Ukrayna Baş Qərargahı: "İki istiqamətdə Rusiyanın 10 hücumunun qarşısı alınıb"“Rusiya Donetsk istiqamətindən artilleriya atəşi açmaqla yanaşı, aviazərbələr də endirib”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.

“Belarus ərazisindən Volınsk və Polessk istiqamətində raket və aviasiya zərbəsi təhlükəsi qalmaqdadır. Belarus Silahlı Qüvvələri cənub əməliyyat komandanlığı hərbçilərin sayını 80 minədək artırırmağı planlaşdırır”, - məlumatda qeyd olunub. İnformasiyaya əsasən, son sutkada Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətlərindən Rusiya qoşunlarının 10 hücumunun qarşısını alaraq bir tankını, 3 artilleriya sistemini, 2 zirehli döyüş maşınını, bir avtomobilini və 2 sursat anbarını məhv edib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri qarşı tərəfin “Orlan” tipli 2 PUA-sını sıradan çıxarıb.

Baş Qərargah bildirib ki, qarşı tərəfin Donetsk vilayətində açdığı atəş nəticəsində 4 dinc sakin ölüb, 7-si yaralanıb.
Nazir iş otağında güllələnibDominikanın ətraf mühit naziri Orlando Xorxe Meru tanışı tərəfindən güllələnib.

Bu barədə ölkə prezidentinin mətbuat katibi Homero Fiqeroa məlumat verib.

Onun sözlərinə görə, nazirə atəş açan Miqel Krus adlı şəxs polis nəzarətinə götürülüb. Nazirin iş otağında güllələndiyi bildirilib.

Cinayətin motivləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Homero Fiqeroa dövlət başçısı adından mərhumun ailəsinə başsağlığı verib.

Ağ Ev Ukraynaya sürətli silah tədarükü vəd edibABŞ hakimiyyəti Rusiyanın “döyüşlərdəki kiçik uğurları” fonunda Kiyevə hərbi yardımı davam etdirəcək. Ağ Ev yeni silahların Ukraynaya mümkün qədər tez gəlməsi üçün əlindən gələni edir.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunları Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

O, qeyd edib ki, ABŞ hakimiyyəti Ukraynaya silahları yalnız öz ərazisini müdafiə etmək üçün verir.

"Rusiya Ukraynanın müəyyən ərazilərində az irəliləyiş və məhdud uğurlar qazanmaqda davam edir. Bu səbəbdən biz silah və texnikanı mümkün qədər tez çatdırmağa davam edirik. Ukraynalılar öz demokratiyaları üçün mübarizə aparırlar", - Jan-Pyer bildirib.

Ağ Ev rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlar "ukraynalıların güclü mövqedə olması və özlərini müdafiə edə bilmələri üçün mümkün olan hər şeyi etmək niyyətindədir ki, danışıqlar aparmaq imkanı olsa, bunu güc mövqeyindən edə bilsinlər".
Rusiyanı məğlub etmək istəyirsizsə, 60 ədəd verin!Rusiya ilə müharibədə qalib gəlmək üçün Ukraynaya Böyük Britaniya və ABŞ-ın vəd etdiyi qədər deyil, ən azı 60 reaktiv raket sistemi lazımdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç çıxış edib.

“Bu sistemlərdən 60-nı alsaq, o zaman rus qoşunları dayandırılacaq və irəli gedə bilməyəcək. 40 olarsa, ağır itkilər verərək yavaşlayacaqlar. 20 olarsa, indikindən daha çox itki ilə hücuma davam edəcəklər”, - Arestoviç vurğulayıb.
Bərdəyə yeni polis rəisi təyin edildiBərdə Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov vəzifəsindən azad olunaraq, Bərdə Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, V.Eyvazovun əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik-leytenant Knyaz Həsənov vəzifəsindən azad edilərək Ağcəbədi Rayon Polis Şöbəsinə rəis təyin olunub.
İran səfirini geri çağırdı, Küveytdə hind malları yığışdırılırKüveytdə bir supermarket Hindistan istehsalı olan məhsulların satışını dayandırıb.

Avrasiya.net xəbər verir ki, buna səbəb Hindistanın hakim partiyasının sözçüsünün Məhəmməd Peyğəmbər barəsində nəlayiq ifadələr işlətməsi olub.

Supermarketdə düyü torbaları, ədviyyatlar və çili bibərləri olan rəflər polietilenlə örtülüb. Lövhələrdə isə ərəbcə “Hindistan mallarını yığışdırdıq” deyə yazılıb.

Qeyd edək ki, Hindistanın hakim “Bxaratiya Canata” partiyasının sözçüsünün islam peyğəmbərinin ünvanına təhqiramiz ifadələr işlətməsi müsəlman ölkələrində ciddi etirazlarla qarşılanıb.

Qətər və Küveyt Hindistan rəsmilərindən üzr istəməyi tələb edib, İran Hindistandakı səfirini geri çağıran ölkələrdən olub.

Səudiyyə Ərəbistanında yerləşən Ümumdünya Müsəlman Liqası isə bu təhqirin cavabsız qalmayacağını bildirib.

Modinin partiyası sözçünü artıq vəzifəsindən kənarlaşdırıb.