MEDİA Dövlət Xidməti ilə birgə təlim keçirdiİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Daşınmaz əmlakın qeydiyyatı” və “Dövlət əmlakının özəlləşdirilməsi” mövzularında təlim keçirilib.

Avrasiya.net xəbər verir ki, təlimçilər - Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları Elnur Rzayev və Rəşad Əbləsənov daşınmaz əmlakın qeydiyyatı prosedurları, bu sahədə vətəndaşların daha çox istifadə etdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları, dövlət əmlakının özəlləşdirilməsi üsulları, özəlləşdirilmə prosesinin iqtisadiyyata verdiyi faydalar, üstünlüklər barədə təqdimatla çıxış ediblər.

Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikatları KİV nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi müavini Rüstəm Şahbazaov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təqdim ediblər.
Polis özünü güllələdi - RƏSMİBu gün Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.

Bayden Əliyevə məktub göndərdiAmerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.

Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir".
Daha iki ölkədə meymunçiçəyi aşkarlandıNorveçdə və Macarıstanda meymunçiçəyi virusu aşkar olunub.

Axar.az xəbər verir ki, Norveç Xalq Sağlamlığı İnstitutu virusun ilk daşıyıcısının xaricdən gəldiyini bildirib.

Macarıstanda 38 yaşlı kişidə meymunçiçəyi aşkarlandığını isə ölkənin Milli İctimai Sağlamlıq Mərkəzinin baş həkimi Sesiliya Müller mətbuat konfransında deyib.

O bildirib ki, xəstəlik 2-4 həftə davam edir. İmmuniteti zəif olan xəstələr və hamilə qadınlar daha diqqətli olmalıdır.

Qeyd edək ki, meymunçiçəyi virusunun ilkin simptomları hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqdır.
Bakıda bu müntəzəm marşrut üzrə gediş haqqı azaldıldıSabahdan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə gediş haqqı 0,35 manat təşkil edəcək.

Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişə keçidin təmin olunması istiqamətində tədbirlər çərçivəsində 2 iyun 2022-ci il tarixindən 132 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək", - məlumatda deyilir.

Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.

Hazırda bu marşrut üzrə gediş haqqı 0,40 manat təşkil edir.
Putin ordu komandanını işdən qovdu - NYTRusiyanın Ukraynadakı ordusunun baş komandanı, general Aleksandr Dvornikov iki həftədir görünmür. Bəzi fərziyələrə görə, o, vəzifəsindən qovulub.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“General Aleksandr Dvornikov aprel ayından etibarən Ukraynadakı rus ordu birliklərinə yeni komandir təyin edilib. Bir çoxları bu təyinatı Rusiyanın ilkin hərbi planının iflasa uğradığının göstəricisi kimi şərh etmişdi. Dvornikov böyük uğur əldə etməyib və son iki həftədir ki, görünmür. Yüksək rütbəli ABŞ rəsmilərinin fikrincə, üç aylıq müharibədən sonra parçalanmış və ruhdan düşmüş Rusiya hərbçiləri Ukraynanın şərqini ələ keçirməyə cəhd edərkən eyni səhvlərə yol verib. Rusiya qüvvələrinin “yavaş” tempi onları yorub. Rusiya ordusunun ümumi döyüş gücü təxminən 20% azalıb. Keçən həftə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib ki, Rusiya müharibə başlayandan bəri 1000 tank itirib. Döyüşdə bu kimi uğursuzluqların davamı Dvornikovun qovulmasına səbəb ola bilər”, - məlumatda deyilir.
Rusiya sülh danışıqlarına hazırdır - MatviyenkoRusiya Ukrayna ilə sülh sazişinin əldə olunması üçün danışıqları davam etdirməyə hazırdır.

Bunu Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko deyib.

“Biz danışıqlar üçün hazırıq. Bizə diplomatik, sülh yolu ilə həll lazımdır, lakin bunun üçün iki ölkənin iradəsi vacibdir. Biz danışıqlara, Ukraynada müharibəyə son qoyacaq və sülhə gətirib çıxaracaq saziş imzalamağa hazırıq, lakin Kiyevdən belə reaksiya görmürük”, - Matviyenko bildirib.
Daha bir qazimiz intihar etdiSumqayıtda intihar hadisəsi baş verib.

Unikal xəbər verir ki, şəhərin 34-cü məhəlləsində 2002-ci il təvəllüdlü Adil Bayramov özünü asaraq intihar edib.

Qeyd edək ki, A.Bayramov Vətən Müharibəsi qazisidir. Həmçinin onun atası Müşfiq Bayramov da Birinci Qarabağ müharibəsində iştirak edib.
Yeniyetmə futbolçu çayda boğulduMasallının “Ərkivan” futbol klubunun futbolçusu Əliəkbər Əliyev faciəvi şəkildə həlak olub.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, o, mayın 30-da Hişkədərə kəndində çayda boğularaq ölüb.

Qeyd edək ki, Əliəkbər Əliyev 2006-cı ildə Masallının Hişkədərə kəndində anadan olub. Yeniyetmə futbolçu faciəvi hadisədən bir gün öncə “Balaxanı” futbol klubuna qarşı çıxış edib.