İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıbİranın Nətənz nüvə müəssisəsində işləyən gənc alim Kamran Mollapur ölüb.

“Report” “Radio Fərda”ya istinadən xəbər verir ki, bu barədə “Ediot Ahronut” nəşri məlumat yayıb.

Bildirilib ki, Kamran Mollapur İranın Xuzistan əyalətinin İzeh şəhərində anadan olub. O, nüvə elmləri üzrə doktor dərəcəsi alıb. Gənc nüvə aliminin İsfahan əyalətinin Nətənz şəhərindəki nüvə obyektində şübhəli şəkildə öldüyü bildirilib.

Məlumata görə, onun ölümü nüvə alimi Əyyub İntizari və İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun zabitlərindən Əli İsmayılzadənin ölümü ilə eyni vaxtda, iyunun 29-da baş verib. Hadisə ilə bağlı məlumat da bu günlərdə yayılmağa başlayıb.

İnformasiyaya əsasən, İran hakimiyyəti Nətənzdəki hadisələrlə bağlı İsraili ittiham edir.

Qeyd edək ki, iki həftə əvvəl Tehran əyalətinin Pərçin bölgəsindəki nüvə obyektinə PUA ilə zərbənin endirildiyinə dair xəbər yayılmışdı. Həmin hadisə nəticəsində gənc mühəndis Ehsanb Hadibeygi ölüb, İranın daha bir hərbçisi yaralanmışdı. Ehsan Hadibeygi kimi Əyyub İntizari də Tehranın Şərif adına Texnologiya Universitetinin məzunudur.

Yəzd əyalətinin məhkəmə orqanı İntizarinin ölüm faktının araşdırılacağını bildirib. Qurum Əyyub İntizarinin sənaye şirkətində sıravi əməkdaşı olduğunu da qeyd edib.

İsrailin təhlükəsizlik məsələləri üzrə əməkdaşları “The New York Times”a bildiriblər ki, Əli İsmayılzadənin ölümü ilə bağlı ölkələri məsuliyyət daşımır.
Polis zabiti toyda məhkəmə katibini DÖYDÜİyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində insident baş verib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə gecə saat 22 radələrində rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.

Yaşar Cəbiyev baş vermiş hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.
Uşaqlara işgəncə verilən “Sevgi evi” BAĞLANDIBakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” Qadın və Uşaq sığınacağı müvəqqəti olaraq bağlanıb.

Qalmaqalı olayla gündəmə gələn sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

“Uşaqların hər biri valideynlərinə təhvil verilib, araşdırma gedir. Araşdırma bitdikdən sonra 1 həftə ərzində azyaşlıların sığınacağa qaytarılması nəzərdə tutulur”, - sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov deyib.

Onun sözlərinə görə, sığınacaqda uşaqların saçlarının kəsilərək, spirt tökülməsi iddiaları yanlışdır və deyilənlər öz təsdiqini tapmayıb.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin baş verdiyi “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır.
Nazirlik 400  tələbəyə kredit verməkdən İMTİNA ETDİTəhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin son statistikası açıqlanıb.

Təhsil Tələbə Kredit Fondundan erilən məlumata görə, bu günə qədər 4 919 tələbə kredit üçün müraciət edib.

Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib.

Ümumilikdə isə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-ü sosial, 2 114-ü isə standart kredit olub.
"Heç bir məmur qazilərin müraciətinə laqeyd yanaşmamalıdır"Qazilərə diqqət və qayğı həmişə ən yüksək səviyyədə olmalıdır. Çünki onlar əziz şəhidlərimizlə birlikdə 44 günlük Vətən Müharibəsində tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüzü təmin ediblər.

Vətənin bütövlüyü müqəddəs məsələdir. Qazilərimiz də bütövlüyümüzün rəmzinə çevriliblər. Təsadüfi deyil ki, Prezident və Ali Baş Komandan İlham Əliyev qaziləri özünün qardaşları adlandırır. Bu qazilərə münasibətin, sayğının ən yüksək təzahür formasıdır.

Sevindirici haldır ki, dövlət başçımız qazilərimizə bu qədər yüksək dəyər verir. Məmurlar da dövlət baçımızdan nümunə götürməlidirlər. Hər bir məmur qazilərə dövlət başçımızın yanaşdığı kimi səmimi yanaşmalı, onların qayğısına qalmalıdır.

Əlaqədar dövlət qurumlarında çalışan heç bir məmur qazilərin müraciətinə laqeyd yanaşmamalı, qazilərlə bağlı ədalətsiz qərarlar qəbul etməməlidir.

Məmurlar empatiya nümayiş etdirməli, özlərini qazilərin yerinə qoymalı, onların sağlamlıqlarına zərər vuran və psixoloji durumlarını daha da gərgin hala gətirən təhrikçi və kobud davranışlardan çəkinməlidirlər.

Məmur biganəliyinin və ya hissiyatsızlığının nəticəsində qazilər nazirliyin qapısını sındırmaq həddinə çatdırılmamalıdırlar. Onların hər bir problemi yerində, operativ və qüsursuz həll olunmalıdır.

Mən də qaziyəm, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, döyüşlərdə yaralanmışam. Ona görə də, qazilərimizin bəzilərinin postmüharibə dönəmində necə həssas olduqlarını, diqqət və qayğıya ehtiyac duyduqlarını çox yaxşı bilirəm.

Dövlət başçımız və sıravi vətəndaşlarımız bizə ərazi bütövlüyümüzü bəxş edən oğullarımızla qürur duyur. Məmurlar da Vətənimizin igid müdafiəçilərinə qarşı eyni münasibəti göstərməli və qazilərin qayğısına qalmağı özlərinin həm vəzifə, həm də insanlıq borcu hesab etməlidirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Vaqif Səmədoğlu medalı həyat yoldaşına təqdim edilibBu barədə Avrasiya.net-ə Vaqif Səmədoğlu Mərkəzinin təsisçisi, hüquqşünas Səməd Vəkilov məlumat verib. S.Vəkilov bildirib ki, Vaqif Səmədoğlu irsinin tədqiqi, mühafizəsi və təbliğindəki xidmətlərinə görə Mərkəzinin İdarə Heyətinin qərarı ilə Fəlsəfə elmləri doktoru, Nüşabə Babayeva-Vəkilova Vaqif Səmədoğlu medalı ilə təltif olunub.

Təqdimat bu gün Nüşabə B.Vəkilovanın Vaiqf Səmədoğluna həsr edilmiş “Sən mənim yuxumsan” adlı kitabı ilə bağlı LİBRAF kitab evində Parlaq İmzalar nəşriyatının Vaqif Səmədoğlu Mərkəzi ilə birgə təşkil etdiyi oxucularla görüş zamanı baş tutub.
“AzerGold” ilk dəfə qızıl mədənində rekultivasiya işlərinə başlayıb“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Ağyoxuş-1” qızıl mədənində rekultivasiya işlərinin icrasına başlanılıb.
Belə ki, istehsalat, əməliyyat, hasilat və fəaliyyətinin digər istiqamətlərində hər zaman ətraf mühitin mühafizəsi məsələlərini prioritet tutan QSC ilk istismarı tamamlanmış mədənində texniki və bioloji bərpa işlərinə başlamışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yataq üzrə təsdiqlənmiş rekultivasiya planının birinci mərhələsi çərçivəsində mədənin boş süxur anbarı ərazisində əvvəlcə texniki rekultivasiya işləri icra edilib, ərazinin münbit torpaq qatı bərpa edilib, yamacbərkitmə və səth axınlarının idarə olunması məqsədi ilə yamaclarda terraslar yaradılıb.

Daha sonra bioloji rekultivasiya işləri həyata keçirilərək ərazidə yaşıllaşdırma işlərinə başlanılıb. Layihə planının növbəti mərhələləri çərçivəsində isə mədəninin digər hissələrində hasilat zamanı pozulmuş torpaqların bərpası üzrə işlərin davam etdirilməsi nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, bu ölkənin dağ-mədən sahəsində istismari tamamlanmış qızıl mədəni ərazisi üzrə ilk rekultivasiya layihəsidir.

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində başlanılan rekultivasiya işləri çərçivəsində “AzerGold” QSC və Cəmiyyətin podratçı şirkətinin ümumilikdə 50 nəfərdən çox əməkdaşının iştirakı ilə sözügedən mədən ərazisində iməcilik aksiyası təşkil edilib. Münbit torpaq qatı bərpa edilən ərazidə 600 ədəd eldar şamı, 200 kiloqram yonca və 10 kiloqram qoz toxumu əkilib, ağac və bitki toxumlarına aqrotexniki qulluğun göstərilməsinə başlanılıb.

Qeyd edək ki, “AzerGold” QSC Korporativ Sosial Məsuliyyət siyasətinə uyğun olaraq hasilat işləri həyata keçirdiyi bölgələrdə yerli əhalinin hərtərəfli dəstəklənməsi üçün sosial-iqtisadi yönümlü tədbirlərlə yanaşı, ətraf mühitin mühafizəsi məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir.

Bugünədək Çovdar mədəninin 15 hektardan çox ərazisində yerli şəraitə uyğun 10 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb. Bundan əlavə, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədi ilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox toxum əkilib və aqrotexniki qaydalara uyğun olaraq daimi qulluqla təmin edilir.
BDU-nun tələbəsi bədbəxt hadisə nəticəsində öldüBakı Dövlət Universitetinin (BDU) 22 yaşlı tələbəsi bədbəxt hadisə nəticəsində vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, univeristetin Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının (Sabah qrupu) IV kurs tələbəsi Ata Şahin oğlu Əliyev traktorun aşması nəticəsində dünyasını dəyişib.

Hadisə İsmayıllı rayonunda qeydə alınıb.

***

Daxili İşlər Nazirliyi (DİN) Bakı Dövlət Universitetinin (BDU) 22 yaşlı tələbəsinin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisində 2000-ci il təvəllüdlü Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Ermənilər yük maşınımızın hərəkətinə maneə yaratdı - VideoÖtən gün Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında ermənilər Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaradıblar.

Axar.az xəbər verir ki, insidentə rus sülhməramlıları da müdaxilə edib.

Həmin görüntüləri təqdim edirik:


Gəncədə toyda dava: kişi, bacısı və yeznəsi bıçaqlandıGəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

O qeyd edib ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb:

“İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində iştirak edən zaman musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib, ona bıçaqla xəsarət yetirən zaman ona mane olmağa çalışan bacısı və onun həyat yoldaşına da müxtəlif xəsarət yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb”.