Makron haqlıdır, Rusiyanı alçaltmaq olmazFransa lideri Makronun “Rusiyanı alçatmaq olmaz, anlaşmaq/anlamaq lazımdır” tezisinə Borrelldən dəstək gəlsə də, bəzi Avropa ölkələri, ABŞ siyasətçiləri bu fikri sərt tənqid ediblər. Amma bu cümlənin fransız tərəfindən deyilməsində böyük hikmət, tarixi təcrübə var.

Bu sözləri ekspert Natiq Cəfərli paylaşıb.

O bildirib ki, Birinci Dünya müharibəsindən sonra Almaniya alçaldıcı sülhə imza atmağa məcbur qaldı, yalnız bəzi torpaqlarını deyil, qürurunu da itirdi, aşağılandı:

“Fransa isə qalib ölkə kimi Almaniya ərazisində istədiyini edir, alman xalqını hər addımda alçaldırdı. Nəticədə bu vəziyyət Hitleri “doğdu”, cəmi 20 il sonra Almaniya Parisə daxil olub Fransanın tamamına yaxınını işğal etdi, sonda məğlub olsa da, Avropa və dünya üçün fəlakətlərə yol açdı, 100 milyon insanın həyatına, onminlərlə şəhərin, kəndin dağıdılmasına yol açdı.

Makron və Fransa tarixi yaxşı bildiyi üçün bu sözü deyib – aşağılanmış, alçaldılmış Rusiya Putindən də betər birini “doğacaq”, dünya fəlakətlərlə üz-üzə qala, hətta nüvə müharibəsi təhlükəsi sivilizasiyanın tamamən məhv olması ilə nəticələnə bilər. Məhz buna görə Makron belə bir bəyanatla çıxış edib”.
Ermənilər sülhməramlıları atəşə tutduİyunun 12-də axşam saatlarında Laçın keçidindən keçərək getmək istəyən sülhməramlılar atəşə tutulub.

Cəbhə.info xəbər verir ki, cavab atəşi ilə bir silahlı zərərsizləşdirilib. Dərhal hərəkətə keçən Qarabağdakı sülhməramlılarının komandanlığı atəş açanların erməni silahlı dəstənin üzvləri olduğunu aydınlaşdırıb və atəş açan 4 erməni həbs edilib.

Bu barədə erməni mediası məlumat yayıb. Ermənilərin Lragir.am saytının yazdığına görə, Laçın keçidindən keçməklə sülhməramlı missiyanın bir kalonu Ukraynaya səfər etməliydi:

"Lakin ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata əl atıb".
Xarkovda rusların qərargahı məhv edildiUkrayna hərbçiləri Xarkov yaxınlığında rusların qərargahını məhv edib.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

“Milli Qvardiyanın hava kəşfiyyatının ötürdüyü məlumatlar əsasında artilleriya bölmələri hədəfi məhv ediblər”, - məlumatda qeyd olunub.

Geraşenkonun sözlərinə görə, zərbələr nəticəsində rusların sursat anbarı, hərbi texnikaları və birinin içi sursatla dolu olan 2 yük maşını məhv edilib.
Yuqranın paytaxtında 45 dövlətin nümayəndələri toplaşıb7-9 iyun 2022-ci il Xantı-Mansiyskdə BRİKS və ŞƏT ölkələrinin iştirakı ilə XIII Beynəlxalq İnformasiya Texnologiyaları Forumu keçirilib. Sanksiya təzyiqlərinə baxmayaraq, Yuqranın paytaxtında 45 dövlətin nümayəndələri toplaşıb: Fransa, Rumıniya, İtaliya, Cənubi Afrika, Hindistan, Braziliya və qonşu ölkələr.

Tədbirin keçirildiyi məkanda yeni texnologiyaların tətbiqini sürətləndirmək və onların dünya bazarına çıxarılmasını necə təşkil etmək, həmçinin rəqəmsallaşmanın əsas problemlərindən biri olan informasiya təhlükəsizliyi məsələləri müzakirə olunub. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosoyasiyasının nümayəndəsi Cəmilə Abdullayeva Azərbaycanı təmsil etdi, Azərbaycan haqqında, assosiyasiyanın fəaliyyəti, assosiyasiya gördüyü işlər haqqında və "Unudulmuş Sənətkarlığın Bərpası" layihəsını təqdim etdi və əməkdaşlıq müqavilələr bağlandı.

Pavkina Alfiya Ansarovna - "Xantı-Mansiysk Muxtar Dairəsi Ticarət və Sənaye Palatası - Uqra" İttifaqı Şurasının sədri, "Biznes qadınları" Ümumrusiya İctimai Təşkilatının Xantı-Mansiysk Regional Bölməsinin sədri. Qvilava Tatyana Aleksandrovna Rusiya-Ərəb İşgüzar Şurasının sədri, “İşgüzar Qadınlar” Ümumrusiya İctimai Təşkilatının prezidenti Rəqamsal mühit İT sənayəsinin inkişafı sahəsində humanitar əməkdaşlıq da daxildir. İxtiraçılar Məktəbi Hər il İT forumu müxtəlif auditoriyaları - yüksək vəzifəli məmurlardan və şirkət rəhbərlərindən tutmuş məktəb işçilərinə və QHT-lərə qədər bir araya gətirir. Proqrama məktəblilər də daxil olmaqla müxtəlif zövqlərə uyğun 40 tədbir daxil edilib. Bu il ilk dəfə olaraq onlar üçün rəqəmsal bacarıqlara yiyələnmiş və süni intellekt, informasiya təhlükəsizliyi və böyük verilənlərlə bağlı layihələr hazırlayan Junior-IT gənclər və uşaq forumu təşkil edilib.

Gələcək tərtibatçıların və iqtisadiyyat üçün kadrların hazırlanması mövzusu diqqətdən kənarda qalmadı. Məktəblərin və universitetlərin müəllimləri EdCrunch Ugra konfransında təhsildə texnologiyalar haqqında danışıblar. Yuqra öz təcrübəsini bölüşdü. Müəllimlər, şagirdlər və valideynlər üçün İnternetdə yükün paylanması sisteminin tətbiqi sayəsində Muxtar Dairədə təhsil mühitində rəqəmsal transformasiyanın yüksək göstəricilərinə nail olunub.

Layihələrimizdən biri - İT düşərgələri əlçatmaz ərazilərdə internetə qoşulmağı mümkün edir. Bu, yerli xalqların dövlət xidmətləri portalına, sosial şəbəkələrə və digərlərinə çıxışını təmin edir. Xüsusilə, biz təhsilin bütün səviyyələri üçün rəqəmsal təhsil resursu yaradırıq "Məktəb-uşaq bağçası", - Komarova Natalya Vladimirovna - Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru - Yuqra bildirdi və bütün iştirakçılara öz dərin təşəkkürünü bildirdi.

Azərbaycan xalqının qurtuluşuXalqımızın taleyində əhəmiyyəti olan günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Çünki bu gündən sonra bizim həqiqi müstəqillik tariximiz başlayır. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Qısa müddət ərzində Azərbaycan xaosdan, siyasi-iqtisadi böhrandan, vətəndaş müharibəsindən qurtuldu. Bütün Azərbaycan xalqı vahid ideologiya - Azərbaycançılıq ətrafında birləşdi.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Doğurdan da, xalq hakimiyyətin, dövlətin, qurtuluşunun xilasını yalnız H.Əliyev siyasətində nicatının tapılacağına inandı, onun hakimiyyətə gəlişini tələb etdi və buna da nail oldu.

Qısa bir zaman kəsiyində ölkənin sürətli inkişafı dünyanın diqqət mərkəzinə çevrildi. Ümummilli Lider Heydər Əliyev dünyaya əsl müstəqilliyin necə olduğunu göstərdi. Xalqın öz liderinə inamının göstəricisi idi ki, xalq ondan sonra da onun layiqli davamçısının – Prezident İlham Əliyevin ətrafında birləşdi.
Prezident İlham Əliyev: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Bütün bu uğurlar Ulu Öndərin siyasi kursunun layiqli davamıdır ki, dövlətimizin başçısı İlham Əliyev bu işin öhdəsindən ləyaqətlə gəlir. İnanırıq ki, Heydər Əliyevin ideyaları hər zaman yaşayacaq, xalqımızı daha böyük uğurlara, parlaq gələcəyə doğru aparacaq”. Qurtuluşun mübarək Azərbaycan!

Pikə Əhmədova
Xətai rayonu, 59 №li tam orta məktəbin direktoru

Dünənki avtobus qəzasının təfərrüatı açıqlandıHəmin tur konkret bir tur şirkəti vasitəsilə təşkil edilməyib. Heç də hər kəs tur şirkətləri ilə səyahət etmək istəmir. Bəzən müəyyən qruplar öncədən getmək istədikləri yeri müəyyən edir, sadəcə nəqliyyat və turun maraqlı keçməsi üçün bələdçi istəyirlər. Həmin qrup da məhz mənə müraciət edib onların səfərləri üçün nəqliyyat və bələdçi təşkil etməyimi istədi. Mən özüm uzun müddətdir turizm sektorunda fəaliyyət göstərdiyim üçün həm bələdçiləri, həm də sürücüləri tanıyıram. Tur öncəsi həm bələdçini, həm də sürücünü istər təhlükəsizlik qaydaları ilə, istərsə də tur iştirakçılarına davranışla bağlı təlimatlandırırıq.

Avrasiya.net xəbər verir ki, bu sözləri Bakıdakı 279 saylı məktəbin şagird, müəllim və valideynlərindən ibarət qrupun Şamaxı ərazisində qəzaya düşməsi ilə bağlı Sfera.az-a danışan tur təşkilatçısı Murad Qəhrəmanov deyib.

O bildirib ki, yolda sürücü ilə tur iştirakçıları arasında mübahisə yaranıb:

“Qəzanın baş verdiyini eşitdiyim anda dərhal hadisə yerinə getdim. Məndə olan məlumata görə, iştirakçılar turdan gec qayıtmaq istəyiblər. Sürücü isə başqa bir işə tələsdiyini deyib. Yolda qrupla sürücü arasında mübahisə yaranıb. Sürücü qəzanın baş verdiyi yerdə dönməni düz hesablamadığı üçün qəza baş verib. Görüntülərdən də aydın görünür ki, sürücü yüksək sürətlə maşını idarə etdiyi üçün dönməni düzgün hesablaya bilməyib. Xoşbəxtlikdən avtobus yol kənarındakı səkiyə çırpılaraq uçuruma yuvarlanmaqdan xilas ola bilib”.

Müsahibimiz xəsarət alanların yaxınları tərəfindən aqressiya və şiddətə məruz qalması barədə də danışıb:

“Mən həmin insanları anlayıram. Hadisənin şoku və psixoloji təsirə görə aqressiv olmaları normaldır. Mən qəza sonrası həm hadisənin təfərrüatını öyrənmək, həm də xəsarət alan tur iştirakçıları ilə maraqlanmaq üçün orada idim. Xəsarət alanların yaxınlarından səbirli olmalarını, məsələni yoluna qoyacağımı desəm də, buna məhəl qoymayanlar oldu. Bəzi xəsarət alanların yaxınları mənə qarşı şiddət göstərdilər”.

Təşkilatçının sözlərinə görə, qəza ilə bağlı yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir:

“Təəssüf ki, hadisə ilə bağlı yanlış məlumatlar paylaşılıb. Hadisənin əsl üzünü bilmədən əsassız yalan məlumatlar paylaşmaq doğru deyil. Turda zərərçəkənlərin pulunun ödənilməməsinə dair yazılan məlumatlar doğru deyil”.
5 rayonda əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında, Zaqatala, İsmayıllı, Goranboy, Lerik və Bakı şəhərinin Xətai rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan bildirilib.

Aparılmış araşdırmalarla Xətai rayonunda dövlət mülkiyyətində olan ərazidə, Zaqatala rayonunun Fındıqlı, İsmayıllının Quşencə, Goranboyun Yolqullar bələdiyyələrinin ərazilərində meşə fonduna daxil olmayan, həmçinin Lerikin Razvondabad meşəbəyliyinin ərazisində meşə fonduna daxil olan ağacların müvafiq icazə olmadan qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Araşdırmalarla bəzi aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşmasına, vəzifədən sui-istifadə və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına göndərilib.
Tovuzda “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin açılış mərasimi keçirilib“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə tərəfdaşlığı ilə “Gənclər Davamlı İnkişaf üçün” layihəsinə start verilib.

Birliyin Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, layihə 3 mərhələdən ibarətdir. Layihənin hazırkı mərhələsində respublikamızın müxtəlif regionlarını təmsil edən 30 nəfər gənc bir həftə müddətində seminar planlaması, region gənclərinin ehtiyaclarının öyrənilməsi, münaqişəli halların effektiv idarə edilməsi və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak edəcəklər. Həmçinin layihə boyunca gənclərlə işləyən şəxslər qeyri-formal təhsil və onun prinsipləri haqqında yeni məlumatlar əldə edəcək, Dayanıqlı İnkişaf Məqsədlərinin regionlar üzrə tətbiq mexanizmləri mövzusunda praktiki tapşırıqlar icra edəcəklər. Layihənin növbəti mərhələlərdə isə gənclərin öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşməsi, habelə region gəncləri arasında sorğuların keçirilməsi nəzərdə tutulur. Sorğulardan əldə ediləcək nəticələr vasitəsilə region gənclərinin ehtiyac və problemləri öyrəniləcək, bu istiqamətdə təklif paketi hazırlanacaq.

Qeyd edək ki, “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin əsas məqsədi cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artması ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir. Layihə çərçivəsində ilkin olaraq 23 şəhər və rayondan ümumilikdə 15 min gəncin əhatə olunması hədəflənib.



Vaqif Əsədov təqaüdə göndərildiBakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Əsədov uzun müddətdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırd
"Türk əzəmətinin bərpası Şuşa Bəyannaməsindən  başladı"15 iyunda 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsinin 1-ci il dönümüdür. Qeyd edək ki, Bəyanaməni həm Azərbaycan və həm də Türkiyə parlamentləri Şuşa bəyannaməsini ratifikasiya edib.

Politoloq Vüqar Dadaşov "Xalq Cəbhəsi"nə açıqlamasında deyib ki, Bəyanamənin siyasi əhəmiyyəti barədə geniş danışmaq olar, onun vacibliyi, əhəmiyyəti haqqında bəlkə də əhatəli söz tapmaq elə də asan deyil: "1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini əldə etdikdən sonra müasir tariximizdə müstəqil dövlət olaraq imzaladığımız ən çətin və olduqca vacib sənəddir. Mərhum prezident Heydər Əliyevin məharəti ilə imzaladığı əsrin müqaviləsi iqtisadi müstəqilliyimizin, inkişafımızın bünövrəsi, təminatçısı kimi, Şuşa Bəyannaməsi də siyasi müstəqilliyimizin qarantiyasıdır. Sözsüz ki, Şuşa Bəyanaməsinin siyasi, psixoloji nəticələri düşündüyümüzdən də böyükdür.

Elə bir neçə məqamı xatırlamaq Şuşa Bəyanaməsinin həyati vacibliyini açıq göstərir. İlk növbədə, Şuşa Bəyannaməsi 44 günlük vətən müharibəsində qazandığımız qələbənin nəticələrini qoruyub saxlamağı təmin etməklə postmüharibə dövrü üçün siyasi və diplomatik imkanlarımızı genişləndirdi. Nəzərdən qaçırmamalıyıq ki, Rusiya 44 günlük müharibədə bu nəticəni gözləmirdi və bu müharibəni şəxsi, yəni haqlı olaraq Rusiyanın məğlubiyyəti kimi qiymətləndirirdi. Çünki, 44 günlük vətən müharibəsi Rusiyaın hərbi sənayesinin və hərb elminin yararsızlığını üzə çıxarmış oldu. Əslində Rusiyanın 44 günlük müharibədə neytrallığı ona hesablanmışdı ki, Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etməklə,Tovuz döyüşlərindəki çata bilmədiyi məqsədə çatsın. Ancaq Azərbaycan rus-erməni tandeminin planlarını alt-üst etdi. Odur ki, Rusiya Ermənistanı revanşa məcbur edəcəyi tam gözlənilən idi. Amma Şuşa Bəyannaməsi düşmənin revanş istəyinə imkan vermədi".

Politoloq ikinci vacib məqama da toxunub. Bildirib ki, bu Rusiyanın Ukraynaya təcavüzü fonunda daha aydın görünür. SSRİ-ni bərpa etmək arzusu ilə, qırmızı bayraqla keçmiş sovet respublikalarını fəth etmək istəyən Kreml hakimiyyətinin Azərbaycan arzusu da gizli deyildi:

"Başqa bir məqam, Rusiyanın Ukrayna təcavüzünə görə dünyadan təcrid edilmiş, miqyası bilinməyən sanksiyalara məruz qalmış, siyasi, diplomatik, iqtisadi məhrumiyyətlərə düçar olan Rusiyanın yeganə xilas yolu, ümidi Türkiyədir və hansı ki, Şuşa Bəyannaməsinin tələblərinə görə Azərbaycan və Türkiyə siyasi, diplomatik və iqtisadi addımlarını yekun məsləhətləşməsindən və Milli Təhlükəsizlik Şuralarının müzakirəsindın sonra həyata keçirir. Təbii ki, Finlandiya və Isveçin NATO-ya üzvlüyünə əngəl olan Türkiyə Rusiyaya "medvejiy" xidmət göstərməklə Rusiyanın qüvvəsinin parçalanmasının qarşısını müvəqqəti də olsa aldı. Sözsüz ki, Azərbaycan və Türkiyə bunu məsləhətləşmədən həyata keçirməzdi".

V.Dadaşov onu da deyib ki, Şuşa Bəyannaməsinin hüquqi və siyasi tələbləri qardaş Türkiyə və Azərbaycanı mənəvi baxımdan bir dövlət formasında düşünməyi və görünməyi şərtləndirib: "Rusiya - Qərb qarşıdurması, sanksiya və embarqoları fonunda, Avropanın enerji təhlükəsizliyinin ən qısa zamanda təminatçısı kimi Türkiyə və Azırbaycanın həlledici fiqur olması, Şuşa Bəyannaməsi ilə beynəlxal mövqeyini inanılmaz dərəcədə möhkəmlədib və faktiki olaraq Azərbaycan və Türkiyə qlobal oyunçuya çevrilib.

Müstəqillik günü münasibəti ilə Azərbaycanı təbrik edən ABŞ prezidenti Co Baydenin Azərbaycan "sevgisi" məhz məcburiyyətdən idi. Vacib bir məqam da ondan ibarətdir ki, 10 noyabr Moskva üçtərəfli Bəyannaməsi ilə özünü Azərbaycana soxuşduran rus sülhməramlılarını ölkədən çıxarılmasını Şuşa Bəyannaməsi şərtləndirir. Şuşa Bəyannaməsi Azərbaycan dövləti üçün əhəmiyyəti onun müstəqilliyinin saxlanması, ərazi bütövlüyünün, suverenliyinin bərpasının təminatçısı səviyyəsidir. Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycan dünya masştabında söz sahibi mövqeyini təsdiq etməklə Türk dünyası üçün tarixi əzəmətini qaytarmağa tarixi imkan yaradır. Türk əzəmətinin bərpası Şuşa bəyannaməsindən başladı".