Hindistanın səfiri Azərbaycan XİN-ə çağırıldıHindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən islam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.

Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.

Bu kimi halların müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib.
Lavrov qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət edibHazırda İrəvanda olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov həmkarı Ararat Mirzoyanın müşayiəti ilə qondarma “erməni qoyqırımı qurbanlarının memorialı”nı ziyarət edib, önünə əklil qoyub.

Bu barədə Ermənistan xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü iyunun 9-da baş tutacaq. Səfər çərçivəsində Ermənistan Prezidenti və Baş naziri ilə görüşlər də planlaşdırılır.
Duda: Ukraynaya 240 tank göndərdikPolşa Rusiyanın işğalı ilə mübarizə aparmaq üçün Ukraynaya 240-dan çox tank və 100-ə yaxın zirehli texnika göndərib.

Axar.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.

“Ukraynaya ağır silahlar, tanklar lazımdır. Bunlar Ukraynanın ehtiyaclarıdır. İki gün əvvəl Prezident Zelenski ilə danışdım. Ukraynaya 240-dan çox tank, 100-ə yaxın zirehli texnika və silah göndərdik. Ümumilikdə 2 milyard dollar dəyərində silah göndərmişik”, - Duda bildirib.
Ordumuz bu istiqaməti nəzarətə götürdü – Şok detallarBiz İkinci Qarabağ müharibəsindən sonra davamlı şəkildə belə informasiyalarla rastlaşırıq. Ya Rusiya sülhməramlıları adlandırılan hərbi kontingent hansısa əraziləri nəzarətə götürməyə çalışır, yaxud da Azərbaycan Ordusu təhlükəsizlik tədbirləri üçün hansısa əraziyə qalxır. Bu proses permanent, yəni daimi gedən prosesdir.

Bu sözləri Axar.az-a açıqlamasında Aşağı Şorca kəndi yaxınlığındakı mövqeləri Azərbaycan Ordusunun nəzarətə götürməsi ilə bağlı yayılan informasiyalar haqda danışan təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu deyib.

Ekspertin sözlərinə görə, hazırda strateji nöqtələr uğrunda mübarizə gedir:

“Etiraf etmək lazımdır ki, burada bəzən dezinformasiya, qeyri-dəqiq məlumatlar olur. Məsələn, Fərrux kəndi və yüksəkliyi ilə bağlı məsələdə də həddindən artıq ziddiyyətli məqamlar var idi. Hələ də bəhs etdiyimiz məsələdə qeyri-müəyyənliklər qalmaqdadır. Hətta Fərrux kəndində rus sülhməramlılarının bayraq sancmalarının da görüntüləri yayıldı.

Burada söhbət nədən gedir? İlk növbədə qeyd etməliyəm ki, rus sülhməramlıları Qarabağın dağlıq hissəsinə yerləşdirildikləri zaman bütün strateji nöqtələri, yüksəklikləri öz nəzarətlərinə götürməyə çalışdılar. Onlar Laçında, Şuşanın ətrafında bəzi nöqtələrdə, eyni zamanda bizim üçün vacib əhəmiyyətli Ağdərə məsələsində qismən buna nail oldular. Müharibə zamanı torpaqlarımızı işğaldan azad etməyimiz Azərbaycanın məğlub statusundan qalib statusuna keçməsi deməkdir. Amma bütün müharibələrin arxasında regional siyasi və geosiyasi amillər dayanır. Bu mənada Qarabağ müharibəsi, ümumiyyətlə, oradakı separatizmin hələ SSRİ dönəmindən başlayaraq qızışdırılması, stimullaşdırılması, dəstəklənməsi, Azərbaycan torpaqlarının faktiki olaraq Rusiya tərəfindən işğal edilərək Ermənistana verilməsi ilk gündən etibarən geosiyasi məsələ olub. Əgər biz aparılan işlərə, atılan addımlara diqqətli şəkildə nəzər yetirsək, onda kəndlərin, yüksəkliklərin, üçüncü dərəcəli önəmli məntəqələrin ələ keçirilməsi uğrunda gedən gizli mübarizənin əsasən strateji nöqtələrin ətrafında getdiyini görərik”.

Ərəstun Oruclu Aşağı Şorca kəndinin Basarkeçər-Ağdərə yolu üzərində yerləşdiyini, sözügedən yolun isə Ağdərənin, Tərtərin və digər bölgələrin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Bizim bəhs etdiyimiz Aşağı Şorca kəndi də Basarkeçər və Ağdərə yolunun üzərindədir. Diqqət yetirirsinizsə, Azərbaycan Ordusu da həmin yolun yaxınlığındadır. Hədəf isə ən azından həmin yola artilleriya məsafəsində yaxınlaşmaqdır. Bütün hallarda söhbət həmin yola nəzarətdən gedir. Biz həm də rus sülhməramlılarının və onların himayə etdikləri separatçı tör-töküntülərin silahlı dəstələrinin Tərtər istiqamətində fəallaşdığını müşahidə etdirik. Bu, təsadüfi deyil. Ağdərəyə çıxışı təmin edən həmin Basarkeçər-Ağdərə yoludur. Təbii ki, Azərbaycan Ordusu o yolu atəş nəzarətinə götürməlidir ki, sabah hansısa bir gərginlik yarandığı halda Ağdərəni əldə saxlasın. Rus-erməni koalisiyasının Ağdərədən Tərtər istiqamətində fəallaşması isə oranı təhlükə altında qoymaqdır. Çünki Tərtər strateji əhəmiyyət kəsb edir, hazırlanmış düşmən planına görə, 44 günlük müharibə ərzində işğal olunmalı idi. Rus qoşunları yalnız Qarabağın dağlıq hissəsinə deyil, həm də Goranboya daxil olmalı idi ki, Gəncə dəhlizini nəzarətə götürsün. Bu, faktiki olaraq Azərbaycanı iki yerə bölmək, o cümlədən Bakı-Tiflis-Qars dəmir yoluna, Bakı-Tiflis-Ceyhan neft kəmərinə, TANAP qaz kəmərinə, Trans-Avropa-Asiya internet və kommunikasiya xəttinə, Bakı-Tiflis avtomobil yoluna nəzarət demək idi. Mübarizə kommunikasiya xətləri uğrunda gedir. Ona görə də Azərbaycan Ordusunun Basarkeçər-Ağdərə yolunu nəzarəti bərpa etmək, yaxud onu təmin etməklə bağlı atdığı addım strateji məsələdir. Çünki Azərbaycana təhdid yarana biləcək nöqtələrdən biri, bəlkə də birincisi Ağdərədir. Məhz o səbəbdən Rusiya Ermənistanı Kəlbəcərdən çıxmağa və rayonu Azərbaycana qaytarmağa məcbur etdi, lakin Ağdərədə bunu etmədi. Kəlbəcərə gedən yol Ağdərə ərazisindən keçir. Azərbaycana Basarkeçər-Ağdərə yolunun nəzarətə götürülməsi çox ciddi üstünlük qazandırır”.

Ekspert Azərbaycanda Rusiya üçün əhəmiyyətli olan üç strateji istiqamətdən də bəhs edib:

“Azərbaycanda Rusiya üçün əhəmiyyətli olan üç strateji istiqamət var. Bunlardan biri Gəncə dəhlizinə çıxmaq və onu kəsmək üçün Tərtər istiqamətidir, digəri Tovuz istiqamətidir, üçüncüsü isə Şuşadan keçməklə Cəbrayıl istiqamətidir. Cəbrayıldan Xudafərin nəqliyyat-kommunikasiya xətti İrana, oradan da Yaxın Şərqə keçir. Bu, Azərbaycan üçün böyük siyasətin tam mərkəzində, ortasında olmaq deməkdir. Diqqət yetirsək görərik ki, əslində İkinci Qarabağ müharibəsi 2020-ci ilin iyul ayında Tovuzdan başladı. Çünki Tovuz Gəncə dəhlizinin çıxışına ən yaxın məsafələrdən biridir. İkinci yaxın məsafə Tərtərdir.

Biz hər üç nöqtədə təxribatları gördük. İyulda Tovuza, sentyabrda Tərtərə hücum oldu. Nəticədə müharibə başladı və Azərbaycan çox unikal əməliyyat keçirərək Şuşanı işğaldan azad etdi. Sonra Şuşaya iki “İsgəndər” raketi atıldı. Bu fakt artıq sübut olunub və nəhayət biz bəhs etdiyimiz üç istiqamətdə Azərbaycan Ordusunun öz mövqelərini gücləndirdiyini görürük. Komandolar üçün Cəbrayıl istiqamətində yeni hərbi hissələrin, bazaların inşası təsadüfi deyil. Azərbaycan Şuşada, Kəlbəcər istiqamətində güclənir, Tovuz istiqamətində də yəqin ki, mövqelərimiz möhkəmləndirilir. Bütün sadaladığımız addımların atılması, qarşı tərəfin təhdid yarada biləcəyi strateji yollara, yüksəkliklərə nəzarət ərazi bütövlüyümüz üçün zərurətdir”.
Ukrayna ordusunda ciddi itki: fərarilik artır – KəşfiyyatQərb kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları döyüş sursatı ehtiyatlarına görə Ukrayna qüvvələrini 40 dəfə üstələyir.

Axar.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti kəşfiyyat hesabatına əsasən yazıb.

“Kəşfiyyatın məlumatına əsasən, Ukrayna ordusu ciddi itkilərə məruz qalır. Ruslar onları artilleriyada 20, sursatda isə 40 dəfə üstələyir. Yeni məlumatlar cəbhə xəttindəki amansız münaqişənin acınacaqlı mənzərəsini yaradır. Ukraynanın şərqindəki amansız döyüşlər ukraynalı hərbçilərin demoralizasiyasını sürətləndirir, fərarilik hər həftə artır”, - məlumatda qeyd olunub.
“Putin başa düşməlidir ki, Rusiya İranın vəziyyətinə düşə bilər”“Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə bildirib.

Səfir deyib ki, ABŞ hər zaman Ukraynanı dəstəkləyir və hamını Rusiyanın təcavüzünə göz yummamağa çağırır.

Ö.Litzenberger vurğulayıb ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun iqtisadiyyatına zərbə vurmalıdır: “Putin başa düşməlidir ki, Rusiya İranın vəziyyətinə düşə bilər”.

Onun sözlərinə görə, Rusiya qoşunlarının Ukraynadakı törətdikləri region ölkələri üçün ciddi çağırışdır.

Diplomat Rusiyanın bəzən düşünülməmiş və gözlənilməz həkərətlər etdiyini bildirib.

O deyib ki, Azərbaycanın Rusiya ilə yaxşı münasibətlərə malik olması böyük əhəmiyyət kəsb edir.
Qərb Ukraynanı militarizmləşdirmə yoluna çəkibElşən Manafov: “Gerçəkdən müharibə aparılsaydı Ukrayna darmadağın olmuşdu”

Artıq 4 aya yaxındır ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir. Qərbin Ukraynanı silahlandırmasına baxmayaraq, Kiyev hələ də Rusiya üzərində üstünlüyə malik deyil. Heç Kreml də bu 4 ayda istəyinə nail ola bilməyib, amma tərəflərin itkiləri gündən-günə artır. Ukrayna işğal edilən bəzi yaşayış məntəqələrini azad etsə də, Rusiyanın müqvimətini qıra bilmir.

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan politoloq Elşən Manafov bildirib ki, Rusiya və Ukrayna arasında müharibə uzandıqca Qərb siyasi istibleşmintində sonda bu müharibənin Ukraynanın qələbəsi ilə bitməyəcəyi ilə bağlı bədgümanlıq artır, halbuki Qərb məhz Rusiyanı uzunmüddətli müharibəyə cəlb edərək bir sira amillərə görə Rusiyanın məğlub olacağını və sonda çökəcəyini düşünürdü: “Rusiyaya qarşı sanksiyaların altıncı paketinin qəbul olunmasına baxmayaraq, Qərbin Rusiya iqtisadiyyatının, onun maliyyə sisteminin çökəcəyi ilə bağlı proqnozlar özünü dogrultmayıb. Sanksiyalar ilk növbədə Rusiyanın neft, qaz sisteminə, habelə Rusiya banklarını Ümumdünya maliyyə şəbəkəsindən təcrid edilməsi məqsədi ilə tətbiq edilmişdi. Lakin bu sanksiyaların əks effekt verəcəyini Qərbdə daha praqmatik baxışlara malik olanlar əvvəlcədən bilirdilər. Belə ki, sanksiyaların Qərbin gözləntilərini dogrultması üçün AB-nin Rusiyadan olan enerji asılılığını aradan qaldırmaq və ya onu minimuma endirmək lazım idi. Qısa zaman kəsiyində bunu etmək mümkün deyildi, artıq müharibə başlandıqdan sonra Qərbin tezliklə özünün Venesuela və İranla münasibətlərə yenidən baxacağı ilə verdiyi şirin vədlərə bu ölkələrin siyasi dairələrində etimad əlbəttə yox idi, buna görə də nə İran, nə Venesuela, nə Küveyti Avropa enerji bazarlarına çıxartmaq mümkün oldu. Maraqlı olan odur ki, bu ölkələri beynəlxalq terrorizmə, antisemitizmə dəstək verməkdə ittiham edib, onlara qarşi sanksiyalar tətbiq edib, onları Avropa enerji bazarlarından sıxışdırıb çıxaran məhz ABŞ olmuşdur”.

Politoloq qeyd edib ki, sanksiyaların Rusiyaya qarşı mübarizədə kömək olmayacağı həm də o anlamda diqqəti cəlb edir ki, müharibə başlanandan Qərbin Ukraynaya maliyyə yardımı 2 milyard dolları keçmişdir, buraya hərbi yardimın həcmi daxil deyil, ancaq ABŞ Konqresi prezident Baydenin çağırışı ilə Ukraynaya 800 milyon dollardan ibarət maliyyə paketinin ayrılmasi barədə qərar qəbul etmişdir. Halbuki müharibə başlanandan Rusiyanın Qərbə nəql etdiyi qazın müqabilində gəlirləri 35 milyard olmuşdur: “Rusiya banklarını Ümumdünya maliyyə şəbəkəsindən təcrid etməklə bağlı Qərbin hədə qorxusu işləmədi. Dunyanin 2-ci iqtisadi gücü olan Çin, nəhəng Hindistan, Türkiyə , İran, bütün islam dövlətləri, antiamerikanizm mövqelərində duran Latin Amerikası dövlətləri, Afrika, xüsusilə CAR Rusiyaya qarşı sanksiyalara qoşulmadılar, nəticə etibari ilə rus rublunun məzənnəsinin aşağı duşməsinin qarşısı alındı, o qısa zamanda möhkəmləndi, Rusiya hökumətinin və Mərkəzi Bankının bununla əlaqədar gördüyü tədbirlər də az rol oynamadı. Müharibə nəticəsində Rusiyada Qərb şirkətləri ilə bağlı bir sıra nəhəng konsernlər işlərini dayandırsalar da, Rusiya bazarını itirə biləcəkləri ilə bağlı qorxu onları bir müddət sonra düşünməyə məcbur etdi, zira biznesin öz maraqları var”.

E.Manafovun fikrincə, müharibə nəticəsində Ukraynanın iqtisadiyyatına artıq 600 milyard dollardan yuxarı ziyan dəyib, düzdür, Rusiya da müharibənin hər günü yarım milyard itirir, lakin iqtisadiyyat və infrastrukturu darmadağın olmuş Ukraynadan fərqli olaraq Rusiya iqtisadi baxımdan rentabellidir və əgər Rusiya məğlub olmayacaqsa Qərbdə ağıllı başlar anlamağa başlayiblar ki, aldığı kreditləri hətta uzun müddətə qaytara bilməyəcək Ukraynaya bu qədər pul ayırmağa dəyməzdi: “Ukraynanı militarizmləşdirmə yoluna çəkən Qərbin hərbi sənaye komplekslərinin, hərbi elitaların, xüsusilə Pentaqonun konyunktur maraqları da var əlbəttə, daha çox pul qazanmaq, istisna deyil ki, bir muddət sonra dünya yeni İran qeytslərin şahidi olacaq. Müharibə nəticəsində Ukraynanı tərk edən əhalinin sayi 13 milyona çatir, bu əhalinin 3/1 deməkdir, bunların isə təxminən 6 milyonu qaçqınları , Rusiyada isə ən yaxşı halda bu ölkənin miqrantlar bazarını təsir edib, xüsusən əmək bazarındakı məlum məhdudiyyətlərlə bağlı Orta Asiyadan gələnlərin bir hissəsi geri qayıdıb. 2014-cü ildə Donetsklə bağlı Rusiyaya qarşı aparilan hərbi əməliyyatlarda Ukrayna ordusu məğlub təsir bağışlamışdı , lakin bu ordunun yenidən təşkili və gücləndirilməsi ilə bağlı Ukraynaya edilən və həcmi təxminən 7 milyardlıq həddə çatan dəstəyin müqabilində (buraya yuzlərlə tanklar, helikopterlər, uzaq vuran toplar, HHM vasitələri, avtomobillər və s) bu ordu olsa, olsa bliç kriqin, yəni rusların ildirim surətli müharibə planın qarşısını ala bilib.

Bu gün ruslar Donetsk və Luqanskın 60 % nə nəzarət edirlər və bunu Zelinski özu etiraf edir. Digər tərəfdən Rusiya xüsusi təyinatlı əməliyyat keçirir, gerçəkdən müharibə aparılsaydı Ukrayna darmadağın olmuşdu, Ukrayna Silahli Quvvələri isə əhalidən canlı sədd kimi istifadə edərək partizan müharibəsi aparır. Müharibə nəticəsində Putinin ətrafinda siyasi istibleşmintində parçalanmanın başlanacagi ilə bagli umidlər də özunu dogrultması, Putini Stalinlə müqayisə etmək müəyyən mənada düzgün olmasa da hələlik onun komandasında çat baş verməyib, nəhayət Qərbdəki analitik institutlar Rusiyaya qarşı aparılan müharibələrdə adətən təcavüzkarın məğlubiyyətinə gətirib çixaran daha bir vacib amili - rus xalqının mübariz ruhunu, onun dövlətçiliyin sınaq qarşısında olduğu dövrlərdə rəhbər və pravoslavizmin ideya prinsipləri ətrafında birləşmək bacarığını nəzərə almalıydılar”.
Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİRespublikanın bəzi şəhər və rayonlarında torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Nazim Səfərov, Ucar ərazi şöbəsinin rəisi Amil Aslanov, Qazax rayonu Daşsalahlı bələdiyyəsinin sədri Asif Yusifov, Şəki rayon Qoxmuq bələdiyyəsinin sədri Etibar Eyvazov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevin daha əvvəl iş üzrə cəlb edilmiş təqsirləndirilən şəxslərlə birlikdə cinayətkar fəaliyyətdə iştirak etmələri müəyyən edilib.

Belə ki, qeyd edilən şəxslərin 2020-2022-ci illər ərzində Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı toplanmış sübutlarla yuxarıda adları qeyd edilən şəxslərə (cəmi 10 təqsirləndirilən şəxsə) Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 312.1 (rüşvət vermə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbs, ev dustaqlığı və digər qətimkan tədbirləri seçilib.

Hazırda qanunsuz əməllərə yol vermiş digər vəzifəli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq davam edir.
Qarabağda ölən 86 erməni hərbçinin cəsədi hələ də morqdadırİkinci Qarabağ müharibəsində ölmüş 86 erməni hərbçinin cəsədi hələ də Ermənistandakı Metsamor və Heratsi morqlarlarında saxlanılır.

Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Bildirilir ki, yaxınları cəsədlərin onların övladları olduqlarını qəbul etmək istəmirlər.

“Müharibədən təxminən 2 il keçməsinə baxmayaraq, övladlarını itirən bəzi valideynlər onların sağ olduğuna inanır, ümidlərini itirmirlər”, - deyə qəzet yazır.

Qeyd edilir ki, Ermənistanda bəzi valideynlər ölkədə həyata keçirlən DNT testinə etibar etmirlər. Bu səbəbdən də bəziləri öz vəsaitləri hesabına xaricdə DNT testini təşkil etdiriblər. Nəticədə 1 il əvvəl morqlarda saxlanılan 100 cəsəd sayı 86-ya enib.
Fəhlə iş yoldaşını yumruqla vurub öldürdüİyunun 8-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova Masallı rayonu ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Masallı rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirib, nəticədə o, almış olduğu xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.