Əlilliyin qiymətləndirilməsində səhvlərə yol verilir - Agentlik sədri“Əlilliyin elektron qiymətləndirilməsində müəyyən səhvlərə yol verilir”.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib.

Agentlik sədri bildirib ki, xəstəni görmədən qoyulan diaqnozda müəyyən səhvlərə yol verilə bilər:

"Bu problemi aradan qaldırmaq üçün əyani qiymətləndirmə meyarı gündəmə gəldi. Artıq qiymətləndirmə nəticəsi ilə razı olmayan vətəndaşlar təkrar müayinədən keçirilir. Hər gün 204 şəxsə əlillik təyinatı aparılır”.
“Sputnik Azərbaycan”ın baş redaktorunun iş icazəsinin uzadılmasına imtina edilib“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika ilə həmin media orqanının prodüseri və onun həyat yoldaşı Antonov Pavelin Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib və onların müvəqqəti yaşama icazələri ləğv edilib.

"Report" Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.

Qeyd edək ki, hər iki şəxs Belarus vətəndaşıdır.
Masallıda məktəbli qız itkin düşdüMasallıda məktəbli itkin düşüb.

APA-nın xəbərinə görə, Xoşçobanlı kənd sakini Xəyal Məmmədov Masallı Rayon Polis Şöbəsinə müraciət edərək, qızı, Xoşçobanlı kənd məktəbinin 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü İ.Məmmədovanın iyunun 8-də yaşadıqları evdən çıxaraq geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.
Belarus DİN bölmələrini Ukrayna sərhədinə yerləşdirdiBelarusda Ukrayna ilə sərhədin mühafizəsinə ölkənin Daxili İşlər Nazirliyinin bölmələri cəlb edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Volın və Polesye istiqamətlərində Belarus Daxili İşlər Nazirliyinin daxili qoşunlarının xüsusi briqadasının bölmələri sərhədin mühafizəsinə cəlb olunub”,- məlumatda deyilib.
Bakıda 19 yaşlı gənc öldürüldüProkurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

İyunun 9-u saat 22 radələrində rayon ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb.

Cinayət işi üzrə həyata keçirilən intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
Ankara-Afina gərginliyinin səbəbkarı ABŞ-dırTürkiyə-Yunanıstan gərginliyi ən çox ABŞ-ın mənafeyinədir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Nikolay Kostikin deyib.

Ekspert bildirib ki, bu gün Türkiyə və Yunanıstan arasında yaşananlar ABŞ tərəfindən süni olaraq yaradılan gərginlikdir.

“Alyans Türkiyə və Yunanıstanın razılaşmaya gəlməsində maraqlı deyil. Ankara və Afina hər şeydən öncə başqasının “havasına oynamadan” yaxşı qonşuluq əlaqələri barədə düşünməlidir. Əslində NATO uzun müddətdir ki, faydalılıq əmsalını itirib. Dünya sürətlə çoxqütblü vəziyyətə gəlir”, - ekspert iddia edib.
Millətlər Liqası: Azərbaycan millisi bu gün Slovakiyanı qəbul edəcəkAzərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Avrasiya.net-in məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.

"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.

Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub, daha sonra isə Serbiyada Belarusla qolsuz bərabərə qalıb. I turda Serbiyada Belarusa 1:0 hesabı ilə qalib gələn qonaqlar ikinci qarşılaşmasında Qazaxıstana eyni hesabla uduzub. Bu yenilgidən sonra baş məşqçi Ştefan Tarkoviç istefaya göndərilib.

Azərbaycan millisi indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bu matçların 5-də məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazanıb. Komandanın qollarını Vadim Vasilyev və Zaur Tağızadə vurub.

Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

20:00. Azərbaycan - Slovakiya

Baş hakim: Donatas Rumsas (Litva)

Bakı. "Dalğa Arena"
Hər gün cəbhədə 100-200 hərbçi həlak olurRusiya ilə müharibədə Ukrayna hərbçilərinin gündəlik itkiləri 100-200 nəfər arasında dəyişir.

“Report” “BBC Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Böyük itkilərin əsas səbəblərindən biri kimi Podolyak Ukrayna və Rusiyanın hərbi imkanları arasında bərabərliyin olmamasını vurğulayıb. Onun fikrincə, Ukraynaya Qərbin verə biləcəyi ən güclü artilleriya sistemlər “ovuclarla” yox, yüzlərlə lazımdır. Podolyakın sözlərinə görə, düşmənin atəş gücü ilə bərabərlik və Ukrayna ərazisinin işğaldan azad edilməsi üçün 300-ə qədər raket sistemi lazımdır.

O əlavə edib ki, Rusiya ciddi hərbi məğlubiyyətə uğramayana qədər heç bir dialoq forması mümkün olmayacaq və onlar Ukraynanın bir hissəsini ələ keçirməyə cəhd edəcək.

İyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski hər gün cəbhədə Ukraynanın 60-100 əsgərinin həlak olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, hər gün daha 500 nəfər yaralanır.
Finlandiya Rusiya ilə sərhədə hasar çəkirFinlandiya Rusiya ilə sərhədin kritik nöqtələrinə hasar çəkməyi planlaşdırır.

Avrasiya.net xəbər verir ki, bu barədə Finlandiya daxili işlər naziri Krista Mikkonen deyib.

"Finlandiya hökuməti Rusiya ilə şərq sərhədində kritik ərazilərdə maneələr qurmağı planlaşdırır", - deyə nazir bildirib.

Bildirilib ki, bunun üçün sərhəd xidmətinə əlavə maliyyə ayrılacaq.