ABŞ ordusunda meymunçiçəyi aşkarlandıABŞ ordusunda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı Amerikanın Almaniyada yerləşən bazasında xidmət edən əsgərdə aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Qüvvələrinin Komandanlığı məlumat yayıb.

Hazırda ehtiyat tədbiri olaraq xəstəliyə yoxluxan əsgərlə təmasda olan hərbçilər həkimlər tərəfindən nəzarətdədir.

Qeyd edək ki, hərbçi meymunçiçəyinin Qərbi Afrika variantına yoxulub. Bu isə xəstəliyin nisbətən yüngül və yoluxduruculuq qabiliyyəti zəif növüdür.
Pekində yeni koronavirus ocağı aşkarlanıbÇinin paytaxtı Pekinin şimal-şərqindəki Çaoyan rayonunda yeni koronavirus ocağı aşkar edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Pekinin Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, yerli barların birində infeksiya ocağı aşkarlanıb, son sutka ərzində bu rayonda 61 nəfərdə COVID-19-a aşkarlanıb.

Nəticədə Çaoyan rayonunda epidemiya tələbləri yenidən sərtləşdirilib, bir çox əyləncə məkanları müvəqqəti bağlanıb. Bundan başqa, son günlər infeksiya mənbəyinin qeydə alındığı ərazidə olan insanlar isə karantinə alınacaq.

Qeyd edək ki, Çaoyan Pekinin ən prestijli rayonlarından biridir. Burada çoxlu sayda əcnəbi yaşayır.
Məktəbli qızın ərə verilməsinin qarşısı alındıQazaxda yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avrasiya.net-ə bildirib ki, Qazax rayon Polis Şöbəsinə rayonun Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.
Çin ABŞ-ı açıq təhdid etdi: Müharibəyə başlayacağıq!Tayvanı müstəqil dövlət etmək cəhdləri olarsa, Çin Xalq Respublikası müharibəyə getməyə hazırdır. Çin bu cür separatçı cəhdləri dayandıracaq.

Axar.az xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin nümayəndəsi Vu Tszyan deyib.

"Kim Tayvanı ayırmağa cəsarət etsə, Çin ordusu döyüşə qoşulmaqdan çəkinməyəcək. Nəyin bahasına olursa olsun, Tayvanın “müstəqilliyi”nə yönəlmiş istənilən separatçı cəhdləri qətiyyətlə yatıraraq, milli suverenliyi və ərazi bütövlüyünü müdafiə edəcək", - Tszyan bildirib.
Polşa Prezidenti NATO-nun şərq cinahını daha da gücləndirməyə çağırıbRəsmi Varşava Şimali Atlantika Alyansının şərq sərhədlərində hərbi mövcudluğunu daha da genişləndirmək istəyir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sammitdə bildirib.

"Biz NATO-nun şərq cinahında qoşunların mövcudluğunu genişləndirmək, qoşunların sayını artırmaq istəyirik", - Duda deyib.

O, həmçinin Avropanın şərq hissəsində ABŞ-ın hərbi mövcudluğunun artırılmasının tərəfdarı olduğunu bildirib. Dudanın sözlərinə görə, bu problem NATO sammitində və ABŞ nümayəndələri ilə ikitərəfli qaydada müzakirə olunacaq.

Qeyd edilir ki, Buxarestdəki hazırkı görüşün məqsədi ayın sonunda Madriddə keçirilməsi planlaşdırılan NATO sammitinə qədər NATO-nun şərq cinahının mövqeyini işləyib hazırlamaqdır.

“Buxarest doqquzluğuna” Mərkəzi və Şərqi Avropa ölkələri daxildir: Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya.
Çexiya Ukraynaya 140 milyon avro dəyərində hərbi yardım edibÇexiya Ukraynaya 3,5 milyard krondan çox (təxminən 140 milyon avro) hərbi yardım göndərib.

"Report" xəbər verir ki, bu barədə CTK xəbər agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hərbi yardımın göstərilməsinə dair qərarı Çexiya hökuməti qəbul edir. Agentliyin məlumatına görə, bu yardımın ümumi məbləği demək olar ki, Nazirlər Kabinetinin hər iclasından sonra artır.

Gələn həftə Müdafiə Nazirliyi hökumətə Ukraynaya təxminən 8 milyon kron (təxminən 320 min avro) dəyərində kimyəvi mühafizə vasitələri göndərməyi təklif edəcək. Bu, ordu anbarlarında Çexiya Silahlı Qüvvələri üçün artıq olan vəsaitdir.
Ukraynada daha 2 rus generalı öldürüldüUkraynada gedən döyüşlərdə Rusiya ordusunun daha iki generalı öldürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Oleksiy Arestoviç məlumat yayıb.

Yüksək rütbəli rusiyalı zabitlərin Xerson vilayətində öldürüldüyü bildirilib.

Ukrayna rəsmisi onlardan birinin bölgənin Rusiyaya birləşməsi ilə bağlı “referendum”un təşkilinə cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin generalı olduğunu vurğulayıb. Lakin ölən generalların adları hələlik ictimaiyyətə açıqlanmayıb.