İranda bina uçqunu: ölənlərin sayı 37-yə çatdıİranın Abadan şəhərində onmərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə tədbirləri davam etdirilir. Dağıntılar altında 40-ya yaxın adamın qaldığı ehtimal edilir.
NATO: Türkiyənin narahatlığını aradan qaldıracağıq!NATO Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı bu ölkələrin, eləcə də Türkiyənin yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirəcək.

Bu barədə NATO rəhbəri Yens Stoltenberq deyib.

“Bu problemin həlli üçün Brüsseldəki mənzil-qərargahda Türkiyə, İsveç və Finlandiyanın yüksək səviyyəli nümayəndələrinin toplantısını çağırmaq niyyətindəyəm. Hər bir ölkənin təhlükəsizliklə bağlı qayğılarının olması hüququ var və mən əminəm ki, biz bu problemi danışıqlar masası arxasında həll edə bilərik”, - deyə Baş katib bildirib.

O bildirib ki, Türkiyə çox mühüm NATO ölkəsidir və biz onun narahatlığını aradan qaldırmaq üçün hər cür səy göstərəcəyik.