ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən varABŞ Hərbi Dəniz Qüvvələrinin “F/A-18E/F” “Super Hornet” qırcı təyyarəsinin qəzaya uğraması nəticəsində pilot həlak olub.

“Report” xəbər verir ki, məlumatı ABC telekanalı yayıb.

Bildirilib ki, hadisə ABŞ-ın Kaliforniya ştatının Moxave çölündə baş verib.

Hadisənin səbəbi araşdırılır.

Qəza ilə bağlı başqa məlumat yayılmayıb.
Şəmkirdə polis yol qəzasında həlak olduŞəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
"RİA Novosti" Azərbaycanda bloklandıRusiyanın “RİA Novosti” xəbər agentiliyi Azərbaycan Respublikasında bloklanıb. Oxu.Az xəbər verir ki, ölkə ərazisində sözügedən agentliyin saytına girmək mümkün deyil.

Zaman-zaman Azərbaycana qarşı qərəzli informasiyalar və təxribat xarakterli məlumatların yayımlandığı agentlikdə bu gün bu səpkidə daha bir neçə xəbər çap edilib.

Qeyd edək ki, saytın bloklanmasının səbəblərindən biri kimi qondarma, mövcud olmayan “DQR”lə bağlı xəbərlərin yayılması ehtimal olunur.





Dünyada meymunçiçəyinə yoluxma halları gündən-günə artırDünyanın 29 ölkəsində 900-dən çox insanın meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) saytında dərc olunan xəbərdə deyilir.

Qeyd edilir ki, Birləşmiş Ştatlarda daha 24 nəfərdə meymunçiçəyinə yoluxma qeydə alınıb.

Rəsmi açıq mənbələrdən alınan məlumatlar əsasında xəstəliyin bütün dünyada yayılmasını göstərən interaktiv xəritəyə əsasən, dünyada 909 meymun çiçəyi xəstəliyi qeydə alınıb. İnfeksiyaların sayına görə lider 225 nəfərin xəstələndiyi Böyük Britaniyadır. Siyahlda İspaniya 186 yoluxma halı ilə ikinci yerdədir. İlk üçlüyü 143 xəstə ilə Portuqaliya qapayır.

ABŞ Kanada, Almaniya, Fransa və Niderlandı qabaqlayaraq 24 yoluxma ilə səkkizinci yerdədir. İlk onluqda İtaliya və Belçika da var.
İyun qiyamından 29 il ötürBu gün Əbülfəz Elçibəy hakimiyyətinə qarşı Gəncədə başlanan hərbi qiyamdan 29 il keçir. 1993-cü il 4 iyunda Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi silahlı qüvvələr həmin gün hakimiyyətə qarşı qiyama qalxıblar, hakimiyyətin istefası tələbi qoyulub.

Nəticədə hökumət qüvvələri ilə qiyamçılar arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, Prezident Qvardiyasının komandiri Tahir Məmmədov başda olmaqla, bir neçə qvardiya əsgəri qiyamçılar tərəfindən qətlə yetirilib. Həmçinin baş prokuror daxil, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, hərbi qiyama Milli Məclisdə də bir sıra deputatlar, siyasi partiyalar tərəfindən faktiki dəstək verilib.

8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi dəvət edib.

9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.

13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib.

Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb.

15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən Prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilib.

17 iyun 1993-cü ildə Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

24 iyun 1993-cü ildə Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalının nəticəsiz geri dönməsindən sonra parlament prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.

30 iyun 1993-cü ildə Milli Məclis Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib. Beləliklə, Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXC iqtidarı Surət Hüseynovun başlatdığı qiyamın yekunu olaraq tamamilə süqut edib.

Əbülfəz Elçibəy daxil, o dövrkü hakimiyyətin əksər yüksək vəzifələr tutan şəxsləri dəfələrlə bəyan ediblər ki, 4 iyun qiyamı milli hakimiyyətin devrilməsi məqsədilə Rusiya tərəfindən Surət Hüseynovun əli ilə təşkil edilib.
Erməni deputat mitinqdə döyüldüİrəvanda etirazçılarla polislərin qarşıdurması zamanı “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan döyülüb.

Axar.az xəbər verir ki, deputat polislər tərəfindən vəhşicəsinə döyüldüyünü, futbolkasının cırıldığını bildirib.

“Polislər etirazçıların olduğu yerə gəldilər və döyməyə başladılar. Deputat olduğumu biləndə vəhşicəsinə döydülər”, - erməni deputat bildirib.

O, qarşıdurmada xeyli insanın xəsarət aldığını və əvvəllər polisin bu cür hərəkətlərinin şahidi olmadığını söyləyib.
Makron Ukraynaya gələcəkaqFransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Qeyd olunub ki, Makron Ukraynaya səfərini istisna etməyib. Lakin Fransa lideri bunun nə vaxt baş verəcəyini hələ dəqiqləşdirməyib.