Millimiz Avropa çempionatının yarımfinalındaMini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında yarımfinala yüksəlib.

Avrasiya.net xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0.

Oyunda yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Millimiz növbəti mərhələdə Qazaxıstan komandası ilə qarşılaşacaq.