Rusiyanın bir briqadasının 800 hərbçisi məhv edildiMüharibədə Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının 800 əsgəri məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ukrayna ərazisində gedən döyüşlərdə Mərkəzi Hərbi Dairənin 2-ci birləşmiş ordusunun 15-ci əlahiddə motoatıcı briqadasının şəxsi heyəti xeyli itki verib. Təxminən 800 ölü, 400-ə yaxın yaralı var. Ümumilikdə, Ukrayna ərazisindəki döyüşlərdə briqadadan 1800-ə yaxın hərbçi iştirak edib”, - məlumatda deyilib.
Rusiyada “şəkər kralı” güllələndi, şübhəli fermer isə intihar etdiRusiyanın Tambov vilayətinin Piçayevski rayonunda “şəkər kralı” kimi tanınan 53 yaşlı iş adamı Yuri Xoxlov güllələnib. O, Kirsanovski və Qribanovski şəkər zavodları da daxil olmaqla altı regionun müəssisələrini özündə birləşdirən “ASB Şirkətlər Qrupu”nun rəhbəri olub.

Bildirilir ki, Xoxlov əkin sahələrinə baxış keçirmək üçün helikopterlə Rudovka kəndinə gedib. Onunla görüşə rəqibi, mübahisəli sahənin 150 hektarına günəbaxan səpən fermer gəlib. Münaqişə zamanı həmin şəxs Xoxlovu tapança ilə vuraraq qaçıb. İş adamı aldığı xəsarətlərdən ölüb.

Sonradan hadisə yerindən 1,5 kilometr aralıda 49 yaşlı fermerin də meyiti tapılıb. Onun intihar etməsi istisna edilmir.


Mənbə: Top68

ABŞ-da hərbi təyyarə qəzaya uğradı - Ölənlər varABŞ dəniz piyadaları korpusunun MV-22B Osprey kovertoplanı Kaliforniyada qəzaya uğrayıb.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin El Setrodakı aviabazasından bildirilib.

“Sosial şəbəkələrdə yayılan şayiələrin əksinə olaraq, təyyarədə heç bir nüvə materialı olmayıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, qəza nəticəsində təyyarədə olan 5 ekipaj üzvündən 4-ü ölüb, birinin axtarışları davam edir.
Şəmkirdə 10 nəfər dönərdən zəhərləndiŞəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.

Belə ki, 2 uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Hazırda fakt araşdırılır.
Hələ ki, Kiyev-Moskva görüşü olmayacaq - ABŞABŞ hələ ki, Kiyev və Moskva arasında diplomatik danışıqların yaxın gələcəkdə mümkün olacağına dair əlamətlər görmür, çünki Rusiya bu danışıqları vicdanla aparmaq istəmir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.

“Təəssüf ki, hələlik diplomatik danışıqlar yolu ilə nizamlanma yaxın gələcəkdə nəzərdə tutulmur. Bu, vaxt aparacaq”, - K.Donfrid vurğulayıb.

O qeyd edib ki, indiki mərhələdə ABŞ Rusiyanın danışıqlara vicdanlı yanaşmasını görmür.
"Qoşunlarımız Xersondan 20 kilometr məsafədədir"Ukrayna qoşunları artıq Rusiya tərəfindən ələ keçirilən Xerson şəhəri ətrafındadır. Əyalət mərkəzində döyüşlərin səsi eşidilir.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, Ukrayna dövlətinin müdafiəçiləri Xersondan az qala 20 kilometr aralıda yerləşir. Arestoviç qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə Qərbdən müəyyən yardım hələ gəlməməsinə baxmayaraq, vəziyyət bu cür inkişaf edib.

"Mənim bir sualım var: - siz, Kremldəkilər, nə referendum, əgər Ukrayna Silahlı Qüvvələri Xersondan az qala 20 kilometr aralıdadırsa? Bu, virtual reallığın yaradılmasıdır. Döyüş səslərinin artıq burada eşidildiyini başqa necə izah etmək olar. Xerson sanki yaxınlaşır, bağışlayın, bu şərtlərlə hansı referendum..?”, - o deyib.
Koronavirusun daha təhlükəli ştammı yarana bilər - XƏBƏRDARLIQKoronavirusun yeni, daha təhlükəli ştammı ortaya çıxa bilər.

Avrasiya.net APA-ya istinadən bildirir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Təşkilat sədri dünyada koronavirus pandemiyasının bitdiyi ilə bağlı yanlış təsəvvürə diqqət çəkib.

"Pandemiyanın bitdiyi hissi başa düşüləndir. Lakin bu, yanlışdır. Hər an yeni və daha təhlükəli variant ortaya çıxa bilər. Çoxlu sayda insan isə müdafiəsiz qalır",-deyə Qebreyesus bildirib.

Qebreyesus bildirib ki, dünyada COVID infeksiyasına yoluxma və ölüm hallarının sayı azalsa da ÜST ölkələri sayıq olmağa çağırır.

Ümumilikdə, tibb işçilərinin və 60 yaşdan yuxarı insanların demək olar ki, dörddə üçü koronavirusa qarşı peyvənd olunub, lakin aşağı gəlirli ölkələrdə bu rəqəm elə də yüksək deyil.
ABŞ-ın hərbi bazasına dronla hücum edildiİraqda amerikalı hərbi qulluqçuların yerləşdiyi bazaya hücum edilib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında yerləşən Ərbil şəhərindəki hərbi bazaya zərbə endirilib. Hücumun pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi məlum olub.

Xəsarət alanlar barədə məlumat verilməyib.
İran nüvə obyektlərində kameraları söndürdüİran nüvə obyektlərində MAQATE-nin NPT (Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi) müqaviləsindən kənar bütün müşahidə kameralarını söndürmək qərarına gəlib.

Bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi deyib.

“Qərar verildi ki, əməkdaşlığımızın bir hissəsini, o cümlədən məlumatların MAQATE kameraları tərəfindən qeydini dayandıraq", - deyə o bildirib.

Kamalvəndi qeyd edib ki, agentliyin müşahidə kameralarının təxminən 80%-i NPT-nin fəaliyyəti çərçivəsindədir:

“Tehran bu razılaşmaya əməl etməyə davam edir”.