Səlim Müslümov xəstəxanaya yerləşdirildiSabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xəstəxanaya yerləşdirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə sabiq nazirin qohumları məlumat verib.

Məlumata görə, Səlim Müslümov qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. İstintaq təcridaxanasından ev dustaqlığına buraxılandan sonra sabiq nazirin səhhətindəki problemlər ciddiləşdiyindən, o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. Hazırda onun müalicələri davam etdirilir.

Qeyd edək ki, S.Müslümov 2021-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir müddət öncə sabiq nazir səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş, orada müalicələri nəticə vermədiyindən ev dustaqlığına buraxılmışdı.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hər gün bu qədər əsgərimiz ölür – ZelenskiHər gün cəbhədə 60-100 arası əsgərimiz həlak olur.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, hər gün 500 əsgər yaralanır:

“Hər gün 60-100 arası əsgərimiz həlak olur, 500 civarında əsgərimiz isə yaralanır. Vəziyyət çox ağırdır. Bu şəraitdə biz ölkəmizi müdafiə edirik”.

Prezidentin sözlərinə görə, ən çətin vəziyyət Ukraynanın şərqindədir - Donetskin cənubu və Luqanskda.

Bayden: Ukraynaya daha təkmil silahlar verəcəyikABŞ Ukraynanı daha təkmil raket sistemləri və döyüş sursatları ilə təmin edəcək.

Bu barədə ABŞ Prezidenti Co Bayden “Nyu York Tayms” qəzetindəki köşə yazısında bildirib.

O qeyd edib ki, onların məqsədi demokratik, müstəqil, suveren və firavan Ukraynanı müdafiə etməkdir:

“Biz ukraynalıları daha yaxşı raket sistemləri və döyüş sursatları ilə təmin edəcəyik ki, bu da onlara Ukrayna döyüş meydanındakı əsas hədəfləri dəqiq vurmağa imkan verəcək”.

Bayden Rusiyaya sanksiyalarla bağlı müttəfiqlər və tərəfdaşlar ilə əməkdaşlığı davam etdirəcəyini də vurğulayıb:

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyanın təcavüzü nəticəsində daha da şiddətlənən qlobal ərzaq böhranını aradan qaldırmaq üçün çalışacağıq. Avropalı müttəfiqlərimizə və digər ölkələrə Rusiyanın qalıq yanacaqlarından asılılığı azaltmağa və təmiz enerji gələcəyinə keçidimizi sürətləndirməyə kömək edəcəyik”.
Aİ ilin sonunadək Rusiya neftinin idxalını azaldacaqAvropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını 92 % azaldacaq. Buna neft embarqosu kömək edəcək.

“Report” TF1-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

Fransa Prezidentinin sözlərinə görə, Aİ Rusiyaya qarşı 80-dən çox fiziki şəxs, üç telekanal və “Sberbank”ın daxil olduğu altıncı sanksiyalar paketi üzrə razılığa gələ bilib.

O, həmçinin 2022-ci ilin sonuna qədər tədarükü 92 % azaldacaq neft embarqosunun tətbiqini alqışlayıb. Dövlət başçısının sözlərinə görə, bu, Avropa iqtisadiyyatını əsaslı şəkildə dəyişəcək struktur qərardır.

Xatırladaq ki, bu gün Avropa İttifaqı Rusiya neftinə embarqoya razılaşsa da, boru kəmərləri vasitəsilə tədarükün məhdudlaşdırılmasına qarşı çıxan Macarıstanı məhdudiyyətlərdən azad edib.
Ukrayna hökuməti Kanadadan 790 milyon dollarlıq kreditin şərtlərini təsdiqləyibUkrayna hökuməti Kanadadan 1 milyard dollar (790 milyon ABŞ dolları) həcmində kreditin şərtlərini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin məlumatında deyilir.

Kredit güzəştli şərtlərlə verilir, onun ödəmə müddəti 10 ildir. Kredit prioritet xərclərin, o cümlədən sosial ehtiyacların maliyyələşdirilməsinin həyata keçirilməsi üçün Ukraynanın dövlət büdcəsinə daxil ediləcək.

Qeyd edək ki, apreldə Ukrayna Maliyyə Nazirliyi büdcə xərclərini maliyyələşdirmək üçün artıq Kanadadan 500 milyon Kanada dollarına (395 milyon ABŞ dolları) qədər vəsait cəlb edib.

Ukraynanın Baş naziri Denis Şmıqal bu gün bildirib ki, ölkəsi son üç ayda Qərb ölkələrindən 7 milyard ABŞ dolları dəyərində maliyyə yardımı alıb.
Şolts: "Almaniya Avropanın ən böyük ordusuna sahib olacaq""Almaniya Avropanın ən böyük ordusuna sahib olacaq".

"Report" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “Stuttgarter Zeitung” qəzetinə müsahibəsində deyib.

"Almaniya NATO-ya üzv ölkələr arasında Avropada ən böyük ordu yaratmaq niyyətindədir. Dövlət bunun üçün 100 milyard avro ayıracaq. Onların böyük hissəsi hava qüvvələrinin inkişafı və modernləşdirilməsinə sərf olunacaq", - Şolts əlavə edib.

Məlumata görə, hərbi hava qüvvələrinin inkişafı üçün 40,9 milyard avro nəzərdə tutulub. Almaniya köhnəlmiş "Tornado" döyüş təyyarələrini əvəz etmək üçün yeni "Eurofighter" və F35 qırıcı bombardmançıları almağı planlaşdırır. Vəsaitlərin bir hissəsi həmçinin kosmosda erkən xəbərdarlıq sisteminin inkişafı üçün nəzərdə tutulub. 19,3 milyard avro dəniz donanmasının inkişafına, xüsusən də yeni gəmilərin və sualtı qayıqların alınmasına yönəldiləcək.

Daha 16,6 milyard isə quru qoşunlarının inkişafına, o cümlədən "Marder" piyada döyüş maşınının əvəzinə yeni piyada döyüş maşınlarının hazırlanmasına ayrılacaq.

Türkiyədə yeddi uşağı zorlayan şəxsə 119 illik həbs verildiƏrzurumda yeddi uşağa qarşı cinsi zorakılıq iddiası ilə mühakimə olunan 21 yaşlı şübhəli ilk iclasdaca təqsirli bilinib.

Ağır Cəza Məhkəməsində tərəflərin vəkilləri və zərərçəkmişlərin ailələrinin də iştirak etdiyi iclasda iddianamənin oxunmasından sonra müttəhim H.A. günahını etiraf edib.

O, törətdiyi əməllərə görə 119 il 6 ay həbs cəzasına məhkum edilib.

Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə “ədəbsizlik” və “təhqir” ittihamları üzrə bəraət verib.
Bakıda sayt rəhbərinin məhkəməsi başlayırBakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsiləndirilən Etibar Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, E.Əliyev (Etibar Toğrul) “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında redaktor kimi fəaliyyət göstərib.

O, “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portalının rəhbəridir.

E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ukraynanın 290-a yaxın hərbçisi öldürüldü - Rusiya MNRusiya aviasiyası son sutkada 290-a yaxın ukraynalı hərbçini və 23 texnikanı məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Ukraynaya məxsus Su-25 təyyarəsi vurulub, raket qoşunları və artilleriya bir gün ərzində Ukrayna qoşunlarının 38 komanda məntəqəsini məhv edib. “Azovstal” zavodunun altındakı katakombalarda minalanmış 152 Ukrayna hərbçisinin cəsədi olan furqon aşkarlanıb”, - Konaşenkov qeyd edib.

Bildirilib ki, Rusiya hərbçiləri Xersonda Ukrayna minalarına görə hərbi əməliyyat başlayandan orada qalan türk gəmisinin ekipajına humanitar yardım çatdırıblar.
ABŞ-da atışma: ölən və yaralananlar varABŞ-ın Yeni Orlean şəhərində (Luiziana ştatı) universitetdə atışma baş verib.

Bu barədə “Foks8” məlumat yayıb.

Atışmada azı üç nəfər yaralanıb, onlardan biri - yaşlı qadın dünyasını dəyişib.

Yerli polisin məlumatına görə, şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.