənmək istəyirəm. O da mənə hisslərinin olduğunu bildirdi. Məndən xoşu gəldiyini və tanımaq istədiyini dedi. Telefonu olmadığı üçün əlaqə saxlaya bilmirdik. Lakin dayım qızına demişdim ki, onunla aramızda görüş təşkil etsin, qaçırdacam. Maddi durumumun yaxşı olmadığını və toy edə bilməyəcəyimi də demişdim. Hadisə baş verən gün dayım qızı ilə danışdım, onlar birlikdə gəzməyə çıxmışdılar. Mənim maşınım olmadığı üçün dayım oğlanlarının maşını ilə getdim. Aysel öz razılığı ilə maşına oturdu və Tərtərə, evimizə gətirdik. Ona heç bir zorakılıq olmayıb. Bizdə olandan sonra onun ailəsi gəlib. Bundan sonra mübahisə düşüb. O, könüllü gəldiyini desə də, zorla maşına salıb aparıblar”.

Şahinə Ayseli oğurlamaqda kömək etmiş dayısı oğlanları Hüseyn Əhmədov və Zaur Qurbanov da onunla eyni məzmunlu ifadəni veriblər.

Hadisə zamanı zərərçəkən Aysel Əliyeva məhkəmədəki ifadəsində deyib ki, Şahini daha əvvəl görməyib və tanımır:

“Qonşu qız Ülkər dedi ki, gəzməyə gedək. Mən və bacım, bir də elə qonşuluqda yaşayan qohumumuzla birlikdə getdik. Daha sonra yanımızda bir maşın saxladı və içindən iki nəfər düşdü. Daha sonra bildim ki, bunlar qonşu qız Ülkərin qohumlarıdır. Mən elə vəziyyəti başa düşən kimi Ülkərin arxasına keçsəm də, onlar məni məcbur maşına saldılar. Bacımgil onlara mane olmaq istədilər. Lakin onlar maşını sürüb oradan uzaqlaşdılar. Tərtərə gedəndən sonra hamı məni məcbur etdi ki, ərizədə Şahinlə könüllü gəldiyimi yazım. Mən isə etiraz etdim. Şahin mənim üzümə şillə vurdu. Mən də yalnız ailəm gələrsə, bu ərizəni yazaram dedim. Onlar da ailəmə məlumat verəcəklərini dedilər. Daha sonra mən ərizə yazdım. Ailəm gələndən sonra xalam qızına dedim ki, məni buraya məcburi gətiriblər. Bundan sonra anamgil məni özləri ilə aparacaqlarını dedilər. Mübahisə düşdü. Əlbəyaxa davada Şahinin qohumları məni və ailəmi vurdular. Biz çətinliklə maşına oturub Mingəçevirə getdik. Şəhərə çatan kimi polisə şikayət etdik. Hazırda Şahingil ilə barışmışıq. Heç bir şikayətim yoxdur”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Məmmədov altı il, Hüseyn Əhmədov və Zaur Qurbanovun hər biri isə beş il altı ay müddətinə azadlıqdan məhrum ediliblər.
Rusiya Ukraynanın itkilərini artırdı: “Daha 350 hərbçini məhv etdik”Rusiya aviasiyası Ukraynanın daha 350-dən çox hərbçisini, 13 tankı və digər zirehli texnikasını, 6 Qrad qurğusunu məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi, general-leytenant İqor Konaşenkov bugünkü brifinqdə bildirib.

"Əməliyyat-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 101 ərazini vurub. Hava zərbələri nəticəsində 350-dən çox millətçi, 3 komanda məntəqəsi, 13 tank və digər zirehli döyüş maşını, 6 “Qrad” qurğusu, 14 sahə artilleriya silahı və 22 xüsusi maşın vurularaq sıradan çıxarılıb”.

İqor Konaşenkov bildirib ki, hərbi xüsusi əməliyyat başlayandan bəri 200-dən çox Ukrayna təyyarəsi məhv edilib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:
202 təyyarə, 131 helikopter, 1205 pilotsuz uçuş aparatı, 338 zenit-raket kompleksi, 3548 tank və digər zirehli döyüş texnikası, 521 reaktiv raket sistemləri, 1947 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3605 ədəd xüsusi təyinatlı hərbi maşın”.
NATO rəhbərindən dəstək: “Türkiyənin PKK ilə bağlı qorxularını yox etməliyik”NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin bu quruma daxil olmasından əvvəl Türkiyənin ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə bağlı qorxularının aradan qaldırılmasını zəruri hesab edir.

 Stoltenberq AMNA xəbər agentliyinə Finlandiya və İsveçin PKK-ya dəstəyindən danışarkən deyib:

"Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək qərarı tarixidir və onların alyansa daxil olması bizim Şimali Atlantika müttəfiqliyimizi gücləndirəcək. İndi biz Türkiyənin PKK terror təşkilatı ilə bağlı ciddi narahatlığı da daxil olmaqla, bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll etməli, irəliyə doğru bir yol tapmalıyıq”.

Onun sözlərinə görə, Türkiyə digər müttəfiqləri ilə müqayisədə terrordan daha çox əziyyət çəkib.

"Beləliklə, Türkiyənin bütün müttəfiqləri ciddi şəkildə qəbul etməsi ilə bağlı əsaslı narahatlığı var. Mən və həmkarlarım Türkiyənin narahatlığını aradan qaldırmaq, eləcə də Avropa İttifaqına üzvlük prosesini davam etdirmək üçün Türkiyə, Finlandiya və İsveç nümayəndələri ilə sıx dialoqumuzu davam etdiririk", - Stoltenberq deyib.
Putin tualetə 6 mühafizəçi ilə gedir - VİDEOQərb mətbuatı Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı ilginc iddialar irəli sürməkdə davam edir. Belə bir zamanda Putinin ötən həftə çəkilmiş görüntüləri daha çox müzakirələrə səbəb olib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri altı mühafizəçi ilə Kreml Sarayındakı tualetə girib.

Məlumata görə, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovu Moskvada qarşılayan Putin Kreml Sarayındakı görüşdən əvvəl 6 mühafizəçisi ilə birlikdə tualetə daxil olub.

Fransız jurnalistlərin bildirdiyinə görə, Putinin mühafizəçiləri nəcisləri Rusiya liderinin DNT-sini qorumaq üçün toplayıblar. Paketlərin Rusiyada saxlanıldığı bildirilir.

Başqa bir iddiaya görə, Putin xaricə səfərlərində “şəxsi tualet”dən istifadə edirmiş.

Fransa mətbuatında yer alan məlumata əsasən, Putinin Fransa və Səudiyyə Ərəbistanına səfərlərində də bu prosedurdan istifadə edilib. Son vaxtlar dünya mətbuatında Putinin səhhəti ilə bağlı müxtəlif xəbərlər dolaşır. Hətta Rusiya liderinin sağlıq durumu ilə əlaqədar istefa verəcəyi iddia edilir. Lakin Moskva bu xəbərləri təkzib edir.
Türkiyə İranın planını pozdu, İsrail təşəkkür etdiTürkiyə Milli İstihbarat Təşkilatı (MİT) MOSSAD-dan gələn kəşfiyyat məlumatları əsasında İranın Türkiyədəki İsrail vətəndaşlarını qaçırmaq planına mane olub.

Axar.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Yair Lapid sosial media hesabında yazıb.

"İranın israillilərə qarşı terror aktı təşkil etmək cəhdləri səbəbindən İsrail vətəndaşlarını İstanbul və Türkiyəyə səyahət etməməyə çağırıram. Ümid edirik ki, bu xəbərdarlıq uzun müddət qüvvədə olmayacaq. Bu, turizm mövsümüdür. Tezliklə təhlükəsizlik təmin olunacaq. İsraillilər Türkiyəyə gələcək və onların burada xoş vaxt keçirmələri üçün hər cür səy göstərilir. İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səylərə görə Türkiyə hökumətinə təşəkkür edirik", - Lapid bildirib.