BƏƏ-nin Bakıdakı səfirliyində görüş keçiribİyunun 7-də Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakıdakı dini qurumlarla birgə əməkdaşlıq çərçivəsində dialoq və inkişaf naminə mədəni müxtəlifliyə həsr olunmuş onlayn görüş keçirmişdir.
Əlahəzrət səfir Mohammed AlBlooshi qonaqları salamlayaraq qeyd etdi ki, mədəni müxtəliflik inkişafın hərəkətverici qüvvəsidir. O, bəşəriyyətin müxtəlif dəyərlərini və birlikdə harmoniyada yaşamağı əhatə edir.

Bu gün Birləşmiş Ərəb Əmirliklərində 200-dən çox millətin birgə yaşadığını və hər bir əsas dinin etiqad edildiyini vurğulayan cənab səfir BƏƏ-dəki “İbrahim Ailəsi Evi” layihəsi haqqında geniş məlumat verdi:
“Bu Kompleks BƏƏ-nin paytaxtı Əbu-Dabinin mədəni mərkəzində, xüsusən də Saadiyat adasında yerləşir. “İbrahim Ailəsi Evi” öyrənmək, dialoq və ibadət üçün bir məkandır - hamı üçün açıqdır, BƏƏ-nin bütün bəşəriyyəti salamlayaraq tolerantlığa və qonaqpərvərliyə inamının əsl təzahürüdür.
Bu unikal memarlıq modeli eyni məkanda kilsə, məscid, sinaqoqu əhatə edir”.

Səfir Mohammed AlBlooshi qeyd edib ki, Kompleksə, həmçinin, sərgilər, proqramlar və konfranslar üçün məkan da daxildir.

"Bu layihə qlobal və regional sabitliyə dəstək olmaq, sülh və mədəniyyətlərarası təhsili təşviq etmək məqsədi daşıyır," deyə o, əlavə etdi.
“Azərbaycan da həmçinin tolerantlıq və multikulturalizm ilə mədəni müxtəlifliyin evidir. Eləcə də, mən BƏƏ-nin azərbaycanlıların ən çox ziyarət etdiyi yerlərdən biri olduğunu bilməkdən məmnunluq duyuram. Beləliklə, ümid edirəm ki, azərbaycanlı ziyarətçilər tezliklə İbrahim Ailəsi Evinin hüzuru və gözəlliyindən zövq ala biləcəklər”, - deyə o vurğulayıb.

Görüş möhtərəm qonaqların çıxışları ilə davam etdi: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici əlaqələr üzrə müavini Rəşad Əliyarlı, Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti, yepiskop, ata Vladimir Fekete, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı və Azərbaycan Yeparxiyasının Yeparxiya şurasının katibi protoiyerey Mefodiy Əfəndiyev.
Ağdamda 35 yaşlı kişi itkin düşübAğdamda 35 yaşlı kişi itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə iyunun 6-da rayonun Ayaq Qərvənd qəsəbəsində qeydə alınıb.

Belə ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən, 1987-ci il təvəllüdlü Ələkbərov Eldar Ədalət oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun itkin düşməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Faktla bağlı araşdırma aparılır.
Pakistanda avtobus dərəyə aşdı: 18 ölüPakistanın Bəlucistan əyalətində sərnişin avtobusu dərəyə aşıb.

Qəza nəticəsində aralarında qadın və uşaqların da olduğu 18 nəfər həyatını itirib, xeyli sayda yaralı var.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini, lakin qayalıq səbəbindən işin çətinliklə irəlilədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.
Ermənistanda atışma: 1 ölü, 1 yaralıErmənistanın Lori vilayətində atışma və bıçaqlanma hadisəsi baş verib.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, gecə saatlarında 28 yaşlı Smbat Davoyan adlı şəxs güllə yarası ilə xəstəxanaya çatdırılıb. Onun ardınca 25 yaşlı Boris Vanyan adlı şəxs də aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, dünən saat 23:30 radələrində Vanyanla Davoyan arasında mübahisə baş verib. Vanyan Davoyana odlu silahdan 3 dəfə atəş açıb, Davoyan isə ona bıçaq zərbəsi endirib.

Davoyan aldığı yaralardan bu gün ölüb.
Bakıda qardaş qardaşı bıçaqladıBakıda qardaş qardaşı bıçaqlayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə iyunun 6-sı saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Kamil Səfərov onunla eyni mənzildə yaşayan qardaşı, 1988-ci il təvəllüdlü Emil Səfərovla mübahisə edib. Nəticədə K.Səfərov kiçik qardaşına bıçaqla xəsarət yetirib.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Azərbaycan İrana başsağlığı verdiAzərbaycan Xarici İşlər Nazirliyi baş verən qatar qəzası ilə bağlı İrana başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in Tvitter səhifəsində qeyd olunub.

“İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”, - paylaşımda vurğulanıb.
Kişi arvadının başına vura-vura öldürdüXızı rayonunda qətl törədilib.

“Kriminalqafqaz”ın məlumatına görə, bir neçə gün əvvəl rayonun Yeni Yaşma qəsəbəsində 1963-cü il təvəllüdlü Əbülfət Əliyev həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya baş nahiyəsindən küt alətlə dəfələrlə ağır zərbələr endirib.

Qadın Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və B.Mustafayeva ötən gün vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, arvadını qətlə yetirən şəxs ruhi-əsəb xəstəsidir. O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və orada müalicə alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Əli Həsənova bağlılığı olan daha dörd şirkət ləğv olunur - SİYAHIPrezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər bağlanır.

Yeniavaz.com İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “ATOM QİDA” MMC (VÖEN -1701554201) və “DULCE Nutrition” MMC (VÖEN -–702132271), həmçinin Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanında qeydiyyatda olan “Beynəlxalq Mətbuat Mərkəzi” MMC (VÖEN -–2003103531) ilə Xətai̇ rayonu, Seyi̇d Əzi̇m Şi̇rvani̇ küçəsi, ev 5A, mənzil 165 ünvanında qeydiyyatda olan “CASPİAN BEVERAGE COMPANY” MMC (VÖEN -–2005832511) ləğv olunduqlarını açıqlayıblar.

Məlumat üçün bildirək ki, daha əvvəl “ATOM QİDA” MMC-yə Əli Həsənovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib. Hazırda “ATOM QİDA” MMC, “DULCE Nutrition” və “CASPİAN BEVERAGE COMPANY” MMC-yə Əvəzov Anar Xudayət oğlu rəhbərlik edir. “Beynəlxalq Mətbuat Mərkəzi” MMC-yə isə Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Vəliyev Azər Kalam oğlu rəhbərlik edir.

Onu da qeyd edək ki, ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK, həmçinin Mətbuat prospekti ev 25, mənzil 38 ünvanında yerləşən “Kaspi Food” MMC ləğv olunduğunu elan edib. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Azər Vəliyev rəhbərlik edib.
Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edildiMüdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.

Lent.az-ın məlumatına görə, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir.

O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub.

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.