QHT layihəsinin icrasını yekunlaşdırdıİnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid və qazilərin həyat yolunu işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsinin icrası yekunlaşıb.

Layihənin işci qrupunun – layihə rəhbəri Ramil Əliyev, layihə koordinatoru Qərənfil Rəhmanova, fotoqraf Tural Mahmudov, videoqraf Rəfail Dostəliyevin iştirakı ilə 29 aprel 2022-ci il tarixində iclası keçirilib. Iclasa başlamazdan əvvəl Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. İclas Ramil Əliyevin çıxışı ilə açıq elan olunub. Ramil Əliyev Ölkə Prezidenti cənab İlham Əliyevə və QHT-lərə dövlət dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, layihə uğurla başa çatdırılıb, 20 şəhid və 10 qazi barədə videomaterial hazırlanıb və Öndər.tv-də paylaşılıb. Həmçinin layihə müddətində əlavə olaraq 4 şəhid ailəsi ziyarət olunub və onlar barədə də videoçarx hazırlanıb. Ramil Əliyev layihənin davamlılığının təmin olunması üçün tədbirlərin davam etdiriləcəyini bildirib. İşçi qrupuna şəhidlərin və qazilərin tanıdılması istiqamətində vətəndaşlıq borcunu yerinə yetirərək fəal iştirak etdiklərinə görə öz təşəkkürünü bildirib.
Daha sonra iclasda layihənin hesabatlılığı üzrə müzakirə aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində 11 regionda- Balakən, Zaqatala, Bakı, Qax, Astara, Cəlilabad, Gəncə, Daşkəsən, Qusar, Quba və Sumqayıtda 20 şəhid və 10 qazinin tanıdılması məqsədilə çəkilişlər apararaq videoroliklər hazırlamaq və “Öndər TV” internet kanalında yayınlamaq nəzərdə tutulmuşdur. Layihənin müddəti 1 fevral 2022-ci il-1 may 2022-ci il tarixini əhatə edirdi.
Rusiya bu ölkəyə hücum qərarı verdi – KəşfiyyatRusiya Moldovaya hücum qərarı qəbul edib. Kreml artıq hücum üçün dəqiq plan hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatındakı mənbəyə istinadla “Tayms” nəşri yazıb.

“Əgər bu baş verərsə, Kreml Donbas ssenarisini təkrarlayacaq”, - nəşr qeyd edib.

Mənbə bildirib ki, biz Kremlin Moldovaya hücum qərarı verdiyini hesab edirik:

“Moldovanın taleyi çox önəmlidir. Əgər Rusiya o əraziləri nəzarətə götürsə, Ukrayna yüngül hədəfə çevriləcək.

Əgər Rusiya Dnestryanının müstəqilliyini tanısa, bu artıq Moldovanın ərazi bütövlüyünü pozmaq və birbaşa təhdid olacaq. Donbass ssenarisinin təkrarıdır. Sonra onlar böyük silah göndərəcək, daha sonra ərazini Rusiyaya birləşdirməyə çalışacaqlar”.

O bildirib ki, Moldovanın işğalı Ukraynanın qərb tərəfdən də işğalına yol açacaq.
Çexiya Prezidenti: “Ukraynaya hücum Rusiyanı məhv edəcək”“Ukraynaya hücum Rusiyanı iqtisadi, siyasi və reputasiya baxımından məhv edəcək”.

“Report” xəbər verir ki, bunu Çex Respublikasının Prezidenti Miloş Zeman bəyan edib.

“Lakin Ukraynaya hücum yenə də siyasətçilərin məntiqsiz hərəkətləri və dəli kimi davranmaları səbəbindən baş verdi. Dəlini isə təcrid etmək lazımdır”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin hər şeyə qadir olması və ordusunun dünyanın ikinci ən güclü ordusu olması illüziyasına qapıldı:

“Hesab edirəm ki, hər bir ölkə öz milli maraqlarını müdafiə edir, lakin bu maraqlar qısamüddətli və uzunmüddətlidir. Etiraf edirəm ki, rusların tamamilə irrasional, gözlənilməz, daha aqressiv və düşündüyümdən daha az avropalı olduqları ortaya çıxdı”.
Müharibə mayın 9-da dayanmayacaq - LAVROV"Ukraynada hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar".

Avrasiya.net xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın "Mediaset" teleşirkətinə müsahibəsində bildirib.

"Ukraynadakı əməliyyatın sürəti ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı riskin minimuma endirilməsi zərurətindən asılıdır", - deyə XİN rəhbəri qeyd edib.

Lavrov Rusiyanın Ukraynada rejimi dəyişmək məqsədinin olmadığını bildirib. O iddia edib ki, Moskva Ukraynanın şərqində insanların təhlükəsizliyini təmin etmək istəyir.

Xatırladaq ki, bir sıra mətbuat orqanları Ukraynadakı müharibənin mayın 9-da dayana biləcəyini proqnozlaşdırır.
Azərbaycanda Ramazan bayramı qeyd olunurBu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Avrasiya.net-in məlumatına görə, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.