Rus generalları Ukraynada buna görə ölür - EkspertRusiyanın yüksək rütbəli hərbi rəhbərləri əslində kiçik zabitlərə etibar etmirlər. Buna görə generallar tez-tez qoşunları və taktiki səviyyəli bölmələri nəzarətə götürərək Ukrayna əsgərləri üçün prioritet hədəfə çevrilirlər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.

"Bir tərəfdən Rusiya generallarında kiçik rütbəli zabitlərə etimadsızlıq var. Digər tərəfdən də kiçik zabitlərdə döyüş üçün təşəbbüs yoxdur. Buna görə də yüksək rütbəli rus hərbi rəhbərləri döyüşə birbaşa nəzarət edirlər. Təbii ki, ukraynalı snayperlər üçün onlar prioritet hədəfdir”, - o bildirib.

Seleznyov qeyd edib ki, yüksək rütbəli zabitin aradan qaldırılması faktiki olaraq Rusiya ordusunun hissələrinin başsız qoyur, hücumun sürətini və intensivliyini ləngidir.
Ətir vuran kişilərdə cinsi zəiflik və sonsuzluq yaranır -AlimlərƏtirdən istifadə kişilərdə sonsuzluq yaradır.

Avrasiya.net medicina.az-a istinadən bildirir ki, bu barədə ginekoloq və süni mayalanma mütəxəssisi Hakan Çoksüer bildirib. Onun sözlərinə görə, ətirlərin tərkibində çox sayda kimyəvi maddə var və bu da kişilərdə sperma sayını azaldaraq sonzuluğa gətirib çıxarır.

Kimyəvi maddələrin həm dəri, həm də tənəffüs yolu ilə orqanizmə daxil ola biləcəyini bildirən həkim, bunun kişilərdəki testesteron hormonlarının keyfiyyətinə də mənfi təsir etdiyini qeyd edib.

Ətirlərin bəzi dərilərdə allergiya da yaratması mümkündür. Çoksüer, ətrin qoxu baxımından effektli təsirə malik olduğunu desə də, yanlış istifadə zamanı insan həyatı üçün çox riskli olduğunu bildirib:

"Ətir dəri ilə təmas etməməlidir. İnsanlar tərli olan zaman deyil, təmiz olan zaman bundan istifadə etməlidir. Çox istifadə edildikdə həmin gün duş qəbul etmək vacibdir. Ətri uzaqdan sıxmaq daha məsləhətdir. Maksimum orijinal ətirlər alınmalıdır".
Litvadan Ukraynaya növbəti hərbi yardım karvanı yola düşübLitvadan Ukraynaya növbəti hərbi yardım karvanı yola düşüb.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib.

O, bildirib ki, 20 hərbi maşın artıq Ukraynadadır. Daha 20 ədəd M113 zirehli texnikası isə yaxın günlərdə çatdırılacaq.

Qeyd edək ki, müharibə başlayandan Litva Ukrayna ordusuna çoxlu sayda pulemyot, tapança, dəbilqə və zirehli gödəkçələr təhvil verib.

Litva Rusiyadan elektrik enerjisini idxal etməkdən də imtina edib. Ötən ay “Nord Pool” elektrik birjasının operatorunun qərarına əsasən, “İnter RAO” tərəfindən həyata keçirilən Rusiyada istehsal olunan elektrik enerjisinin ticarəti dayandırılıb.
ABŞ və Avstraliyanın baş diplomatları Ukraynadakı vəziyyəti müzakirə edibABŞ dövlət katibi Antoni Blinkenlə Avstraliyanın xarici işlər naziri Penni Vonq arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays yaydığı yazılı bəyanatda deyilir.

Tərəflər İndoneziyada keçirilən G20 ("Böyük İyirmilik") nazirlərinin görüşlərini, həmçinin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tədbirləri müzakirə edib.

“Dövlət katibi Blinken və xarici işlər naziri Vonq Rusiyanın Ukraynaya qarşı əsassız və ədalətsiz müharibəsinə görə birgə səyləri müzakirə ediblər”, - diplomat bildirib.

Qeyd edək ki, mayın sonunda Avstraliya Ukraynaya 14 ədəd M113 tırtıllı zirehli personal daşıyıcısı və 20 ədəd “Bushmaster” zirehli texnikası tədarük edib.
Göygöldə polis maşını qəzaya düşdü: yaralı varGöygöldə yol nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net-in Unikal.org-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Qubat Qasımov idarə etdiyi "Xəzər" (KHAZAR) markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki polis mayoru Qubat Qasimov Gəncə şəhər Baş Polis idarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşıdır. O, xidməti avtomobili ilə qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.
Rusiya 210 meyit qaytardıMariupol müdafiəçilərindən 210-nun meyiti Ukraynaya təhvil verilib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, onlardan çoxu “Azovstal”ın əfsanəvi qəhrəmanıdır.

Rusiyada əsirlikdə olan ukraynalı hərbçilərin qaytarılması istiqamətində iş aparıldığı da vurğulanıb.

Qeyd edək ki, meyitlərin dəyişdirilməsi barədə 4 iyunda razılıq əldə edilmişdi və ötən gündən meyitlərin qaytarılmasına başlanılmışdı.
"Şərq" qrupu bir gündə 56 rus hərbçisini məhv etdiUkraynanın “Şərq” qruplaşması sutka ərzində 56 rusiyalı hərbçini məhv edib.

Bu barədə Ukraynanın “Şərq” operativ-taktiki qruplaşması məlumat yayıb.

“Hərbçilərimiz düşmənin müşahidə məntəqəsi və iki sursat anbarını məhv edib. Düşmən 56 əsgərini, 1 minaatan, 12 ATT, 1 sistern və 1 xüsusi texnikasını itirib”, - deyə bildirilib.
"Taliban" təlim üçün Hindistana əfqan əsgərlərini göndərməyə hazırdır - Molla Yaqub"Taliban" hərəkatının qurucusu Molla Ömərin oğlu, Əfqanıstanın müdafiə naziri Molla Yaqub bildirib ki, Əfqanıstan-Hindistan münasibətləri möhkəmlənəcək və bunun üçün zəmin yaranacaq.

Molla Yaqub Hindistanın "News 18" telekanalına eksklüziv müsahibəsində "Taliban"ın öz ordu zabitlərini hərbi təlim üçün Hindistana göndərməyə hazır olub-olmayacağı sualına cavab verərkən deyib ki, onlar bununla bağlı heç bir problem görmür.

Əfqanıstandakı mövcud rejimin Hindistanla yaxın müdafiə əlaqələri qurmaq istəyib-istəmədiyini soruşduqda, müdafiə naziri ilk növbədə Hindistan da daxil olmaqla bütün ölkələrlə güclü diplomatik əlaqələr qurmaq istədiklərini söyləyib: "Nə vaxt ki, biz bir yerdə səmimi siyasi və diplomatik əlaqələrə malik olsaq, yalnız o zaman müdafiə münasibətlərinə hazır olarıq. Nə bununla bağlı problem olacaq, nə də biz bununla bağlı problem görmürük”.

Molla Yaqub ölkənin digər ölkələrlə əlaqələrindən danışaraq, Hindistan başda olmaqla, bütün dünya ölkələri ilə, o cümlədən qonşu dövlətlərlə səmimi münasibətlər arzuladıqlarını bildirib.