18 yaşlı qız özünü asdıKürdəmir rayonunda intihar hadisəsi baş verib.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xəlsə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Məmişova Aidə Kaman qızı özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədirErmənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. May ayının 27-də ölkə başçımız İlham Əliyev cənabları Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxış zamanı bunları qeyd etmişdi.

Tarix boyu Azərbaycan ərazisi müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olmuşdur. Məhz Azərbaycan xalqına xas olan humanizm dəyərləri ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında mühüm rol oynamışdır. Uzun illər keçməsinə baxmayaraq Azərbaycan xalqı öz humanist mövqeyini qoruyub saxlamış və atalarımızdan əmanət qalan ənənəni bu gün də davam etdirirlər. Tarixən unikal çoxmillətli ölkə olan Azərbaycan etnik rəngarəngliyi və tolerantlığı ilə tanınıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də qeyd etdiyi kimi “Azərbaycan ərazisində müxtəlif xalqların yaşaması bizim ən böyük sərvətimizdir”.

Əsrlər boyu müxtəlif xalqların nümayəndələri ölkəmizdə Azərbaycan xalqı ilə sülh və qardaşlıq şəraitində yaşamışlar. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimiz tərəfindən etnik azlıqların hüquqlarının qorunması üzrə ardıcıl və proqramlı siyasət yürüdülməkdədir. Bu gün Azərbaycanda yaşayan bütün xalqların rahat və azad yaşaması üçün müxtəlif formada şərait yaradılmaqdadır. Hazırda ölkəmizdə milli azlıqların mədəniyyət mərkəzləri fəaliyyət göstərir, onların dillərində qəzet və jurnallar nəşr olunur, həmin xalqların nümayənədləri ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır, yüksək vəzifələrdə təmsil olunurlar...

Məlumat üçün bildiririk ki, hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi - azərbaycanlılarla (Azərbaycan türkləri) yanaşı, bir sıra digər azsaylı xalq, milli azlıq və etnik qruplar (ləzgilər, ruslar, talışlar avarlar, tatarlar, gürcülər, yəhudilər və hətta ermənilər) yaşayırlar. Ölkə başçımızın da dəfələrlə qeyd etdiyi kimi Azərbaycan ərazisində yaşayan erməni vətəndaşlarımız da birdəfəlik anlamalıdırlar ki, onların vətəni Azərbaycandır. Azərbaycan dövləti ərazisində yaşayan digər xalqlar kimi ermənilərin də rahat və azad şəkildə yaşamalarını təmin etmək üçün bütün lazımi tədbirləri həyata keçirir və bu siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməkdədir.

Dövlətimizin başçısının bu istiqamətdə etdiyi bütün çıxışların və verdiyi bəyanatların nəticəsi olaraq deyə bilərik ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malik olan Azərbaycan ərazisində yaşayan bütün etnik qruplara malik olan vətəndaşlara hörmətlə yanaşılır və onların azadlığı təmin edilir və siyasət bundan sonra da davam etdiriləcəkdir.

Rəmziyyə Mehbalıyeva
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktor müavini.
Rusiya ordusu Luqansk vilayətində 10 nəfəri təxliyə etmək üçün hərəkət edən avtomobili atəşə tutub.

Bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Təxliyə rəsmi olaraq dayandırıldı. Ruslar insanları götürməyə gedən avtomobili atəşə tutdular. Fransız jurnalist həlak oldu”, - Qayday bildirib.

Məlumata görə, ölən şəxs Fransanın BFMTV kanalının əməkdaşı Lekrerk İmhoffdur.
Putinin 2 il ömrü qalıb - Həkimdən ŞOK İDDİARusiya Prezidenti Vladimir Putinə xərçəng xəstəliyi diaqnozu qoyulub.

Bu barədə Böyük Britaniyanın “Mirror” qəzeti Pentaqonun məxfi məlumatlarına istinadən yazıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan rəsmisi qəzetlə əlaqə saxlayaraq, məlumatın doğru olduğunu təsdiqləyib.

Məlumata görə, Putin xərçəng xəstəliyinin ağır formasından əziyyət çəkir. Hətta iddialara əsasən, həkimlər Rusiya liderinin yaxın ətrafına onun maksimum 2-3 il ömrünün qaldığını bildiriblər.

Son vaxtlar Putinin şiddətli baş ağrılarından əziyyət çəkdiyi, görmə qabiliyyətinin zəiflədiyi deyilir. Lakin o xəstəliyini büruzə verməmək üçün eynəkdən imtina edib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün yerli mediaya açıqlamasında Putinin səhhətinin pisləşməsi barədə xəbərləri təkzib edib.

"Siz onu ekranlarda izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan adamlar bu insanda hansısa xəstəlik və ya onun əlamətlərini görə bilsinlər. Bunlar şayiədir”, - deyə Lavrov vurğulayıb.
Erməni əsgərləri bir-birini güllələyib - DSX2022-ci il 28 may tarixində Ermənistan mətbuatında Azər­baycan-Ermənistan döv­lət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluq­çusunun ağır yaralanması barədə məlumatlar yayıl­mışdır. Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu məlu­matlar həqi­qətə uyğun deyil və real­lığı əks etdirmir.

Bu barədə Avrasiya.net-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

“Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonu­nun Razdərə kəndi) dövlət sər­hə­dinin müdafiəsi və mühafizəsini hə­yata keçirən bölmələrimiz tərə­fin­­dən həmin gün ərzində ER ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb.

Eyni zamanda bölmələrimiz tərəfindən həyata keçirilmiş müşa­hidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislo­kasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidil­məsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təx­liyə edilməsi qeydə alınıb.

Həmin vaxt həyata keçirilmiş müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçiləri­nin öz aralarında baş verdiyini göstərir.

Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən inti­zam­sızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edirik", - məlumatda bildirilib.
Ermənistanda polis etirazçıları döydü - Xəsarət alanlar varİrəvanda hökumət binası yaxınlığında təşkil olunan etiraz aksiyasının 4 iştirakçısı polislə toqquşma zamanı xəsarət alıb, onlar İrəvan Dövlət Universitetinin xəstəxanasına yerləşdiriliblər.

Bu barədə Universitetin nümayəndəsi Şuşan Danielyan sosial şəbəkədə məlumat paylaşıb.

"Hökumət binası ilə bitişik ərazidən 4 nəfər birinci universitet xəstəxanasına aparılıb. Onların vəziyyəti stabil qiymətləndirilir. Hazırda onların həyatı üçün təhlükə yoxdur. Vətəndaşların müayinə və müalicəsi aparılır", - o deyib.

Qeyd edək ki, bu gün İrəvanda hökumət evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib.

Məlumata görə, hökumət binasına yaxınlaşan etirazçılar binanın girişindəki bariyeri yarmağa cəhd edib. Əraziyə cəlb olunan polis əməkdaşları və xüsusi təyinatlılarla etirazçılar arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri müxalifət nümayəndələrinə güc tətbiq edərək, onları hökumət binasının girişindən uzaqlaşdırıb.

Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.
Ukrayna ordusu Pskov desantlarını məhv etdiUkrayna ordusu Rusiyanın Pskov vilayətindəki 104-cü desant-hücum alayının tağımını məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 80-ci əlahiddə desant-hücum briqadası məlumat yayıb.

“Hücuma keçən 20-yə yaxın rus işğalçısı zirehli texnikaları ilə birlikdə məhv edilib”, - məlumatda qeyd olunub.
Müğənni polisə müraciət edibMüğənni Vaqif Şıxəliyevə qarşı dələduzluq edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə müğənni özünün "facebook" səhifəsində məlumat paylaşıb. Sənətçi bir şəxsin onun adından dostlarından pul yığdığını deyib.

O bildirib ki, bununla bağlı polisə müraciət edib:

"Dostlar, mənim adımdan profil şəklimi qoyub, sizlərdən kart nömrəsi ataraq pul istəyən olarsa, qəti şəkildə aldanmayın. Hansısa firildaqçılar, dolandırıcılar bir neçə insanı aldadıb: guya "xəstəxanadayam, pulum çatmır" adıyla Vaqif Şıxəliyevdir deyib, karta pul köçürmələrini istəyib. Sizdən ehtiyatlı olmağınızı, heç cür bu kimi fırıldaqçılara inanmamağınızı xahiş edirəm. Bu hərəkəti edən dələduzlar qanun qarşısında cavab verəcəklər. Artıq bunla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişəm".
İlham Əliyev iranlı həmkarına başsağlığı verdiPrezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı verib.

Avrasiya.net başsağlığı mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".
Etirazçılar dövlət televiziyasının canlı yayımını dayandırdıAbadan əhalisinin antidövlət şüarları İran Dövlət Televiziyasının canlı yayımını kəsməsinə səbəb olub.

Bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Abadan əhalisi İran Ekspertlər Şurasının Xuzestan əyalətindəki üzvü Möhsün Heydəri Əlikəsirin Dövlət Teleradio Şirkətində canlı olaraq yayımlanan çıxışına mane olub.

Belə ki, onun çıxışı zamanı ətrafdakı insanlar hökumətə qarşı "bişərəf, bişərəf" şüarları səsləndirməyə başlayıblar. Bu zaman canlı yayım məcburiyyət qarşısında yarıda dayandırılıb.

"Həmşəhri" saytının məlumatına görə, yerli əhali "fit, alqış, şüarlar və dövlət kanalının kameralarına hücumlarla" hakimiyyətə kəskin etirazlarını bildiriblər.

Əlikəsirin çıxışı dayandırıldıqdan sonra təhlükəsizlik qüvvələrinin etirazçılara hücum etdiyi və əhalini zorla dağıtmağa çalışdığı bildirilir.