Almaniyanın 100 milyardlıq müdafiə planı ortaya çıxdıAlmaniya ordusunu gücləndirmək üçün 100 milyard avro xərcləməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, pulun böyük hissəsi ölkənin hərbi hava qüvvələrinin gücləndirilməsinə gedəcək.

Kansler Olaf Şolts bildirib ki, Almaniyanın öz ordusuna 100 milyard avro sərmayə qoyma planı Berlinə döyüş gücünü əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək.

Almaniya, həmçinin hava hücumundan müdafiə sistemini modernləşdirmək və AB-nin kosmosda yerləşən raket əleyhinə müdafiə sistemi olan TVISTER-i inkişaf etdirmək istəyir.
Ermənistan Hindistandan qrant alacaqErmənistan Hindistan hökumətindən bələdiyyələrin inkişafı qrantı alacaq. Saziş layihəsi cümə axşamı hökumətin iclasında təsdiq edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.

Ümumilikdə Ermənistana 1 milyon dollara yaxın (478,2 milyon dram) qrant veriləcək.

Qeyd edək ki, bundan əvvəl Hindistan hökuməti bir sıra proqramlar çərçivəsində Ermənistana yardım edib.
Ersin Tatar: "Kıbrıs məsələsinin mahiyyəti suverenlik məsələsidir"Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar, TRT Radio 1 və Radyo Vatan kanallarının birgə yayımladığı canlı yayımda KKTC-nin uğur qazandığını vurğulayıb.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar bu gün səhər saatlarında TRT Radyo 1 və Radyo Vatan kanallarının canlı yayımına qatılaraq, Kiprlə bağlı dəyərləndirmələr aparıb.

Ersin Tatar, Kipr Rum Administrasiyasının prezidenti Nikos Anastasiadisin mətbuata göndərdiyi Etimad Tədbirləri ilə bağlı məktubun çatdırılması ilə bağlı sual üzərinə, Cenevrədəki 5+1 yığıncağında Türkiyə Cümhuriyyətinin tam dəstəyi ilə suveren bərabərlik və suveren beynəlxalq statusdan bəhs edildiyini və artıq federal əsasda saziş nəzərdə tutmadıqlarını bildirib.

Ersin Tatar rumların federasiya anlayışı ilə türklərin federasiya anlayışının fərqli olduğunu bildirib: “Onların fikri budur ki, zamanla türklər azlıq olacaq, hətta tək bir suverenlik çətiri altında yox olacaq və Avropa Birliyinin üzvü olmadığı üçün Türkiyə hərbçiləri adadan geri çəkiləcək. Beynəlxalq müqavilələrə və 1960-cı il təsis müqavilələrinə baxmayaraq, Kipr haqsız olaraq Avropa Birliyinə qəbul edildi. 2004-cü ildə türklər “hə” desə də, rumların Annan planına “yox” deməsi əslində ayıbdır. Türk əsgərləri buradan geri çəkilsə, adada sülh yenidən təhlükə altında olacaq. Biz bu siyasəti heç vaxt qəbul etməyəcəyik. Kıbrıs məsələsinin mahiyyəti suverenlik məsələsidir".
“İş adamı”ndan müdhiş DƏLƏDUZLUQDaxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad rayon sakini olan bir qadın İmişli Rayon Polis Şöbəsinə müraciət edərək özünü iş adamı kimi təqdim edən Azər adlı şəxsin ona qarşı dələduzluq etdiyini, Bakı şəhərində ev verəcəyi vədləri verərək ona məxsus ümumi dəyəri 37108 manat olan iri və xırdabuynuzlu heyvanlarını, ot bağlamalarını, qızıl-zinət əşyalarının və 4900 manat pulunu ələ keçirdiyini bildirib.

RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən İmişli rayonu Xəlfəli kənd sakini, əvvəllər məhkum olunmuş Azər Qafarov saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, A.Qafarov qeyd edilən əməlindən başqa İmişli rayon sakini olan bir təsərrüfat sahibinin də etibarından istifadə edərək, aldatma yolu ilə ona məxsus 144 baş iribuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişə 120600 manat maddi ziyan vurub.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əgər A.Qafarovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” xidmətinə, həmçinin İmişli RPŞ-nə müraciət etmələri xahiş olunur.
ABŞ-da daha bir atışma: 5 ölüTapança və tüfənglə silahlandığı güman edilən şübhəli Tulza şəhərindəki Seint Frensis xəstəxanasına etdiyi hücumda 4 dəqiqə ərzində 4 adamı öldürüb.

Axar.az xəbər verir ki, Oklahoma polisinin məlumatına əsasən, cinayətkar hadisədən sonra intihar edib.

Yerli polis yaralı sayının hələ dəqiqləşmədiyini bildirib.
Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıbAzərbaycanda özəl təhsil sahəsində yeni ictimai qurum - Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb.

"Report"un məlumatına görə, 20 üzvü olan assosiasiya İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılıb.

Məqsəd özəl təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təmin etmək, özəl təhsil sektorunun və yüksək rəqabətli insan kapitalının inkişafına töhfə verməkdir.

Assosiasiya özəl təhsil sektorunun rəqabətliliyini təmin etmək məqsədilə özəl təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, ümumi bazar payının və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin arıtılması üçün bazar araşdırması, sektoral tədqiqatlar, təlimlər həyata keçirəcək, kadr hazırlığının təmin olunmasına dəstək göstərəcək. Assosiasiya bu tədbirlərin reallaşdırılması üçün dövlət və qeyri-dövlət qurumları ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.

Xatırladaq ki, bu il mayın 31-də KOBİA-nın dəstəyi və Agentlik yanında İctimai Şuranın təşkilatçılığı, eləcə də təhsil naziri Emin Əmrullayevin, müvafiq dövlət qurumlarının və özəl təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı ilə yeni ictimai birliyin təqdimatı keçirilib.
Zaqatalada itən turistin axtarışına dronlar cəlb olundu - VİDEOZaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın axtarışları davam etdirilir.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularından, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplarla yanaşı ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar da axtarışlara cəlb olunub: "Hazırda çətin relyefli dağlıq ərzilərdə itkin düşən şəxsin tapılması istiqamətində bütün zəruri tədbirlər görülür".

Xatırladaq ki, mayın 17-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Daxil olan müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
Rusiyanın 210 təyyarəsi vurulubRusiya Silahlı Qüvvələri indiyədək Ukraynada 30 850 hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rəsmi məlumatda qeyd olunub ki, fevralın 24-dən bu günə qədər Rusiya ordusunun 1363 tankı, 3354 zirehli maşını, 661 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 95 hava hücumundan müdafiə vasitəsi, 210 təyyarəsi, 175 helikopteri, 521 operativ-taktiki PUA-sı, 120 qanadlı raket, 13 gəmi/qayıq, 51 xüsusi texnikası məhv edilib.

Baş Qərargah bildirib ki, son sutkada Rusiya qoşunları Baxmutov istiqamətində böyük itki verib.
Qazilər nazirliyin qarşısında aksiya keçirirlərBir neçə qazi əlilliyin təyinatı ilə bağlı narazılıq edir.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, onlar bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında etiraz edirlər.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov qazilərə açıqlamasında bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, kimlərə əlillik düşürsə, onlar da bu hüququ qazanırlar:

“Qarabağ qazilərinin əlillik məsələsi xüsusi diqqətdə saxlanılır. İndiyə kimi 3000-ə yaxın Vətən müharibəsi qazisi əlilliklə təmin olunub”.
DİM 38 mindən çox abituriyent üçün qəbul imtahanı keçirəcəkDövlət İmtahan Mərkəzi 4-5 iyunda I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən "Report"a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 27-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 11:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 160 imtahan binası, 2865 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 160 ümumi imtahan rəhbəri, 476 imtahan rəhbəri, 3564 nəzarətçi–müəllim, 435 buraxılış rejimi əməkdaşı, 160 bina nümayəndəsi ayrılıb.

İyunun 4-də keçiriləcək imtahanda 21 753, iyunun 5-də keçiriləcək imtahanlarda isə 16 786 nəfər olmaqla, ümumilikdə 38 539 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 3-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.