Millimiz bu gün Belarusiya ilə qarşılaşacaqAzərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Avrasiya.net-in məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gələcək.

Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Məhəmməd Əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.

Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

22:45. Belarus - Azərbaycan

Baş hakim: Məhəmməd Əl-Hakim

Serbiya. Novi Sad “Karadjordje”

Qeyd edək ki, Azərbaycan yığması I turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.
Bakıda restoranda kütləvi dava olub? – DİN-dən açıqlamaSosial şəbəkələrdə Bakıda yerləşən “Qəbələ” restoranında kütləvi dava olması və guya polislərin bıçaq xəsarəti alması barədə yayılan iddiaların heç bir əsası yoxdur.

Bu sözləri açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, sosial şəbəkədə yayılan iddia dərhal yoxlanılıb:

“İddialar təsdiqlənməyib. "Qəbələ" restoranında kütləvi dava olmayıb. Sosial şəbəkə istifadəçilərinə bu kimi yalan xəbərlərin yayılmasının məsuliyyət yaratdığını bir daha xatırladırıq”.
ABŞ-da atışma: polis əhaliyə müraciət etdiABŞ-ın Çattanuqa şəhərində yerləşən barlardan birinin yaxınlığında silahlı insident baş verib.

İnsident nətcəsində 3 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb.

Xəsarət alanların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, bir neçə atəş açan şəxs olub. Polis hələ heç kimi həbs etməyib və yerli sakinlərdən cinayətkarların tapılmasına köməklik etməyi xahiş edir.
Rusiya nazirliyinin saytı dağıdıldı: hakerlər pul istəyirRusiyanın Tikinti Nazirliyinin saytına haker hücumu olub.

Saytın bazasını ələ keçirən "Dumpforums.com” haker komandası 0,5 BTS kriptoödəniş tələb ediblər, əks halda istifadəçi məlumatlarını yayacaqları ilə hədələyiblər.

Tikinti Nazirliyi isə istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizlikdə olduğunu və qorunduğunu bildirib.

Hazırda sayta giriş bloklanıb.