Əli Həsənova məxsus şirkət ləğv edilirBeynəlxalq Mətbuat Mərkəzi MMC ləğv olunur.

Avrasiya.net Ölkə.az-a istinadən xəbər verir ki, şirkət bununla bağlı elan verib.

Elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına (Poçt indeksi 1054) bildirməli olduğu qeyd olunub.

Beynəlxalq Mətbuat Mərkəzi MMC (BMM) 10.09.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Azər Kalam oğludur.

Qeyd edək ki, mətbuatda A.Vəliyevin Əli Həsənova məxsus biznes şəbəkələrini idarə etdiyi deyilir. BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada BMM-dən başqa “Kaspi” qəzeti, “Azərbaycan müəllimi”, “Kaspi Art” və s. kimi təşkilatlar fəaliyyət göstərib.
Nəsir Əhmədli vəfat etdiBakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Azərbaycanın əməkdar jurnalisti Nəsir Əhmədli vəfat edib.

Avrasiya.net xəbər verir ki, N.Əhmədli 80 yaşında dünyasını dəyişib.
Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölübBakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb.

32 yaşlı Nanə Quliyeva (ad, soyadı şərti) müalicə aldığı Respublika Yanıq Mərkəzində vəfat edib.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-i saat 00:30-da Mərkəzə yerləşdirilən yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həmin gün saat 14:40-da dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə iyunun 5-də gecə saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.

Belə ki, N.Quliyeva tanışının polis əməkdaşları tərəfindən saxlanılmasına görə, üzərinə benzin tökərək özünü yandırıb. Polislərin müdaxiləsindən sonra alovu söndürülmüş və qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Papanın səhhəti pisləşib - İstefa verəcəkSon bir neçə gün ərzində Vatikan dairələrində Papanın istefaya getməyə hazırlaşdığı barədə şayiələr yayılıb.

Bu söz-söhbət 85 yaşlı Papa Fransiskin səhhətindən qaynaqlanır.

Keçən yay yoğun bağırsağından əməliyyat olunan Papa Fransisk dizindəki problemlə əlaqədar son həftələrdə əlil arabasından istifadə edir.

İddialara görə, Papanın avqust ayında istefası gözlənilir.

Qeyd edək ki, Fransisk 2013-cü ildən Roma Papasıdır.
Ukrayna bu şəhərin bir hissəsini geri aldıUkrayna Severodonetskin bir hissəsini geri aldı, lakin Rusiya şəhərin şimal və cənubla əlaqəsini kəsməyə çalışır. Şərq rayonlarının işğalı isə davam edir.

Bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyanın əsas planı Severodonetskin həm şimal, həm də cənubla əlaqəsini kəsilməsidir. Rusiya regionun cənub istiqamətində uğur qazanıb. İzyum yaxınlığının güclü atəşə tutulması ilə bağlı xəbərlər Rusiyanın şimal istiqamətində yeni hücumlara hazırlaşdığını göstərir. Rusiya taktiki nailiyyətləri əməliyyat səviyyəsində uğura çevirmək üçün bu istiqamətlərdən ən azı birində irəliləyiş əldə etməlidir. Kreml öz siyasi məqsədinə doğru irəliləmək isə bütün Donetsk vilayətinə nəzarət etmək istəyir”, - məlumatda deyilir.

Ukrayna ordusu hələ də bu rus qırıcısını vura bilmirRusiyada beşinci nəslə aid Su-57 hələ də Ukrayna ordusunun vurmadığı yeni qırıcıların yeganə nümunəsi olaraq qalır. Müxtəlif çoxfunksiyalı Su-30-lar, Su-34 və hətta Su-35 ukraynalı əsgərlər tərəfindən məhv edilib.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

“Rusiyanın Su-57 qırıcısı 2001-ci ildən yaradılıb və kütləvi istehsal yalnız 18 ildən sonra başlayıb. İstehsal o qədər “sürətlə” gedir ki, cəmi üç təyyarə xidmətdədir”, - məlumatda deyilir.
Bakıda “Lənd Rover”lə “Kamaz” toqquşdu: ölən varBakıda “Lənd Rover”lə “Kamaz” toqquşub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə iyunun 6-sı saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini Vahid Eyvazovun idarə etdiyi “Lənd Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “Kamaz” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən V.Eyvazov ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Abramoviçin iki təyyarəsinə həbs qoyulduNyu-York məhkəməsi rusiyalı milyarder Roman Abramoviçin əmlakına həbs qoyub.

Qərar iş adamına məxsus iki təyyarəyə şamil edilib. Bunlar “Boeing 787-8 Dreamliner” və “Gulfstream G650ER” təyyarələridir.

Məhkəmə sənədlərinə görə, “Boeing” Dubayda, “Gulfstream” isə Rusiyadadır.
Azərbaycanda daha bir rayonda erkən nikaha cəhd - Polis hərəkətə keçdiAzərbaycanda regionlardan birində daha bir erkən nikaha cəhd qeydə alınıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb:

“Bu dəfə, deyilənə görə, keçirilməsinə “xeyir-dua”nı polis verib. Düzü, buna inanmıram. Amma hər ehtimala qarşı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləyək”.

Əldə etdiyimiz məlumata görə, iyunun 8-də baş tutacaq toy Sabirabad rayonu Qəzli kəndində olacaq. Bu artıq həmin kənddə ikinci erkən cəhddir.

K.Ağazadə Oxu.Az-a açıqlamasında məkanı təsdiq etməsə də, ehtimal verdiyini deyir:

“Əgər, doğrudan da, söhbətin eyni rayon və kənddən getdiyi təsdiqlənərsə, həmin rayonda aidiyyəti üzrə icra hakimiyyətində yaradılan komissiyanın üzvləri tam heyəti ilə dəyişdirilməlidir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, araşdırma aparılır.


Novxanıda istirahət mərkəzində iki nəfər bıçaqlandıNovxanıda istirahət mərkəzində iki nəfər bıçaqlanıb.

Bu barədə Avrasiya.net-ə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 6-ı saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı orada istirahətə gəlmiş Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.