Ruslar Ukraynada 32 jurnalisti qətlə yetiribMüharibə başlayandan bəri rus hərbçiləri Ukraynada 32 jurnalisti öldürüblər.

Bunu Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko bildirib.

"Genişmiqyaslı müharibənin 4-cü ayıdır və biz 32 jurnalistimizi itirdik. Bu gün 7/24 rejimində işləyən bütün jurnalistlər, Siz qəhrəmansınız! Biz hibrid müharibə aparırıq və bu gün sizin rolunuz əvəzsizdir”, - Tkaçenko deyib.
Müəllimlərin biabırçı rəqsinin videosu yayıldı: Sinəsinə pul qoyulurXəbər verdiyimiz kimi millət vəkili Etibar Əliyev Zərifə xanım Əliyevanın adını daşıyan Liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol verildiyini bildirən bəyanatla çıxış edib.

Qısa müddət ərzində məsələ ictimailəşib və həmçinin hadisənin videosu sosial şəbəkələrdə paylaşılıb.

Bildirək ki, məktəb rəhbərliyinin təşkilatçılığı ilə paytaxt restoranlarının birində əyləncə təşkil edilib. Direktor Aynur Hüseynovanın da iştirak etdiyi məclisdə direktor müavini Nigar Axundova rəqs edən qadın müəllimələrdən birinin sinəsinə pul qoyub. Məclisdə iştirak edən digər iştirakçılar tərəfindən bu rəqs videoya çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

Həmin videoya heç bir şərh vermədən təqdim edirik:

yenisabah.az
Bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olubBir qrup Vətən müharibəsi qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qazilərlə görüşüb:

"İştirakçılar ölkədə şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində aparılan işlərdən razılıqlarını bildiriblər.

Qazilər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının geniş miqyaslı və çevik sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

44 günlük Vətən müharibəsinin qaziləri – Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov postmüharibə dövründə şəhid ailələri və qazilərin rifahının yaxşılaşdılması üçün ardıcıl şəkildə həyata keçirilən tədbirlərin bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğıdan xəbər verdiyini vurğulayıb.

Həmçinin qazilər Qurbanəli İslamov, Namiq Seyfəddinli, Nurlan Mazanov, Allahverən Nurəliyev, Mobil Əhmədzadə, Əvəz Banipaşa, Elvin Vəliyev, Vasif Məlikov, Elşən Lalayev, Məhəmmədli Baxışov və digərləri müharibədən sonra qazilərin mənzillə, avtomobillə, işlə, reabilitasiya xidmətləri ilə təminatı və s. istiqamətlərdə aparılan işlərdən razılıq ifadə ediblər.

Onlar həmçinin qazilər hələ müalicə olunarkən ziyarət edildiklərini və müalicə müddətindən dərhal sonra operativ şəkildə sənədləşmə aparılmaqla əlilliklərinin qiymətləndirilməsinin aparılmasının, Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş qazilərin son nəsil protezlərlə təmin olunmasının və s. təqdirəlayiq olduğunu qeyd ediblər.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı nazirliyin sosial dəstək paketinin hazırda da davam etdirildiyini bildirib.

Qeyd edib ki, bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 175 min xidmət göstərilib. Həmin şəxslərdən 93 min şəxsə proaktiv qaydada 103 min sosial ödəniş təyin olunub. Müalicə müddəti başa çatan qazilərdən artıq 3 min şəxsə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin edilib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra həmin müharibənin şəhidlərinin ailələrinin və qazilərinin də mənzillə təminatına başlanıb. Postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub. 1400 müharibə əlilinə 18 mindən çox reabilitasiya vasitəsi verilib. 5 min ailə sosial-psixoloji, 2500 qazimiz reabilitasiya xidmətləri ilə təmin edilib. Artıq 11 mindən çox qazini və şəhid ailəsini şəxs aktiv məşğulluq proqramlarına cəlb edib. Son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə avtomobil verilib.

Son illərdə şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də dəfələrlə artırdlığı vurğulanıb. 29 dekabr 2021-ci il tarixli sərəncamla "Müharibə veteranı" adı verilmiş veteranlara Prezidentin aylıq təqaüdünün təyinatı prosesi icra olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində də bir çox əməkdaşın Vətən müharibəsinin qaziləri olduğu, həmçinin əlilliyinin qiymətləndirlməsi sistemində də müharibədə iştirak etmiş həkim ekspertlərin çalışdığı qeyd edilib.

Şəhid ailələri və qazilərimizlə bağlı sosial dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb".
Prezident və xanımı “Şərq Bazarı”ndaBakıda “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib.

“Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub.

Bildirilib ki, bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir.

Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqca” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.

Qeyd edək ki, “Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir.

Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub. İlkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib.

Nadir memarlıq üslubuna görə, “Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əsaslı müayinədən sonra dərhal detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verilib.

Onu da qeyd edək ki, “Şərq Bazarı” ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilmişdir. Yenidən qurulan “Şərq Bazarı” kompleksi şəhərimizin gözəlliyinə gözəllik qatıb.


Gənc qız sevgilisinə görə özünü YANDIRDIBakıda gənc qız özünü Polis Şöbəsinin qarşısında yandırıb.

Avrasiya.net xəbər verir ki, hadisə ötən gecə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin qarşısında baş verib. 1990-cı il təvəllüdlü Ə.Əliyeva (şərti) gecə saat 00:10 radələrində bölmənin qarşısına gələrək üzərinə benzin töküb və alışqanla yandırıb. Qafqazinfo-nun məlumatına görə, polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər və Ə.Əliyeva təcili tibbi yardım maşını ilə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Ə.Əliyevanın qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Ə.Quliyev (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Bayıl qəsəbəsində Ə.Quliyev sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər. Burada Ə.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Bundan sonra sevgilisi bölmənin qarşısına gələrək özünü yandırıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
KKTC XİN-dən Kipr Rum Administrasiyasına ETİRAZQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi Kipr Rum Administrasiyası və İsrailin birgə həyata keçirdiyi hərbi təlimə etirazını bildirib.

Avrasiya.net xəbər verir ki, KKTC Xarici İşlər Nazirliyi bununla bağlı yazılı açıqlama yayıb.

“Bölgədə gərginliyin artması bahasına Kipr Rum Administrasiyası və İsrailin “Agapinor 2022” adlı hərbi manevrini qınayırıq”, açıqlamada deyilir.

Rum Administrasiyasının silahlanma və hərbi fəaliyyətlərini və digər birtərəfli hərəkətlərini gündən-günə artırdığı bildirilən açıqlamada, rum tərəfinin hərbi fəaliyyətinin iki xalq arasında etimadın yaradılmasında maraqlı olmadığını açıq şəkildə ortaya qoyduğu və bunun təsis edilməsi ilə bağlı açıqlamalarının ictimaiyyəti çaşdırmaqdan başqa məqsədi olmadığını qeyd edilib.

"İsrail və digər əlaqəli ölkələrin Kipr Rum tərəfi ilə qurduğu hərbi əlaqələr və təlimlər, rum tərəfinin bu fəaliyyətlərini dəstəkləməkdən başqa bir məna daşımır. Bu cür fəaliyyətlər sabitlik və sülh mühitinin yaranmasına mane olan amillərdir. Bölgədə sülh mühitinə ehtiyac var. Onların siyasətlərini dəstəkləməyi dayandırmalarını və rum tərəfini iki dövlətin suveren bərabərliyi əsasında həll yolu tapmağa təşviq etmələrini gözləyirik", - deyə açıqlamada bildirilib.

Kipr Rum Administrasiyasının KKTC-yə qarşı həyata keçirdiyi hərbi fəaliyyətlər, o cümlədən təlimlər qarant ölkə və Türkiyə və KKTC-nin hüquq və mənafelərinin fasiləsiz müdafiəsini tələb etdiyi qeyd edilərək, KKTC-nin bu mövzuda qərarlı olduğu vurğulanıb.

Qeyd edək ki, “Agapinor 2022” adlı hərbi manevr İsrail ordusu və Rum Kipr Milli Qvardiyası tərəfindən 29 May-2 İyun tarixləri arasında, əsasən yunan hissəsinin dominion ərazisində həyata keçirilib.
İyulda ardıcıl 4 gün iş olmayacaqAzərbaycanda gələn ayın qeyri-iş günləri açıqlanıb.

Avrasiya.net xəbər verir ki, 9, 10 iyul tarixlərində Qurban bayramı qeyd olunacaq.

Gələn ayın 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 9, 10, 11, 12 iyul 2022-ci il tarixləri qeyri-iş günü olacaq.
İdarə rəisi 102 min manat rüşvət alıbmış - RƏSMİMədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“Rusiya,Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş perspektivlər var”Səadət Qarayeva: “25-ci Beynəlxalq İqtisadi Forum çərçivəsində bu perspektivlərdən danışmaq daha maraqlıdır”

Tezliklə Sankt-Peterburq şəhərində 25-ci Beynəlxalq İqtisadi Forum öz işinə başlayacaq. Bu forum da ötən ildə olduğu kimi qlobal dəyişikliklərdən sonra baş tutan ilk böyük tədbir olacaqdır. Xatırladaq ki, 2021-ci ildəki forum COVID-19 pandemiyası fonunda ilk böyük iqtisadi tədbir olmuş və məhz həmin tədbirdə sözügedən pandemiyanın geri çəkilməsinə səbəb olan bir sıra mühüm qərarlar qəbul edilmişdir.
İndi dünya ictimaiyyəti yeni çağırışlarla üzləşmişdir və məhz qarşıdan gələn forumdan gözləntilər və proqnozlar barədə tanınmış ictimai xadim və iş adamı Səadət Qarayeva ilə söhbət etdik.

Səadət Qarayeva dedi ki, Forum kifayət qədər qlobal problemləri müəyyən və ya həll etmək üçün keçirilən tədbirdir: ”Qlobal sözünü xüsusi vurğulamaq istərdim. Yəni, forumda əldə olunmuş razılaşmalar iki və ya üç şirkət arasında sövdələşmə deyil, hər hansı bir problemin həllinə yönəlmiş böyük bir proqramın tərkib hissəsidir. 2022-ci il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu “Yeni dünya – yeni imkanlar” şüarı altında keçiriləcək və istisnasiz olaraq bütün iştirakçılar üçün əsas söz məhz imkanlar, daha sonra isə onların reallaşdırılması olacaqdır. Təkcə Rusiyadan 500 şirkətin, ümumilikdə isə dünyanın 90-dan çox ölkəsinin nümayəndələrinin forumda iştirakı gözlənilir”.

Səadət Qarayeva Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalarla da bağlı fikir bildirdi: ”İndi Rusiyanın hətta tam iqtisadi blokadanı belə prinsipcə sakinləri üçün agrısız keçirməsi üçün yetərincə möhkəmliyi və güc ehtiyatı var. Bəli, bir çox brendlər Rusiya bazarını tərk etdi, lakin heç bir qrup üzrə mal çatışmazlığı yaranmadı. Nəhayət, Rusiya Federasiyasında idxalın əvəzləməsi sistemi çoxdan fəaliyyət göstərir və bu öz bəhərisini verir. Bəli, qərb şirkətləri də müxtəlif yollarla qayıtmağa başladılar, onların itkilərinin böyük olduğu məlum oldu ki, bu da Rusiyanın dünya birliyinə inteqrasiyasının göstəricisidir.

Digər tərəfdən, Rusiyanın Avropa ölkələrinə güclü cavab təzyiq vasitəsi olan neft və qazı vardır. Artıq Aİ ölkələri problemləri yaşamağa başlayırlar. Rusiyanın enerji daşıyıcılarının payı itkiləri bir dəfədə əvəz etmək üçün çox böyükdür. Bu cəhdlər ilk növbədə aparıcı olkələr olan Böyük Britaniya, Fransa və Almaniyaya qarşı yönəlib. Lakin, onlar belə problemlərdən qaça bilmirlər. Bir sıra Aİ ölkələrində Ukraynadan olan müqəvvəti köçkünlərin təminatı ilə bağlı iqtisadi itkiləri də unutmaq olmaz. Qeyd olunan iki səbəbdən yaranmış narazılıqlar artmağa başlamışdır.

Obrazlı desək, hazırda Rusiya və Aİ iqtisadi dözümlük cəhətindən mövqe savaşına başlamışlar. Bundan əlavə, daha iki amili də unutmayaq: a) Meymun çiçəyi epidemiyası təhlükəsi. b) Ekspertlərin getdikcə daha çox danışdıqları qlobal ərzaq böhranı. Əgər COVID-19 ilə mübarizə təcrübəsi (o cümlədən 2021-ci il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda qəbul edilmiş qərarlar da daxil olmaqla) nəzərə alınaraq birinci problemin öhdəsindən qısa müddətdə gəlinə bilsə, hesab edirəm ki, ikinci problem 2022-ci il forumunda müzakirə ediləcək əsas məsələlərdən biri olacaqdır”.
O, indiki məqamda Rusiya, Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu dedi: “Çin dilində “böhran” heroqlifi “təhlükə” və “imkan” kimi tərcümə olunur və hazırda qarşılıqlı əməkdaşlıq üçün daha çox imkan vardır, nəinki təhlükə. Və bu imkanları reallaşdırmaq lazımdır, çünki bunun üçün ilkin şərtlər var, məsələn, bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” milli valyutada hesablaşmalar aparılmasına imkan verir.
Digər aspektlərdə də ölkələrimiz arasında yetərincə əhəmiyyətli qarşılıqlı faydalı əlaqələr mövcuddur.

Məsələn, kənd təsərrüfatı, energetika, turizm və digər istiqamətlərdə əməkdaşlıq mövcuddur və heç nəyə baxmayaraq daha da möhkəmlənməkdə davam edəcəkdir. Qarşıdan gələn forumda bu perspektivlərdən danışmaq xüsusilə daha maraqlı olacaqdır.
Əlbəttə, yüksək texnologiyalar sahəsində Azərbaycan və Türkiyə onların əvəz olunmasında tam tərəfdaş kimi çıxış edə bilməyəcəkdir. Lakin, digər sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etmək mümkündür.

Rusiya- Azərbaycan-Gürcüstan-Türkiyə arasında dəmir yolu layihələrinin artıq təfərrüatlı şəkildə həyata keçirilməsindən danışmaq olar ki, burda Rusiya Dəmir Yolları ən əsas rol oynayacaqdır.

Rusiya aviaşirkətləri müxtəlif ölkələrə beynəlxalq uçuşların bərpası üçün tərəfdaş axtarışındadırlar. Söhbət həmçinin aviaparkın bir hissəsinin üçüncü tərəfə verilməsi və müvəqqəti də olsa reyslərə hüququn digər ölkələrin aviaşirkətlərinə verilməsindən gedə bilər.

3. Rusiya dəniz daşımalarında da çətinliklər yaşayır.
Bütün logistika problemlərində qarşılıqlı əlverişli əməkdaşlığa yönəlmiş birgə iş tələb olunur. Eyni zamanda, biz ərzaq böhranı məsələsinə çox qayıtmayacağıq. Daşımaların böyük hissəsi dəniz yolu ilə idi, Rusiyanı isə proqnozlara görə rekord miqdarda məhsul gözləyir. İnanmiram ki, xarici partnyorlar Rusiyanı ərzaq məhsullarının iri idxalçısı kimi itirməkdə maraqlı olsunlar.
4. Logistika problemləri səbəbindən internet üzərindən satış üçün böyük bir satış bazarı boşalır. Və burada həm Türkiyə, həm də Azərbaycan boşalmış yerləri tuta və Cənub-Şərqi Asiya ölkələrini əvəz edə bilər.

5. Bir çox Avropa brendlərinin Rusiya bazarını tərk etməsi səbəbindən Türkiyə və Azərbaycanın yüngül sənaye müəssisələri üçün bazarın bu seqmentini həm qiymət, həm də keyfiyyət baxımından mənimsəmək çətin olmayacaq.
6. Həm hazır məhsul, həm də onun üçün xammal baxımından nəhəng tikinti materialları bazarını da diqqətdən qaçırmamalıyıq.
7.Rusiyanın çoxlu tərəfdaş imkanlarına malik olduğu tibb sahəsini də unutmamaq lazımdır.
Mən mümkün perspektivləri təsvir etdim və onların həyata keçirilməsi çoxlu birgə fəaliyyət tələb edir, ölkələrimizin imkanları və istəkləri bunların hamısının mümkün olduğunu düşünməyə imkan verir”.
Avropa Azərbaycanlıları Konqresində struktur dəyişikliyiBelçikanın paytaxtı Brüssel şəhərində keçirilən Avropa Azərbaycanlıları Konqresinin (AAK) VII qurultayında təşkilatın strukturunda bir sıra dəyişikliklər edilib.

Qurultayda mövcud tələblərə uyğun olaraq yeni idarə formasının yaradılması ilə əlaqədar AAK-ın Nizamnaməsinə dəyişikliklər edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi və Avropada yaşayan azərbaycanlıların vahid mərkəzdən idarə olunması məqsədilə AAK-ın yeni strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Səsvermə nəticəsində Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Monteneqro üzrə əlaqələndiricisi Seyran Mirzəzadə, Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının Strasburq üzrə əlaqələndiricisi Mehriban Ovçuyeva, İtaliyadakı “Center of Economic Development”in təsisçisi Elxan Riçard Sadıq-Zadə, Avstriyada Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, Fransada yaşayan hüquqşünas Zaur Sadıqbəyli, “Natəvan” cəmiyyətinin rəhbəri, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiyadakı əlaqələndiricisi Leyla Bəyim Cəfərova, Almaniya-Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi Altay Rüstəmov və İsveçdəki “Qarabağ” Cəmiyyətinin üzvü Aida Amir Haşimi AAK İdarə Heyətinin üzvləri seçiliblər. 

AAK-ın ənənəsinə əsasən, Sahil Qasımov bundan sonra təşkilatın fəxri prezidenti statusunu daşıyacaq. 

Tədbir çərçivəsində diaspor fəalları Sahil Qasımov, Arzu Həsənova və Niyazi Hacıyevə “Diaspor fəaliyyətində xidmətinə görə” Azərbaycan Respublikasının medalı və DİDK-nın təşəkkürnamələri, AAK üzvlərinə təşkilatın medalları təqdim edilib.