"Bu silah həyatımızı xilas edəcək"HIMARS sistemləri həqiqətən də insanlarımızın həyatını xilas etməyə və torpaqlarımız qorumağa yardım edəcək.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Birləşmiş Ştatlar müxtəlif səviyyələrdə təsdiqləyib ki, Ukraynaya HIMARS yaylım atəşi raket sistemi göndərilir. Bu silah həqiqətən insanların həyatını xilas edəcək və torpaqlarımızı qorumağa yardım edəcək. Prezident Bayden, amerikalı dostlarımıza və ABŞ xalqına minnətdaram”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, ABŞ 700 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində Ukraynaya HIMARS sistemləri göndərdiyini elan edib.
Yardımlı sakini şöbədə fiziki işgəncələr nəticəsində ölüb?Daxili İşlər Nazirliyi (DİN) Yardımlı rayon sakininin Rayon Polis Şöbəsində fiziki işgəncələr nəticəsində öldüyü iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev Axar.az-a bildirib ki, iddialar əsassızdır.

"Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yardımlı rayon sakini Rövşən Əliyev iyunun 1-də saxlanıldıqdan sonra həkimlərin səyinə baxmayaraq, ürək tutmasından vəfat edib.

Bununla bağlı lüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış olub. İlkin xarici müayinə zamanı meyit üzərində həyat üçün təhlükəli olan hər hansı zədələnmələr müşahidə olunmayıb.

Lakin bu gün bizi sosial şəbəkə istifadəçiləri mərhumun fotosunu yayaraq guya onun fiziki işgəncələr nəticəsində öldüyünü iddia edirlər.

Bununla əlaqədar bildirirəm ki, ölən şəxsin meyiti üzərində olan xəsarətlər döyülmə əlaməti deyil. Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər. Məqsədli olaraq, yayılan fotolardan aydın görünür ki, meyit üzərində həyat üçün təhlükəli olan xəsarətlər yoxdur, yəni bu, ölümə səbəb olan hal deyil.

Faktla əlaqədar hazırda Baş Prokurorluqda cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir", - DİN rəsmisi vurğulayıb.
"Türkiyə və Azərbaycan ancaq yüksələn xətlə irəliyə gedəcək" May ayının 28-də Azərbaycanın paytaxtı olan Bakı şəhərində ilk dəfə keçirilən və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları çıxışı zamanı Azərbaycan-Türkiyə münasibətlərinə yüksək qiymət vermiş və xalqlarımız arasında mövcud olan qardaşlıq əlaqələrindən geniş bəhs etmişdir.

Qeyd etməliyik ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin böyük tarixi vardır. Dilimizin, dinimizin və adət-ənənələrimizin bir olması ikili əlaqələrin möhkəmlənməsini şərtləndirən ən vacib amillərdən biridir. Xüsusilə qeyd etməliyik ki, tarixin müxtəlif dövrlərində ən mürəkkəb vaxtlarda hər iki xalq bir-birinə hər zaman dəstək nümayiş etdirmişdir.

Ötən əsrin əvvəllərində mənfur düşmənlərimizin xalqımıza qarşı həyata keçirdiyi qırğınların qarşısının alınmasında və Bakının daşnak işğalından azad edilməsində türk qardaşlarımızın hərtərəfli yardımı olmuşdur. Bundan əlavə türk xalqının qəhrəmanlıq salnaməsi olan Çanaqqala zəfərinin əldə edilməsində könüllü şəkildə qardaşlarımıza yardıma gedən soydaşlarımızın da böyü rolu olmuşdur.

Bundan əlavə xalqımızın ötən əsrdə əldə etdiyi hər iki müstəqilliyi tanıyan ilk dövlət də məhz Türkiyə olmuşdur. Sovet İmperiyasının dağılması və Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsi bütün sahələrdə olduğu kimi Azərbaycanla Türkiyə münasibətlərində də yeni bir mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində önəmli oldu. Ümummilli Liderimizin “Bir millət, iki dövlət” sözləri xalqlarımız arasındakı əlaqələrin hansı səviyyədə olduğunu tərənnüm edir.

Sevindirici haldır ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş bu müdrik siyasət hal-hazırda cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilməkdədir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlər hazırda Cənab Prezidentimiz İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Hazırda Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə də çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.

Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə Respublikasının Azərbaycana göstərdiyi hərtərəfli dəstək heç bir zaman unudulmayacaqdır. Əldə edilmiş tarixi qələbə və işğal altındakı əzəli torpaqlarımızın düşməndən azad edilməsi Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi rəşadətli ordumuzun qəhrəmanlığı ilə yanaşı, bu qardaş dəstəyinin sayəsində əldə edilmiş oldu. Postmüharibə dövründə də ölkələrimiz arasındakı qardaşlıq münasibətləri daha da möhkəmlənərək davam etməkdədir.

Bu birlik, bu qardaşlıq münasibətləri nəticəsində həll edə bilməyəcəyimiz problem və əldə edə bilməyəcəyimiz uğur qalmayacaqdır. İnanırıq ki, Azərbaycan-Türkiyə birliyi dönməz, sarsılmaz və əbədi olacaqdır. Cənab Prezidentimizin də qeyd etdiyi kimi “Ölkələrimiz arasındakı münasibətlərin nəticəsi olaraq Azərbaycan və Türkiyə yüksələn xətlə ancaq və ancaq irəli gedəcəkdir”.

Balabəy Balabəyov
Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini
AFFA finalçıları cəzalandırdıAFFA İntizam Komitəsi (İK) "Qarabağ" və "Zirə" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda baş verənlərlə bağlı qərarlanı açıqlayıb.

Avrasiya.net milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi azarkeşlərə görə 4000 manat məbləğində cərimələnib. Buna fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub. Tərəfdarlar matçda pirotexnikadan istifadə edərək klubu 800 manat da ziyana salıb.

İK nominal meydan sahibi olan "köhlən atlar"a təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün əlavə 3200 manat cərimə təyin edib.

"Zirə" klubu isə 1600 manat ödəyəcək. "Qartallar"ın məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına bir oyun əlavə olunub, klub bunun üçün 800 manat ziyana düşüb. Paytaxt təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalanıb və bu da 800 manat cəriməyə səbəb olub.
AMEA-ya etimad yoxdur - Vitse-prezidentTeknofest Azərbaycan festival bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi. AMEA-nın innovasiya, tətbiqi məsələlər ilə daxili və xarici bazara çıxması diqqəti o qədər də cəlb edən deyil. Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur.

Report xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademiyanın Teknofest Azərbaycan festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.

Akademiyanın Rəyasət Heyətinin Teknofest Azərbaycan festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunan xüsusi iclasında çıxış edən akademik bildirib ki, AMEA festivalda Azərbaycanın intelektual məhfumu kimi təqdim edilməyib:

"Bu əhval ruhiyyəni hiss etmədik. Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətərində böyük naliyyətlər əldə edib. Amma burda hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq. Festivalda iştirakımız barədə insanlara yorulmadan məlumatlar verməliyik. Biz fəaliyyətimizi müasir çağırışlara uyğunlaşdırmalıyıq".

"Bizim innovativ istiqamətdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi, Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ilə bağlı ciddi problem var idi. Burada təşkilatı, inzibati, maliyyə, institusional tədbirlərin görülməməsi kimi məqamları müşahidə etdik. Sanki biz bu proseslərdən kənarda qalmışdıq. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət ayırmaq lazımdır. Rəyasət Heyətinin tərkibində bu istiqamətdə işlərlə məşğul olan insanlar olmalıdır. Müvəqqəti yaradılan İşçi quruplarla bu məsələlər həll oluna bilməz. Söhbət bilik iqtisadiyyatının formalaşdırılmasından gedir. İşimizi bazar iqtisadiyyatının tələblərinə uyğun qurmalıyıq. Ölkələrarası biznesformlarda iştirak etmək, görüşlər keçirmək, təcrübə mübadiləsi aparmaq olduqca vacibdir. Ətrafımızda bir sosiotexnoloji mühit yaranır, biz bundan kənarda qala bilmərik", - akademik vurğulayıb.
18 yaşlı gənc faciəvi şəkildə öldü21 may 2022-ci il tarixdə, saat 07 radələrində Şirvan şəhər sakini 2004-cü il təvəllüdlü Əli Ələkbərovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Əli Ələkbərov yağışlı hava şəraitində yaşadığı Şirvan şəhəri, N.Tusi küçəsində hərəkətdə olarkən transformatora yaxın dəmir dayağın söykənəcəyindən tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.
Moskvada dəhşətli yanğın: içəridə insanlar var - VideoMoskvanın mərkəzində yerləşən “Qrant Setun Plaza” biznes mərkəzi yanır.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, yanğın artıq binanın ilk dörd mərtəbəsini əhatə edib.

Hazırda yanğının əhatə dairəsi 1000 kv.metrdir. Yanğınla bağlı ən yüksək – 5-ci səviyyə elan edilib. Yanğının söndürülməsinə 200 yanğınsöndürən cəlb edilib.

Binanın içində insanların qalması ehtimalı var. Şahidlər içəridən insanların yardım çağırışı etdiyini bildirirlər.

Hələlik ölən və yaxud xəsarət alanlarla bağlı məlumat yoxdur.
100-cü gün: Rusiyanın itkiləri açıqlandıUkrayna müharibənin 100-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 30 950 hərbçi, 1367 ədəd tank, 3366 ədəd zirehli döyüş maşını, 661 ədəd artilleriya sistemi, 207 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 95 hava hücumundan müdafiə sistemi, 210 ədəd hərbi təyyarə, 175 ədəd helikopter, 2329 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 535 ədəd PUA, 51 ədəd xüsusi texnika, 121 qanadlı raket itirib.
Hərbçilərimizin olduğu qayıq batdıMingəçevirdə Kür çayında hərbçilərin olduğu qayıq batıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Nəticədə qayıq batıb.

Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakı insanların köməyi ilə sahilə çıxarılıb. Qayığı əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub.

Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqaladə Hallar Nazirliyi Kür çayında baş verən hadisəyə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, dünən axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq hər hansı rəsmi qeydiyyata alınmayıb:

"Qayıq kustar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur. Qayıq batarkən içində 11 sərnişin olub və onlar sağ salamat qurtularaq sahilə çıxarılıb".
Bakıda 16 yaşlı qız itkin düşdüBakıda 16 yaşlı qız itkin düşüb.

Hadisə paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Aydan Hətəmzadə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.