Nüvə başlıqlarının sayı azaldıDünya üzrə nüvə başlıqlarının sayı 2021-ci ilin yanvarında 13 080-dən 2022-ci ilin yanvarında 12 705-ə düşüb.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumatda bildirilib ki, azalma tərk-silahla deyil, ABŞ və Rusiya tərəfindən bir neçə il əvvəl planlaşdırılan köhnəlmiş sistemlərin istismardan çıxarılması ilə bağlıdır. Aktiv döyüş başlıqlarının sayı il ərzində praktiki olaraq dəyişməyib.

İnstitut qlobal nüvə arsenalının Soyuq müharibədən sonra ilk dəfə artacağını proqnozlaşdırıb:

“Rusiyanın Ukraynaya təcavüzü dünyanın doqquz nüvə dövləti (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya) arasında gərginliyi artırıb. Bu dövlətlər öz arsenallarını qurur və ya modernləşdirir”.
Müstəqilliyimizin memarıUlu Öndər Heydər Əliyev öz əməlləri ilə hələ xalqımızın yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. Tarix böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada Heydər Əliyevin ömür yolu Azərbaycanın tarixidir. Ulu Öndərin hakimiyyətdə olduğu zaman dilimində Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməmişdi. Əfsanəvi şəxsiyyət, Ulu Öndər, böyük rəhbər, umummilli lider, müasir, müstəqil Azərbaycanın qurucusu - bu ifadələrin hamısı Heydər Əliyevə aiddir. Azərbaycan salnaməsinin təkrarolunmaz rəhbəri, dünyanı Azərbaycana, Azərbaycanı dünyaya tanıtdı. Onun parlaq dühası onu Azərbaycan xalqının lideri zirvəsinə yüksəltdi,dünya siyasətinin nəhənglərindən birinə çevirdi.

1993-cü ildə xalqın təkidi tələbi ilə parçalanmaqda olan Azərbaycanı daxili qarşıdurma və xarici dövlətlərin məkrli müdaxilələrindən qorumaq üçün Bakıya dəvət olunan umummilli lider Heydər Əliyev Azərbaycan üçün daha mühüm xidmətlər göstərdi .

1993-cü ildə tarixi Qayıdışı ilə insanları bürüyən stresdən, xaosdan, ölkəni isə parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev bir daha müstəqilliyin qarantı olduğunu sübut etdi. Azərbaycan tarixinə bu hadisə Milli Qurtuluş günü kimi daxil oldu.
Bu qayıdış daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən doğma Azərbaycana gələn Ulu Öndər hamını bir bayraq altında birləşdirdi və hər kəsi sözünün qüdrətinə inandırdı. Sözünü əməlləri ilə reallığa çevirərək Azərbaycanı fəlakətlərdən xilas etdi. Atəşkəsə nail oldu, qüdrətli ordu, güclü iqtisadiyyat yaratdı. Azərbaycanı sabitliyə , inkişafa qovuşdurdu, həm də özünün layiqli, siyasi varisini yetişdirdi. Ulu Öndər öz baxışlarını, ideyalarını öz yolunu davam etdirməyə qadir olan Prezident yetişdirdi. Ulu Öndər özündən sonra uzunömürlü dövlətçilik məktəbi və bu məktəbi davam etdirməyə qadir şəxsiyyət qoyub getdi. Prezident Ilham Əliyevin vurğuladığı kimi qazandığımız bütün uğurlar 2003-cü ildən bu günə qədər Azərbaycanda dinamik sürətlə davam edən inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir.

Bu gün qalib dövlət və böyük Zəfərin müəllifi kimi tarixə düşən ILham Əliyev ata vəsiyyətini yerinə yetirmənin haqlı qururunu yaşayır. Torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası Ulu Öndərin ən böyük arzusu idi və tarixi, şərəfli missiyanı Ali Baş Komandanımız, Müzəffər ordumuz və xalqımızın birliyi sayəsində yerinə yetirdi və bir daha sübut etdi ki, həqiqətən Ulu Öndərin siyasi kursunun alternativsiz yeganə varisidir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin direktoru
Avtobus qəzası: 13 yaralı var, 3-ü ağırdırBakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

TƏBİB-dən Avrasiya.net- ə bildirilib ki, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.
Qərb silah verməsəydi, ruslar indi Lvovda idiQərb tərəfdaşları Rusiyaya qarşı müharibədə Ukraynaya əhəmiyyətli dərəcədə kömək edir.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Qərb bizi maliyyə, siyasi və hərbi cəhətdən xilas edir. Əgər onlar bizə indi, yaxud əvvəllər yardım etməsəydilər, o zaman biz indi Lvovun müdafiəsindən danışardıq. On görə yox ki, biz qorxaqıq, ona görə ki, sadəcə müdafiə olunmağa heç nəyimiz yox idi. Biz indi Qərbin yardımı sayəsində cəbhə xəttində dayanırıq”, - deyə Arestoviç bildirib.
Millətlər Liqası: Bu gün daha 5 görüş keçiriləcəkUEFA Millətlər Liqasında bu gün IV turun növbəti matçları keçiriləcək.

Turun ikinci oyun günündə A, B və C Liqalarında 5 görüş baş tutacaq.

A Liqasının 1-ci qrupunda lider Danimarka Xorvatiyanı, son pillədəki Fransa isə Xorvatiyanı qəbul edəcək.

Rusiyanın diskvalifikasiyası fonunda B Liqasının 2-ci qrupunda yeganə görüşü İslandiya və lider İsrail arasında olacaq.

Nəhayət, C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacaqları təqdirində, ən yaxın izləyicisindən 4 xal aralanacaqlar. 1 xala malik Azərbaycan millisi isə son pillədən qurtulmaq üçün ev oyununda Belarusu yenməlidir.

UEFA Millətlər Liqası
IV tur
13 iyun

A Liqası
1-ci qrup
22:45. Danimarka - Avstriya

22:45. Fransa - Xorvatiya

Xal durumu: Danimarka - 6, Avstriya - 4, Xorvatiya - 4, Fransa - 2

B Liqası
2-ci qrup
22:45. İslandiya - İsrail

Xal durumu: İsrail - 4, İslandiya - 2, Albaniya - 1

C Liqası
3-cü qrup
18:00. Qazaxıstan - Slovakiya
20:00. Azərbaycan - Belarus

Xal durumu: Qazaxıstan - 7, Slovakiya - 6, Belarus - 2, Azərbaycan - 1.

“Turnirin ən yaxşı oyunçusu seçiləcəyimi gözləmirdim”“Turnirin ən yaxşı oyunçusu seçiləcəyimi gözləmirdim. Bu mənə ikiqat sevinc verir”.

Avrasiya.net-in xəbərinə görə, bunu minifutbol üzrə Azərbaycan milli komandasının üzvü Bəxtiyar Soltanov hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Finaldakı rəqib yeddiqat Avropa çempionu idi. Lakin oyunun məsuliyyətini hiss edirdik. Şükürlər olsun, qələbə qazandıq”, - millinin üzvü vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın minifutbol üzrə milli komandası Avropa çempionatının keçirildiyi Slovakiyanın Koşitse şəhərindən Vətənə qayıdıb.

Xatırladaq ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Avropa çempionatının finalında Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.
Ukraynada keçmiş ingilis hərbçi həlak olduSiverodonetsk şəhərində Britaniya ordusunun keçmiş hərbi qulluqçusu Cordan Qatley həlak olub.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

O, Ukrayna uğrunda döyüşərkən öldürülüb. Qatley mart ayında Britaniya Ordusunu tərk edib və Rusiya işğalına qarşı mübarizədə kömək etmək üçün Ukraynaya gedib.

Ukrayna prezidentinin müşaviri Mixyalo Podolyak onun qəhrəman olduğunu bildirib.

"Biz onun Ukraynanın və azad dünyanın qorunmasına verdiyi töhfəni həmişə xatırlayacağıq", - Podolyak "Twitter" hesabında yazıb.
ABŞ-da 40 min insan küçələrə axışdıABŞ-ın paytaxtı Vaşinqtonda və ölkənin digər şəhərlərində "Həyatımız üçün yürüş" adlı aksiyalarda onminlərlə nümayişçi iştirak edib.

Aksiya iştirakçıları Vaşinqton Abidəsi yaxınlığında toplaşaraq, ölkədəki silah zorakılığı epidemiyasına qarşı tədbir görülməsini tələb ediblər. "Həyatımız üçün yürüş" hərəkatının rəhbərliyi Feysbuk səhifəsində yürüşdə 40 minədək vətəndaşın iştirak etdiyini bildirib.

“Həyatımız üçün yürüş” hərəkatı 2018-ci il fevralın 14-də Florida ştatındakı Markori Stounman Duqlas məktəbində baş vermiş kütləvi qətliamdan sonra başlayıb.