İşçi qrupu bu gün Moskvada görüşür - İrəvandan açıqlamaBu gün – iyunun 3-də regional kommunikasiyaların açılması üzrə üçtərəfli Azərbaycan-Ermənistan-Rusiya işçi qrupu Moskvada görüşəcək. Bu haqda erməni mediasına Ermənistanın Baş nazirin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

Xatırladaq ki, İşçi qrupun ilk iclası ötən ilin yanvarında, sonuncusu isə dekabrında Moskvada keçirilib. Qrupa baş nazir müavinləri - Azərbaycandan Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan Mqer Qriqoryan sədrlik edirlər.

Baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayev sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiyaya da başçılıq edirlər. Onlar ötən Azərbaycan-Ermənistan sərhədində bir dəfə görüşüblər. İkinci görüşün bu həftə keçiriləcəyi deyilsə də, hələlik, bu haqda informasiya yoxdur.
"Şamaxı"nın keçmiş futbolçusu: "Klubun mənə milyon dollar borcu var idi""Müqaviləmi vaxtından əvvəl pozduğu üçün Bakı "İnter"inin mənə bir milyon dollar borcu var idi".

"Report"un məlumatına görə, bunu hazırkı "Şamaxı" klubunun sabiq futbolçusu Mixail Makovski "football.by" nəşrinə müsahibəsində deyib. Keçmiş yarımmüdafiəçi borcunun cəmi 50 min dollarını məhkəmə yolu ilə ala bildiyini əlavə edib: "Borc kompensasiyadan yaranmışdı. Belə təzminatları adətən vaxtından tez qovduqları üçün məşqçilərə ödəyirlər".

M.Makovski "İnter"də ayına 23 min dollar maaş aldığını da açıqlayıb: "Anatoli Konkov məni qardaşım Vladimir Makovski ilə birlikdə əvvəlcə Ukrayna "Vorskla"sına, daha sonra Azərbaycana apardı. "İnter"də mənə və qardaşıma müqavilə bağlamaq haqqı kimi 5 min dollar verdilər. Konkov deyirdi ki, ikiniz meydanda olduğunuz vaxt atom qarışığı kimi olursunuz. Ən böyük əmək haqqımı "İnter"də alırdım - 23 min dollar. Dörd günlük istirahət verilən kimi ailəmin yanına uçurdum. Klub bizə 8 pulsuz uçuş ayırmışdı. Udduğumuz oyunun ardından Ukrayna istirahətimizi başa vuraraq Bakıya qayıtdıqda bazada çarpayımızın üstündə zərfin içində 500 dollar görürdük. Ən maraqlısı o idi ki, həmin vaxt içmirdik. Çünki 50 dərəcə isti olurdu. Otaqda kondisioner olmasa, bişərdin. İlk məşqimiz səhər saat 6-da, ikincisi saat 20:00-dan sonra olurdu".

Veteran futbolçu "İnter"dəki maaşının cəmi min dollarını xırda xərcləri üçün özünə saxladığını, qalan 22 min dollarını isə Ukraynadakı həyat yoldaşına göndərdiyini diqqətə çatdırıb. O, ümumilikdə 2 il ərzində yarım milyon dollar qazandığını dilə gətirib. M.Makovski qazancının sonrakı aqibətindən də danışıb: "Həyat yoldaşım biznesə girdi və "yandırdı". İcarəyə vermək üçün iki ekskavator aldı. Amma xeyri olmadı və onlar Ujqorodda qaldı. Bəlkə elə indi də oradadırlar. Üstəlik, xanımımla birlikdə 350 min dollara Kiyevdə hələ tikilməyən mənzil aldıq. Sonradan 450 min dollara satmaq imkanımız var idi. Amma həyat yoldaşım gözləməyimizi istədi. Bu vaxt dolların kursu kəskin dəyişdi, 4 dəfə artdı. Nəticədə evi cəmi 80 min dollara satdıq. Nə qədər itirdiyimizi özünüz hesablayın".

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004 - 2006-cı illərdə "İnter"də çıxış edib. V.Makovski 2018-ci ildə Belarusun "İsloç" komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan ömürlük uzaqlandırılıb. M.Makovski isə 2018-ci il fevralın 16-da "Molodeçno" klubuna baş məşqçi təyin olunsa da, azarkeşlər və mətbuatla görüşə içkili gəldiyi üçün 3 gün sonra vəzifəsindən kənarlaşdırılıb.
Yeni təhlükəli virus YAYILIRAmerikada yeni epidemiya qeydə alınıb.

Bu barədə Qərb mətbuatı məlumat yayıb.

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) vəziyyəti araşdırmağa başlayıb və xəstəliyin hepatit A epidemiyası olduğunu bildirib. Hepatit A virusunun çiyələkdən yayıldığı ehtimal edilir.

FDA indiyə qədər bu xəstəlikdən ölüm halının olmadığını, lakin Minnesota, Kanada və Kaliforniyada 17 yoluxma faktının aşkarlandığını bəyan edib.

Xəstəliyin başlanğıc tarixi 28 mart-30 aprel aralığı götürülüb.

Qeyd edək ki, Hepatit A yoluxucu virusdur və qaraciyərin fəaliyyətinə təsir göstərə bilir. Simptomlar arasında dərinin, gözlərin saralması, mədə pozğunluğu, qusma, mədə ağrısı, qızdırma, ishal və oynaq ağrılarını göstərmək olar.
Daha 3 rayonda vəzifəli şəxslər saxlanıldı - Növbəti əməliyyatBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda vəzifəli şəxslərə qarşı məliyyat keçirib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən məlumat verir ki, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki, Qazax və Xaçmazda yerləşən Ərazi Şöbələrində də axtarışlar aparılıb. Həmin idarələrin bir neçə vəzifəli əməkaşı saxlanılıb.

Qeyd edək ki, əməliyyat çərçivəsində qurumun Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev də saxlanılıb.

Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.
Polis şöbəsində zorakılığa məruz qaldım - Tanınmış vəkil"Vaqif Diplomat” ləqəbi ilə tanınan kriminal avtoritet Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, 2001-ci ildə taclandırılan Vaqif Süleymanov biznes və ticarət sahəsindəki fəaliyyəti ilə də tanınır.

Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis, ya da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb.

Sovet İttifaqı dağılandan sonra Rusiyaya köçən və uzun müddət Moskvada yaşayan Süleymanovun Özbəkistan pasportunun olduğu vəbu sənədin heç də saxta olmadığı barədə məlumat var. Qanuni oğruların qaydalarına görə, kriminal avtoritetlərə doğulduğu yerə, uzun müddət yaşadıqları yerlərə uyğun, yaxud fəaliyyətlərinə görə bağlı olduqları bölgənin, şəhərin şərəfinə ləqəblər verilir. Bu mənada Vaqifi Tiflis, Bakı, hətta Lənkəran oğrusu adlandırırlar (Lənkəran Vaqifin heç vaxt yaşamadığı, fəqət yəqin qohumluq əlaqəsi olan şəhərdir). Amma V.Süleymanovun başqa təxəllüsü də var və bu, yer və toponimlə bağlı deyil. Çox güman ki, şəxsi xüsusiyyətlərinə görə ona “Vaqif Diplomat” adı verilib.

Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə, o, hələ cavan ikən həbsxanaya düşsə də, azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular - Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Amma Vaqif kiməsə tamamilə tabe olan “vassal” deyildi. O, öz qrupunu (Rusiyada fəaliyyət göstərən 4 böyük azərbaycanlı klandan biri) yaradır və işlərin çoxunu şəxsi adından və şəxsi maraqları naminə görür. Vaqif Diplomatın həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur. 2006-cı ildə Moskvada üzərinə baxış zamanı 33 qram həşiş aşkar edilərək saxlanılıb. Xakasiyada ümumi rejimli cəzaçəkmə müəssisəsində 3 il 6 ay dustaqlıq həyatı yaşayıb. 2013-cü ilin noyabrında yenidən saxlanılıb, boynuna daha ağır maddəqoyulub. Vaqif Bakinski 3 əlaltısı ilə moskvalı biznesmendən külli miqdarda pul alıb və həmin məbləği köçürərkən saxlanılıblar. Sahibkar pulun ondan zorla alındığını etiraf edib. Lakin Süleymanov dəmir barmaqlıqlar arxasında uzun müddət qalmayıb.

Bu kriminal avtoritetin ən əsas gəlir mənbəyi və praktiki olaraq aşkar fəaliyyət sahəsi göyərtilərin topdansatışına “çətirlik” etməsidir. Bu dinc biznes əslində Moskvada cinayətlə sıx bağlıdır. Vaqif Süleymanov təkcə xırda alverçiləri “qorumayıb”,həm də daha böyük miqyaslı qanuni oğurluqla məşğul olub. O, müxtəlif “kölgə” biznesmenlərin pullarının “yuyulmasından” da gəlir əldə edir. Bu sistem (Moskvada bu sistemə Vaqif Diplomatın rəhbərlik etdiyi deyilir) belə işləyir: İş adamı “kassirlərə” külli miqdarda nağd pul paylayır. Onlar isə həmin məbləği bank hesablarına elə köçürməlidirlər ki, maliyyə vəsaitinin qanuni şəkildə əldə olunduğu şübhə doğurmasın. Amma Vaqif Süleymanovun dəstəsi “saxta nağdlaşdırma” ilə məşğuldur, yəni iş adamlarının köçürdüyü bütün nağd pullar onlarda qalır. Heç kim bank hesabına vəsait köçürmür, əməliyyatı aparmalı olan namizədlər yoxa çıxır. Məlum səbəblərə görə “kölgə biznesmenləri” hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinir, çünki köçürülən vəsaitlərin mənbəyi ilə bağlı sualların yaranacağından ehtiyatlanırlar.

Hazırda Vaqif Süleymanov azadlıqdadır, şəffaf bizneslə məşğuldur və bu sahədə nüfuzlu şəxs sayılır. O, həm də 2016-cı ildə qətlə yetirilən Rövşən Caniyevlə (Lənkəranski) aralarında yaranmış məşhur münaqişəyə görə də tanınır. Həmin anlaşılmazlıq hələ Aslan Usoyanın sağlığında baş verib. Məlumata görə, 2010-cu ilin yazında “VaqifDiplomat”la Rövşən Lənkəranski arasında səbəbi bəlli olmayan münaqişə başlayıb. İddialara görə, həbsdə olan Vaqifin Lənkəranski ilə telefon söhbəti gərgin keçib, bir-birinə qarşı xoşagəlməz ifadələr işlədiblər. Söhbət o həddə çatıb ki, Canıyev onu vuracağını deyib. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərini aydınlaşdırmaq üçün “sxodka”ya toplaşıblar. Rövşən Lənkəranski tərəfdən söhbətə Cemal Mikeladze də (“Cemo” bir neçə il bundan əvvəl vəfat edib) qoşulub. Vaqifisə görüşə “Ded Xasan”ı təmsil edən Vasi Voskreslə gəlib. “Sxodka” məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı qanuni oğruya iradına “Vaqif Diplomat” adekvat cavab verib. Cemo Vaqifi vurmaq istəyərkən özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənlərə görə, nəticədə Lənkəranski və Cemo bu hərəkətə görə V.Süleymanovdan üzr istəyiblər.

Qanuni oğru Nadir Səlifov (Quli) azadlığa çıxandan sonra Vaqif Süleymanov onun dəstəsinə qoşulub. 3 il öncə Rusiya saytları yazırdı ki, 2019-cu ilin fevralında Moskvanın Peçatniki rayonu Kuryanova küçəsi - 28 ünvanındakı “Neolit” kafesində dava baş verəndə mer Sergey Sobyanin bərk narahat olub. Azərbaycanlı iş adamı Yaşar Əliyevə məxsus restoranda Valentin günü münasibətilə xeyli sayda müştəri olub. Kənardan bura gələn çeçen mənşəli şəxslər kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. Davada təqribən 70-100 nəfər iştirak edib. Buradakı silahlı qarşıdurma rayonun başqa yerlərində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını atəşə tutublar. Kafe ilə yanaşı, obyektin sahibi Yaşar Əliyevin avtomobilinə də ciddi zərər dəyib dəyib. Bundan sonra azərbaycanlılar çeçenlərə qarşı birləşib və şəhərdə ciddi gərginlik yaranıb. Rusiya saytları iddia edir ki, məhz Sobyaninin narahatlığı azərbaycanlı qanuni oğruya çatdırılıb. Vaqif məsələyə müdaxilə edib və azərbaycanlıları sakitləşdirib. Bundan sonra isə qanuni oğru Rusiya paytaxtında toxunulmazlıq statusu alıb.
Eldar Mahmudovun əmisi oğlunun əmlaklarının siyahısı - Klassik avtomobil həvəskarı imişKeçmiş MTN rəhbəri Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi olmuş Vüqar Mahmudovun əmlaklarının siyahısı üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, mühakimə olunduğu dövrdə yaşayış evləri, torpaq sahələri və çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bakı Hərbi Məhkəməsi tərəfindən birbaşa və dolayı yolla Vüqar Mahmudova məxsus üzərinə həbs qoyulan əmlakların siyahısı belə olub:

- İki qeyri-yaşayış sahəsi;

- Buzovnada fərdi yaşayış evi;

- Bülbül prospektində daşınmaz əmlak;

- Bakıda mənzil;

- 1 hektara yaxın torpaq sahəsi;

- Xocəsəndə fərdi yaşayış evi;

- Yasamalda yaşayış evi;

- Səbaildə torpaq sahəsi;

- 2015 model “Jaguar XJ” avtomobil;

- 2014 model “Mercedes Benz E-350”;

- 2014 model “Toyota Camry”;

- 1988 model “QAZ 2410”;

- 1991 model “QAZ 2410”;

- 1955 model “Moskviç 401”;

- 1992 model “QAZ 2411” ;

- 1987 model “QAZ 2410” (2 ədəd);

- 1994 model, “QAZ 3102”;

- 1971 model “QAZ 2410”;

- 2015 model “Citroen C4 Picasso”;

- 2013 model “Citroen”;

- “Kapital Bank"da 74 min dollar;

- “Beynəlxalq Bank”da 40 min dollar.

Lakin Ali Məhkəmə qərarı dəyişdirərək bu əmlakların böyük bir hissəsinin üzərindəki həbsi götürüb və işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Baş Prokurorluq bu mərhələdə protest verib və müsadirə edilməsi təklif edilmiş bütün əmlakların dövlət nəfinə tutulmasını tələb edib. Bakı Apellyasiya Məhkəməsi protesti qismən təmin edib və Vüqar Mahmudovun ailəsinə məxsus bank hesabından 1 milyon manatdan çox pul müsadirə olunub.

Araşdırmalar zamanı məlum olub ki, Vüqar Mahmudov 2004-2015-ci illərdə MTN-in Antiterror Mərkəzinin 1-ci şöbəsinin rəis müavini vəzifəsində işləyərkən faktiki olaraq həm də Eldar Mahmudovun köməkçisi funksiyalarını yerinə yetirib. O, bu müddətdə qurumun müstəsna səlahiyyətlərindən yararlanaraq külli miqdarda dövlət əmlakını mənimsəyib. Belə ki, o, MTN-in idarə rəislərindən ibarət mütəşəkkil dəstədə birləşib, vəzifəli şəxs kimi qulluq mövqeyindən sui-istifadə edib. O, qurumun əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini mənimsəmək məqsədilə raportlar imzalatdırıb. Bu yolla MTN-in kassasından 3 milyon manata yaxın büdcə vəsaitlərini əvəzsiz surətdə ələ keçirib.

Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən əməliyyat-axtarış tədbirlərinin icrasına müvəqqəti cəlb olunmuş vətəndaşları və etibarlı şəxslərin guya mükafatlandırılmalarına görə bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik tərəfindən “ödənilsin” dərkənarı qoyulmaqla sənədlər imzalatdırıb. Bu yolla cəmi 7,6 milyon manat pulun MTN-in kassasından çıxarılmasına nail olub.

Dövlət Təhlükəsizliyi Xidməti V.Mahmudova qarşı 10,6 milyon manat pulun qaytarılması üçün mülki iddia verib. Lakin məhkəmə iddianı təmin etməyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 2019-cu ildəki hökmü ilə V.Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılıb.
AMEA-nın İnstitut direktoru: "Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm""AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın".

"Report" xəbər verir ki, bunu AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov akademiyanın Rəyasət Heyətinin xüsusi iclasında deyib.

O bildirib ki, rəhbərlik etdiyi institutun 552 əməkdaşı var və 11 ildə quruma 48 milyon pul ayrılıb: "Onun 36 milyonu əməkhaqqıdır. Bu pulun 4-5 milyonunu yemək olar, ay akademiklər. Rəyasət Heyətində qərar çıxarılsın və yoxlamaların nəticələri ortaya qoyulsun".

V.Abbasov söyləyib ki, guya üç il əvvəl başqa bir institut üçün cihaz alınıb və Neft-Kimya Prosesləri İnstitutuna təqdim olunub: "2017, 2018 və 2019-cu illərdə Neft-Kimya Prosesləri institutuna bir dənə də unikal cihaz alınmayıb. Mən institut üçün lazım olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm. AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın".

O vurğulayıb ki, AMEA rəhbərliyi ilə görüşə bilmir.

Sonda baş direktor təkliflə çıxış edib: "İnstitut direktorlarının Rəyasət Heyətinin iclaslarında iştirakı təmin edilsin. Rəyasət Heyətində iclas qapalı olmamalıdır".
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdiRusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında ABŞ Ticarət Nazirliyi daha 70 rus şirkətinə qarşı ixrac sanksiyaları tətbiq edib.

Bu barədə Ağ Evin saytında bildirilir.

“Ak Bars” Holdinqi, “Rubin” Səhmdar Cəmiyyəti, “Qazprom Neft Şelf”, S. V. İlyuşin adına Aviasiya Kompleksi, Yakovlev Dizayn Bürosu və “Voentelecom” uzadılmış sanksiyalara məruz qalıb.

Bundan əlavə, Belarusun “Eleron” şirkəti də sanksiyalara məruz qalıb.

ABŞ Ticarət Departamenti qeyd edib ki, bu şirkətlər “milli təhlükəsizliyə və ya ABŞ-ın xarici siyasətinin maraqlarına zidd fəaliyyətlərdə” iştirak edirlər.
Dənizdən 25 yaşlı gəncin meyiti tapıldıBakıda dənizdə meyit tapılıb.

FHN-dən Avrasiya.net-ə verilən məlumata görə, 02.06.2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Bulvarı yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı qeyri-çimərlik, nəzarətsiz ərazi) dənizdə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Rüstəmov Nəsimi Kamal oğlunun axtarışları başa çatıb.

N.Rüstəmovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ata 35 yaşlı qızını öldürdüİyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin atası 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.